Bir qadın var hardasa, Kibrit çöpündən tez sönür gülüşü…



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə25/49
tarix01.07.2018
ölçüsü0,99 Mb.
#52517
1   ...   21   22   23   24   25   26   27   28   ...   49

yoxdur, avara yazıçı obrazı yaradıb ölü pişiklərlə şəkil çəkdirmirəm. Bu işə aylarımı qurban 
verəcəm, Əsmər nigaran qalsa, and içib ağu yalayacam ki, əvvəlki hoqqabazlığın başını 
buraxmışam. Amma bu əziyyətli işin öhdəsindən gələ biləcəyəmmi?! İstedadım haracan 
çatacaq?! Evə qapılmaq, saatlarla kompüterin arxasında oturub göz işığını itirmək şərt deyil, 
gərək adamları maraqlandıra, inandıra biləsən. Elə bu gündən iş başına keçməyə dəyər hər halda. 
Söz vermirəm, amma çalışacam, vallah çalışacam. Bir rus romançısı yazmışdı ki, yazıçının söz 
verməsi, fahişənin bakirəliyinə and içməsi kimi bir şeydir.  
... Leyla gözlərini açıb başının üstündə məni görəndə gülümsədi. Əlini öpdüm.  
- Romanı yazmağa nə vaxt başlayacaqsan? 
- Elə bu gündən. 
- Ciddi deyirsən?  
- Əlbəttə. 
- Bacaracaqsan? 
- Özümə güvənirəm. 
- Elə yaz ki, “Yad qızı”, “Təhminə və Zaur” kimi maraqlı olsun.  
- Bilmək olmaz, bəlkə onlardan da yaxşı olacaq! - Şeşələndim. 
- Yuxuda görürəm ki, məşhur yazıçı olmusan. - Gülümsədi. 
- Yaxşı, yaxşı, məni ələ salma! - dedim. 
- Hamı səni barmaqla göstərir, hər yerdə hörmət edirlər, pulun, var-dövlətin başından aşır. 
- Belə gözəl yuxudan sonra qanını qaraltmaq istəyirəm. 
Qaşlarını qaldırıb gözünü ağzıma zilləməyinin ardınca qalxıb yorğan-döşəyin içində bardaş 
qurdu. 
- Bəlkə yeri deyil, amma gizlətmək də istəmirəm. Məni işdən çıxarıblar. Axşam unutdum 
deməyi. 
- Bilirdim belə olacaq. 
Qayğılandı. Udqundu. 
- Yəqin pulun-paran da yoxdu hə? 
- Yox, niyə ki, varımdı. Ehtiyatımı görmüşəm.  
- Yalan danışma. Hardandır səndə pul... 
Ayağa durub şifoneri açdı. Mən tapançanı axtararkən dəri gödəkcənin cibində gördüyüm 
yüzdollarlığı götürüb ovcuma basmaq istəyəndə, razılaşmadım. Xətrinə dəydi, üz-gözünü 
turşudub pulu şalvarımın cibinə basdı.  
- Anamı görmək istəyirəm. Darıxmışam. Nəsə ürəyimə pis-pis şeylər gəlir. Gedim arvada baş 
çəkim.  
Şəkildə gördüyüm qadın gözümün qabağına gəldi. 
- Hardadır? 
- Fatmayıda, bir uzaq qohumumuz var, onlara gedib. Demişdi, bu gün gəlib rayona yola salım. 
Keçən həftə mənə görə təzyiqi qalxmışdı. Narahatam. Yəqin, üç-dörd gün olmayacam. Özündən 
muğayat ol!  
- Sən də! 
- Bir də, incimə, hələlik tək qalmaq istəyirəm. İsmayıl dayıya salam de. 
- Səndən sarı narahatam. Elə bilirəm...  
Üz-gözümü oxşadı. Qətiyyətli səslə:  
- Özündən muğayat ol! - dedi. - Tapança haqqında nəsə fikirləşmək lazımdır. Sənə qalmağından 
qorxuram.  
Leylanı arxayın salıb, evdən çıxdım.  
Pilləkənləri fikirli düşdüm. Ürəyim yaman narahatdı. Əsmərə xəyanət elədiyimə görə xəcalət 
çəkirdim. Heç vaxt belə olmazdı, bilmirəm bu axmaq xəcalət hissi canımı necə çulğadı. İsmayıl 
dayının həyətdə vurnuxduğunu görüb yolumu dəyişdim. Binaların arasında beş-on dəqiqə 
avaralanandan sonra evə yollandım.  
 
* * *  
 
Evə çatanda mənə elə gəldi ki, nəsə xoşagəlməz hadisə üz verib. Udqunub daxmanın dörd 
tərəfinə göz gəzdirdim. Cibimi qurdalayıb açarı tapanda qapının qıfılına gözüm sataşdı. Yerimdə 


donub qaldım. İlahi!!! Qıfıl... qıfıl həminki deyildi, dəyişdirilmişdi. Bədənimdən üşütmə keçdi, 
elə bildim, kimsə kənarda gizlənib tapançanın lüləsini kürəyimə tuşlayıb. Dərindən nəfəs alıb, 
özümü toxtaq tutmağa çalışdım. Küçədəki adamlar şübhələnməsin deyə, sahman davranışla 
ətrafı nəzərdən keçirdim. Şübhəli, ehtiyat etməli adam gözə dəymirdi. Hamı öz işindəydi. Harasa 
tələsən caydaq adamlar, avtobus dayanacağında darıxan qızlar, var-gəl edən qocalar, bir-birini 
tələsdirən sürücülər... Sağ qonşuluğumdakı qaçqın ailəsinin evindən gülüş səsi eşidildi. Bunun 
ardınca balaca Aysel qapıda peyda oldu. Məni görən kimi gülümsəyib sevincək əl elədi. Başımla 
salamını aldım. Qız soyuqqanlılığımdan pərt oldu. İstədim yanıma çağırıb xəbər alam ki, məni 
soruşan olmayıb? İşin böyüyəcəyindən ehtiyat edib fikrimdən daşındım. Aysel böyrü yaşıl 
çadırlı artırmada gözdən itəndə ətrafı bir də nəzərdən keçirdim. Köhnə, üstünü pas tutmuş qıfılın 
açarı ilə təzəni açmaq istəyəndə, əlimin əsməyindən canımdakı qorxu bir az da şiddətləndi. 
Görən, içəridən nəyi aparmışdılar? Tapançaya, bircə tapançaya dəyməyəydilər, İlahi! Evdə silah 
saxladığımın üstü açılsaydı, bircə saat sonra polis idarəsindən zəng edib görüş üçün yer təyin 
edəcəkdilər. Qaranlıq otaq, rütbə sahiblərinin heybətli siması, hədə-qorxu, qışqırıq... Darıxdım. 
Əlimi sıxıb dizlərimi yumruqlamaq işə yaramadı. Atam, qardaşım, Əsmər, məhkəmə, şahidlər, 
dəmir barmaqlıqlar, soyuq kamera gözümün qabağına gəldi. Mənə rəhmin gəlsin, Pərvərdigara! 
Bilirdim, başıma nə gəlmişdisə, səbəbkar Leyla idi. Bu axmaq işə qurşandığıma görə yaman 
peşman idim, ürəyim soyumayanda özümü bir ağız söydüm. Ovcumun içində sıxdığım açarı 
qıfıla dürtmək cəhdim faydasızdı. Daxmanın dörd tərəfini bir də nəzərdən keçirdim. Köhnə qıfılı 
sındırıb hara atmışdılar? Daxmanın ətrafını qarış-qarış gəzməkdən başqa yolum yox idi. Bəlkə 
qıfılı yaxınlıqdakı zibilliyə tolazlamışdılar? Zibillikdə eşələndim. Evin yan-yörəsini bir də 
axtardım. Ahaaa...!!! Qapının ağzındakı mişar daşı köndələn dayanmışdı. Bayaqdan buna fikir 
verməmişdim. Bilmirəm, bu çopur daş hardan gəlib qapımın ağzına düşmüşdü. Ayaqqabı 
təmizləmək üçün əla yer olduğunu fikirləşib, kənara atmağa ərinmişdim. Daşı diyirlədib köhnə 
qıfılı altından tapdım. Qırmışdılar. Yanında iki cüt təzə açar vardı. Aha, deməli, qapının 
üstündəkinin açarlarıdı. Qapını ehtiyatla, daha doğrusu, qorxa-qorxa açıb içəri boylandım. Belə 
hallarda adama elə gəlir ki, döşəməyə düşən insan cəsədi ilə qarşılaşacaq. Sanki öz evimə yox, 
yiyəsiz, illərlə insan üzünə həsrət qalan vahiməli tikiliyə girirdim. İşığı yandırdım. İçəridəki 
pərakəndəlik, tör-töküntü adamın üstünə yeriyirdi. Stolu otağın tən ortasına aşırıb üstündəki qab-
qacağı çilik-çilik eləmişdilər. Hələ pəncərədən asılan kirli pərdə... Karniz dəmirindən sallanırdı. 
Kompüterin sistem blokunu ayaq altına salıb əzmişdilər, monitora iki qoşa çat düşmüşdü. 
Doğram-doğram edilən naqil parçalarını otağın dörd bir yanına səpələmişdilər. Stəkan qırtılarını 
xırçıldada-xırçıldada özümü Selma Hayekin şəklinin üstünə atdım. Nə yaxşı, Tanrım!!! Şükür 
sənə!!! Divara söykənib nəfəsimi dərdim. Payızın oğlan çağında qorxudan boyun-boğazımı, 
bədənimi tər basmışdı. Stolu dikəltdim. Otağa səpələnmiş şüşə qırıqlarını süpürdüm. Ayağımın 
altına stul qoyub pərdəni yerinə bərkitmək istəyəndə iki qatlanmış ağ kağız gözümə sataşdı. 
Pəncərənin ağzına qoymuşdular. Əllərim əsə-əsə, tələsik kağızı açdım. Adam belə vəziyyətə 
düşəndə deyirlər: ayaq üstə öldü. Elə bildim, dünya başıma fırlandı, bu xaraba daxmanın daşı-
divarı bu dəqiqə uçub üstümə töküləcək. Bədənimin taqəti çəkiləndə yerə çöküb dizlərimi 
qucaqladım. Kağızın arasındakı üç manatı kənara qoyub yazılanları təkrar-təkrar oxudum: “Bu, 
sənə yüngülvari xəbərdarlıqdır. O qəhbənin başını burax. Saat birdə Hüseyn Cavid Parkında üzü 
metroya sarı dayan. Sənə bir nəfər yaxınlaşacaq. Dünən axşamkı Qara “Pajero”ya oturub 
Novxanıda bir bağ evinə gedəcəksiniz. Qorxma, yüngülvari söhbət olacaq, səni incitməyəcəklər. 
Dediyim yerdə olmasan, bizdən incimə. Axşam yatanda bu xarabanı üstünə uçuracağıq. Saat 
birdə, Hüseyn Cavid Parkı. Yaddan çıxmasın!”  
Nəşriyyatın qarşısında qoluma toxunub yolumdan saxlayan “əsgər atası”nın siması gözümün 
qabağına gəldi. Əclafın üz-gözü şaftalı dənəsi kimi qırış-qırış idi. Məzlum, maymaq görünüşü 
vardı. Kağızın arasına bükülən pul, ona verdiyim üç manatdı. Əlbəttə, bu məni qorxutmaq, 
vahimələndirmək üçündür. Dünən axşam bizi izləyən qara “Pajero”nun sürücüsü həmin əclaf 
olmasa da, eyni hədəfə vururdular: məni hədələyib uzaqlaşdırmaqla, söhbətin böyüməsinin, daha 
dəqiqi, mətbuata bundan sonra yol tapmasının qarşısını almaq və Leylanı asanca aradan 
götürmək!  
Ürəyimin döyüntüsündən sinəm parçalana bilərdi. Gözümü saata zilləyib heykəl kimi 
dayanmışdım. Nə edə bilərdim? Gedimmi yəni? Əclaf yalan deyir, maşına oturan kimi dəniz 
kənarında gözdən-könüldən iraq xarabaxanaya aparıb başıma it oyunu açardılar. Kəsəsi, 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə