Bir qadın var hardasa, Kibrit çöpündən tez sönür gülüşü…



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə32/49
tarix01.07.2018
ölçüsü0,99 Mb.
#52517
1   ...   28   29   30   31   32   33   34   35   ...   49

atonnan!) Guya adam bu yaşacan hekayədən-filandan yazıb baş qatmalı, özünü mənən hazır 
biləndə romana girişməlidir. Düzdür, olur ki, adam belə şeylərin təsirinə uyub qorxu-hürkü 
keçirir, lakin öhdəsindən gələ biləcəyin işə günü bu gün başlamadınsa, deməli, iradəsiz, zəif və 
məğmun adamsan, vəssalam! Çox danışıb zəhlə tökmək istəməzdim, amma lütfən, elə şeylər var 
içimdə saxlaya bilmirəm, qəzəbliyəm. Məsələn, tədqiqatçılar Henri Ford, Tomas Edison, Con 
Rokfeller, Teodor Ruzvelt kimi dünyanın yüz ən məşhur adamının həyatını tədqiq edib belə 
nəticəyə gəliblər ki, müvəffəqiyyətin 10 prinsipi var: 
1) Özünü kəşf etmək. (Bu, mənim üçün keçilmiş mərhələdir)  
2) Xəyal qurmaq. (Xəyalsız bir günüm varmı?) 
3) Hədəf müəyyənləşdirmək. (Mənim hədəfim bəllidir; indiyəcən başıma  
gələnləri də gözünə qatıb, Leylanın həyatından roman yazmaq)  
4) İnanmaq və əzmlə çalışmaq. (Zatən, bundan savayı yolum yoxdur)  
 
5) Əngəllərlə mübarizə (Evimin yağmalanmasına, Əsmərdən uzaq  
düşməyimə tab gətirirəmsə, demək, çətinliklərin öhdəsindən gəlirəm)  
6) Gözəl görmək. (Nə yaxşı gələcəkdən ümidimi üzməmişəm. Hələ də  
inanıram ki, bir roman mənim həyatımı dəyişəcək)  
7) Fürsətləri qiymətləndirmək. (Başqa nə edə bilərəm?) 
8) Zamanı qiymətləndirmək. (Çalışacam) 
9) İnsanlarla uğurlu münasibət qurmaq. (Bu bir az şeytani məsələdir. Hər  
vaxt alınmır)  
10) İşi bitirmək. (İnşallah)  
Yaş məsələsindən qəti qorxum yoxdur. Düzünü bilmək istəyirsinizsə, vecimə deyil. Napoleon 
Bonapart İtaliyanı 27 yaşında işğal etmişdi. Uilyam Pitt 24 yaşında İngiltərənin baş naziri olub. 
Motsart ilk konsertini 6 yaşında verib. Bill Qeyts qarşısında böyük uğurlar açan şirkətini 
qurarkən 19 yaşındaydı. Kimsə bu müqayisələrə gülüb keçərsə, onun halına mən yalnız 
gülümsəyə bilərəm, vəssalam! Nə isə, çürük qoz qədər faydası olmayan üzüqara həqiqətə 
qahmar çıxmaqdan çənəm ağrıdı, zəhləm töküldü. Vızqırtsın hər şey! Acından mədəm sancır. 
Toyuq soyutmasını duzlayıb bir-iki tikə içəri ötürüm, sonra əməlli-başlı işə girişəcəm. İki ay 
evdən bayıra çıxmasam, roman nədir, epopeyanın kürəyini yerə vurmaq olar. Çətini birinci 
cümləni başlamaqdır. Məsələn, belə ola bilər: “Mən xeyli vaxtdır Yasamaldakı köhnə ət 
bazarının biraddımlığında yaşayıram…” Amma bu o qədər də vacib deyil. Əsas romanın hardan 
başlayıb necə qurtarmağındadır. Hər şeyi ölçüb-biçməyə ehtiyac var. Girişdə oxucuda ümumi 
təsəvvür yaransın deyə, Leylanın düşdüyü vəziyyəti təsvir etmək, İsmayıl dayının yanına gəldiyi 
gecəni qabartmaq lazımdır. Sonra oynaq, axıcı cümlələrlə Əsmərdən bəhs etmək vacibdi. (Bu 
həm də təzə-təzə eşqə düşən gənclərin zövqünə hesablanmalıdır). Leyla ilə tanışlıqdan sonrakı 
hadisələr bir-birini əvəz etdikcə həmin gecədəki əhvalatı yazmaq pis olmazdı. Hə, yeri 
gəlmişkən, həmin kədərli gecədəki əhvalatı yazmağın məqamıdır. Bu həm qeyd kimi işimi 
asanlaşdırar (yazıçıdan nə yazırsan soruşanda ədabaz görkəm alıb “romanın qeydlərini 
götürürəm” demədisə, ondan heç ortabab jurnalist də çıxmaz!) həm də romana girişməzdən əvvəl 
yüngülvarı məşq olar. Leylanın danışdığı hadisələr o qədər pərakəndə, dağınıqdı, boynuma 
alıram, onları ard-arda yazmaq çətindi. Amma indiyədək müsahibə götürdüyüm adamların içində 
beləsi ilə çox, lap çox qarşılaşmışam. Məsələn, uşaqlığından danışdığı yerdə, birdən üç il əvvəl 
barmağına dəyən çəkic haqqında hüdüləyib uzun-uzadı lazımsız şeylərdən danışırlar. Romanın 
adını da tapmışam: “Leyla”. 
 
“Süd qabın dibinə çöksə...” 
 
“Sən ey başqasını mühakimə edən hər kəs, sən də üzrsüzsən; çünki başqasını mühakimə etdikdə, 
özünü də məhkum edirsən; zira, başqasını mühakimə edərək, özün də onun kimi hərəkət edirsən.  
 
“İncil” (Əhdi Cədid) Müqəddəs  
Həvari Pavelin romalılara məktubu, birinci fəsil... 
 


“Zəminə bizi maşınacan ötürüb nəsə iş üçün içəri tələsdi. Gecənin sazağı sümüklərimi 
sızıldadırdı. Yol boyu bir kəlmə danışmadıq. Radioda simfonik musiqi səslənirdi. Hərəyə bir 
siqaret yandırıb tüstülətdik. Şəhərin üstünə çökmüş sükut darıxdırıcı, kədərliydi. Leyla maşını 
saxlayıb İsmayıl dayının daxmasına sarı boylandı. Qolundan tutdum ki, sakitcə qalxaq evə, kişi 
narahat olmasın. Pilləkəndə ayaq saxlayıb gözlərini üzümə zilləyəndə ürəyimə gəldi ki, yenə 
içmək istəyir. Zəif səslə, bir az çəkingən şəkildə niyyətini açıb-ağartdı: bir şüşə viski al! Açığı, 
qorxurdum ki, halı təzədən xarablaşsın, içki dilinə dəyər-dəyməz üstümə əsib-coşmağı bir yana, 
məni evdən qovmağından ehtiyat edirdim. Narazı görkəmim işə yaramadı, yalvarıb ürəyimi 
yumşaltdı. Marketin mürgü döyən satıcısı dik atılıb şişkin gözlərini üzümə zilləyəndə, elə bil, 
yuxusuna haram qatdığıma görə mənə acığı tutdu. Butulkanı qoltuğumun altında gizlədib 
pilləkənləri tələsik qaxdım. Deyəsən, aclığı vardı. Mən stolun üstünü yerbəyer edincə kartof, 
sosiska soyutması hazırlayıb qablara çəkdi. Viskini sağlıqsız-filansız içdik. Üstündən bir siqaret 
alışdırıb məhrəm təbəssümlə üzünü mənə tutdu. 
- Buyurun, cənab jurnalist! Eşidirəm sizi.  
- Mən suallarımı çoxdan vermişəm. Cavablar gərək bu qədər gecikməyəydi.  
- Nə danışım?  
- Elə uşaqlığından başlayaq...  
- Eh, uşaqlığım... uşaqlığım...  
Leyla filmlərin melonxonik qadın qəhrəmanları kimi dərindən bir köks ötürdü. Hələ üstəlik, 
əlində qədəh, pəncərənin ağzına keçməyə də ərinmədi.  
- Atam öləndə 11 yaşım vardı. Yazıq şikəst ayağı ilə özünü ora-bura vurub külfəti güclə 
dolandırırdı. Külfət deyəndə, biz çox deyildik, üç uşağın öhdəsindən gəlmək çətin olmazdı. 
Bibimin ailəsini dolandırmaq da atamın üstünə düşmüşdü. Əri atıb getmişdi bədbaxtı, dörd uşaq 
az deyil, hamısı asılmışdı yaxasından. Özü də naxoşdu, havanın üzü dönən kimi sümükləri sız-
sız sızıldayırdı. Atam əvvəl-əvvəl süd zavodunda gözətçi işləyirdi. Yadıma gəlir, o vaxt pis 
yaşamırdıq. Səhər açılanda anamın cehizlik balonu ağız dolu qapının ağzında olardı. Elə bilmə 
atam südü oğurlayırmış, yox, anam sonralar deyirdi, süd maşınını sürən adamlar kişinin xətrini 
əziz tuturmuşlar. Hər qapıdan çıxanda süd çəninin kranında qalan bir-iki stəkanı ona verməmiş, 
getməzmişlər. Hesabını götür, hər gün otuz-qırx maşın zavoddan çıxırmış, on beş-iyirmi litr 
eləyir. Yazıq anamın dincliyi yox idi, vaxt olurdu qatıq bankalarının əlindən darısqal evimizdə 
ayaq qoymağa yer tapmırdıq. Pendir tutanda sevinirdik (gülümsəyir): qursaqdan pendir 
çırpışdırmağın ləzzəti ayrıdır. Bir də gördün, bibimin oğlu Mehrab səhər tezdən qapımızda bitdi: 
qapı-qapı gəzib süd, qatıq, pendir... qışqırırdı. Həyət-bacamızdan toyuq-cücə əskik olmazdı. 
Anam hər bazar bir vedrə yumurta yığıb əlimə verirdi: apar Zəncəfil nənəyə! Zəncəfil nənə 
bazarın köhnə arvadlarından idi. Bir az xırdaçılığı vardı, bir də gördün sifariş göndərirdi: vedrədə 
iki yumurta kəm gəlir. Amma belə baxanda, pis adam demək olmazdı ona. Hər dəfə vedrəyə 
meyvədən, konfetdən atardı ki, evdə yeyərsiz. Məni “ağmaya” çağırırdı. Piştaxtanın yanından 
uzaqlaşanda arvadlara “bir az böyüsün, gör neçə oğlanın ağlını yerindən oynadacaq” dediyini 
dəfələrlə eşitmişdim. Günortaya yaxın Mehrab cibidolu pulla gələrdi, Zəncəfil nənə çox 
gecikdirməzdi haqq-hesabı. Bibimin xəstəliyi olmasaydı lap yaxşı güzəran keçirərdik, korluq 
çəkməzdik. Sonra atamı işdən çıxardılar. Heç nə, guya dövlətin malını oğurlayır. Müdir 
çağırmışdı ki, Allahına şükr elə səni dama basdırmıram, get, uşaqlarına qurban ol! Kişi yaman 
fikir çəkirdi, dost-düşmən qalmamışdı qapısına getməsin; mənə bir iş verin! Qonşumuzda Gülrux 
xala vardı, keçən il öldü, anam onu özünə simsar bilirdi. Əlinə imkan düşən kimi məni 
göndərərdi ki, Gülruxu çağır gəlsin. Saatlarla dərdləşirdilər. Bir dəfə gördüm, içi siqaret 
kötükləri ilə dolu olan külqabını Gülrux xalaya göstərir. İyirmi bir dənə saydı. Hamısı da atamın 
gecə çəkdikləriydi. Anamı heç vaxt belə ağlayan görməmişdim. Qollarımı boynuna dolayıb 
sakitləşdirmək əvəzinə, mən də ona qoşuldum. Bilirsən, Rəcəb, subay vaxtı anamın atama könlü 
yatmayıb. Güclə görüşdürüblər, döyə-döyə ərə veriblər. Amma evlənəndən sonra kişiyə elə 
bağlanmışdı, atamın yanından külək ötəndə, elə bil arvadın ətini kəsirdilər. Hərdən söz-
söhbətləri, umu-küsü olurdu, amma dolanışıq, güzəran qayğıları, çox çəkmirdi onları yenidən 
doğmalaşdırır, evimizdə əmin-amanlıq yaranırdı. Kişinin əli hər yerdən üzüləndə həyət-bacanı 
becərməyə girişdi. Anam özü istəmişdi: nişan üzüyümü sat inək al, südü bizi dolandırar. Üzük 
bəs eləmədi, boyunbağı da əldən çıxdı. Güzəranımız yenə əvvəlki axarına düşdü. Mehrab yenə 
həmişəki kimi səhər tezdən qapımızda bitir, iki dolu zənbillə küçə-küçə gəzib günortadan sonra 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə