Bir qadın var hardasa, Kibrit çöpündən tez sönür gülüşü…



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə40/49
tarix01.07.2018
ölçüsü0,99 Mb.
#52517
1   ...   36   37   38   39   40   41   42   43   ...   49

yaman ağrılı gəlirdi mənə. Boğazıma qəhər tıxanmazdımı, tıxanardı, üstəlik içimi də yandırardı. 
Avtobus dayanacağında soyuqdan sitildəyə-sitildəyə ağlımdan nələr keçmirdi! Elə hey öz-özümə 
mızıldanırdım ki, mən çox yazığam, İlahi! Bu əsnada yaxınlıqdakı disko-barda bir hay-küy, 
qovğa düşdü ki, gəl görəsən! Barın qabağına özümü verəndə bir dəstə qızın saçyoldusuna çıxıb 
şivən saldığının şahidi oldum. Ətəyigödək qızlardan ikisi dəstədən ayrılıb özlərini yanında 
dayandığım BMV “X6”-nın soğanı salonuna saldılar. Bu adamların vücudundan, gözlərindən 
bircə cümlə aydın oxunurdu: “Biz fahişəyik, gəlin təpələşək!” Qızların arxasınca ikisi də gəldi və 
maşın yerindən tərpənəndə gözüm tuflimin ucuna sataşdı: ohoo, sırğa! Blondin sürücünün 
qulağındakı sırğa taykeş idi. Görəsən, qızıldır?! Həyəcanlandım. Tfu, elə bu andaca tərslikdən iki 
polis nəfəri maşına yaxınlaşıb qızlara bozardı. İkicə dəqiqəlik ayaqüstü söhbətdən sonra blondin 
hikkə ilə maşını nərildədib gözdən itdi. Polislərdən sütül, şüvərəyi gözümün içinə zillənib 
ürəyimə xof saldı. 
- Bunlar çoxdan burdadırlar?  
- Bilmirəm, indicə gəldim, - şax-şax dilləndim. Gəgə mızıldayıb, rədd oldu.  
Bircə qalır, nəsə bəhanəylə ehmalca əyilib sırğanı yerdən götürmək və birbaş qızıl emalı 
sexlərindən birinə fitilləmək! Bəli, bəli!!! Pəncəmin altındakı bu metal parçası qızıldırsa, deməli, 
qaraçuxama alqış deməliydim. Ya bəxt!!! Ətraf hələlik tünlükdü. Bir də gördün, səs-küy təzədən 
qalxdı. Ona görə, ehtiyatlı olmalıydım. Mənə də Rəcəb deyərlər, əlimi cibimə dürtüb fəncən 
telefonumun arxasını çıxardım, ovcumun içində sıxıb yerə atmaq istəyəndə diksindim. Özümü o 
ki var qınadım, söydüm. “Ə, debil, nə eləmək istəyirsən? İndi dəmir arxalıq yerə düşən kimi bir 
səs salacaq, rusvay olacaqsan. İt də gedəcək, ip də!” Bədənimə hərarət gəldi. Özümdə cəsarət 
tapıb göz qırpımında əyildim ki, guya ayaqqabımın ipini düzəldirəm. Hoop, bu da sırğa... 
ovcumda!!! Bir ins-cinsi göz ardına almayıb birbaşa metroya fitillədim. Moskva 
univermağınacan - yol boyu bircə şeyi düşünürdüm: xudavəndi-aləm, bu metal qırığı qızıl olsun! 
Mənə yox, xəstəxana divarları arasında ağrıdan qıvrılan o körpəyə, üzüntüdən dərisi sümüyünə 
keçmiş o zavallı anaya rəhmin gəlsin! Univermaqda qızıl sexləri çox olur. Əsmərlə nişan 
üzüklərinə baxmağa gedəndə çox rastlaşmışıq.  
Qoca bir kişiyə yaxınlaşıb utana-utana dedim, taykeş sırğa var, götürərsiniz? Kişi əlini uzatdı: 
ver! Ürəyimi yedim: birdən qızıl olmadı, bəs onda? Kişi deməz ki, tərbiyəsiz, kimi aldadırsan? 
Ya bəlkə yaxamı nacins bir polisin əlinə verdi, onda?! Qoca sırğanın orasına-burasına baxıb 
uzun-uzadı sorğu-sual elədi: Kimindir, nə vaxt almısınız, niyə taykeşdir, oğurluq deyil ki?! 
Zəhlən tökülsün, kişi!  
- Bilirsən bacıoğlu, brilyantı pis deyil. Yəni təmiz maldır, amma...  
Ohoo, nə-əə..., brilyant?! Bəxtinə alqış, qaraçuxana əhsən, Rəcəb! Min yaşa!!!  
- Bu sırğanı nə vaxt almısınız?!  
- Çoxdan... Gərək ki, 7-8 il olsun. O biri tayını çoxdan itirmişik. İndi ehtiyacımız var... Yoxsa, 
satmazdıq, yadigardır.  
- Başa düşürəm. İndi qiymətini de görüm. 
- Mənim belə şeydən başım çıxmır. (İki daşın arasında qızılın qramla satıldığını çək-çevir etmək 
hayında deyildim.) Özün yaxşı bilərsən. Əvəzi nə edirsə, ver gedim.  
- 550 manat.  
- Allah insaf versin, kişi! - Mərifətsizcəsinə xoruzlandım. - Sırğanı qaytar, aparım başqa yerə!  
- Dayan-dayan, - kişi əl-ayağa düşdü. - Al görüm, bu 600 manatı.  
Razılaşmadım. Sırğanı alıb univermağın dərinliyindəki sexlərə üz tutdum. Uzun çənə-boğazdan 
sonra yaşıddaşım olan bir nəfərlə sövdələşdim: 700 manat! Qanadım olsaydı, uçardım. Çox 
sevinirdim, çox. Amma naqolay bir fikir canımı çulğadı, kefimə soğan doğradı. Beynimdə elə 
hey bir fikir dolaşırdı: kül başına, Rəcəb, gör nə günə qalıbsan ki, qəlbinə məhrəm bir qadının 
ciyərparasını bar fahişəsindən oğurladığın sırğanın pulu ilə müalicə etdirəcəksən!  
Məndə ağıla bax e, gör nəyin dərdini çəkirəm!  
Metronun yaxınlığındakı köşkdən siqaret alıb içimi zəhərlədim. İlahi, bu oğurluğu dərgahında 
harama yazacaqsansa, cəhənnəm atəşində yanmağa, qəzəbinə tuş olmağa qara başım hazırdı. 
Günahımı bağışlamasan, babalı boynumdan sovuşdu. Özün bil!!!  
... İki saat sonra torbadolusu dərmanla şad-xürrəm Humayın yanına qayıtdım. Xoşbəxtlikdən, 
həkim ordaydı, dərmanları incələdi, yerli-yerində olmağından razılığını bildirdi. Humay, əli 
qoynunda, bəxtəvər təbəssümlə gülümsəyirdi. Həkimlə təklikdə qalanda bir həftəlik müalicə 


haqqını eşitdirdi. Bu tösmərək kişi ləyaqət hissindən məhrum qaniçənə oxşayırdı. Cümləsinin 
əvvəli də, axırı da məndən yaxşıca pul qoparmaq işarəsiydi. Cinləndim. Bir ağlımdan keçdi 
üstünə çəmkirib deyəm ki, vızqırd, yaramaz, amma çarpayıda ağrıdan qıvrılan uşağın xətrinə 
hisslərimi cilovladım, çarəm nədir, hikkəmi uddum; içimi qaynar qurğuşun kimi közlədi. Tibb 
bacısı guya çəkinə-utana bir həftəlik müalicə üçün həkimə 200 manat zəhməthaqqı istədi. Boyun 
oldum! Xəstəxanadan çıxanda Humayın ovcuna 100 manat basdım ki, ehtiyacın olsa, əl qısma, 
özünü də qəti, qəti darıxdırma. Humay kövrəldi, dodaqları titrəyə-titrəyə razılıq etdi. Sonra... 
sonra başını sinəmə qoyub köksümə qısıldı, ağladı. Elə mən də!  
 
* * *  
 
Evə təzəcə çatıb toxtaqlıq tapmışdım ki, qapı döyüldü. Aysel idi, balaca, şirin qızcığaz. Büzüşüb 
qapının ağzında bitmişdi.  
- Salam... 
- Gəl içəri... 
- Yox, sağ olun, gəldim deyəm ki, Şahnaz xala sizi soruşurdu.  
- Şahnaz xala?... - Ürəyim qopdu. O, ev sahibəsidir. Zəhləm gedir bu arvaddan. Hər ayın başında 
pis sifətini sallaya-sallaya kirəhaqqına gəlir. Hikkəli, hökmlü danışığına görə bu qarını qanına 
qəltan edib cəmdəyinə Balaxanı zibilliyində od vuraram! Öz aramızda qalsın, mən də az aşın 
duzu deyiləm ha, arvadı həmişə bekara yerə cırnadıram. Əlimə süpürgə almağa, qab-qaşıq 
yumağa ərinmək çoxdankı vərdişimdi. Vaxt olub, iti bağlasan bu xarabada dayanmaz, amma 
bəndəniz... Dar-düdük otağı ərəb şeyxlərinin zər-zibalı mülklərindən əskik bilmirəm; çətini yatıb 
səhərə çıxmaqdır.  
- Hə, gəlmişdi. Dedi, Rəcəb mənə zəng etsin.  
- Nə deyirdi? Yenə sifətini sallamışdı?  
Aysel xoşhallandı, gözləri güləndə yanaqları çuxura düşdü.  
- Yox, yox. Hirsli deyildi.  
Qıza razılığımı bildirib evə keçdim. Qəfil ürəyimə gəldi ki, gərək Ayselə pul verəydim, bəlkə 
ehtiyacları var? Özümü tələsik bayıra atıb arxasınca çağırdım: 
- Aysel, Aysel...  
- Ay can...  
Gülümsədim. Dilinə qurban!  
- Gəl, səninlə işim var.  
Qız sual dolu nəzərlərini üzümə zillədi. Bəlkə yaxşıca bazarlıq edib evlərinə verim? Hə, bu daha 
yaxşıdır. Qapının qıfılını keçirib məhrəm bir ədayla qolumu Ayselin boynuna saldım.  
- Gedək mənimlə.  
Qalır Şahnaz arvada zəng etmək... Nömrəsini yığıb telefonu qulağıma sıxdım. Lap zəhləm 
töküldü, dilxor oldum. Arvad qırmızı-qırmızı dedi hazırlaş, evdən çıxırsan! Niyə, nədən yana? 
Boğazım qurudu, içimə od düşdü. İkicə cümlə ilə hər şeyi başa saldı: Qızım boşanıb, qalmağa 
yeri yoxdur. Hələlik uşaqları ilə orda yaşayacaq, vəssalam! İkicə gün vaxtım var idi. İnşaatçılar 
metrosunun yan-yörəsində əsəbi-əsəbi vurnuxandan sonra qanıqara evə qayıtdım. Təzəcə 
uzanmışdım, qapı döyüldü. Anası Aysellə aş göndərmişdi. Qızın gözləri gülürdü. Alnından 
öpdüm, sevincək evə qayıtdı. İçi şabalıdlı aşdan bir-iki qaşıqdan artıq yeyə bilmədim. İştahım 
küsmüşdü.  
Dalağım sancdı: bəs, tapança? İlahi, necə edəcəm? Evin ortasında var-gəl edib andıra qalmış bu 
vahiməli dəmir parçasına yer-yurd fikirləşirdim. Qapının kilidini keçirib tapançanı əlimə aldım, 
bir ürəyimdən keçdi ki, hikkə ilə yerə çaxıb başımdan rədd edəm. Axmaqlıq etmək olmazdı, 
kiçik bir ehtiyatsızlıqdan yaxamı ələ verə bilərdim. Müvəqqəti sakitliyə bənd olmaq ağılsızlıqdır, 
hadisələrin gedişatını gözləmək lazımıydı. Gecəni bu xarabada keçirib sabah mütləq özümə 
daldanacaq tapmalıydım. Amma harda? Bəxtim onda gətirdi ki, səhəri Ənvər zəng vurub hal-
əhval tutdu. Dərdimi açıb danışdım, sevincək məni yataqxanaya çağırdı. Hələ üstəlik dedi, 
komendanta 5-3 manat verərik, donquldanmaz. Yataqxanada yaşamaq toyuq hinində gecələmək 
kimi bir şeydir, ancaq nə etməli, əlac yoxdur, hələlik günümü keçirə bilərdim. Kitablarımı 
qutuya yığdım, pal-paltarımı yerbəyer edib evdən çıxdım. Humaydan narahat idim, axşam hal-
əhval tutmaq tamam yadımdan çıxmışdı. Görən, Rəşad necə idi? Xəstəxanaya çatanda Humayı 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə