Bmt-nin 822 və 853 saylı qətnamələrindən əvvəl işğal olunmuş Azərbaycan ərazisi



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə46/86
tarix08.03.2018
ölçüsü104 Kb.
#30952
1   ...   42   43   44   45   46   47   48   49   ...   86

Azərbaycanı  ağır  fəlakətlərə  düçar  qoymuş  Qarabağ 
hadisələrinə,  amansız  müharibənin  ötən  anlarma  işıqlıq 
gətirm ək  üçün  üz  tutduq  Əlisaab  Orucova.  İİstədik  ki, 
doğma  yurdumuz  Qarabağda  baş  vermiş  olayları  xalqımı- 
zm  təəssübkeş  oğlu  Əlisaab  Orucovun  yaddaşı  ilə  bir  da- 
ha  təzələyək.
MÜSTƏQİL  AZƏRBAYCANIN  İLK 
ƏDLİYYƏ  NAZİRİ
TA N ITM A : 
Əlisaab  Səftər  oğlu  Orucov  24  yanvar  1946-cı  il- 
də  Göyçay  şəhərində  anadan  olub.  1971-ci  ildə  Azərbaycan  Dövlət 
Universitetinin  hüquq  fakültəsinin  əyani  şöbəsini  bitirib.  1971-ci  il- 
dən  Azərbaycan  Respublikası  Ə dliyyə  Nazirliyi  məhkəmə  orqan- 
lan  idarəsində  m əsləhətçi  işləmış,  1973-cü  ilin  fevralından  həmin 
ilin  iyununadək  Bakı  şəhərinin  Nəsimi  rayon  Xalq  məhkəməsində 
xalq  hakimi  kimi  təcrübə  keçmiş  v ə  1973-cü  ilin  iyunundan  1977- 
ci  ilin  dekabnnadək  G əncə  şəhərində  xalq  hakimi,  1977-ci  ilin  de- 
kabnndan  198()-ci  ilin  martınadək  Azərbaycan  Respublikası  Ali 
Məhməkəsinin  üzvü  işləmişdir.  Bundan  sonra  Azərbaycan  Respub- 
likası  Ali  M əhməkəsi  sədrinin  müavini  v ə  birinci  müavini  vəzifələ- 
rində  çalışmışdır.
1985-ci  ilin  yanvanndan  1992-ci  ilin  aprelinədək  Azərbaycan 
Respublikasının Ədliyyə naziri  -  Müstəqil Azərbaycan dövlətinin ilk 
Ədliyyə  naziri  olmuşdur.  1992-ci  ilin  aprelindən  həmin  ilin  iyuluna- 
dək  Azərbaycan  Respublikası  Baş  nazirinin  müavini  -  Azərbaycan
Respublikası  Prezidentinin  Fövqəladə  Səlahiyyətli  nümayəndəsi  iş- 
ləmiş  v ə  Qarabağda  gedən  müharibədə  ön  cəbhədə  olmuşdur.
Ə.Orucov  gözəl  ailə  başçısıdır,  onun  dörd  oğlu  var.
QARABAĞDA  BAKININ  AYRI-AYRI
MÜƏSSİSƏLƏRİNİN  FİLİALINI  YARADIRDIQ
-  Əlisaab  müəllim,  Ermənistandan  uzunmüddətli  eza- 
miyyətdən qayıdandan  sonra  sizi MK-ya  dəvət etdilər və 
siz 
1988-ci  U  oktyabrın  10-da  MK-nm  göstərişi  ilə 
«KöçkünIərlə  iş  aparmaq*  üçün  Ağdam  qərargahma 
göndərildiniz?!...
Məncə  söhbətə  elə  buradan  başlasaq  daha  yaxşı  olar.
-  O  vaxt  Dağlıq  Qarabağdan  köçkünlər  Ağdama  axışıb 
gəlirdilər.  Komissiyanı  da  ona  görə  yaratdılar  ki,  hər  bir 
nazir  10  gün  Ağdamda  olsun  və  köçkünlərlə  iş  aparsm. 
Öncə  m ən  getdim.  Qərargahımız  Ağdamdan  Əsgərana  ge- 
dən  yolun  üstündə,  25  saylı  Səyyar  Mexanikləşdirilmiş  ti- 
kinti  idarəsində  (red.  Ş.S.-  PMK-25)  yerləşirdi.
On  gün  qaldım.  Məni  əvəz  etm əyə  başqa  nazir  gəlmə- 
di.  1989-cu  ilin  axırma  qədər  Ağdamda  qaldım.  Hərdən 
Bakıya  da  gəlirdim.  Aləm  bir-birinə  qarışmışdı.  Tez-tez 
Ə.  V əzirovla  zəngləşir,  vəziyyətin  günü-gündən  ağırlaş- 
dığını  ona  deyirdim.
-  Bu  müddətdə  Ə.  Vəzirovia  görüşə  bildinizmi?
-  Əlbəttə,  görüşdüm.  Dedi,  sənin  Dağlıq  Qarabağla  işin 
olmasm,  birtəhər  köçkünləri  Ağdamda  yerləşdir.  Qəti  eti-


razımı  bildirdim.  Dedim  ki,  köçkünləri  elə  Dağlıq  Qäraba- 
ğa  qaytarmaq  lazımdır.  Ermənistan  qaçqmlarım  da  Dağlıq 
Qarabağda  yerləşdirmək  vacibdir.  Onları  oradan  çıxarmaq 
düz  deyil.
M ən  Ağdamda  günortaya  qədər  köçkünləri  qəbul  edir, 
günortadan  sonra  Yuxarı  Qarabağm  kəndlərinə  gedirdim. 
Camaatla  söhbət  aparır,  xalqm  onların  arxasmda  dayandı- 
ğmı  deyirdim.  Deyirdim  siz  niyə  qorxmalısınız?  Bura  bi- 
zim  öz  torpağımızdır.  Torpaqlarmızı  tərk  etməyin.
Azərbaycanlılar  tamam  işsiz  qalmışdılar.  Biz  kəndlərdə 
yeni  iş  yerləri  açmağa  çalışırdıq.  Yavaş-yavaş  Yuxarı  Qa- 
rabağm  kəndlərində  Bakmın  ayrı-ayrı  m üəssisələrinin  fıli- 
almı  yaradırdıq  ki,  camaat  oranı  tərk  etməsin.
-  Əlisaab  müəllim,  Dağlıq  Qarabağm  Azərbaycandan 
uzaqlaşdırılması  və  ələ  keçirilməsi  üçün  ermənilər  hansı 
vasitələrə  əl  atırdılar?
-  SovİK P  MK  və  SSRİİ  Nazirlər  Soveti  24  mart  1988- 
ci  ildə  bədnam  bir  qərar  qəbul  etdi.  Qərar  «1988-1995-ci 
ı'llərdə  Azərbaycan  SSR  Dağlıq  Qarabağ  Muxtar  Vilayəti- 
nin  sosial-iqtisadi  inkişafmı  sürətləndirm ək  haqqmda»  idi. 
Siz  fıkir  verin.  Görün  qərarda  nə  deyilirdi:
«1989-1990-cı  illərdə  Stepanakert  şəhəhndə  850  nəfərlik 
mədəniyyət  sarayının,  növbə  ərzində  600  xəstə  qəbul  etmək 
üçün  poliklinikası  olan  400  çarpaydıq  vilayət  xəstəxanasının, 
pionerlər evinin,  şəhər Idtabxanasının,  habelə  1  nömrəli  əlavə- 
yə  müvafiq  surətdə  yaşayış  evlərinin  və  digər  sosial  obyektlə- 
rin  tikintisi  nəzərdə  tutulsun».
SSRİ  Mədəniyyət Nazirliyi  və  Azərbaycan  SSR Nazirlər 
Soveti  Azərbaycan  SSR-də yaşayan  erməni  əhalisinin  arzu- 
lannı  nəzərə  alaraq:
Bakı  şəhərində  erməni  dram  teatrı  yaradılması  m əsələ- 
sini  nəzərdən  keçirsinlər;
«SSRİ  Dövlət  Nəşriyyat,  Poliqrafiya  və  Kitab  Ticarəti İş- 
ləri  Komitəsi  on  ikinci  beşillikdə  Stepanakert  şəhərində  və 
Dağlıq  Qarabağ Muxtar  Vilayətinin  rayon  mərkəzlərində mət- 
bəələri yenidən qursun,  erməni  dilində ədəbiyyata vilayət əha- 
lisinin  tələbatının  ödənilməsini  nəzərdə  tutmaqla  bu  ədəbiyya- 
tın  buraxüışını  genişləndirsin».
Təkcə  Əsgəran  rayonu  ərazisində  Badara  və  Qarqar  ça- 
yı  üzərində  iki  böyük  dəryaça  tikilməsi  nəzərdə  tutulurdu. 
Dəryaçaların  tikintisi  üçün  o  zamanın  pulu  ilə  on  iki  mil- 
yon  manat  (  Ş.S.  -  12  milyon  manat  -  12  milyon  ABŞ  dolları 
demək idi)  Azərbaycan  büdcəsindən  pul  ayrılmalı  idi.  Xalq 
isə  ciddi  surətdə  SSRİİ  Nazirlər  Sovetinin  qərarma  öz  eti- 
razmı  bildirirdi.
Ermənilər  Qarabağı  Azərbaycandan  ayırmaq  üçün  gündə 
bir  forma  fikirləşib  tapırdılar.  Hiss  edirdim  ki,  Moskva  istə- 
yir  Qarabağı  Azərbayçanın  idarəçiliyindən  çıxartsm.  Hətta 
15  iyun  1988-ci  ildə  Ermənistan  SSR  Ali  Soveti  Dağlıq  Qa- 
rabağ  Muxtar  Vilayətinin  Ermənistan  SSR-in  tərkibinə  keç- 
məsi  haqqında  qərar qəbul  etdi.  Həmin  qərar bu  günə  qədər 
ləğv  olunmayıbdı.


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə