Bmt-nin 822 və 853 saylı qətnamələrindən əvvəl işğal olunmuş Azərbaycan ərazisi



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə64/86
tarix08.03.2018
ölçüsü104 Kb.
#30952
1   ...   60   61   62   63   64   65   66   67   ...   86

isteriyası  heç  bir  gün  də  ara  verməmişdi.  Və  başa  düşmək 
lazımdır  ki,  bu  dövrdə  meydana  niyə  «Səbr  etdik  bəsdir» 
şüarı  gətirildi.
Azərbaycan  hökuməti  qaçqmlarm  öz  iqliminə  görə  qo- 
yub  gəldikləri  vətənlərinə,  yəni,  Leninakana,  Kirovakana, 
Spitaka,  Qursalıya,  Sarala  yaxm  olan  coğrafi  mühitə  köç- 
mək  arzularmı  ürəyində  qoydu. 
Bu  onsuz  da  qeyri- 
mümkün  idi.  Onlar  tələb  edirdilər  ki,  bizi  suveren  Azər- 
baycan  SSR  ərazisinə  -  Dağlıq  Qarabağa  köçürün.
Elə  həmin  müddətdə  Abşerondan  Dağlıq  Qarabağa 
20  min  erməni  köçdü:  «dağlıq  iqlim  şəraitinə  uyğunlaş- 
maq  üçün».
Erməni  terrorçularımn  havadarları  -  rus  hərbçiləri
©
ttki  xalqa  «öz  ocaqlarma  sülhlə  və  temiz  ürekle  qayıt- 
maq»  müraciətini  Moskva  dikte  etmişdi  ki,  Bakı  ermenile- 
ri  üçün  şerait yaratsm.  Onlann bezileri  öz  evlerini  və  mən- 
zillərini  baha  qiymətə  satır  və  müavinət  aldıqdan  sonra 
Rusiyanın  yaxşı  şəhərlərində  maksimum  əlverişli  şəraitin 
harada  olduğunu  öyrənirdi.  Bakı  şehəri  xüsusi  rayonunun 
komendantı  general-leytenant  M.Kolesnikovun  məlumatı- 
na  görə,  1989-cu  il  martm  sonuna erməni  millətindən  olan 
190  min  əhalidən  23  min  nəfəri  köçüb  getmişdi.  Onlardan 
yeddi  mini  Ermənistana,  qalanları  RSFSR-ə  və  Los-Anje- 
lesə.
Necə  oldu  ki,  Sumqayıt  hadiselərindən  əvvəl  Ermənis- 
tandan  bir neçə  min  azərbaycanlının  deportasiyası  gizlədil- 
di  və  ölkədə  bu  barədə  geniş  məlumat  yayılmadı!
Niyə  respublika  rəhberliyi  Moskvadan  Sumqayıt  hadi- 
sələrinin  bütün  iştirakçılarınm  işinə  açıq  məhkəme  prose- 
sində  baxılmasım  təkid  etmədi  ki,  kimin  kim  olduğu  bili- 
nəydi.
Əlbəttə,  geləcək  siyasi  karyera  üçün  riskle  (çünki, 
Söv.İKP  MK və  Baş katibin  ermənilərdən  olan  köməkçilə- 
ri  güclü  və  ağılları  başlarında  idilər),  lakin  xalqm  leyaqe- 
tini  qoruyub  saxlamaq xatirine  dediyimiz  iki  suala verilme- 
li  cavablar  deputat  fgityanı  mecbur  ederdi  ki,  dursun  ve 
heç  olmasa Azerbaycan  ve ermeni  xalqlarından üzr  istesin. 
Vəzirov  və  silahdaşları  Kremldəki  qurultayda  tez-tez  geno-


siddə  ittiham  olunmalarmı  dinləyir,  heç  olmasa  1988-ci  ilin 
iyulunda  M.S.Qorbaçovun  bu  m əsələ  ilə  bağlı  səslənən 
cavabındansa  istifadə  etmirdilər:
«Genosid  -  kortəbii  deyil,  müəyyən  mütəşəkkil  irqçilik  siyasə- 
tidir...  Genosid  hər hansı  xalqa  v ə   ya  milli  azİığa  münasibətdə  apa- 
nlan  düşünülmüş  məhvetmə  siyasətidir.  Niyə  siz  banditlərin  hərə- 
kətini  bütün  Azərbaycan  xalqmın  adına  çıxarıısmız?  Hansı  genosid 
haqqında  danışmaq  olar?»
Necə  oldu  ki,  1988-ci  il  dekabrm  5-də  gecə  Bakınm 
Lenin  meydanmdan  silahsız  adamlarm  dəyənəklərlə  döyü- 
lərək  qovulması  xeyli  yaralımn  xəstəxanalara  düşməsinə 
baxmayaraq  gizlədildi  və  ört-basdır  edildi?
Yox,  bu  onillərlə  mənəviyyatı  zora  məruz  qalmış  və 
uzun  müddət  ətrafda  baş  verən  şər  işlərlə  razılaşan  xalqm 
vətəndaş  oyanışı  idi.  Dünyanm  hər  tərəfm dən  Sumqayıt, 
həlak  olmuş  ermənilər,  qatil  azərbaycanlılar  barədə  qışqır- 
dıqları  halda,  səbr  kasası  dolmuş  xalq  başqa  nə  cür  diqqə- 
ti  cəlb  edə  bilərdi?!
Azərbaycan  Xalq  Cəbhəsinin  ilk  bülleteni  yalnız  1989- 
cu  ilin  maymda  çıxdı.  Bülletendə  haqlı  olaraq  qeyd  edi- 
tirdi: 
«Dağlıq  Qarabağdakı  hadisələr  bürokratiyanın  milli  mənafe- 
ləri  müdafiə  etmək  qabiliyyəti  olmadığmı  və  gücsüzlüyünü  açıq  nü- 
mayiş  etdirdi.  200  min  azərbaycanlı  öz  doğma  ocaqlarmdan  qovul- 
muş,  Dağlıq  Qarabağ  isə  faktiki  olaraq  Respublikanm  tabeliyindən 
çıxanlmışdır.  Növbə  -  yeni  Azərbaycan  torpaqlarmmdır.  Öz  haki- 
miyyətlərinin  vaxtını  uzatmaq  üçün  bürokratiya  konfliktin  əsas  sə- 
bəblərini  və  miqyasmı  xalqdan  hər  cür  gizlədir,  Ermənistan  SSR
Erməni 
terrorçularınm  havadarları  -  rus  hərbçiləri
hökumətinin  təcavüzünə  qarşı  rəsmi  etiraz  etməyə  cürət  etmir». 
AXC-nin  elə  həmin  sənədində  ilk  dəfə  elan  edilirdi  ki, 
DQMV  problemi  Azərbaycanm  daxili  işidir.  «Erməni  mil- 
lətçilərinin  Dağlıq  Qarabağ  məsələsini»  mərkəzi  hakimiy- 
yətin  köməyi  ilə  öz  xeyirlərinə  həll  etmək  cəhdləri  nəticə 
verməyəcəkdir  və  azərbaycan  xalqmda  etiraz  hissi  doğu- 
rur.  Xalqımız  öz  torpaqları  uğrunda  mübarizədə  yalnız  öz 
gücünə  arxalanır  və  bu  güc  öz  vətənini  qorumağa  kifayət 
edəcək  qədərdir».  Azərbaycan  hökumətinin  Kremlin  iltifa- 
tmdan  istifadə  etmək  cəhdlərini  AXC  liderləri  sanki  gör- 
mürdülər.
Xalq  cəbhəsi  liderləri  Respublika  Ali  Sovetinin  Sessi- 
yasma yalnız  1989-cu ilin sentyabrmda buraxildılar.  Mü- 
zakirələrin  sonunda  çıxış  edən  AXC  idarə  heyətinin


sədri  Əbülfəz  Əliyev  (Elçibəy)  filosofcasma  qeyd  etdi:
«Əlbəttə  biz  öz  dərdləri  barədə  bütün  dünyaya  hay-küy  salan 
millətlərdən  deyilik.  B əlkə  də  bu  düzgündür,  bəlkə  də  yox,  lakin 
bizim  səsim iz  eşidilmirsə  elə  fikirləşə  bilərlər  ki,  biz  günahkarıq. 
Digər  tərəfdən  isə  haylı-küylü  çağırışlarla  o  qədər  də  çox  hömıot 
qazanmaq  mümkün  deyil».
Elə  bu  zaman Amerika  senatmda  Robert  Doulun  təşəb- 
büsü  ilə  dəfələrlə  «erməni  m əsələsi»nə  dair  müzakirələr 
təşkil  olunurdu.  Senata  1990-cı  ilin  «erməni  genosidi  ili» 
elan  olunması  təklif  edilirdi.  M əsələnin  özünün  qoyulma- 
sından  növbəti  dəfə  qəzəblənən  ABŞ  yəhudi  icmaları  yə- 
hudi-erməni  qarşıdurmasımn  səbəbini  «İİsraillə  şərqin  mü- 
səlman  dövletləri  arasmda  yeganə  dayamqlı  körpü»  olan 
Türkiyə  ilə  ənənəvi  dostluq  əlaqələrini  korlamaq  istəmə- 
dikləri  ilə  izah  etdilər.  Ermənipərəst  senatorlarm  cavab  hə- 
rəkətlərini  çox  gözləmək  lazım  gəlmədi.  R.Doul  Corc  Bu- 
şu  bir  addım  da  geri  çəkilm əm əyə  çağırdı.  Dörd  erməni 
terrorçu  Buenos-Ayresdə  sovet  səfirliyini  tutdu  və  özləri- 
nin  ifadə  etdiyi  kimi  «SSRÜ-nin  diqqətini  erməni  məsələ- 
sinin  həllinə  cəlb  etmək  üçün»  bir  neçə  gün  nəzarətləri  al- 
tında  saxladı.  Los-Anjelesdə  bir  qrup  gənc  erməni  vətən- 
pərvərlik  idealları  uğrunda  mübarizədə  öz  qətiyyətlərini 
nümayiş  etdirmək  məqsədilə  yəhudi  qəbiristanlığmı  mur- 
darladı  və  yaxmdakı  evlərin  divarlarına  qırmızı  və  sarı 
rəngli  boyaqların  qatışığmı  yaxdı.
«Nyü-York Tayms»  qəzeti  ABŞ  yəhudi  icmasmın  kö-
meyile  Azerbaycan  jumalistlerinin  mektubunu  derc  etdi; 
mektubda  ermeni  diasporunun  ve  daşnaksütyun  partiyası- 
nın  milletlerarası  düşmençiliyi  qızışdırmaq  və  Azərbaycan 
SSR  DQMV  ətrafında  özlərinin  uydurduqları  ve  son  məq- 
sədi  vilayeti  güclə  Ermənistana  birləşdirmek  olan  m əsələ- 
ni  şişirtmək  sahəsindəki  hərəkətlərinə  qiymət  verilirdi.  Bu 
əlamətdar  fakt  «Azərbaycan»  qəzetinə  qəribə  bir  paradok- 
su  qeyd  etməyə  imkan  verdi:  mərkəzi  sovet  qəzetləri 
DQMV probleminə dair məlumatsız  adamlarm  ölkə  ictima- 
iyyətini  çaşdıran  iri  məqalələrini  verməyə  yer  tapır,  Azər- 
baycan  mütəxəssislerinin  məqalələri  isə  nəinki  mərkəzi 
mətbuatda,  təəssüf ki,  çox  vaxt  heç  respublika  mətbuatma 
da  yol  tapa  bilmir.
Paradoksun  sadə  açması  var:  konfliktin  lap  əvvelin- 
dən  Azerbaycan  tərəfə  belə  bir  sərsəm  ideyanı  qəbul  etdi- 
riblər ki,  guya həqiqəti  yazan  məqaləler milletlərarası  düş- 
mençiliyi  gücləndirə  bilər,  halbuki,  bu  düşmənçiliyin  alo- 
vu  qonşu  respublikada  göylərə  qalxmışdı  və  həqiqət  onu 
hələ  söndürə  bilərdi.
Qəzetin  müəlliflərindən  biri  R.Həsənli  belə  bir  rito- 
rik  sual  verirdi:
«N iyə  «Nyu-York  Tayms»  qəzeti  Azərbaycan  jurnalistlərinin 
Amerika  ictimaiyyətinə  erməni  diasporunun  Dağlıq  Qarabağ  «prob- 
lemi»barəde zorla qəbul  etdirdiyi birtərefli tesewürlerden yaxa qur- 
tarmaqda  kömək  edən  məqaləsini  verə  bilir,  amma  indiki  aşkarlıq 
dövründə  ittifaqın  merkezi  qezetlerinde  bunu  etmek  praktiki  olaraq 
mümkün  deyildi?»


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə