Bu Təlimatdan necə istifadə etməli


Vətəndaş Cəmİyyətİ üçün Praktİkİ təlİmat



Yüklə 337,48 Kb.
Pdf görüntüsü
səhifə3/16
tarix14.05.2018
ölçüsü337,48 Kb.
#43533
1   2   3   4   5   6   7   8   9   ...   16

7

Vətəndaş Cəmİyyətİ üçün Praktİkİ təlİmat 

4.  İzləmə metodları və tədbirləri 

Bu bölmədə keçmiş təcrübədən bəzi əyani nümunələrlə birlikdə vətəndaş cəmiyyətinin 

monitorinqi üçün bəzi metod və fəaliyyət növləri qısa şəkildə təsvir edilir.

4.1. Əməkdaşlıq üçün mexanizmlərin müəyyən edilməsi 

Bütün insan hüquqlarının həyata keçirilməsi insan hüquqları üzrə bütün BMT qurumlarının 

əsas məqsədidir. Əksər ölkələrdə səlahiyyətli orqanların siyasi iradəsindən tutmuş hüquq 

mühafizə orqanlarının rəftarı, vətəndaş cəmiyyətinin fəaliyyəti, məhkəmələrin qərarları və 

onların müstəqillik səviyyəsi, dini təşkilatların təsiri, hökumətdə dəyişiklik və s. kimi faktorların 

kombinasiyası əsasında tərəqqi baş verir. İHAK və BMT-nin insan hüquqları mexanizmləri 

hüquqların həyata keçirilməsinə doğru yolun çəkilməsində mühüm rol oynaya bilər.

Hüquq və öhdəliklər

Beynəlxalq standartlarda müəyyən edildiyi kimi



İCRA PROSESİ

Qanun


Siyasətlər

Təsisatlar

Davranışlar

Bacarıqlar

Bilik

İmkanlar


Kənar 

təzyiqlər

VC 

tərəfindən 



izləmə

İnsan 


Hüquqları 

mexanizmləri 

tərəfindən

icmal


Hansı mexanizmin daha böyük təsiri var? Xüsusi Prosedurlar üzrə mandat sahiblərinin 

ölkəyə səfəri? Universal Dövri İcmalda (UDİ) Dövlətlərə ünvanlanmış tövsiyələr və əlaqədar 

siyasi proseslər? Yoxsa saziş qurumunun fərdi şikayət üzrə verdiyi qərar? Bəlkə də bunların 

və daha artığının qarışığı?  

 



8

BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATININ TÖVSİYƏLƏRİNƏ NECƏ ƏMƏL ETMƏLİ 

İnsan hüquqları mexanizminin insan hüquqları sahəsində spesifik tematik məsələdə və/

və ya ölkədə, region və ya müəyyən ərazidə nə kimi əlavə dəyəri ola bilər? İnsan hüquqları 

mexanizmlərində iştirak VCİ-lərın prioritetlərinə, plan və potensialına necə uyğunlaşır?

Mexanizmin nə təklif edə biləcəyini təhlil etmək və onun gəldiyi nəticə və tövsiyələrini 

anlamaq 1) vətəndaş cəmiyyətinin belə mexanizm/lərdə iştirakına dair qərarların alınması; 

2) belə iştirakın formalaşdırılması; və 3) belə iştirakın VCİ-lərın strategiya və iş planlarına 

inteqrə edilməsi baxımından mühüm addımlardır.



4.2. Təsirin  maksimum  səviyyəyə  çatdırılması  üçün  insan  hüquqları 

mexanizmlərinin bütün dövrlərində iştirak

Təcrübə onu göstərir ki, vətəndaş cəmiyyəti insan hüquqları mexanizminin fəaliyyət 

dövrünün bütün mərhələlərində iştirak etdikdə insan hüquqları mexanizmləri ilə onun 

qarşılıqlı əlaqəsi daha çox nəticə verir. Məsələn, icmal olunan Dövlətə dair UDİ üzrə məlumat 

verildikdə vətəndaş cəmiyyəti onları daha çox düşündürən məsələlərə diqqət yetirməlidir, 

bu, uşaqların cismani cəzası və ya etnik azlıqlara qarşı ayrı-seçkilik məsələləri ola bilər. Onlar 

əvvəlcə öz Hökumət, sonradan isə UDİ üzrə interaktiv dialoqda iştirak edəcək Üzv Dövlətlərin 

nümayəndə heyəti ilə dialoq qura bilər, onları bu məsələlərə dair tövsiyə verməyə çağıra 

bilər. UDİ-in yekun sənədində bu tövsiyələr əks olunaraq, vəkillik fəaliyyətini və ya vətəndaş 

cəmiyyətinin digər fəaliyyətini gücləndirmək üçün ölkə səviyyəsində istifadə edilə bilər.

Eyni proseslər digər mexanizmlərlə bağlı baş verir. Bu, vətəndaş cəmiyyətinin əldə edilən 

məlumat və tövsiyələrin müvafiq və fokuslu olduğu ehtimalını artırdığı narahatlıq doğuran 

məsələlərə dair sənədlərlə yaxşı təsdiq olunan etibarlı məlumatın hazırlanmasıdır. Yaxşı ifadə 

olunmuş, icra oluna bilən, insan hüquqlarının qorunması sahəsində müəyyən edilmiş boşluqları 

aradan qaldıran, BMT-nin insan hüquqları qurumları tərəfindən verilən tövsiyələr vətəndaş 

cəmiyyətinin ölkə səviyyəsində vəkillik fəaliyyətinin dəstəklənməsi baxımından vacibdir.



4.3. İnsan  hüquqları  sahəsində  verilən  tövsiyə  və  qənaətlərin 

sistemləşdirilməsi 

Həm tematik, həm ölkə əsaslı insan hüquqları mexanizmləri çərçivəsində çoxsaylı 

tövsiyələr verilmiş və qənaətlər ifadə olunmuşdur. Onların tematik və ya coğrafi maraq 

sahəsi üzrə toplanması və qruplaşdırılması monitorinq üzrə hərtərəfli yanaşmaya hazırlıq 

baxımından faydalı ola bilər. Tövsiyələrin və məlumatların xəritələşdirilməsi  

•  Tövsiyələrə çatımlığı artıra bilər;

•  Məlumatlandırmanın artırılmasına və tövsiyələrin 

•  yayılmasına yardım edə bilər;

•  Mövcud tövsiyələrin hərtərəfli icmalının hazırlanmasına, beləliklə monitorinq üçün 

hərtərəfli strategiya üçün təməlin qoyulmasna yardım edə bilər;

•  Həyata keçirilmədə və fəaliyyətin izlənməsində prioritetləşməni dəstəkləyə bilər;

•  Monitorinq planının hazırlanması üçün təməl kimi xidmət göstərə bilər.




9

Vətəndaş Cəmİyyətİ üçün Praktİkİ təlİmat 

4.4. Prioritetləşdirmə və planlaşdırma 

VCİ bəzi tövsiyələri digərlərindən daha münasib hesab edə bilər. Onların hamısı deyil, bəziləri 

VCİ-lərin tematik və ya coğrafi prioritetlərinə aid ola bilər. Eynilə, onların bəzilərini izləmək asan 

ola bilər, digərlərinin monitorinqi üçün isə mövcud olmayan resurslar tələb oluna bilər. Bəzi 

tövsiyələr vətəndaş cəmiyyətinin insan hüquqları mexanizmi ilə yerinə yetirdiyi hazırlıq işinin 

nəticəsində verilə bilər. Bu tövsiyələrə əməl edilməsinin prioritetləşdiriləcəyi və onların VCİ-

lərin strategiya və iş planlarına inteqrə olunacağı ehtimalı böyükdür.

Aşağıdakı alət bu prosesdə yardım edə bilər:



Universal İnsan Hüquqları İndeksi 

Universal İnsan Hüquqları İndeksi

3

 saziş qurumlarından, xüsusi prosedurlardan və 

UDİ-dən tövsiyələri toplayan onlayn rejimli məlumat bazasıdır. İndeks istifadəçilərə 

saziş qurumunun, xüsusi prosedurlar və UDİ üzrə tövsiyələrə Dövlət, hüquq, qurum, 

qurban, vaxt çərçivəsi, və UDİ üzrə tövsiyə edən Dövlət(lər), nəzərdən keçirilən Dövlətin 

mövqeyi və sessiya kimi bir sıra kateqoriyalara çıxışı və onların araşdırılması üçün şərait 

yaradır. Bir neçə düyməni basmaqla axtarış edən şəxslər istənilən xüsusi vəziyyətdə 

insan hüquqlarının həyata keçirilməsi ilə bağlı BMT qurumlarının və vəziyyətə dair 

mexanizmlərin qiymətləndirməsinə nəzər sala bilərlər. Bu, BMT-nin insan hüquqları 

barədə sahib olduğu böyük həcmdə informasiyanı daha şəffaf və çatımlı müyəssər edir.



Mərkəzi Asiyada tövsiyələrin qruplaşdırılması  

Qırğızıstanda İHAK-ın Mərkəzi Asiya üzrə Regional Ofisi insan hüquqları üzrə BMT 

mexanizmlərinin tövsiyələrini, o cümlədən saziş qurumlarının, xüsusi prosedurlar və UDİ-

dən doğan tövsiyələri hüquq üzrə qruplaşdıran icmalın hazırlanmasında elmi müəssisəyə 

dəstək göstərmişdir. Tövsiyələrin həyata keçirilməsi üçün işlərin planlaşdırılması zamanı 

bu təməl kimi xidmət etmişdir.

4



   



http://uhri.ohchr.org/

   Bu xülasə 



www.auca.kg

 saytından əldə edilə bilər




Yüklə 337,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə