Bu Təlimatdan necə istifadə etməli


Vətəndaş Cəmİyyətİ üçün Praktİkİ təlİmat



Yüklə 337,48 Kb.
Pdf görüntüsü
səhifə9/16
tarix14.05.2018
ölçüsü337,48 Kb.
#43533
1   ...   5   6   7   8   9   10   11   12   ...   16

23

Vətəndaş Cəmİyyətİ üçün Praktİkİ təlİmat 

             İnternetlə yayımlama və video görüntülər 

İnsan Hüquqları Şurasının sessiyaları və Universal Dövrü İcmal BMT-nin 



web TV

11

  vasitəsilə 

canlı yayımlanır və arxivləşdirilir. Vətəndaş cəmiyyəti saziş qurumlarının sessiyalarını 

çəkib, internetlə yayımlaya bilir. Cenevrədə əsaslanan QHT qrupu saziş qurumunun bütün 

sessiyalarının internetlə yayımlanmasını əlaqələndirir. www.treatybodywebcast.org.

İHAK tərəfindən hazırlanmış bir çox video görüntülər İHAK internet səhifəsindən və sosial 

mediadan əldə edilə bilər.

12

mütərəqqi dəyişikliyə töhfə verdi. Təcridxanalarda islahatlar ən yüksək siyasi profilə 



malik olmuş, Cinayət Hüququ Strategiyasının İcmal Qrupu yaradılmışdır.

9

 Komitə 12 



ayda 4 konkret tövsiyəni, o cümlədən “Magdalene Laundries”də qadınların saxlanmasını 

səmərəli şəkildə araşdıra bilməyən Dövlətin uğursuzluğunu yoxlamaq üçün müraciət 

etmişdir. Fevral 2013-cü ildə Dövlətin “Magdalene Laundries”ə cəlb olunduğu haqda 

rəsmi hesabat dərc olunmuşdur.

10

  O vaxtdan sonra Dövlət Magdalene qadınlarından 



rəsmən üzr istəmişdir, kompensasiya planı təşviq olunmuşdur.

  Ədliyyə, Bərabərlik və Müdafiə Naziri tərəfindən çağırılmış Cinayət Hüququ Strategiyasının İcmal Qrupu 12 ek-



pertdən ibarət olmuş, ədliyyə, polis, probasiya xidmətlərini, penitensiar rəsmilərini təmsil etmişdir. Qrup prinsipial 

və davamlı cinayət hüququ sisteminin sonrakı inkişafına dair, o cümlədən İrlandiyanın beynəlxalq öhdəlikləri ilə 

bağlı tövsiyələr verir. Əlavə məlumat üçün bax 

www.justice.ie

10 

  Hesabata çıxış 



www.justice.ie 

11     


http://webtv.un.org/ 

12 


  Sosial mediada OHCHR-a çıxş 

www.ohchr.org



4.10. Təşviqat fəaliyyəti

İnsan hüquqları sahəsində təşviqat fəaliyyəti insan hüquqlarının təmin edilməsini 

yaxşılaşdırmaq məqsədilə kommunikasiya kimi müəyyən edilə bilər. Təşviqatın səmərəli 

mesajları insan hüquqları ilə bağlı vəziyyət və narahatlıqlar barədə məlumat verir; məqsəd 

digərlərini 

hərəkətə keçməyə inandırmaqdır.

İnsan hüquqları üzrə səmərəli təşviqat mesajlarının xüsusiyyətləri:

•  Yoxlanmış faktlar və rəqəmlərə əsaslanır

•  Real həyatdan götürülmüş sosial misallardan ibarət olur

•  Sadə və konkretdir

•  Müvafiq dildən istifadə edilir (siyasi polemikadan daha çox insan hüquqları 

mühakimələrindən istifadə edilir; təhqiredici sözlərə yol verilmir)  

•  Etibarlı qasidlə ötürülür

•  Aydın şəkildə hərəkətə çağırır

•  Hədəf kütlələr üçün uyğunlaşdırılır

•  Kontr-arqumentlərin qabağını alır

İnsan hüquqları mexanizmlərinin əldə etdiyi məlumat və tövsiyələr bu xüsusiyyətlərin 

bir sırasını yerinə yetirir. VCİ-lər təşviqatı daha səmərəli etmək üçün əldə olunan tapıntı və 

tövsiyələri müəyyən edib, onları prioritetləşdirir.




24

BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATININ TÖVSİYƏLƏRİNƏ NECƏ ƏMƏL ETMƏLİ 

Tunisdə  seçkilərdə  əlilliyi  olan  şəxslərin  iştirakı  ilə  bağlı  təşviqat, 

məlumatlandırmanın artırılması və monitorinq 

2011-ci ildə CRPD-nin Tunis üzrə yekun qeydlərinə ölkənin demokratik islahatına 

dair bir sıra tövsiyələr daxil olmuş, məqsəd əlilliyi olan şəxslərin yeni Konstitusiyanın 

hazırlanması prosesinə cəlb edilməsi, digərləri ilə bərabər əsaslarda seçmək və ictimai 

həyatda iştirak etmək hüquqlarının həyata keçirilməsi olmuşdur.

İnqilabdan sonra təsis edilmiş əlilliyi olan şəxslərin təşkilatı – Tunisdə Əlilliyi olan 

İnsanların Hüquqlarının Təşviqi Təşkilatı (Organisation tunisienne de défense des droits 

des personnes handicapées- OTDDPH) müxtəlif regionlarda məlumatlandırmanın 

artırılması üzrə bir sıra seminarlar keçirmiş, məqsəd növbəti seçkilərdə əlilliyi olan 

şəxsləri iştirak etməyə cəsarətləndirmək olmuşdur. Onun bir sıra üzvləri seçkilərdə 

rəsmi müşahidəçi kimi iştirak etmişdir ki, OTDDPH ölkədə 100-dən artıq seçki 

məntəqəsində işin gedişatını birbaşa müşahidə edə bilmiş, məqsəd seçkilərdə 

əlyetərlilik standartlarına göstərilən hörməti, eləcə də əlilliyi olan insanların iştirakını 

qiymətləndirmək olmuşdur. 

Milli Qanunvericilik Məclisinin seçkilərindən sonra Tunisiyanın yeni Konstitusiyasının 

hazırlanması tapşırığı ilə OTDDPH əlilliyi olan şəxslərin hüquqlarının Konstitusiyaya 

daxil edilməsi üçün Qanunvericilik Məclisi ilə təşviqat xarakterli tədbirlər keçirmişdir. 

CRDP və CRDP Komitəsinin tövsiyələri üzrə aparılan təşviqat əsasında OTDDPH 

Məclisin komitə dinləmələrində çıxış etmiş, ayrı-ayrı komitə üzvləri ilə işləmiş, 

Konstitusiyaya daxil edilməsi üçün müddəa hazırlamışdır.



Qvatemalada müstəqil ədliyyə sistemi üçün təşviqat fəaliyyəti 

Hakim və vəkillərin müstəqilliyi məsələləri üzrə Xüsusi Məruzəçi Qvatemalaya Ali 

Məhkəməyə seçkilərin keçirildiyi dövrdə səfr etmişdir. Vətəndaş cəmiyyəti hakimlərin 

seçkisindən sonra Dövlət Prokuroru vəzifəsinə keçirilmiş seçkilər prosesində öz 

təşviqat fəaliyyətinin bir hissəsi olaraq xüsusilə də müstəqillik, şəffaflıq və yüksək 

peşəkarlığa dair tələblərlə bağlı Xüsusi Məruzəçinin hesabatına hərtərəfli şəkildə istinad 

etmişdir. İHAK-ın Qvatemaladakı Ofisi məqbul beynəlxalq standartların, o cümlədən 

Xüsusi Məruzəçinin tövsiyələr toplusunun tərtib edilməsinə yardım etmişdir. VCİ-lər 

öz təşviqat fəaliyyətini qüvvətləndirmək üçün bu topludan istifadə etmiş, Dövlət 

Prokuroru vəzifəsinə ən səriştəli namizədlərin tövsiyə edilməsi üçün komissiyalar təyin 

etmişlər. Qanunvericilikdə dəyişikliklərin aparılması, ədliyyə sisteminin müstəqilliyi 

baxımından hakimiyyət orqanlarının daha çox cavabdeh olması üçün də VCİ-lar ictimai 

bəyanatlarda bu tövsiyələrdən istifadə etmişlər.



Yüklə 337,48 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə