Bu Təlimatdan necə istifadə etməli



Yüklə 337,48 Kb.
Pdf görüntüsü
səhifə12/16
tarix14.05.2018
ölçüsü337,48 Kb.
#43533
1   ...   8   9   10   11   12   13   14   15   16

30

BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATININ TÖVSİYƏLƏRİNƏ NECƏ ƏMƏL ETMƏLİ 

5.  İzləmə prosedurları və insan hüquqları 

mexanizmləri ilə bağlı təcrübə

İnsan hüquqlarına dair verilmiş tövsiyələrdən sonra baş vermiş dəyişikliyin qiymətləndirilməsi

insan hüquqları mexanizmlərinin prosedur altında olan ölkəni araşdırmasından sonra nələrin 

baş verdiyi haqda məlumatın əldə edilməsi, BMT insan hüquqları arxitekturasının yerlərdəki 

təsirinin başa düşülməsi insan hüquqları mexanizmlərinin əsas marağı və məqsədidir. Təsis 

olunduqları dövrdən etibarən bu mexanizmlər dərk etmişdirlər ki, onların əhəmiyyəti həyata 

keçirə və ya təşviq edə biləcəkləri müsbət dəyişiklikdən ibarətdir. Müsbət dəyişikliyin sübutu 

onların effektivliyinin sübutudur. Bu “sübut axtarışı” hər bir mexanizmin özü üçün hazırladığı 

müxtəlif izləmə formalarının yaradılması ilə nəticələndi. Bəziləri bir neçə saziş qurumlarının 

yekun qeydləri üçün nəzərdə tutulan izləmə proseduru kimi ümumi qəbuledilmiş prosedurlar 

şəklində rəsmiləşdirilir. Digərləri ölkə səfərlərindən sonra Xüsusi Məruzəçilər tərəfindən 

hazırlanan izləmə hesabatları kimi ardıcıl təcrübələrdir. Başqa hallarda izləmə xüsusi hallar 

üçün nəzərdə tutulmuş təşəbbüs ola bilər, məsələn, insan hüquqlarına dair tövsiyələrin icrası 

ilə bağlı təcrübələrin mübadiləsi üçün regional seminar. Aşağıdakı bölmələrdə bu vasitələr 

daha ətraflı şəkildə təsvir olunur.

5.1  İnsan Hüquqları üzrə Saziş qurumları

Yekun qeydlər üçün nəzərdə tutulmuş izləmə prosedurları 

Saziş qurumları iştirakçı Dövlətlərin yekun qeydlərdəki tövsiyələri və ya fərdi şikayət 

prosedurları əsasında irəli sürülmüş işlər üzrə verilmiş qərarları yerinə yetirmələrinə yardım 

etmək üçün prosedurlar işləyib hazırlamışdırlar. Bütün saziş qurumları Dövlətlərdən özlərinin 

icraya dair dövri hesabatlarında izləmə prosedurunu diqqətə almağı tələb edirlər. İşgəncələr 

Əleyihə Komitə (İƏK), İrqi Ayrı-seçkiliyin Ləğv edilməsi üzrə Komitə (İALK), İnsan Hüquqları 

Komitəsi (İHK), Qadınlara qarşı Ayrı-seçkiliyin Ləğv edilməsi üzrə Komitə (QALK) və Məcburi 

Yoxaçıxmalar üzrə Komitə (MYK) formal izləmə prosedurları qəbul etmişdirlər. Bu beş 

saziş qurumu öz yekun qeydlərində tələb edirlər ki, Dövlətlər təxirə salınmadan icra edilə 

bilən spesifik tövsiyələrə və ya “prioritet təşkil edən narahatlıqlar”a cavab olaraq həyata 

keçirdikləri tədbirlər barəsində bir il ərzində (QALK-a münasibətdə iki il) hesabat versinlər. 

Bu komitələr izləmə prosedurları üzrə məruzəçi və ya əlaqələndirici təyin edirlər ki, onlar 

iştirakçı Dövlətlərin izləmə hesabatlarının qiymətləndirilməsindən və komitəyə təqdim 

edilməsindən cavabdeh olurlar. Saziş qurumlarının bəzi üzvləri hesabatı və yekun qeydlərin 

icrasını izləmək üçün iştirakçı Dövlətlərin dəvəti əsasında bu ölkələrə səfərlər etmişdirlər.

 

İnsan Hüquqları Komitəsinə münasibətdə qeyd olunmalıdır ki, komitə iştirakçı Dövlətdən 



izləmə hesabatını qəbul etdikdən sonra izləmə proseduru üzrə xüsusi məruzəçi hər sessiyada 

tərəqqi hesabatı hazırlayır ki, bu hesabata iştirakçı Dövlətin izləmə hesabatının xülasəsi

Vətəndaş Cəmiyyəti Təşkilatlarından və digər mənbələrdən əldə olunmuş məlumat, həmçinin 

Komitənin özünün izləməni qiymətləndirmə meyarı əsasında verdiyi qiymətləndirmə daxil 

edilir (aşağıdakı cədvələ baxın). Bundan sonra Komitə izləmə hesabatı ilə bağlı qəbul 



31

Vətəndaş Cəmİyyətİ üçün Praktİkİ təlİmat 

olunmuş qərar haqda iştirakçı Dövləti məlumatlandırır. Əgər iştirakçı Dövlət izləmə proseduru 

ilə əməkdaşlıq etmir və ya Komitənin qeyri-qənaətbəxş hesab etdiyi tədbirləri qəbul edirsə, 

məruzəçi iştirakçı Dövlətin nümayəndəsi ilə görüşün təşkil olunmasını tələb edə bilər.



Vətəndaş cəmiyyəti necə iştirak edə bilər?

İştirakçı Dövlətlərin hesabatlarının və mübahisəli məsələlər siyahısının nəzərdən 

keçirilməsi üçün təqdim olunmuş “kölgə” və ya “alternativ” hesabatlara bənzər şəkildə, 

Vətəndaş Cəmiyyəti İştirakçıları izləmə proseduru çərçivəsində də məlumat təqdim edə 

bilərlər. Bu halda, təqdim olunan sənədlərdə əsas diqqət spesifik olaraq izləmə proseduruna 

dair yekun qeydlərdə müəyyən edilmiş tövsiyələrə yönəldilməli, hökumət qurumları 

tərəfindən görülmüş tədbirlər haqda qısa məlumat

16

  daxil edilməli və bu tədbirlərin 



effektivliyi qiymətləndirilməlidir. Tövsiyələrin yerinə yetirilməsi üçün zəruri olan hər hansı 

tədbirin görülmədiyi haqda məlumat da qeyd oluna bilər. VCİ Dövlət tərəfindən təqdim 

olunmuş cavabları da şərh edə bilərlər. VCİ-nın izləmə proseduru ilə bağlı sənədləri iştirakçı 

Dövlətin hesabatlarının və mübahisəli məsələlər siyahısının nəzərdən keçirilməsi üçün verilən 

sənədlərlə eyni qaydada təqdim olunur, ictimaiyyət üçün açıq olur və İnsan Hüquqları üzrə 

Ali Komissarlığın internet səhifəsində yerləşdirilir və ya sənədləri təqdim edən təşkilatın 

tələbinə uyğun olaraq məxfi hesab edilir.

             İnsan Hüquqları Komitəsinin izləməni qiymətləndirmə meyarı

Cavab/görülən tədbir qənaətbəxşdir

A      Cavab əsasən qənaətbəxşdir



Cavab/görülən tədbir qismən qənaətbəxşdir

B1 Məsələnin mahiyyəti üzrə tədbirlər görülmüşdür, lakin əlavə məlumat tələb olunur

B2 İlkin tədbirlər görülmüşdür, lakin əlavə məlumat tələb olunur

Cavab/görülən tədbir qənaətbəxş deyil

C1 Cavab qəbul edilmişdir, lakin görülən tədbirlər tövsiyələri yerinə yetirməmişdir

C2 Cavab qəbul edilmişdir, lakin tövsiyələrə uyğun deyil

Komitə ilə əməkdaşlıq edilmir

D1 Təyin edilmiş son müddətə kimi heç bir cavab qəbul edilməmiş və ya 

hesabatdakı hər hansı spesifik suala cavab verilməmişdir

D2 Xatırlatma(lar)dan sonra heç bir cavab qəbul edilməmişdir



Görülmüş tədbirlər Komitənin tövsiyələrinə ziddir

E Cavab göstərir ki, görülmüş tədbirlər Komitənin tövsiyələrinə ziddir

16    

Qadınlara qarşı Ayrı-seçkiliyin Ləğv edilməsi üzrə Komitə təqdim olunan sənədlərin 3,500 



sözdən artıq olmamasını tələb edir.


Yüklə 337,48 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə