Bu Təlimatdan necə istifadə etməli


Vətəndaş Cəmİyyətİ üçün Praktİkİ təlİmat



Yüklə 337,48 Kb.
Pdf görüntüsü
səhifə15/16
tarix14.05.2018
ölçüsü337,48 Kb.
#43533
1   ...   8   9   10   11   12   13   14   15   16

37

Vətəndaş Cəmİyyətİ üçün Praktİkİ təlİmat 

2. İzləmə hesabatları. Xüsusi proseduraların mandatına malik səlahiyyətli nümayəndələr 

Hökumət, milli insan hüquqları institutları və vətəndaş cəmiyyəti tərəfindən təqdim olunmuş 

məlumat əsasında izləmə hesabatları dərc edirlər. Məcburi və ya qeyri-ixtiyari yoxaçıxmalar 

üzrə İşçi Qrup, işgəncə üzrə Xüsusi Məruzəçi, məhkəmədən kənar, mühakiməsiz və ya özbaşına 

edam halları üzrə Xüsusi Məruzəçi, insan hüquqları və ifrat yoxsulluq üzrə Xüsusi Məruzəçi 

və din və etiqad azadlığı üzrə Xüsusi Məruzəçi tərəfindən ölkə səfərlərindən sonrakı izləmə 

hesabatları ilə bağlı maraqlı təcrübələr işlənib hazırlanmışdır.

3. İzləmə tədbirləri.  Xüsusi prosedurların, Hökumətlərin, milli insan hüquqları institutlarının, 

vətəndaş cəmiyyəti və ya İnsan Hüquqları üzrə Ali Komissarlığın təşəbbüsü ilə keçirilməsindən 

asılı olmayaraq, milli, regional və ya beynəlxalq izləmə tədbirləri əldə olunmuş tərəqqinin 

qiymətləndirilməsi və ölkə səfərlərindən sonra verilən tövsiyələrin icrası ilə əlaqədar təcrübə 

mübadiləsi və problemlərə dair fikir mübadiləsi baxımından faydalı ola bilər. Bu cür tədbirlər 

dəyirmi masalar, ekspert iclasları və ya konfransları şəklində təşkil oluna bilər.



Məcburi və ya qeyri-ixtiyari yoxaçıxmalar üzrə

İşçi Qrupun izləmə hesabatları 

2010-cu ildə İşçi Qrupu öz izləmə hesabatları üçün format müəyyən etmişdir ki, bu 

format Qrupun tövsiyələrini əks etdirən cədvəllər, ölkə səfəri həyata keçirilərkən 

mövcud olan vəziyyətin qısa təsviri və Qrupun hökumət və qeyri-hökumət 

mənbələrindən topladığı məlumat əsasında atılmış addımların icmalı ətrafında təşkil 

olunmuşdur. Həmin dövrdən etibarən, İşçi Qrupu Kolumbiya, El-Salvador, Qvatemala, 

Honduras, Mərakeş və Nepala edilən ölkə səfərlərindən sonra məcburi yoxaçıxmalarla 

bağlı ölkələrin əldə etdiyi tərəqqi və geriləməyə dair izləmə hesabatları dərc etmişdir.



Dini və etiqad azadlığı üzrə Xüsusi Məruzəçinin

izləmə cədvəlləri 

Xüsusi Məruzəçi ölkə səfərlərindən sonra tövsiyələrin milli səviyyədə icrası haqda yeni 

məlumatlar əldə etmək məqsədilə izləmə məktubları göndərir. 2005-ci ildə etibarən 

səfər edilmiş ölkələr üzrə izləmə cədvəllərinə ölkə səfərinə dair hesabatlardakı 

nəticələr və tövsiyələr və BMT-nin müvafiq sənədlərində, o cümlədən universal 

dövri icmallarda, xüsusi proseduralarda və saziş qurumlarında mövcud olan izləmə 

məlumatları daxil edilir.

22

22



    

www.ohchr.org/EN/Issues/FreedomReligion/Pages/Visits.aspx




38

BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATININ TÖVSİYƏLƏRİNƏ NECƏ ƏMƏL ETMƏLİ 

Mavritaniyada köləliyə dair seminar 

2013-cü ilin yanvar ayında köləliyin müasir formaları üzrə Xüsusi Məruzəçi Mavritaniyaya 

etdiyi ölkə səfərindən sonra verdiyi tövsiyələrin icrası ilə bağlı izləmə seminarında iştirak 

etmişdir. Seminarda iştirak edən hökumət nümayəndələri və Vətəndaş Cəmiyyəti 

Təşkilatları Xüsusi Məruzəçinin irəli sürdüyü tövsiyələrin icrası üçün “yol xəritəsi” 

hazırlamışdırlar. İnsan Hüquqları üzrə Ali Komissarlığın Mavritaniyadakı ofisi Hökuməti 

bu “yol xəritəsi”ni rəsmi şəkildə qəbul və icra etməyə həvəsləndirmək üçün VCT-lərlə 

birgə işləmişdir.



Çili  və  Argentinada  yerli  xalqların  vəziyyəti  ilə  bağlı  əldə  olunan 

məlumatların yayılması  

2010-cu ilin yanvar ayında yerli xalqların insan hüquqları və fundamental azadlıqlarına 

dair vəziyyət üzrə Xüsusi Məruzəçi Çilidəki yerli xalqların hüquqları ilə bağlı video 

konfrans təşkil etmişdir. VCİ-lərin və İnsan Hüquqları üzrə Ali Komissarlığın Cənubi 

Amerika üzrə Regional Ofisinin dəstəyi ilə video konfrans eyni anda Çilinin beş şəhərində 

yayımlanmışdır. Xüsusi Məruzəçi öz təqdimatında hazırladığı ölkə hesabatında əldə 

etdiyi nəticələri və müşahidələri izah etmişdir.

2012-ci ildə Xüsusi Məruzəçi bu təcrübəni Argentinada təkrarlamışdır ki, burada video 

konfrans BMT-nin Ölkə üzrə Qrupu tərəfindən keçirilmişdir.

Vətəndaş cəmiyyəti necə iştirak edə bilər?

 

◊ Səfərin həyata keçirilməsi tələbi



•  Mandata malik səlahiyyətli nümayəndələrə ölkələrinə səfər etməyi və bu səfəri 

əsaslandırmaq üçün məsələnin mahiyyətinə dair məlumatları təmin etməyi təklif etmək;

•  İnsan Hüquqları üzrə Ali Komissarlığın vətəndaş cəmiyyətinə göndərdiyi elektron 

məktublar vasitəsilə ölkə səfərləri ilə bağlı gözlənilən tələblər haqda məlumatlı olmaq;

•  Səfərlərlə bağlı tələblərin təmin olunması üçün Hökumət və digər maraqlı iştirakçılarla 

(məsələn, parlament üzvləri, diplomatik missiyalar) təbliğati işlər aparmaq;

 

◊ İzləmə məqsədilə həyata keçirilən səfərlərin təşkili və reallaşdırılması işində iştirak 



etmək;

 

◊ İzləmə hesabatları üçün məlumatları təmin etmək;



 

◊ İzləmə tədbirləri ilə bağlı təklif irəli sürmək, iştirak etmək və mümkün olduğu təqdirdə 

belə tədbirləri təşkil etmək. 



39

Vətəndaş Cəmİyyətİ üçün Praktİkİ təlİmat 

Müraciətlərin izlənməsi 

Hər növbəti sessiyada bütün xüsusi prosedurlar çərçivəsində İnsan Hüquqları Şurasına 

birgə kommunikasiya hesabatları təqdim edilir. İldə üç dəfə nəşr edilən kommunikasiya 

hesabatlarına müvafiq Dövlətə və ya digər quruma verilmiş müraciətlərin qısa icmalı daxil olur. 

Göndərilən müraciətlərin mətni və Hökumətlərin verdiyi cavab hiperlinklər vasitəsilə əldə edilə 

bilir. Xüsusi prosedurlar müraciətin göndərildiyi vəziyyətə dair əlavə məlumat qəbul edib, onu 

nəzərdən keçirə bilər. Nəzarət xarakterli müraciət adətən ilkin informasiyanı təqdim edən eyni 

mənbələrdən təmin edilir. 2012-ci ildə xüsusi prosedurlar mövcud olan halların 21% ilə bağlı 

müraciətlərə dair əlavə informasiya qəbul etmişdir. 

Vəziyyət yeni müdaxilənin edilməsini tələb etdikdə xüsusi prosedurlar nəzarət xarakterli 

müraciətlər göndərə bilər. Nəzarət xarakterli müraciətlərin bir çoxu təqdim edilmiş əlavə 

məlumata əsaslanır. 2012-ci ildə müraciətlərin 31% nəzarət xarakterli olmuşdur.

Nəzarət xarakterli müraciətlər ölkəyə səfərlər zamanı, eləcə də maraqlı Dövlətlərin 

nümayəndələri ilə aparılan diplomatik məsləhətləşmələr zamanı verilir. Bir neçə simvolik halda 

xüsusi prosedurlar pres-reliz nəşr edə bilər. 

Nəzarət xarakterli müraciətlər mandat sahiblərinin illik hesabatlarında müşahidələr 

vasitəsilə hazırlanır. Müşahidələr əsasən hesabatvermə dövründə ölkədə insan hüquqlarının 

pozulması hallarında müşahidə olunan tendensiya və variantlarla, eləcə də fərdi halların sayı 

ilə əlaqədar olur.

Sərbəst toplaşmaq və assosiasiya hüquqlarına dair

Xüsusi Məruzəçinin Müşahidə hesabatı

Xüsusi Məruzəçi 2010-cu ildə mandatını qəbul etdiyi andan iki müşahidə hesabatı 

hazırlamışdır ki, Hökumətlərin məhz verilən müraciətlərə cavabları baxımından burada 

o, insan hüquqlarının pozulması ilə bağlı xüsusi hallara dair narahatlıqları bir daha 

vurğulamışdır.

İxtiyari həbsə dair İşçi Qrupun məlumat bazası 

2011-ci ildə başlanmış ixtiyari həbs üzrə İşçi Qrupun 



məlumat bazası 1991-ci ildən İşçi 

Qrupun qəbul etdiyi rəyləri axtarmaq üçün praktiki axtarış alətidir. Məlumat bazası 

rəylərin kəmiyyət və keyfiyyət baxımından təhlilini təşviq edir, İşçi Qrupa əsassız 

ixtiyari həbslə bağlı işin təqdim edilməsində ixtiyari həbsin qurbanlarına, vəkillərə və 

digər tərəflərə yardım göstərə bilir.

23

23



    

www.unwgaddatabase.org/un/ 




Yüklə 337,48 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə