Bu Təlimatdan necə istifadə etməli


Vətəndaş Cəmİyyətİ üçün Praktİkİ təlİmat



Yüklə 337,48 Kb.
Pdf görüntüsü
səhifə10/16
tarix14.05.2018
ölçüsü337,48 Kb.
#43533
1   ...   6   7   8   9   10   11   12   13   ...   16

25

Vətəndaş Cəmİyyətİ üçün Praktİkİ təlİmat 

4.11. Potensialın yaradılması və qücləndirilməsi 

İnsan hüquqları mexanizmlərinin nəticələri və tövsiyələri Dövlət orqanlarında və ya 

vətəndaş cəmiyyəti iştirakçılarında olan geniş çeşidli potensial boşluqlarını müəyyən edə 

bilər ki, bu da onların insan hüquqlarını həyata keçirmək qabiliyyətini məhdudlaşdırır. Bəzən 

tövsiyələrdə tək boşluqlar müəyyən edilmir, onların aradan qaldırılması üçün potensial 

quruculuğuna yönələn tədbirlərin aparılması da təklif edilir. Bəzi hallarda VCİ-lar belə 

boşluqların aradan qaldırılmasında və ya azaldılmasında bütün imkanlara malik olur, bir 

çoxları isə həm VCİ-lar, həm də Dövlət orqanları üçün insan hüquqları mövzusunda təlimlər 

keçirmək təcrübəsinə və biliyinə sahib olur.

Tövsiyələrdə VCİ-lar tərəfindən potensial quruculuğu sahəsində tədbirlərin həyata 

keçirilməsi ilə aradan qaldırılmış boşluqlar əks olunur. Belə hallarda tövsiyələr vətəndaş 

cəmiyyəti fəaliyyətinin və potensial quruculuğunda onun oynadığı rolun mühüm olduğunu 

bir daha vurğulayır. Digər hallarda tövsiyələr mövcud proqramların əhatə etmədiyi boşluqlara 

işarə edə bilər. Monitorinqə cəlb olunmuş vətəndaş cəmiyyəti aşağıdakı vasitələrlə potensial 

quruculuğu üzrə növbəti tədbirlərin səmərəliliyini qiymətləndirəcəkdir: 

•  Tələb olunan təcrübə baxımından potensial quruculuğu tədbirlərini aparmaq üçün 

VCİ-ların yaxşı imkanlara malik olub-olmadığını, mövcud resursları və gözlənilən təsiri 

qiymətləndirmək. Potensial quruculuğu üzrə yeni tədbirlərin VCİ-ların prioritet və iş 

planlarına necə uyğunlaşacağının təhlili bu qiymətləndirmənin bir hissəsini təşkil edir;

•  Hədəfə alınan qurum və təşkilatlarda ehtiyacların, o cümlədən insan hüquqlarının 

həyata keçirilməsinin təkmilləşdirilməsi baxımından potensialda olan boşluqların 

aradan qaldırılması üçün onların iradəsinin qiymətləndirilməsi; və

•  Potensial quruculuğu sahəsində digər proqramlara uyğunluğun, yeni tədbirlərin əlavə 

dəyərinin, onların təsiri və davamlılığının təhlil edilməsi.

Təcrübə göstərmişdir ki, Dövlət qurumları, eləcə də VCİ-lar çox zaman potensial 

quruculuğu proqramları üçün açıq olur, ancaq bu, avtomatik şəkildə gözlənilən nəticələr 

vermir. Dəyişməyə hazırlığın məhdud olması, benefisiarlar arasında yüksək səviyyədə kadr 

axıcılığı, potensial quruculuğu tədbirlərinin konstruktiv məhdudiyyəti (məsələn, qeyri-

davamiyyət, qeyri-aydın məqsədlər, bir-birindən çox fərqli biliklərə malik olan benefisiarlar) 

və ya bu faktorların məcmusu sayəsində gecikmə halları ola bilər. Bu risklər potensial 

quruculuğu proqramlarının layihələşdirilməsində ehtiyatla qiymətləndirilməli, nəticələr 

qiymətləndirilərkən göstərilən təsir araşdırılmalıdır.

13

13 


  İnsan hüquqları mövzusunda təlimin qiymətləndirilməsinə dair təlimatlar, bax insan hüquqları təlimi fəaliyyətinin 

qiymətləndirilməsi (Birləşmiş Millətlər Təşkilatının Nəşri, HR/P/PT/18).




26

BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATININ TÖVSİYƏLƏRİNƏ NECƏ ƏMƏL ETMƏLİ 

Kot-Divuarda  cinzi  zorakılıq  əleyhinə  mübarizə  üçün  təhlükəsizlik 

qüvvələrinin fəallaşdırılması və potensial quruculuğu 

2009-cu ildə Kot Divuar üzrə UDİ-dən sonra QHT SOS Exclusion əsasən polis və hərbi 

qüvvələr üçün insan hüquqları sahəsində potensial quruculuğuna yönələn fəaliyyət 

planının hazırlanması məqsədilə tövsiyələrdən istifadə etmişdir. “Qadın hüquqlarına 

dair UDİ tövsiyələri ilə bağlı iki seminar təşkil etdik” Təşkilatın Prezidenti izah etid. 

“Bu, Həmrəylik, Ailə, Qadın və Uşaq Məsələləri Nazirliyi, Ədliyyə Nazirliyi və BMT 

Qadınlar kimi əsas iştirakçıların bəziləri ilə həmin tövsiyələrin həyata keçirilməsi ilə 

bağlı vəziyyəti qiymətləndirmək üçün yaxşı fürsət oldu”. Bundan sonra cinsi zorakılıq 

əleyhinə sosial səfərbərlik kampaniyası keçirilmişdir ki, bu da UDİ tövsiyələrindən 

biri olmuşdur. “Kampaniya vətəndaş cəmiyyəti iştirakçılarını, dini liderləri, Həmrəylik 

və Ədliyyə Nazirlikləri, eləcə də kampaniyanın həyata keçirildiyi icmaları bir araya 

gətirmək üçün bizə imkan yaratdı”.



4.12. Monitorinq tədbirlərində gender perspektivinin inteqrə edilməsi 

Monitorinq fəaliyyəti prioritetləşdirilərkən aşağıdakı suallar gender məsələsinin inteqrə 

edilməsinə yardım edə bilər:

•  Prioritetləşdirilmiş tövsiyələr və əlaqədar növbəti tədbirlər əsasən qadınlara və/və ya 

kişilərə təsir edir?

•  Gender perspektivi prioritetləşdirilmiş müdaxiləyə necə daxil edilir? Genderə xas 

tədbirlər və/və ya gender faktorunun nəzərə alınması vasitəsilə?

•  Bəzi hüquq sahibləri bir neçə məsələdə ayrı-seçkiliyə məruz qalır?

•  Növbəti fəaliyyət onların vəziyyətini yoluna qoyurmu?

•  Planlaşdırılmış tədbirlər hüquq sahiblərinə səlahiyyət verirmi, gender ayrı-seçkilik və 

qeyri-bərabərlik əleyhinə mübarizə aparırmı?

•  Müdaxilələrin prioritetləşdirilməsi üçün fərqli hüquq sahibləri ilə məsləhətləşmə 

aparılıbmı?

 

Növbəti tədbirlər 



həyata keçirilərkən:

•  Cins və yaş, etnik mənşə, əlillik, sosial-iqtisadi status və s. kimi digər fərqlilik elementləri 

üzrə bölünmüş məlumatların toplanması və təqdim edilməsi; 

•  Gender üzrə spesifik informasiya olmadıqda, bunu hesabatvermədə aydın şəkildə 

təsdiq etmək; 

•  Tədbirlərin, təlim və potensial quruculuğu tədbirlərinin təşkil edilməsi zamanı:

•  İştirak və təlimçilərdə və ya ekspertlərdə gender balansının, gender faktorunun nəzərə 

alındığı mühitin (yer, vaxt çərçivəsi), gender faktorunun nəzərə alındığı məzmun və 

metodların təmin edilməsi;

•  Sistematik gender təhlilinin aparılması;

•  Gender faktorunu nəzərə alan tərəfdaşlarla iş;

•  Təşviqat və məlumatlandırmanın artırılması fəaliyyətində: gender bərabərliyinə dair 

mesajları daxil edin, gender faktorlarının nəzərə alındığı dildən və surətlərdən istifadə edin.



Yüklə 337,48 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə