Bu Təlimatdan necə istifadə etməli



Yüklə 337,48 Kb.
Pdf görüntüsü
səhifə13/16
tarix14.05.2018
ölçüsü337,48 Kb.
#43533
1   ...   8   9   10   11   12   13   14   15   16

32

BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATININ TÖVSİYƏLƏRİNƏ NECƏ ƏMƏL ETMƏLİ 

Uşaq  Hüquqları  Komitəsinin  yekun  qeydlərindən  milli  səviyyədə 

istifadə olunması 

Uşaq Hüquqları Komitəsinin (UHK) hesabat vermə prosesində iştiraka dövri yanaşmanı 

təşviq etmək və vətəndaş cəmiyyətini öz təbliğat işlərində UHK-nin tövsiyələrindən 

tam şəkildə istifadə etməyə həvəsləndirmək üçün Child Rights Connect VCİ-lər və 

insan hüquqları üzrə milli qurumların həyata keçirdiyi izləmə tədbirləri ilə bağlı praktiki 

nümunələr silsiləsi hazırlamışdır.

17

17    


www.childrightsnet.org/NGOGroup/CRC/FollowUp/ 

Saziş qurumlarının üzvləri həmçinin vətəndaş cəmiyyəti, BMT-nin agentlikləri, İnsan 

Hüquqları üzrə Ali Komissarlıq və ya Hökumətlər tərəfindən təşkil olunmuş icraya dair 

regional, sub-regional və ya milli seminarlarda iştirak edə bilərlər. Vətəndaş cəmiyyətinin bu 

seminarlarda iştirakı təşviq olunur.

             İşgəncələr Əleyhinə Alt Komitənin izləmə səfərləri 

İşgəncələr Əleyhinə Konvensiyanın Fakultativ Protokoluna əsasən 2007-ci ildə 

yaradılmış İşgəncələr Əleyhinə Alt Komitə iştirakçı Dövlətlərin ərazilərindəki 

istənilən müvəqqəti saxlama yerlərinə və digər azadlıqdan məhrumetmə yerlərinə, 

o cümlədən polis bölmələri, həbsxanalar, psixiatriya xəstəxanalarına və sosial yardım 

müəssisələrinə faktaraşdırıcı səfərlər təşkil edə bilərlər. Ölkəyə səfərin yekununda Alt 

Komitə öz tövsiyələrini və müşahidələrini məxfi hesabat vasitəsilə iştirakçı Dövlətə 

ötürür.


Əgər Alt Komitə münasib hesab edərsə, müntəzəm səfərdən sonra qısa izləmə 

səfərinin həyata keçirilməsini təklif edə bilər. 2010-cu ilin sentyabr ayında Alt Komitə 

Paraqvaya özünün ilk izləmə səfərini həyata keçirmişdir ki, vətəndaş cəmiyyəti də bu 

səfərdə iştirak etmişdir. 




33

Vətəndaş Cəmİyyətİ üçün Praktİkİ təlİmat 

18    


2013-cü ilin iyul ayı etibarilə, bu prosedur Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, İrqi Ayrı-seçkiliyin 

Bütün Formalarının Ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya, İşgəncələr Əleyhinə Konvensiya, Qadınlara 

qarşı Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya, Bütün Şəxslərin Məcburi 

Yoxaçıxmalardan Müdafiəsi haqqında Beynəlxalq Konvensiya, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında 

Beynəlxalq Pakt və Əlillərin Hüquqları haqqında Konvensiya üçün mövcud olmuşdur. 10 iştirakçı Dövlət Bütün 

Miqrant İşçilərin və Onların Ailə Üzvlərinin Hüquqlarının Müdafiəsi haqqında Beynəlxalq Konvensiyanın 77-

ci maddəsinə uyğun olaraq zəruri bəyanatı qəbul etdikdən və Uşaq Hüquqları haqqında Konvensiyanın ən son 

Fakultativ Protokolunu ratifikasiya etdikdən sonra bu prosedur qeyd olunan Konvensiyalara münasibətdə də 

qüvvəyə minəcəkdir.

Fərdi şikayətlərə dair qərarların izlənməsi 

İnsan hüquqları üzrə saziş qurumları müəyyən vəziyyətdə fərdi şikayətləri və ya məlumatları 

nəzərdən keçirir.

18

 Bu prosedura əsasən, spesifik müqavilə çərçivəsində hüquqlarının 



pozulduğunu iddia edən istənilən fərd müqavilənin iştirakçısı olan və saziş qurumunun fərdi 

şikayətləri nəzərdən keçirmək səlahiyyətini qəbul edən Dövlətdən saziş qurumuna şikayət edə 

bilər. İlk növbədə şikayət münasiblik şərtləri əsasında qiymətləndirilir. Əgər şikayət münasib 

hesab edilirsə, şikayət mahiyyəti etibarilə nəzərdən keçirilir və saziş qurumu müqavilənin 

hansısa şərtinin pozulub-pozulmadığı haqda qərar qəbul edir. Əgər saziş qurumu şikayətçi(lər)

nin hüququnun pozulduğu haqda qərar qəbul edirsə, o, adətən altı aylıq dövr ərzində Dövlətdən 

saziş qurumunun qərarının həyata keçirilməsi üçün gördüyü tədbirlər haqda məlumat verməsini 

tələb edir. Bundan sonra Dövlətin cavabı şikayətçi(lər)yə ötürülür ki, bu zaman şikayətçi 

Dövlətin verdiyi məlumat haqda öz qeydlərini təqdim edə bilər.

Bəzi saziş qurumları, xüsusən İnsan Hüquqları Komitəsi, İşgəncələr Əleyhinə Komitə, İrqi 

Ayrı-seçkiliyin Ləğv edilməsi üzrə Komitə və Qadınlara qarşı Ayrı-seçkiliyin Ləğv edilməsi üzrə 

Komitə öz qərarlarının icrasına nəzarət etmək üçün prosedurlar müəyyən etmişdirlər. Belə 

prosedurlar qərarların icrasını izləməyə məsul olan məruzəçinin təyin olunmasından ibarətdir. 

Onlar müəyyən dövr üçün və ya Qadınlara qarşı Ayrı-seçkiliyin Ləğv edilməsi üzrə Komitənin 

nümunəsində olduğu kimi spesifik məsələləri izləmək üçün təyin olunurlar. Qərarların icrası 

ilə bağlı görülmüş tədbirlər haqda Dövlətin cavabları qeyri-qənaətbəxş olduğu zaman və ya 

göndərilmədiyində, məruzəçi iştirakçı Dövlətin diplomatik nümayəndələri, adətən Cenevrə və 

ya Nyu-Yorkdakı daimi missiyalarının diplomatları ilə məsələni müzakirə edə bilər.



Vətəndaş cəmiyyəti necə iştirak edə bilər?

VCİ-lərin fərdi şikayətlərə cəlb olunduğu hallarda (məsələn, şikayətçiyə saziş qurumuna 

müraciət etməkdə yardım ediblər) onlar qərarın necə icra olunduğu haqda məlumat verə bilərlər.



34

BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATININ TÖVSİYƏLƏRİNƏ NECƏ ƏMƏL ETMƏLİ 

İnsan hüquqları ilə bağlı qərarların icrasının qiymətləndirilməsi 

2010-cu ildə Open Society Justice İnitiative “Məhkəmə qərarından ədalətə - İnsan 

hüquqlarına dair beynəlxalq və regional qərarların icrası” adlı hesabat dərc etmişdir 

ki, hesabatda beynəlxalq və regional insan hüquqları qurumlarının, yəni BMT-nin saziş 

qurumlarının, Afrika, Avropa və İnter-Amerika sistemlərin qərarlarının icrası ilə bağlı 

problemlər tədqiq olunur. Məruzədə hesab olunur ki, ötən 25 il ərzində əldə olunmuş 

nailiyyətlərə baxmayaraq, bütün bu sistemlər öz qərarlarının yerlərdə dəyişikliklərə 

çevrilməsində əngəllərlə üzləşirlər. Bir çox hallarda böyük əhəmiyyət daşıyan qərarlar 

mühüm islahatların həyata keçirilməsinə gətirib çıxarmamışdır.

Saziş qurumlarının qərarlarının icrasını təhlil edərkən, hesabatda belə bir nəticəyə gəlinir 

ki, “ümumən qərarların uğurlu icrası siyasi həyatda mövcudluğun yüksək səviyyədə 

olduğu hallarda və qanunun aliliyi üzrə mütərəqqi ənənələrin mövcud olduğu ölkələrə 

münasibətdə mümkün olmuşdur. İcranın baş verdiyi yerlərdə bu, çox vaxt komitələrin 

izləmə səylərini tamamlamağa və digər daxili təzyiq alətlərini tətbiq etməyə müvəffəq 

olan güclü vətəndaş cəmiyyətinin mövcudluğu səbəbindən mümkün olur”.

5.2  İnsan Hüquqları Şurası

İnsan Hüquqları Şurasının işinin izlənməsi

Baş Assambleyanın İnsan Hüquqları Şurasının (Şura) yaradılmasına dair 60/251 saylı 

qətnaməsində qərara alınmışdır ki, Şuranın iş metodları 

tövsiyələrin növbəti müzakirələrinin 

aparılmasına və tövsiyələrin icrasına imkan verməlidir.

Şura müzakirə etdiyi insan hüquqları məsələlərini aşağıdakı şəkildə izləyir:

•  Qəbul etdiyi qətnamə və qərarlarda izləmə ilə bağlı məsələlərə birbaşa istinadlar edir. 

Qətnamələrə çox vaxt  “Şura bu məsələ ilə məşğul olmağa davam edəcəkdir” müəyyən 

edən müddəalar daxil edilir. Bu o deməkdir ki, məsələ gələcək sessiyada Şuranın 

müzakirələrinin mövzusu olaraq qalacaqdır.

•  Gündəlikdə duran və müəyyən vaxt ərzində təkrarlanan məsələlər əsasında müntəzəm və 

xüsusi sessiyalar keçirir. Əsasən müntəzəm sessiyalar təşkil olunsa da, eyni və ya bənzər 

mövzulara dair xüsusi sessiyalar da keçirilə bilər (məsələn, Suriya Ərəb Respublikasında 

insan hüquqlarının vəziyyətinə dair 2011 və 2012-ci illərdə keçirilmiş xüsusi sessiyalar).

•  Öz mexanizmlərinə, o cümlədən xüsusi prosedurlara, köməkçi orqanlara və ya İnsan 

Hüquqları üzrə Ali Komissarlığa müəyyən addımları atmağı və gələcək sessiyada bu 

haqda hesabat verməyi tapşırır. Şura həmçinin insan hüquqlarının pozulması hallarını 

araşdırmaq və əldə olunmuş nəticələrə dair hesabatı Şuraya təqdim etmək mandatına 

malik olan tədqiqat komissiyası və ya faktaraşdırıcı missiya kimi xüsusi mexanizmləri 

yaratmağa da qərar verə bilər. Şura tərəfindən adəti üzrə verilən digər tapşırıqlara 

tədqiqat işlərinin aparılması və ya ekspert iclaslarının və ya panellərinin təşkili daxildir.



Yüklə 337,48 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə