Bu Təlimatdan necə istifadə etməli


Vətəndaş Cəmİyyətİ üçün Praktİkİ təlİmat



Yüklə 337,48 Kb.
Pdf görüntüsü
səhifə2/16
tarix14.05.2018
ölçüsü337,48 Kb.
#43533
1   2   3   4   5   6   7   8   9   ...   16

3

Vətəndaş Cəmİyyətİ üçün Praktİkİ təlİmat 

2.  İcranın izlənməsi nə deməkdir və nə üçün 

vacibdir?

İcranın izlənməsi hər kəsin bütün insan hüquqlarına daha çox hörmət bəslənməsi, onların 

qorunması və həyata keçirilməsi üçün insan hüquqları sahəsində mexanizm və qurumların 

verdiyi tövsiyə və qərarların icra olunduğunu təmin etmək məqsədi güdür. 

BMT-nin insan hüquqları sahəsindəki mexanizm və qurumları bütün dünya ölkələrində 

insan hüquqlarının həyata keçirilməsi prosesini təkmilləşdirməyə çalışır. İnsan Hüquqları 

Şurasının qətnamələri, İstintaq Komissiyalarının əldə etdiyi məlumatlar, saziş qurumlarının 

tövsiyələri, xüsusi prosedurlar və Universal Dövri İcmal, fərdi işlərlə bağlı saziş qurumlarının 

verdiyi qərarlarda məqsəd müdafiədə olan boşluqları aradan qaldırmaq, insan hüquqlarının 

tam şəkildə həyata keçirilməsinə doğru irəliləmək üçün Dövlətlərə və digər iştirakçı tərəflərə 

yol göstərməkdir. Bütün bu məlumatlar, tövsiyələr və qərarlar hüquq subyektlərinin 

həyatını yaxşılığa doğru dəyişmək məqsədi güdür. Əsas öhdəlik bu dəyişikliklər üçün 

cavabdehliyin insan hüquqlarına hörmət etmək, onları qorumaq  və həyata keçirmək 

vəzifəsi daşıyan Dövlətlərin üzərinə qoyulmasıdır. Hər bir halda, cəmiyyətin bütün üzvlərinin, 

fərdlərdən tutmuş özəl sektoradək, beynəlxalq icma və VCİ-lərın insan hüquqlarının həyata 

keçirilməsində rolu vardır. Xüsusilə də vətəndaş cəmiyyəti insan hüquqları üzrə tövsiyələrin 

həyata keçirilməsində vacib rol oynaya bilər.



4

BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATININ TÖVSİYƏLƏRİNƏ NECƏ ƏMƏL ETMƏLİ 

Tövsiyyələri müəyyən

edin və prioritetləşdirin

İzləmə tədbirlərini

planlaşdırın

İzləmə tədbirləri üzrə mərhələlərin xülasəsi 

Vətəndaş

cəmiyyəti

tərəfindən

izləmə

İşləmək üçün insan hüquqları

mexanizmlərini müəyyən edin

Vəkillik, koalisiyalar, bacarıqların artırılması,

tərəfdaşlarla iş, hüquqi dəstək, ən qabaqcıl

təcrübələrin bölüşməsi, insan hüquqları

mexanizmlərin prosedurları üzrə izləmə

proseslərinə töhvə vermək


5

Vətəndaş Cəmİyyətİ üçün Praktİkİ təlİmat 

3.  Nəyi izləməli?

BMT-nin insan hüquqları üzrə mexanizm və qurumlarının çoxsaylı məlumatlar əldə etmiş 

və tövsiyələr vermişdir. Vətəndaş cəmiyyəti onların məqsəd və fəaliyyət sahəsinə uyğun 

tövsiyələrin icra durumunu izləyir. Bu aşağıdakılar ola bilər:

•  Üzv dövlətin insan hüquqları üzrə sazişi necə həyata keçirməsini yoxladıqdan sonra 

saziş qurumlarının yekun qeydlərində verilən tövsiyələr;

•  Ölkəyə səfərlər, tematik hesabatlar və fərdi işlər üzrə informasiya mübadiləsində qeyd 

edildiyi kimi İnsan Hüquqları Şurasının xüsusi prosedurları ilə verilən tövsiyələr;

•  İnsan Hüquqları Şurasının Universal Dövri İcmalından (UDİ) irəli gələn tövsiyələr;

•  İnsan Hüquqları Şurasının və Baş Assambleyanın qətnamə və qərarları;

•  İnsan Hüquqları  Şurasının Müşavirə Komitəsi, şikayətvermə proseduru, yerli əhalilərin 

Hüquqları üzrə Ekspert Mexanizmi, azlıqlarla bağlı məsələlər üzrə Forum, Sosial forum 

və biznes və insan hüquqları Forumu kimi ikinci dərəcəli qurumların işi;

•  İstintaq komissiyaları, fakt-araşdırıcı missiyalar və İnsan Hüquqları Şurası, İnsan 

Hüquqları üzrə Ali Komissar və ya BMT-nin Baş Katibi tərəfindən insan hüquqları 

sahəsində müəyyən edilmiş digər xüsusi araşdırıcı mexanizmlərin tövsiyələri;

•  BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının hesabat və tədqiqatlarında verilən 

tövsiyələr (yəni yerlərdə fəaliyyət haqda hesabatlar; İnsan Hüquqları Şurasının verdiyi 

mandatla ölkə və tematik vəziyyətlərə dair hesabat və tədqiqatlar);

•  İnsan Hüquqları üzrə Ali Komissarın və insan hüquqları sahəsində müstəqil ekspertlərin 

ictimai bəyanatlarda Dövlətlərə və ya beynəlxalq icmaya etdikləri müraciətlər.

Bu, Dövlət və vətəndaş cəmiyyəti tərəfindən həyata keçirməsi üçün verilən tövsiyələrin 

natamam siyahısıdır. BMT mexanizmlərindən başqa, insan hüquqları üzrə regional və milli 

mexanizmlər də insan hüquqlarının yerinə yetirilməsini yaxşılaşdırmaq məqsədi güdən 

hesabat və tövsiyələr verir.

 

Diqqətin hansı məsələlərə yönələcəyinə dair qərar verərkən izləmə tədbirlərinin 



parçalanmış və ya hissələrə bölünmüş şəkildə aparılmasına yol verməmək mühümdür. Bu 

Təlimatın 5-ci hissəsində təsvir edildiyi kimi insan hüquqları üzrə müxtəlif mexanizmlərin 

öz izləmə prosedurları və təcrübələri olduğu halda, vəziyyətin monitorinqinə kompleks 

yanaşma tətbiq etmək vətəndaş cəmiyyətinin töhfə verə biləcəyi əlavə dəyərdir.

Kompleks yanaşma zamanı insan hüquqları mexanizmlərinin yalnız birinin verdiyi 

tövsiyələrə diqqət yönəlmir, bir sıra mexanizmlərdən istifadə olunur. Bu zaman fəaliyyətin 

bütün mərhələlərində insan hüquqları mexanizmləri ilə iş aparılır. İnsan hüquqları mexanizmləri 

növbəti mərhələlərə bölünə bilən dövrlərlə işləyir: informasiyanın toplanması, hesabatvermə, 

maraqlı Dövlətlə dialoq, tövsiyələr və onların yerinə yetirilməsi.

Beləliklə, vətəndaş cəmiyyəti bütün prosesə cəlb olunduqda tövsiyələrin yerinə 

yetirilməsində onun gördüyü iş daha səmərəli olur. İnsan hüquqları mexanizmlərinin tədbirlər 



6

BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATININ TÖVSİYƏLƏRİNƏ NECƏ ƏMƏL ETMƏLİ 

dövrünün bütün mərhələlərində davamlı iştirakın daha çox nəticə verəcəyi ehtimalı olduğu 

halda, VCİ-lər prosesdə əvvəlcədən iştirak etmədən insan hüquqları mexanizmlərinin işinin 

nəticələrindən və tövsiyələrindən faydalı şəkildə istifadə edə bilərlər.



İzləmə tədbirləri üzrə mərhələlərin xülasəsi 

Mənbədən 

informasiyanın 

toplanması (Dövlətlər, 

VTİ-lər və s.)

İcra və monitorinq

Dövlətə verilən 

tövsiyələr

Dövlətlə danışıqlar

Dövlət tərəfindən 

insan hüquqları 

müxanizmlərin 

hesabatlar

(UDİ və


saziş qurumları)


Yüklə 337,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə