Bu Təlimatdan necə istifadə etməli



Yüklə 337,48 Kb.
Pdf görüntüsü
səhifə16/16
tarix14.05.2018
ölçüsü337,48 Kb.
#43533
1   ...   8   9   10   11   12   13   14   15   16

40

BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATININ TÖVSİYƏLƏRİNƏ NECƏ ƏMƏL ETMƏLİ 

Məcburi və ya könülsüz yoxolma hallarının izlənməsi

Məcburi və ya könülsüz yoxolma üzrə İşçi Qrup ailələr və maraqlı Hökumətlər arasında 

kommunikasiya kanalını qurmağa çağırır. Mübahisəli olan hala dair mənbələrin təqdim 

etdiyi hər hansı mühüm əlavə məlumat aidiyyatı Hökumətə verilir. İşçi Qrupu yoxa 

çıxmış insanın aqibəti və ya yeri barədə Hökumətlərin  cavabını mənbəyə göndərir, 

mənbəni müşahidənin nəticələri barədə məlumat və ya əlavə təfərrüatlar verməyə 

dəvət edir. Əgər mənbə altı ay ərzində cavab vermirsə və ya İşçi Qrup tərəfindən 

səbəbsiz hesab edilən əsaslarla Hökumətin informasiyasına etiraz edirsə, məsələnin 

aydınlaşdığı hesab edilir. Məsələ aydınlaşmayanadək, dayandırılanadək və ya 

məsələnin bağlanması üçün qərar verilənədək açıq qalır. İşçi Qrup hər müvafiq  

Hökumətə aydınlıq gətirilməli olan məsələləri ildə bir dəfə, əvvəlki sessiyadan sonra 

təqdim edilmiş və təcili tədbirin görülməsi tələb olunan bütün halları ildə üç dəfə 

xatırladır. Mümkün halda və müraciət əsasında İşçi Qrup maraqlı Hökumətə və ya 

mənbəyə konkret hallara dair yeni informasiya təqdim edir.

24

24

    Əlavə təfərrüatlar üçün İşçi Qrupun iş metodlarına bax (A/HRC/10/9, Əlavə 1).



Vətəndaş cəmiyyəti necə iştirak edə bilər?

•  Narahatlıq doğuran vəziyyətlərə və hallara dair göndərilən müraciətlər barədə öyrənmək 

üçün kommunikasiya hesabatlarını müntəzəm şəkildə yoxlayın;

•  Məsələlər barədə əlavə məlumat toplamaq üçün hesabatları yerli, regional, ölkə və 

beynəlxalq şəbəkələrdə geniş yayın;

•  Əvvəlki müraciətlə bağlı olan müsbət və ya mənfi dəyişiklik barədə yeni mlumat təqdim 

edin;

•  Hökumətlərin cavabını nəzərdən keçirin, xüsusi prosedurlara müvafiq rəylər göndərin;



•  Xüsusi prosedurların mandat sahiblərinin İHAK-a dəstək komandaları vasitəsilə onlarla 

müntəzəm şəkildə əlaqə saxlayın; və  

•  E-mail ünvanından urgent-action@ohchr.org və ya aidiyyatı xüsusi prosedurlar 

mandatının e-mail ünvanından istifadə edin. Xüsusi prosedurların direktivini aşağıdakı 

ünvandan əldə edin:

http://goo.gl/5qoNL 



41

Vətəndaş Cəmİyyətİ üçün Praktİkİ təlİmat 

2012-ci ildə regionlar üzrə verilən müraciətlər və nəzarət xarakterli 

müraciətlər

180


Afrika

Kommunikasiyalar

İzləmə

Digər məlumat



Dövlətin  cavabı  

Digər


Asiya-Sakit 

Okean


Avropa,

Simali Amerika

Mərkəzi Asiya



Latın

Amerikası

və Karib

adaları


Yaxın Şərq

və Şimali

Afrika 

160


140

120


100

80

60



40

20

0



Tematik hesabatlarla bağlı izləmə tədbirləri 

Standart təcrübə olaraq xüsusi prosedurlar İnsan Hüquqları Şurasına və ya Baş Assambleyaya 

illik tematik hesabatları təqdim etmək və ya onları müzakirə etmək üçün tədbirlər təşkil edir 

və ya onlarda iştirak edirlər. Bunlar Şura sessiyası və ya digər konfranslar və ya seminarlar 

zamanı keçirilən paralel tədbirlər ola bilər. Pres-relizlər və ya internet hekayələrin verilməsi, 

hesabatın mövzusunda mətbuat konfranslarının keçirilməsi də adi haldır. Tematik hesabatlarda 

ünvanlanan insan hüququ məsələlərinə medianın diqqətini çəkmək üçün Tematik beynəlxalq 

günlər də yaxşı fürsət ola bilər.




42

BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATININ TÖVSİYƏLƏRİNƏ NECƏ ƏMƏL ETMƏLİ 

İnternetə əsaslanan vasitələr: Din və ya əqidə

azadlığına və işgəncə əleyhinə təşəbbüsə dair xülasə 

Din və ya əqidə azadlığına dair xülasə

2011-ci ildə dini və ya əqidə azadlığına dair Xüsusi Məruzəçinin mandatının qurulmasının 

25 illiyi qeyd edilmişdir. Bu münasibətlə 1986-cı ildən xidmət göstərmiş dörd mandat 

sahibinin müşahidə nəticələri və tövsiyələrinin verildiyi 



Dini və ya əqidə azadlığına 

dair xülasə dərc edilmişdir. Təbliğat, təhsil və tədqiqat aləti kimi hazırlanmış Xülasəyə 

mövzular üzrə 1986-cı ildən 2011-ci ilədək müddəti əhatə edən kateqoriyalara 

bölünmüş mandat hesabatlarından çıxarışlar daxildir. 

İşgəncə əleyhinə təşəbbüs 

2013-cü ildə işgəncə üzrə Xüsusi Məruzəçi ölkəyə nəzarət səfərləri və tematik 

hesabatlarla bağlı pres-relizlərdən, müsahibə, konfranslar, dinləmələr, publisistik 

məqalələr və digər media fəaliyyətindən başqa, bütün tematik, ölkə və müşahidə 

hesabatları daxil olmaqla nəzarət xarakterli fəaliyyətə dair məlumatların toplandığı 

onlayn rejimli platformanı işə salmışdır. 

25

  www.ohchr.org/EN/Issues/FreedomReligion/Pages/Standards.aspx 



26

  http://antitorture.org 

27

  Paralel tədbrilərin təşkil edilməsi ECOSOC məsləhət statusu olan QHT-lərlə məhdudlaşır.



Vətəndaş cəmiyyəti necə iştirak edə bilər?

•  Tematik hesabatın mövzusunda İnsan Hüquqları Şurası zamanı paralel tədbirlər təşkil 

etmək  və ya iştirak etmək.   

•  VCİ-lərin fəaliyyətini qüvvətləndirmək üçün tematik hesabatların tapıntılarına və 

tövsiyələrinə istinad etmək (məs., vəkillik, potensial quruculuğu, məlumatlandırmanın 

artırılması, monitorinq)



5.4  Universal Dövri İcmal

Universal Dövri İcmalın ilk dövrü 2011-ci ilin oktyabr ayında başa çatmış, bu zaman BMT-yə 

Üzv Dövlətlərin hər biri gözdən keçirilmişdir. İkinci və növbəti icmal silsilələrində ilk icmalın 

tövsiyələrini həyata keçirmək üçün aparılmış tədbirlərə, eləcə də digər dəyişikliklərə dair 

Dövlətlərin informasiya vermələri gözlənilir. Əlavə olaraq, UDİ üzrə gündəliyin 6-cı maddəsi 

ilə İnsan Hüquqları Şurasının sessiyaları zamanı müntəzəm şəkildə yeni məlumatlar verilə bilər. 

Həm Dövlətlər, həm də QHT-lər aralıq hesabatlar, şifahi və yazılı bəyanatlar vasitəsilə yeni 

məlumat təqdim edə bilər.




43

Vətəndaş Cəmİyyətİ üçün Praktİkİ təlİmat 

29

  



www.upr-info.org/followup/ 

30

  



www.francophonie.org 

Vətəndaş cəmiyyəti necə iştirak edə bilər?

•  İştirakçı tərəflərin verdiyi hesabatın icmalına daxil ediləcək informasiyanı təqdim edərkən 

Dövlətin ilk silsilənin tövsiyələrinə necə əməl etdiyinin və ya etmədiyinin təhlilini daxil 

etmək vacibdir.  

•  VCİ-lər Dövlətin icra istiqamətindəki tərəqqisinin təhlili barədə nəzarətçi Dövlətləri, 

xüsusilə də ilk icmal zamanı tövsiyələri hazırlamış Dövlətləri məlumatlandıra bilər.   

•  ECOSOC məsləhətləşmə statusu olan QHT-lər gündəliyin 6-cı maddəsi ilə İnsan Hüquqları 

Şurasına yazılı və şifahi bəyanatlar verə bilər, məqsəd Dövlətlərin UDİ tövsiyələrinə əməl 

etməsində olan tərəqqi və dəyişikliklər barədə son məlumatları təqdim etməkdir.

Bu qurumlarda vətəndaş cəmiyyətinin iştirakı ilə bağlı təlimat üçün xahiş edirik İHAK-

ın vətəndaş cəmiyyəti üçün təlimatlarına – Birləşmiş Millətlər Təşkilatının insan hüquqları 

proqramı ilə iş və Universsal Dövri İcmala dair Praktiki Təlimatlara baxın.



UDİ üzrə izləmə alətləri  

QHT 


UDİ-İnfo UDİ tövsiyələrinin icrasını dəstəkləmək, təşviq və monitorinq etmək üçün 

alətlər hazırlamışdır. Buraya xüsusilə aşağıdakılar daxildir:

İlk silsilədən iki il sonra tövsiyələrin icmalını nəzərdən keçirən (orta müddətli icranın 

qiymətləndirilməsi), UDİ-nin ikinci silsiləsi üzrə Dövlətin öz ölkə hesabatında icraya dair təqdim 

etdiyi informasiya ilə ilk silsilənin tövsiyə və öhdəliklərini müqayisə edən izləmə proqramı.   

İcraya  yol üzrə tədqiqat, burada 66 ölkəyə ünvanlanmış 6,542 tövsiyədən 3,294 

tövsiyənin icrasına nəzər salan nəzarət proqramı vasitəsilə toplanmış informasiya və 

məlumatlar təhlil edilir.

Vətəndaş cəmiyyəti üçün izləmə dəsti, burada beş tövsiyə edilən tədbir göstərilir: 1. 

UDİ tövsiyələrinin və öhdəliklərinin ictimaiyyətə açıqlanması; 2. İcranın planlaşdırılması; 

3. İcrada iştirak etmək üçün Dövlətlə dialoqa başlanması; 4. İcranın monitorinqi; və 5. 

İcraya dair hesabatvermə. 



Organisation  internationale  de  la  Francophonie UDİ tövsiyələri və öhdəliklərinin 

icrasına dair 



Praktiki Təlimat nəşr etmişdir. İlk öncə Ölkələr üçün nəzərdə tutulan Təlimat 

nəzarət və icra funksiyalarının yerinə yetirilməsində Dövlət tərəfdaşları olaraq VCİ-lar da 

daxil olmaqla digər iştirakçı tərəflərə aiddir. Təlimat 10 mərhələdə icra planının yerinə 

yetirilməsi ilə icranın aparılmasını təklif edir:

1.  Müvafiq məlumatların toplanması.

2.  Mövzular üzrə qruplaşdırılması.

3.  Tövsiyələrdən irəli gələn gözlənilən tədbir və nəticələrin müəyyən edilməsi.

4.  İcra tədbirlərinin müəyyən edilməsi.

5.  Hər sektor üzrə inteqrə edilmiş metodun qəbul edilməsi.

6.  Dövlət səviyyəsində icra üzrə cavabdehliklərin təyin edilməsi.

7.  Ölkə səviyyəsində icraçı tərəfdaşların müəyyən edilməsi.

8.  İcra üçün vaxt çərçivəsinin müəyyən edilməsi.

9.   Potensial quruculuğu və texniki yardıma olan ehtiyacın və beynəlxalq səviyyədə 

icraçı tərəfdaşların müəyyən edilməsi.

10. İcra üçün nəzarət və qiymətləndirmə strategiyasının hazırlanması.



44

BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATININ TÖVSİYƏLƏRİNƏ NECƏ ƏMƏL ETMƏLİ 

5.5  Kompleks yanaşma

Bu bölmədə müxtəlif mexanizmlərin hazırladığı izləmə prosedurları və praktikaları ayrıca 

təqdim edilir, çünki oxşarlıqlar olsa belə, onlar hər mexanizmin ayrı-ayrı xüsusiyyətlərini 

təşkil edir.

Hər bir halda, bir daha vurğulamaq mühümdür ki, izləmə fəaliyyəti kompleks yanaşma 

ilə həyata keçirildikdə səmərəli olur, insan hüquqları üzrə müxtəlif mexanizmlərin verdiyi 

tövsiyələr bir-birini qüvvətləndirir, icraya doğru onların potensialını maksimum səviyyəyə 

çatdırır. Bu Təlimatda bölmə 3-ə də baxın.



5.6  Təzyiq tədbirləri

BMT, onun insan hüquqları sahəsindəki nümayəndələri və mexanizmləri  ilə əməkdaşlıq 

etməyə can atan və ya əməkdaşlıq etmiş şəxslərə və qruplara qarşı təzyiq tədbirlərinin 

görülməsi insan hüquqlarını pozan hallardır. Vətəndaş cəmiyyəti izləmə fəaliyyəti çərçivəsində 

BMT-nin insan hüquqları mexanizmləri ilə əməkdaşlıq etməyə çalışdıqda da təzyiq tədbirləri 

aparıla bilər.

İnsan Hüquqları Şurasının 12/2 saylı qətnaməsi Baş Katibin Şuraya illik hesabat təqdim 

etməsini müəyyən etmişdir ki, bu da BMT-nin insan hüquqları mexanizmləri ilə əməkdaşlıq 

edən şəxslərə qarşı əsassız təzyiq tədbirlərinin toplusu və təhlilindən, hədə-qorxu və təzyiqin 

göstərilməsi məsələlərinin necə həll edilməsi haqda tövsiyələrdən ibarətdir.

31

Şura, xüsusi prosedurlar və saziş qurumları ilə əməkdaşlıq, o cümlədən onların izləmə 



prosedurları və təcrübələri ilə bağlı təzyiq hallarından başqa, İHAK-la, onun ölkədəki 

təmsilçiliyi və insan hüquqları üzrə müşavirlərlə, BMT-nin Ölkə Komandaları, sülhməramlı 

missiyaların insan hüquqları komponentləri və s. ilə əməkdaşlıqla bağlı aparılan təzyiq 

tədbirləri hesabata daxil ola bilər. Əvvəlki hesabatlara daxil edilmiş hallarla bağlı nəzarət 

xarakterli informasiya müvafiq olub, alqışlanır.

Təzyiq tədbirləri aşağıdakı fərdlərə qarşı baş aparıla bilər:

•  BMT, onun insan hüquqları sahəsindəki nümayəndələri və mexanizmləri  ilə əməkdaşlıq 

etməyə can atan və ya əməkdaşlıq etmiş və ya onlara ifadə və ya informasiya vermiş 

şəxslər;

•  İnsan hüquqlarının və fundamental azadlıqların qorunması üçün BMT-nin nəzarəti 

altında müəyyən edilmiş prosedurlardan istifadə edən və ya etmiş və ya bu məqsədlə 

onlara hüquqi və ya digər yardım göstərmiş şəxslər.

•  İnsan hüquqları alətləri ilə müəyyən edilmiş prosedurlar çərçivəsində müraciət təqdim 

edən və ya təqdim etmiş, və/və ya bu məqsədlə onlara hüquqi və ya digər yardım 

göstərmiş şəxslər;

•  İnsan hüquqlarının pozulmasının qurbanları ilə qohum olan və ya qurbanlara hüquqi 

və ya digər yardım göstərmiş olan şəxslər.

31

  2012-ci və 2011-ci il üzrə hesabatlar üçün bax A/HRC/21/18 vəA/HRC/18/19.




45

Vətəndaş Cəmİyyətİ üçün Praktİkİ təlİmat 

Baş Katibin hesabatı vasitəsilə təzyiqin göstərilməsi hallarının nəşri müdafiənin artması 

ilə nəticələnə bilər. Ancaq ictimai açıqlama da ehtiyatla yoxlanmalıdır. Bu səbəbdən hesabata 

yalnız özü barəsində informasiyanın açıqlanmasına razılığını bildirmiş şəxslərin hekayələri 

daxil edilir.

Təzyiq haqqında informasiya təqdim etmək üçün xahiş edirik aşağıdakı ünvanla əlaqə 

saxlayın:

reprisals@ohchr.org




46

BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATININ TÖVSİYƏLƏRİNƏ NECƏ ƏMƏL ETMƏLİ 

6.  Əlavə məlumat

İHAK-ın internet səhifəsi:

www. ohchr.org

Aşağıdakı səhifədə vətəndaş cəmiyyəti üçün İHAK alətləri haqda məlumat vardır:

www.ohchr.org/EN/AboutUs/Pages/CivilSociety.aspx

BMT-nin 6 rəsmi dilində 

  Universal İnsan Hüquqları İndeksi:

http://uhri.ohchr.org/

İnsan Hüquqları üçün Beynəlxalq Xidmət və İnsan Hüquqları üzrə Hüquq Mərkəzi, 

BMT-

nin insan hüquqları ilə bağlı tövsiyələrinin ölkədə yerinə yetirilməsi – İnsan hüquqları 

müdafiəçiləri və vəkilləri üçün təlimat, əldə edilə bilər   

www.ishr.ch

  UDİ-İnfo üzrə nəzarət alətləri:

www.upr-info.org/followup

La Francophonie, Universal Dövri İcmal üzrə Praktiki Təlimat, əldə edilə bilər 

www.francophonie.org

Hökmdən  ədalətədək  –  İnsan  hüquqları  üzrə  beynəlxalq  və  regional  qərarların 

icrası, 2010, və Hüquqdan məhkəmə müdafiəsi vasitələrinədək: insan hüquqları üzrə 

beynəlxalq qərarların icrası üçün struktur və strategiyalar, 2013,  əldə edilə bilər 

www.opensocietyfoundations.org

İnternetlə yayımlama

• UN web TV:

http://webtv.un.org

• Saziş qurumlarının sessiyaları:

www.treatybodywebcast.org

 Xəstələrə Qulluq sahəsində İnsan Hüquqları üzrə Vəkil üçün Təlimatlar:

http://health-rights.org/



47

Vətəndaş Cəmİyyətİ üçün Praktİkİ təlİmat 

  CRC yekun qeydlərinə dair izləmə tədbirlərinə konkret misallar:

www.childrightsnet.org/NGOGroup/CRC/FollowUp/

  İxtiyari həbslər üzrə İşçi Qrupun məlumat bazası:

www.unwgaddatabase.org/un/

Dini və əqidə azadlığı üzrə icmal:

www.ohchr.org/EN/Issues/FreedomReligion/Pages/Standards.aspx

Bəzi QHT-lər insan hüquqları üzrə konkret mexanizmlərlə yaxından işləyir. Onlar VCİ-

lərin həmin mexanizmlərdə iştirakını dəstəkləyir, onlara təlimat və yardım təklif edə bilir. 

Bu QHT-lərdən bəziləri aşağıda göstərilmişdir:

•  İCCPR üçün Mülki və Siyasi Hüquqlar Mərkəzi (CCPR Mərkəzi) 

•  CRC üçün Uşaq Hüquqları Konnekt 

•  CRPD üzrə Beynəlxalq Əlilliyi Olan Şəxslər Alyansı (İDA) 

•  CERD üzrı Ayrı-Seçkilik və İrqçiliyin Bütün Formalarına qarşı Beynəlxalq Hərəkat 

(İMADR) 


•  Mühacir Əməkçilər Komitəsi üzrə Miqrant Əməkçilər Konvensiyasının Beynəlxalq 

Platforması 

•  İşgəncə Əleyhinə Komitə üçün İşgəncə Qurbanları üçün Beynəlxalq Reabilitasiya 

Şurası 


•  Qadınlara qarşı ayrı-seçkiliyin bütün formaları Komitəsi üzrə Asiya-Sakit Okean 

regionunda International Women’s Rights Action Watch (IWRAW) 

•  UDİ üçün UDİ-Info

7.  Bizimlə əlaqə saxlayın

İHAK-ın Vətəndaş Cəmiyyəti Bölməsi ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaq olar:

civilsociety@ohchr.org

Telefon: +41(0) 22 917 9656

İHAK-ın İnsan Hüquqları Təlimatları və vətəndaş cəmiyyəti üçün praktiki təlimatları ərəb, 

çin, ingilis, fransız, rus və ispan dillərində aşağıdakı səhifədən əldə edilə bilər

www.İHAK.org/EN/AboutUs/Pages/CivilSociety.aspx

 

Vətəndaş Cəmiyyətinin e-mail yayımlama sistemində insan hüquqları üzrə bütün 



mandatlara və mexanizmlərə dair son məlumatlar və təlimatlar, eləcə də fondlar, qrant və 

təqaüd, ərizənin verilməsi üçün son müddətlərə dair məlumatlar təqdim edilir. Yazılmaq 

üçün vətəndaş cəmiyyətinin internet səhifəsinə və ya aşağıdakı ünvana daxil olun

http://goo.gl/O8snt



48

BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATININ TÖVSİYƏLƏRİNƏ NECƏ ƏMƏL ETMƏLİ 

İnsan Hüquqları üzrə Ali Komissarlığın 20-ci il dönümünün qeyd edilməsi

“Vətəndaş cəmiyyəti inkişaf edib, genişlənmiş, bu gün insan hüquqları sahəsində 20 il 

əvvəl olduğundan daha çox sayda milli təşkilat və insan hüququ müdafiəçiləri vardır. Bu 

təşkilatlar və fərdlər insan hüquqları üçün həyat mənbəyidir: onlar dəyişikliyi təbliğ edənlərdir, 

təhqir, pis qanunvericilik və sürünən avtoritarizm barədə həyəcan siqnalı verən insanlardlr. 

Bu praktiki təlimat İHAK-ın 20-ci il dönümünü qeyd edir və bütün dünyada insan hüquqları 

naminə işləyən vətəndaş cəmiyyətinə həsr olunmuşdur.”  

Navi Pillay

Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarı

Oktyabr 2013





Yüklə 337,48 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə