Bu Təlimatdan necə istifadə etməli


Vətəndaş Cəmİyyətİ üçün Praktİkİ təlİmat



Yüklə 337,48 Kb.
Pdf görüntüsü
səhifə14/16
tarix14.05.2018
ölçüsü337,48 Kb.
#43533
1   ...   8   9   10   11   12   13   14   15   16

35

Vətəndaş Cəmİyyətİ üçün Praktİkİ təlİmat 

Vətəndaş cəmiyyəti necə iştirak edə bilər?

Yuxarıda təsvir olunmuş izləmə üsulları Şuranın standart iş metodlarıdır. Bu səbəbdən 

vətəndaş cəmiyyətinin iştirakının üsulları eynidir və buraya QHT-lərin BMT-nin İqtisadi və Sosial 

Şurasında məşvərətçi statusu əldə etməsinin, yazılı və şifahi bəyanatlar səsləndirməsinin və 

əlavə tədbirlər keçirməsinin mümkünlüyü daxildir. İnsan Hüquqları Şurasının sessiyasında 

iştirak etmək üçün Cenevrəyə səfər etməyən QHT-lər gündəlikdəki bəzi məsələlərlə bağlı video 

mesaj vasitəsilə şifahi bəyanat verə bilərlər. Əlavə məlumat əldə etmək üçün İnsan Hüquqları 

üzrə Ali Komissarlığın vətəndaş cəmiyyəti üçün Məlumat kitabçası – “BMT-nin insan hüquqları 

proqramı ilə birgə işləmək” və Komissarlığın İnsan Hüquqları Şurası

19

  haqda vətəndaş cəmiyyəti 



üçün hazırladığı Praktiki Təlimatlara, həmçinin Komissarlığın internet səhifəsinə istinad edin.

20

 



Yazılı və şifahi bəyanatlardan və əlavə tədbirlərdən başqa vətəndaş cəmiyyətinin tədqiqatlara 

töhfə verməyə və Şuranın mandatı altında keçirilən ekspert iclaslarında və panellərində iştiraka dəvət 

edilməsi standart praktikadır. Bundan savayı, QHT-lər Şuraya paralel olaraq keçirilən və qətnamə 

layihələrinin mətnlərinin müzakirə edildiyi açıq tərkibli qeyri-rəsmi iclaslarda iştirak edə bilərlər.

Son olaraq, Şuranın qətnamə və qərarları Dövlətlərin insan hüquqlarını müdafiə və təşviq 

etmək öhdəliyini əks etdirir. Bir daha qeyd olunmalıdır ki, vətəndaş cəmiyyəti Şuranın onlar 

üçün maraq kəsb edən qətnamə və qərarlarında ifadə olunmuş insan hüquqları öhdəliklərinin 

icrası ilə bağlı plan tərtib edə, bunu prioritet kimi müəyyən edə və təzyiq göstərmək üçün 

tədbir görə bilərlər.

Köməkçi orqanlar, mexanizmlər və mandatlar

Şuranın köməkçi orqanları və mexanizmləri tərəfindən çoxlu sayda tövsiyələr qəbul olunur, 

o cümlədən:

•  Universal Dövri İcmal (Təlimatların 5.4-cü bölməsinə baxın);

•  İnsan Hüquqları Şurasının Məşvərət Komitəsi;

•  Şikayət prosedurası;

•  Xüsusi proseduralar (Təlimatların 5.3-cü bölməsinə baxın);

•  Milli azlıqlar məsələsinə dair Forum;

•  Yerli xalqların hüquqları üzrə ekspert mexanizmi və

•  Biznes və insan hüquqları üzrə Forum

Vətəndaş cəmiyyətinin bu qurumlarında iştirakı haqda əlavə  məlumat əldə etmək üçün 

İnsan Hüquqları üzrə Ali Komissarlığın vətəndaş cəmiyyəti üçün Məlumat kitabçası – “BMT-nin 

insan hüquqları proqramı ilə birgə işləmək”, İnsan Hüquqları Şurası haqda vətəndaş cəmiyyəti 

üçün Praktiki Təlimatlar və Sosial forum haqda Praktiki Təlimatlara istinad edin.

21

19

    



www.ohchr.org/EN/AboutUs/Pages/CivilSociety.aspx

 internet ünvanından əldə etmək mümkündür.

20

    


www.ohchr.org/EN/HRBodies/HRC/Pages/NgoParticipation.aspx 

21

    



www.ohchr.org/EN/AboutUs/Pages/CivilSociety.aspx

 internet ünvanından əldə etmək mümkündür.




36

BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATININ TÖVSİYƏLƏRİNƏ NECƏ ƏMƏL ETMƏLİ 

5.3  Xüsusi prosedurlar

Ölkə səfərlərindən sonra izləmə tədbirləri

Xüsusi proseduraların mandatına malik səlahiyyətli nümayəndələrin ölkəyə səfər etməsi 

üçün Hökumətin dəvəti olmalıdır. Xüsusi proseduralar ölkəyə səfər etmək tələblərini aşağıdakı 

şəkildə izləyirlər:

•  Öz hesabatlarında, internet səhifələrində, kütləvi tədbirlər zamanı və mətbuatda səfər 

tələbini ictimaiyyətə bəyan edilməsi;

•  Səfər planlaşdırılan ölkənin diplomatik nümayəndələri ilə görüşlərin keçirilməsi;

•  Rəsmi dəvətin əldə olunmasına zəmin hazırlamaq üçün ölkəyə və ya regiona işçi 

səfərlərin edilməsi (məsələn, akademik səfərlərin həyata keçirilməsi) və

•  Səfər tələblərini xatırlatmaq məqsədilə haqda rəsmi teleqramların yazılması və 

ictimaiyyətə bəyan edilməsi

Səfər baş tutduqdan sonra xüsusi prosedurların izləmə mqəsədilə hazırladığı bir sıra 

müxtəlif təcrübələrdən istifadə olunur. Bunlara daxildir:

1.  İzləmə məqsədilə həyata keçirilən ölkə səfərləri. Xüsusi proseduraların mandatına malik 

səlahiyyətli nümayəndələr əvvəlki ölkə missiyalarını izləmək məqsədilə yenidən səfər həyata 

keçirirlər. Bu səfərlər əvvəlki səfər zamanı əldə edilmiş məlumatlar və verilmiş tövsiyələrlə 

müqayisədə ölkənin nail olduğu tərəqqi və geriləməni hərtərəfli şəkildə qiymətləndirməyə 

imkan verir. Bu səfərlər yaxşı təcrübədir, lakin buna baxmayaraq, məhdud resurslar səbəbindən 

xüsusi prosedurlar tərəfindən il ərzində həyata keçirilən 40-50 səfərdən yalnız bir neçəsi izləmə 

məqsədilə baş tutan səfərlərdir.

İzləmə məqsədilə həyata keçirilən ölkə səfərlərinin

nümunələri

Uşaq alveri, fahişəliyi və pornoqrafiyası üzrə Xüsusi Məruzəçi

⇒  2012: Qvatemala (A/HRC/22/54/Add.1)

İşgəncələr və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növləri 

üzrə Xüsusi Məruzəçi

⇒  2012: Uruqvay (A/HRC/22/53/Add.3)

İrqçiliyin müasir formaları, irqi ayrı-seçkilik, ksenofobiya və dözümsüzlük üzrə Xüsusi 

Məruzəçi


⇒  2011: Hungary (A/HRC/20/33/Add.1)

Qadınlara qarşı zorakılıq, onun səbəbləri və nəticələri üzrə Xüsusi Məruzəçi

⇒  2011: ABŞ (A/HRC/17/26/Add.5)

⇒  2010: El-Salvador (A/HRC/17/26/Add.2) və Əlcəzair (A/HRC/17/26/Add.3)

Terrorizmə qarşı mübarizə apararkən, insan hüquqları və fundamental azadlıqların 

təşviqi və müdafiəsi üzrə Xüsusi Məruzəçi

⇒  2011: Tunis (A/HRC/16/51/Add.2)



Yüklə 337,48 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə