Bu Təlimatdan necə istifadə etməli


BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATININ TÖVSİYƏLƏRİNƏ NECƏ ƏMƏL ETMƏLİ



Yüklə 337,48 Kb.
Pdf görüntüsü
səhifə8/16
tarix14.05.2018
ölçüsü337,48 Kb.
#43533
1   ...   4   5   6   7   8   9   10   11   ...   16

20

BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATININ TÖVSİYƏLƏRİNƏ NECƏ ƏMƏL ETMƏLİ 

 Tematik şəbəkələr;

•  Dövlət strukturları, o cümlədən Parlament və Parlamentin müvafiq komissiyaları;

•  Ölkə səviyyəsində insan hüquqları qurumları;

•  Beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT və İHAK yerdə iştirakı;

•  Elmi müəssisələr; və

•  İnsan hüquqları mexanizmləri.

Nepalda uşaq hüquqlarını qorumaq və təşviq etmək üçün tərəfdaşların 

səfərbər edilməsi

Nepalda Save the Children təşkilatı UDİ üzrə 138 VCİ-na təlim keçmişdir. Təşkilat iştirakçı 

tərəflərin verdiyi ərizələri dəstəkləmiş, ölkə və beynəlxalq səviyyələrdə aparılan təbliğat 

fəaliyyətini əlaqələndirmişdir. Nəticədə UDİ-nin yekun sənədində uşaq hüquqları ilə bağlı 34 

tövsiyə verilmiş, onlardan 31 Nepal Hökuməti tərəfindən qəbul edilmişdir.

Save the Children UDİ-nin monitorinqi strategiyasını ölkə səviyyəsində müxtəlif iştirakçı 

tərəflərin, o cümlədən vətəndaş cəmiyyəti şəbəkələrinin, Milli İnsan Hüquqları Komissiyasının, 

səfirliklər və medianın səfərbər edilməsi ətrafında qurur, məqsəd UDİ prosesində milli iştirakı 

artırmaq, cəlbolunma və cavabdehliyi qüvvətləndirməkdir.

UDİ Nepalda VCİ-ların fəaliyyətini birgə gündəlik ətrafında toplamaq baxımından həlledici 

olmuşdur. Hökumət rəsmiləri və səfirliklərlə yüksək səviyyədə ikitərəfli və kollektiv təbliğat 

görüşləri keçirilmiş və media vasitəsilə məlumatlandırma artırılmışdır, o cümlədən TV 

müsahibələri və UDİ üzrə mətbuatda məqalələr verilmişdir. UDİ-nin uşaqlarla əlaqəli konkret 

tədbirlərlə, məsələn Uşaq Hüquqları Günü ilə bağlı olması medianın diqqətini çəkmişdir ki, 

bu da xüsusilə səmərəli olmuşdur.

Save the Children təşkilatı milli uşaq koalisiyaları ilə əməkdaşlıqda Milli İnsan Hüquqları 

Komissiyasının UDİ tövsiyələrinin monitorinqi və izlənməsini öz səlahiyyətlərinə daxil etmək 

üçün onun təşviq edilməsi baxımından vacib olmuşdur. MİHK icranın vəziyyətinə dair rəsmi 

və etibarlı informasiyanı təmin etmək üçün vacib rola malikdir.

Monitorinq istiqamətində əlaqələndirilmiş səylərin nəticəsi olaraq “uzun müddət gözlənilən 

uşaq siyasəti qanunvericiliyinin, o cümlədən Uşaq Hüquqları Aktı, Təhsil Qaydaları, Uşaqların 

Qorunması Siyasəti və uşaq baxçaları üçün minimum standartlara” dair 108.4 saylı UDİ 

tövsiyəsi qismən həyata keçirilmişdir. Həm Milli Uşaq Siyasəti, həm də uşaq baxçaları 

üçün hərtərəfli standartlar 2012-ci ildə qəbul edilmişdir. Kabinet həm də Uşaq Hüquqları 

Qanununu qəbul etmişdir.

Tərəfdaşlarla iş sxemin hazırlanması vizual şəkildə təqdim edilə bilər. Məsələn, yuxarıda 

təsvir edilən Nepalın təcrübəsi aşağıdakı qrafiklə vizuallaşdırıla bilər.



21

Vətəndaş Cəmİyyətİ üçün Praktİkİ təlİmat 

4.9  Məlumatın yayılması və məlumatlandırmanın artırılması 

İnsan hüquqları mexanizmlərinin əldə etdiyi məlumatlar və tövsiyələrin yayılması və onlar 

barədə məlumatlandırmanın artırılması Dövlətlərin insan hüquqları sahəsindəki öhdəliklərinin 

icrasının təşviqi baxımından faydalı vasitələrdir.

Bir çox hallarda hüquqları həyata keçirmək mümkün olur, çünki daha çox hüquq sahibi 

öz hüquqlarını tanıyır və onları tələb edir və ya müvafiq qurumlar insan hüquqları ilə bağlı 

öhdəliklərin yerinə yetirilməsi üçün onlar tərəfindən hansı tədbirlərin görülməsinin tələb 

olunduğunu bilir. Məlumatlandırmanın artırılması ilə insan hüquqları sahəsində bilikdə 

boşluqların aradan qaldırılması və ya azaldılması və insan hüquqları haqqında məlumatların 

yayılması hüquqların həyata keçirilməsini təşviq etmək baxımından səmərəli yollardır. 

Yerli dillərə tərcümədən tutmuş media və sosial media kampaniyalarının müxtəlif 

formalarınadək VCİ-lar insan hüquqları mexanizmlərinin əldə etdiyi məlumatların və 

tövsiyələrin yayılmasında təşəbbüslü və kreativdirlər. Məlumat yayımı planlarına hər zaman 

əlilliyi olan şəxslər üçün material və informasiyanı əlyetərli olması məsələsi daxil edilməlidir.



Nepalda uşaq hüquqları sahəsində tərəfdaşların səfərbər edilməsi 

 

Milli



VCİ-lar

Media


Təsir

Təsir


Monitorinqin aparılması

UDİ üzrə bacarıqların

artırılması

Vəkillik və

məlumatlılığın artırılması

Uşaq


hüquqları

UDİ 


tövsiyələrinin

həyata


keçirilməsi

Hökümət


İH üzrə

Milli


Komissiya

Diplomatik

icma



22

BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATININ TÖVSİYƏLƏRİNƏ NECƏ ƏMƏL ETMƏLİ 

İşgəncənin  qarşısının  alınması  üzrə  Alt  Komitənin  Braziliyaya 

verdiyi tövsiyələri ictimaiyyətə açıqlamaq üçün “İnformasiya Aktına 

Çıxış”dan istifadə

İşgəncələrin qarşısının alınması üzrə Alt-Komitə (SPT) 2011-ci ildə Braziliyaya ilk səfəri zamanı 

ölkənin penetensiar müəssisələrində işgəncə və pis rəftarla bağlı vəziyyəti yoxlamışdır. 

SPT sonradan Braziliya Hökumətinə hesabat hazırlamış, ölkədə işgəncə təcrübəsi ilə bağlı 

tövsiyələr vermişdir. İşgəncə və Digər Qəddar, Qeyri-İnsani və ya Ləyaqəti Alçaldan Rəftar 

və ya Cəzaya qarşı Konvensiyanın Fakultətiv Protokoluna əsasən (OPCAT) hesabat yalnız 

hökumətin qərarı ilə açıqlana bilər. Vətəndaş cəmiyyətinin müraciətlərinə baxmayaraq, 

hesabat məxfi saxlanmışdır. 

May 2012-ci il tarixində Braziliya İctimai İnformasiyaya Çıxış Aktını qəbul etmişdir. Qanun 

qüvvəyə minən gün Conectas Direitos Humanos (Conectas) SPT hesabatını açıqlaması və 

əlyetərli etməsi üçün Braziliya Hökumətinə müraciət etmişdir. Aktda müəyyən edilmiş son 

müddət çərçivəsində Braziliya Hökuməti müraciətə cavab vermiş, hesabatı və tövsiyələri,  

o cümlədən Portuqal dilinə tərcüməsini İnsan Hüquqları Nazirliyinin internet səhifəsində 

yerləşdirmişdir.

Conectas hesab etmişdir ki, SPT hesabatı ana dilində açıqlanmalıdır. Bu olmadan vətəndaş 

cəmiyyəti iştirakçıları və digər iştirakçı tərəflər SPT tövsiyələrinin həyata keçirilməsini 

izləyə bilməzdilər. “Ölkədə işgəncənin tətbiq olunması ilə bağlı ciddi vəziyyət barədə 

məlumatlandırmanı artırmaq üçün bu, fundamental addım oldu. Səmərəli preventiv 

siyasətlərin olmaması və ilk olaraq günahkarların cavabdehliyə cəlb olunmaması nəticəsində 

Braziliyada işgəncənin davam etdiyini hesab etsək, İnformasiyaya Çıxış haqqında Qanun 

səmərəli metod olmuşdur ki, SPT qiymətləndirməsinin aparılmasını təmin etmişdir. İndi isə 

işgəncə əleyhinə mübarizədə bütün müvafiq iştirakçı tərəflər ondan geniş şəkildə istifadə 

edə bilər”, Conectas şərh etmişdir.

İrlandiyada  İşgəncə  əleyhinə  Komitənin  sessiyasının  internetlə 

yayımlanması 

2011-ci ildə İrlandiyanın Mülki Azadlıqlar Şurası (İCCL) İrlandiyanın Cinayət Hüququ 

İslahat Fondu (İPRT) ilə İrlandiyanın ilk dəfə BMT-nin İşgəncə Əleyhinə Komitəsi (CAT) 

qarşısına çıxması üçün birgə qeyri-rəsmi hesabat hazırlamışlar. İşgəncə Qurbanları üçün 

Beynəlxalq Reabilitasiya Şurası (İRCTV) ilə birlikdə İCCL və İPRT CAT sessiyasının ilk 

canlı internet yayımlanmasını təşkil etmişdir ki, bu da İrlandiyada bir sıra VCİ-lər və 

qanunla müəyyən edilmiş orqanlar tərəfindən yayımlanmışdır.

“Biz qeyri-rəsmi hesabatı və CAT tövsiyələrini geniş şəkildə yaydıq, ən böyük qəzetlərdə 

və radioda işıqlandırdıq. Axşam saatlarında ictimai işlər üzrə şouda bizim internet 

yayımımızdan videoyazı verildi. İlk dəfə İrlandiya cəmiyyəti BMT-nin saziş qurumunu iş 

zamanı seyr etdi” İCCL nümayəndəsi söylədi.

İrlandiyanın CAT qarşısında çıxması və tövsiyələrin yerinə yetirilməsi İrlandiyada 




Yüklə 337,48 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə