Bu Təlimatdan necə istifadə etməli


Vətəndaş Cəmİyyətİ üçün Praktİkİ təlİmat



Yüklə 337,48 Kb.
Pdf görüntüsü
səhifə7/16
tarix14.05.2018
ölçüsü337,48 Kb.
#43533
1   2   3   4   5   6   7   8   9   10   ...   16

17

Vətəndaş Cəmİyyətİ üçün Praktİkİ təlİmat 

•  Hökumətdə vətəndaş cəmiyyəti ilə dialoq başlamağa hazır olan yeni müsahiblər;

•  İnsan hüquqları sahəsində tərəqqi əldə etmək üçün tədbirlərin görülməsi baxımından 

stimulun yeniləşməsi;

•  İnsan hüquqları üzrə standartlara uyğun qanunvericiliyin qəbul edilməsi üçün siyasi 

iradənin nümayiş etdirilməsi;

•  Bu sahədə işləmək üçün yeni resursların mövcud olması; və 

•  İcmal üçün tərəfdaşlıqlar və ya koalisiyaların yaradılması və ya gücləndirilməsi.

VCİ-ları insan hüquqları mexanizmlərinin fəaliyyəti ətrafında hərəkətverici qüvvənin 

yaradılmasında və insan hüquqlarının daha yaxşı qorunması məqsədilə strategiyaların təşviq 

edilməsi üçün belə imkanların istifadə edilməsində mühüm rol oynaya bilər.

4.7. Koalisiyaların qurulması və onlarla iş 

VCİ koalisiyaları vasitəsilə insan hüquqları mexanizmlərinin işində iştirak çox zaman 

müsbət nəticələr vermişdir. Buna aşağıdakı misallar daxildir:

•  Tövsiyələrin Koalisiya tərəfindən müəyyən edilmiş prioritetləri əks etdirməsi ehtimalı 

ilə insan hüquqları mexanizmlərinə daha əhatəli sənədlərin təqdim edlməsi.

•  Daha səmərəli iştirakla və monitorinqlə nəticələnən ixtisas, resurslar və təcrübəyə 

uyğun olaraq koalisiyanın üzv təşkilatları arasında əmək bölgüsü (məs., bəzi təşkilatlar 

vəkillik və ya məlumatlandırmanın artırılmasına, digərləri monitorinqə, məlumatların, 

o cümlədən texniki məlumat və informasiyanın toplanması və təhlil edilməsinə diqqət 

yönəldəcək, digərləri insan hüquqlarının pozulmasının qurbanlarına yadım göstərəcək, 

onların səsinin və ifadələrinin eşidilməsinə kömək edəcəkdir).

•  VCİ-lar arasında daha yaxşı iş münasibətləri, əməkdaşlıq və vəhdətlik. Bu, xüsusilə də 

VCİ-lər təhlükəyə məruz qaldıqda mühüm əhəmiyyət daşıyır. 

•  İnsan hüquqları mexanizmləri, Dövlət qurumları və digər iştirakçı tərəflərlə (məs., 

diplomatik missiyalar, milli insan hüquqları qurumları) üzbəüz mesaj və məqsəd 

vəhdətliyi ilə koalisiyanın nüfuz və etibarının artması.

•  Kiçik VCİ-ların məsələləri koalisiyalar vasitəsilə ötürüləndə daha çox diqqət cəlb edir.



18

BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATININ TÖVSİYƏLƏRİNƏ NECƏ ƏMƏL ETMƏLİ 

VCİ  Koalisiyası  Filippin  adalarında  UDİ  vasitəsilə  işgəncənin  aradan 

qaldırılması istiqamətində tərəqqi əldə edir  

Tibbi Fəaliyyət Qrupu (TFQ) Filippin adalarında UDİ üçün Vətəndaş Cəmiyyətinin Birgə 

Hesabatının hazırlığında iştirak etmişdir. 2012-ci ilin may ayında UDİ keçirilməzdən 

əvvəl VCİ koalisiya üzvləri Manilada təxminən 20 səfirliyin iştirak etdiyi diplomatik 

brifinq təşkil etmişlər. Cenevrədə onlar öz narahatlıqları barədə məlumatlandırmanı 

artırmaq üçün 16 diplomatik missiya ilə görüş keçirmişlər. “Biz hər məsələ üzrə bir 

səhifəlik informasiya vərəqəsində konkret və dəqiq şəkildə öz prioritet narahatlıqlarımızı 

bildirdik”, deyə koalisiya üzvləri bildirdi. “Hesabatın verilməsində və UDİ prosesində 

hökumətlərin lobbiçiliyində VCİ-lərin koalisiyası kimi yüksək dəyərli işin nəticəsində 

daha müvafiq tövsiyələr verilmişdir. Bu, həm də onların yerinə yetirilməsinin monitorinqi 

və bu istiqamətdə hökumətlə fəal işləməyimiz üçün şərait yaratdı.”

TFQ və İşgəncəyə Qarşı Birgə Koalisiya (İQBK) – Filippində hazırda işgəncənin 

qarşısının alınmasında öz işini dəstəkləmək üçün UDİ tövsiyələrindən istifadə 

edir. “Biz işgəncənin tibbi aspektlərinin ictimaiyyət üçün açıq olmasına yönələn 

monitorinq işimizdə və vəkillik fəaliyyətimizdə UDİ tövsiyələrindən istifadə edirik, 

buraya İstanbul Protokoluna əsaslanan sənədlər, işgəncədən sağ qalanlar və onların 

ailələri üçün bərpa proqramının qurulması daxildir. Filippin adalarında işgəncənin 

qarşısının alınması hərəkatının potensial quruculuğunda UDİ tövsiyələrinin səmərəni 

artıran təsirləri vardır” deyə TFQ nümayəndəsi yekunlaşdırdı.

İsveçrədə iqtisadi, sosial və mədəniyyət hüquqlarına dair tövsiyələrin 

yerinə yetirilməsi üçün yol xəritəsi  

Suisse Romande sur les droits économiques, sociaux et culturels Koalisiyası İqtisadiyyat, 

Sosial və Mədəniyyət Hüquqları Komitəsinin İsveçrəyə dair yekun qeydlərinin 

monitorinqini başlamışdır. Qurum yekun qeydlərdə əks edilmiş müxtəlif sahələrdə 

ixtisaslaşmış VCİ-ləri dəvət etmişdir ki, məqsəd tövsiyələrin hər birinə əməl etmək üçün 

nələrin tələb oluna biləcəyinin izah edilməsinə töhfə etmək olmuşdur. Bütün ideyalar 

konkret təlimatlarda toplanmışdır ki, onlar da Hökumət rəsmilərinə ötürülmüş və dəyirmi 

masa ətrafında müzakirə edilmişdir.

Təcrübə onu göstərir ki, koalisiyalarla işləmək adətən yaxşı nəticələr verir, eyni zamanda 

keçmişin təcrübəsi aşağıdakılar daxil olmaqla birgə çətinliklərin bəzilərini də müəyyən 

etmişdir:

•  İşin əlaqələndirilməsinə cəlb olunan resurslar və sərf olunan vaxt.

•  Prioritet və rolların razılaşdırılması.

•  Koalisiyanın hərəkətverici qüvvəsinin və məqsədyönlüyünün qoruyub saxlanması.

•  Bəzi məsələlərin həllində həmrəyliyin əldə edilməsi tələb oluna bilər. 



19

Vətəndaş Cəmİyyətİ üçün Praktİkİ təlİmat 

Yaponiyada irqi ayrı-seçkiliyə qarşı mübarizə  

2005-ci ildə irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və əlaqədar dözülməzliyin müasir formaları 

üzrə Xüsusi Məruzəçinin səfərindən sonra 2007-ci ildə Yaponiyanın İrqi Ayrı-Seçkiliyin 

aradan qaldırılması Şəbəkəsi QHT-si (ERD Net) yaradılmışdır. Ayrı-Seçkilik və İrqçiliyin Bütün 

Formalarına qarşı Beynəlxalq Hərəkatın dəstəyi ilə ERD Net Yaponiyada İrqi Ayrı-Seçkiliyin 

aradan qaldırılması üzrə Beynəlxalq Konvensiyanın icrası üçün fəaliyyət göstərmişdir. ERD 

Net İrqi Ayrı-Seçkiliyin Aradan Qaldırılması üzrə Komitəyə Yaponiya haqqında qeyri-rəsmi 

hesabat təqdim etmişdir. 2010-cu ilin fevral ayında ERD Net nümayəndə heyəti sessiyada 

iştirak etmiş, CERD üçün brifinq təşkil etmişdir. CERD-nin yekun qeydləri əsasında avqust 

2010 və iyun 2012 arasında o, hökumətlə bir sıra məsləhətləşmələr aparmış, parlament 

üzvləri ilə seminarlar təşkil etmişdir. “Bu fəaliyyət bizə imkan verir ki, həm BMT, həm də ölkə 

səviyyələrində öz vəkillik səriştəmizi qüvvətləndirək” deyə ERD Net-in üzvü dedi. “Təcrübə 

bizə imkan vermişdir ki, daha çox fəal olmaq istədiyimiz digər sahə kimi medianı müəyyən 

edək. Beynəlxalq mexanizmlərin Yaponiyada insan hüquqları ilə bağlı vəziyyəti necə icmal 

etdiyi məsələsinə medianın daha çox diqqət göstərməsi sözsüz ki, faydalı olacaqdır”.

4.8. Tərəfdaşlıq

Monitorinq və insan hüquqlarının həyata keçirilməsi istiqamətində tərəfdaşlarla iş strateji 

dəyərə malik ola bilər.

Keçmişin təcrübəsi göstərmişdir ki, BMT-nin insan hüquqları proseslərində iştirak etməklə 

VCİ-lər arasında yeni tərəfdaşlıqlar və proseslər üçün imkanlar açıla bilər. Bu imkanlardan 

istifadə və bu tərəfdaşlıqların əksəriyyətinin qurulması ilə əldə edilən nəticələrin sayı arta 

bilər. Tərəfdaşlıqlar qurularkən tərəfdaşların müxtəlifliyi bütün perspektivlərin nəzərə 

alınması baxımından vacibdir.

Tərəfdaşlarla bir çox səviyyədə iş aparıla bilər: onlardan bəziləri eyni məqsədləri bölüşə 

bilər, bəzilərinin resurslar, xüsusi səriştə və ya geniş əlaqə şəbəkəsi ola bilər; digər səlahiyyətli 

orqanlar ola bilər və ya onlara təsir edə bilər.  

Əsas iştirakçıların onların verə biləcəyi töhfə, o cümlədən risklər və həmlələr strategiyanın 

hazırlanması və rolların müəyyən edilməsi üçün bazadır. Natamam siyahıda VCİ-lərin müxtəlif 

tərəfdaşlıq formaları və aşağıdakılarla əməkdaşlıq sahəsində təcrübəsi vardır:

•  Müxtəlif səviyələrdə və müxtəlif tematik sahələrdə VCİ-lər – icma əsaslı təşkilatlardan 

milli və beynəlxalq VCİ-lərədək;

•  Donorlar və diplomatik icma;

•  Media;

•  Həmkarlar İttifaqı və peşəkar assosiasiyalar; 

 Tematik şəbəkələr;

•  Dövlət strukturları, o cümlədən Parlament və Parlamentin müvafiq komissiyaları;

•  Ölkə səviyyəsində insan hüquqları qurumları;

•  Beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT və İHAK yerdə iştirakı;

•  Elmi müəssisələr; və

•  İnsan hüquqları mexanizmləri.



Yüklə 337,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə