Bu Təlimatdan necə istifadə etməli



Yüklə 337,48 Kb.
Pdf görüntüsü
səhifə6/16
tarix14.05.2018
ölçüsü337,48 Kb.
#43533
1   2   3   4   5   6   7   8   9   ...   16

14

BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATININ TÖVSİYƏLƏRİNƏ NECƏ ƏMƏL ETMƏLİ 

4.5. Tövsiyələrin həyata keçirilməsinin monitorinqi 

Dövlət tərəfindən tövsiyələrin həyata keçirilməsinin monitorinqi Hökumətin cavabdehliyini 

təmin etmək baxımından vətəndaş cəmiyyətinin yerinə yetirdiyi mühüm fəaliyyətdir. 

Bununla bağlı VCİ-nin rolu Dövlətin insan hüquqları üzrə konkret sazişi ratifikasiya edib-

etməməsi, ölkəyə səfər etmək üçün xüsusi prosedurlara dəvət göndərib-göndərməməsi, 

qeyri-ayrı-seçkilik haqqında qanun qəbul edib-etməməsi barədə məlumat verməkdən 

və ya müxtəlif mənbələrdən və bir neçə yerdən böyük sayda məlumatların toplanması və 

onların təsdiqlənməsi daxil olmaqla kompleks monitorinq proseslərinin aparılmasından, 

razılaşdırılmış vaxt müddətində göstəricilər və müqayisə üçün meyarlarla bağlı məlumatların 

təhlil edilməsindən ibarət ola bilər. Əsas odur ki, əldə edilən məlumatlar dəqiq və etibarlı 

olsun. Əldə edilən məlumatlar milli Hökumətlə vəkillik fəaliyyətində əsas kimi xidmət edə 

bilər, məsələn, İnsan Hüquqları Şurasına şifahi məlumat kimi saziş qurumlarının növbəti 

icmalı üçün UDİ-nın ikinci və ya üçüncü dövründə insan hüquqları mexanizmlərinə 

sənədlərin verilməsi şəklində hazırlana bilər. İHAK-nın insan hüquqlarının monitorinqi üzrə 

Təlimatlarında

5

  insan hüquqları ilə bağlı narahatlıq doğuran məsələlərin qiymətləndirilməsi 



və onların aradan qaldırılması üçün informasiyanın fəal şəkildə toplanması, yoxlanması, təhlili 

və istifadəsi kimi monitorinq metodologiyasına dair təfərrüatlı məsləhətlər verilir. Bu tərifə 

əsasən monitorinq uzunsürən vaxt müddətində aparılır. Bütün monitorinq prosesi insan 

hüquqlarının monitorinq dövrü kimi də tanınır (aşağıda bax).

Müdaxilə/vəkillik

Xarici hesabatlar

Təşviqat

Digər izləmə



Monitorinq dövrü 

Qiymətləndirmə

İnformasiya, təhlil 

və strategiya

Hüquqi/

informasiya təhlili



Sənədləşmə/

Daxili hesabatlar

Müsahibələr və 

məlumatların 

toplanması

Düzəldici tədbirlər 

və izləmə

   Mənbə: İnsan hüquqlarının monitorinqi üzrə təlimat (Birləşmiş Millətlər Təşkilatının nəşri HR/P/PT/7/Rev.1).




15

Vətəndaş Cəmİyyətİ üçün Praktİkİ təlİmat 

Honq  Konqda  seçki  məntəqələrində  informasiya  və  materiallara 

əlyetərliyin monitorinqi   

Çin, o cümlədən Honq Konq Əlilliyi olan Şəxslərin Hüquqlar Komitəsi (CRPD) tərəfindən 

2012-ci ilin sentyabr ayında icmal edilmişdir. Seçilmiş Hakimiyyət təşkilatından müstəqil 

vəkillər qrupu CRPD -nın 7 və 8-ci sessiyalarında iştirak etmiş, Hökumətin onların hüquqlarını 

necə qoruduğu haqda məlumat vermiş və bu təcrübədən Honq Konqda vəkillik fəaliyyəti 

zamanı istifadə etmişlər. Seçilmiş Hamiyyət Asiyada öyrənmə qabiliyyəti müxtəlif olan 

şəxslər tərəfindən idarə olunan ilk özünü müdafiə və özünə yardım təşkilatıdır. Cenevrədə 

ilk dəfə Komitəyə üz tutmuş əqli əlilliyi olan şəxslər iştirak etmişlər.

Məsələlər siyahısının qəbul edildiyi 7-ci sessiya zamanı Seçilmiş Hakimiyyət seçki 

məntəqələrində əqli əlilliyi olan şəxslər üçün informasiya və materiallara çıxışın, 

onların seçdiyi şəxsin yardımı ilə seçki kabinəsinə getmək hüququ üçün təklif vermişlər. 

Onlar 2012-ci ilin iyul ayında Qeydiyyat və Seçki İdarəsinin rəsmiləri ilə görüşmüş, bu 

məsələləri, eləcə də kor və ya görmə qabiliyyəti zəif olan şəxslər üçün səsvermənin 

müyəssər olmadığını, müəssisələrdə yaşayan şəxslərin səs vermək imkanında 

olmamasını, “ruhi xəstəlik səbəbiylə qabiliyyətsiz” hesab edilən şəxslərin səsvermək 

hüququndan məhrum olmasını müzakirə etmişlər.

2012-ci ilin sentyabr ayında seçkilər keçirilmiş, Seçilmiş Hakimiyyət seçkilərin bir sıra 

aspektləri üzrə monitorinq keçirmişdir. Onlar aşkar etmişlər ki, seçkilərin internet səhifələrinə 

çıxış olmamış, seçki məntəqələrində “asanlıqla oxunan” səsvermə təlimatlarını açmaq üçün 

uzun müddət gözləməli olmuşlar, bəzən isə seçki məntəqələrində onların müstəqillik və 

məxfiliyinə tam şəkildə hörmət bəslənmədən yardımın göstərildiyini hiss etmişlər.

Əlilliyi olan şəxslərin təşkilatlarının və VCİ-ların koalisiyada birləşməsi üçün səfərbər 

edilməsi CRPD Komitəsinin icmal prosesində iştirak etmənin müsbət nəticəsi olmuşdur 

ki, bu da daha geniş vətəndaş cəmiyyətində əlillik məsələlərinin əsas istiqamətə 

çevrilməsinə yardım etmişdir. Honq Konqda bu təşkilatlar birgə işləmiş, Honq Konqla 

bağlı məsələlər siyahısı ilə İnsan Hüquqları Komitəsinə müraciət etmişdir ki, burada 

onların bərabər iştirakı baxımından zəruri dəyişikliklərin edilməsi üçün hökumətə 

göstərilən təzyiqi artırmaq məqsədilə siyasi iştirak üçün onların hüquqları ilə bağlı 

məsələ qaldırmışlar.



16

BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATININ TÖVSİYƏLƏRİNƏ NECƏ ƏMƏL ETMƏLİ 

Tövsiyələrin  həyata  keçirilməsinin  monitorinqi  üçün  insan  hüquqları 

göstəricilərindən istifadə    

Düzgün və şəffaf metodologiyalar əsasında kəmiyyət və keyfiyyət göstəriciləri tövsiyələrin 

həyata keçirilməsinin monitorinqi zamanı istifadə edilə bilər.

Məsələn, cinsi və reproduktiv səhiyyə üzrə qanunun qəbul edilməsi ilə verilən tövsiyələrin 

həyata keçirilməsini yoxlamaq üçün göstəricilər qanunun qüvvəyə minməsi tarixi və onun 

əhatə dairəsi ola bilər.

Bu sahədə digər tövsiyə “ölkədə təhlükəsiz və mümkün kontraseptiv vasitələrə əlyetərliyi 

artırmaqla cəhdləri davam etdirmək” ola bilər.

Kontraseptiv vasitələrdən istifadə edən qadınların və ya onların partnyorlarının nisbətinə 

dair göstərici iştirakçı tərəflərə tövsiyənin həyata keçirilməsi səviyyəsini qiymətləndirmək 

imkanı verəcəkdir. Kontraseptiv vasitələrdən istifadəyə dair məlumatlar ölkə səviyyəsində 

reprezentativ sorğudan istifadə etməklə Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu 

tərəfindən hazırlanır.

Göstəricilər üçün məlumatlar toplanarkən vəziyyətin ayrı-seçkiliklə bağlı aspektlərini 

əhatə etmək üçün təfərrüatlı məlumatların olması mühümdür. Natamam siyahıda, hər 

kontekstdə nələrin müvafiq və mümkün olduğundan asılı olaraq, göstəricilər irq, rəng, 

cins, yaş, dil, din, siyasi və ya digər mövqe, milli və ya sosial mənşə, əmlak, doğum, fiziki 

və ya ruhi əlillik, səhiyyə vəziyyəti (o cümlədən HİV/QİÇS), cinsi orientasiya, mülki, siyasi 

və ya digər status əsasında bölünə bilər. Müvafiq göstəricilər müəyyən edildikdən sonra 

Dövlətlərin tövsiyələrlə bağlı öhdəlik götürüb, onları yerinə yetirmələri üçün müqayisəli 

meyarlar müəyyən etmək faydalı olar. 

Social Watch

6

 və İqtisadi və Sosial Hüquqlar Mərkəzi

7

  tövsiyələrə əməl olunmasının 

monitorinqi üçün göstəricilərdən istifadə sahəsində əhəmiyyətli təcrübəyə malik olan 

təşkilatlardır.

8



   



www.socialwatch.org

   



www.cesr.org 

8     


Göstəricilərə dair əlavə məlumat üçün, İnsan Hüquqları Göstəricilərinə - Qiymətləndirmə və İcra üçün Təlimata 

baxın (Birləşmiş Millətlər Təşkilatının nəşri, HR/PUB/12/5).



4.6. Təkan verən qüvvədən istifadə 

BMT-nin insan hüquqları mexanizmi və ya xüsusi prosedur mandatı sahibinin səfəri ilə 

ölkədə insan hüquqları sahəsindəki vəziyyətin icmalı çox zaman aşağıdakı kimi hərəkətverici 

qüvvəyə səbəb ola bilər:

•  İnsan hüquqları ilə bağlı vəziyyətə medianın əvvəllər görünmədiyi şəkildə diqqət 

göstərməsi;

•  Mərkəzi və yerli səviyyələrdə insan hüquqları sahəsində bəzi problemlərin 

ünvanlanmasında Dövlət qurumlarının açıq olması;




Yüklə 337,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə