Bu Təlimatdan necə istifadə etməli


Vətəndaş Cəmİyyətİ üçün Praktİkİ təlİmat



Yüklə 337,48 Kb.
Pdf görüntüsü
səhifə11/16
tarix14.05.2018
ölçüsü337,48 Kb.
#43533
1   ...   8   9   10   11   12   13   14   15   16

27

Vətəndaş Cəmİyyətİ üçün Praktİkİ təlİmat 

4.13. İnklüzivliyin, müxtəlifliyin və əlçatımlığın əks olunması 

İzlənmə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi:

•  Müxtəlif iştirakçı tərəflərin cəlb edilməsi ilə hamını əhatə etmək

•  Perspektivlərin müxtəlifliyinin duyulması və onların izlənmə tədbirlərində əks 

olunması;

•  Müxtəlif ixtisaslı şəxslərin, o cümlədən azlıqlar və əlilliyi olan şəxslərin iştirakı üçün 

əlyetərliyin nəzərə alınması, əlilliyi olan şəxslərin sənədlər və resurslara çıxışını təmin 

etmək üçün tədbirlərin görülməsi.



4.14. Məhkəmə fəaliyyətində və məhkəmə çəkişmələrində tövsiyələrdən 

istifadə edilməsi 

VCİ-lərin əksəriyyəti ölkə, regional və beynəlxalq səviyyədə ədliyyə və ya kvazi-

ədliyyə mexanizmləri vasitəsilə öz hüquqlarını tələb edən fərdləri və qrupları dəstəkləyir. 

Şikayətçilərə hüquqi məsələlərdə yardımın göstərilməsi, ekspertlərin hüquqi rəyinin 

verilməsi, insan hüquqları üzrə qanunun tətbiq edilməsi üçün hakimlər, prokurorlar, vəkillər 

və hüquqşünasların potensial quruculuğu və ya həm fəallar, həm də məhkəmələr tərəfindən 

insan hüquqları sahəsində beynəlxalq qanunvericiliyin istifadə olunmasının təşviq edilməsi 

buraya daxil ola bilər. 

Ölkə və regional səviyyələrdə ədliyyə proseslərində insan hüquqları üzrə beynəlxalq 

qanunvericilikdən istifadə və istifadənin təşviq edilməsi insan hüquqları sahəsində 

yurisprudensiyanı qüvvətləndirə bilər. Saziş qurumlarının ümumi rəylərində verilən saziş 

müddəalarının şərhi, məsələn, konkret hüququn nə ilə nəticələnə biləcəyinə aydınlıq gətirə 

bilər, məhkəmə hallarına dair qərarların verilməsində ölkə məhkəmələri tərəfindən nəzərdən 

keçirilə bilər. Eynilə, insan hüquqları mexanizmləri tərəfindən verilən konkret tövsiyələrə 

istinad etməklə hüquq sahiblərinin iddiaları qüvvətləndirilə bilər.



28

BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATININ TÖVSİYƏLƏRİNƏ NECƏ ƏMƏL ETMƏLİ 

Kenyada patentsiz dərman preparatlarına əlyetərliyin tələb olunması 

20 aprel 2012-ci il tarixində Kenyada Ali Məhkəmənin mühüm qərarı 2008-ci ilin Anti-

Saxtakarlıq Aktının patentsiz dərman preparatlarına tətbiq edilməyən hissələrinə aid 

olmuş, beləliklə məqbul qiymətə olan müalicənin təmin olunmasını qorumuşdur. Bu 

məhkəmə işi HİV xəstəsi olan üç nəfər, Şərqi Afrikada HİV-lə bağlı insan hüquqlarını 

müdafiə və təşviq edən, tədqiqat zamanı iddiaçıların aparıcı hüquq məsləhətçisinə 

yardım göstərən insan hüquqları təşkilatı tərəfindən başlanmışdır. 2009-cu ildən 

davam edən məhkəmə işi 2008-ci ilin Anti-Saxtakarlıq Aktının aspektlərinə qarşı 

çıxmışdır ki, bu da patentsiz dərman preparatlarının, o cümlədən HİV-ə yoluxmuş 

insanlar üçün antiretroviral (ARVs) idxal edilməsini təhlükəyə məruz qoymuşdur. 

Sağlamlıq hüququ üzrə BMT-nin Xüsusi Məruzəçisi məhkəmə qərarında kifayət qədər 

istinad edilmiş ekspert rəyi vermişdir. 

Öz qərarında Xanım Hakim Ngugi müəyyən etmişdir ki, əqli mülkiyyət Kenya 

Konstitusiyasında müəyyən edilmiş həyat, sağlamlıq və insan ləyaqəti hüquqlarından 

üstün tutulmamalıdır. Patent sahibləri qanun əsasında patentsiz dərman preparatlarının 

idxalına mane ola bilmək üçün aktdan istifadə edə bilməyəcəkdir ki, bu da iddiaçıların 

ehtiyat etdiyi əsas ehtimal idi.

14

14 



  Qərara bax: 

http://bit.ly/L1cEu5

 (qiymətləndirilib 24 iyul 2013).

4.15. İzləmə tədbirlərinin nəticələri və yaxşı təcrübə ilə bölüşmək 

 

İnsan hüquqları sahəsində beynəlxalq qanunlar və əlaqədar mexanizmlər hüquq 

sahiblərinin reallığından uzaq ola bilər. Cenevrədə müstəqil ekspertlərin tövsiyələri adi 

insanların həyatına necə təsir edə bilər? Saziş qurumunun nə olduğundan və ya Xüsusi 

Məruzəçinin nə etdiyindən xəbərsiz ola biləcək səlahiyyət sahiblərinin daha yaxşı davranması 

üçün onlar nə kimi təsir göstərə bilər? Dəyişiklik baş tuta bilir və tutur ki, bu da bir çox 

hallarda vətəndaş cəmiyyətinin izləmə tədbirləri sayəsində mümkün olur.

İzləmə tədbirləri ilə bağlı nəticələrin və yaxşı təcrübələrin sənədləşdirilməsi, bölüşdürülməsi 

və yayılması digərlərini bu işə cəlb olunmağa, onu təkrarlamağa, təcrübəni öz kontekstinə 

və prioritetlərinə uyğunlaşdırmağa şövq edir. İnsan hüquqları mexanizmlərinin təsirinə dair 

rəylər bu mexanizmlərə işləyən ekspertlər tərəfindən yüksək qiymətləndirilir.



29

Vətəndaş Cəmİyyətİ üçün Praktİkİ təlİmat 

Şərqi  Avropa  və  Mərkəzi  Asiyada  xəstəyə  qulluqla  bağlı  məhkəmə 

prosesi  aparılan  insan  hüquqları  hallarına  dair  resursların  və 

təcrübələrin bölgüsü 

Xəstələrə Qulluq sahəsində İnsan Hüquqları adlı layihə xəstələrin adından insan 

hüquqları sahəsində aparılan məhkəmə işlərində maraqlı olan vəkillər üçün ölkə 

üzrə Vəkillərin Təlimatını hazırlamışdır. Təlimat praktiki olub, həm məhkəmə işinin 

aparılması, həm də ombudsmanlar və tibbi lisenziyalaşdırma qurumlarının daxil 

olduğu alternativ mexanizmləri əhatə edir, ölkə, regional və beynəlxalq səviyyələrdə 

xəstənin və təchizatçının hüquq və cavandehliklərini araşdırır, o cümlədən saziş 

qurumu yurisprudensiyasına və xüsusi prosedurların işinə dərindən nəzər salır.

Layihə həm də praktikantlar cəmiyyətinə, materialların və resursların bölüşdürülməsi 

üçün yaxşı əsaslanmış məkana malikdir. Praktikantlar cəmiyyəti üç əsas hissədən 

ibarətdir: hüquq və səhiyyənin tədrisi; xəstələrə qulluq sahəsində insan hüquqları 

mövzusunda təlim və media vasitələri.

15

15 


  

http://health-rights.org/



4.16. İnsan hüquqları mexanizmlərinin mövcud izləmə  prosedurları və 

təcrübələri ilə iş 

 

İnsan hüquqları mexanizmlərinin izləmə prosedurları və təcrübələri Hökumətlərlə 

əməkdaşlığa, eləcə də VCİ iştirakına güvənir. Təlimatların növbəti bölməsində mövcud izləmə 

prosedurları və təcrübələri təsvir edilir.




Yüklə 337,48 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə