Cavad heyət bu əsəri türk olmadığına baxmayaraq, saatlarca yalnız lığa dözən və mənim rahatlıqla bu kitabı ərsəyə gətirməyimə imkan yaradan sev­ gili həyat yoldaşım Fəridə xanıma ithaf edirəm. TÜRk diLLƏRİ



Yüklə 38,18 Kb.
Pdf görüntüsü
səhifə27/48
tarix09.03.2018
ölçüsü38,18 Kb.
#31036
1   ...   23   24   25   26   27   28   29   30   ...   48

İsmin hallan:
Yiyəlik şəkilçiləri:  -nin (-nın, -nun, -din, -dun, -tin, -tun).
Təsirlik hal şəkilçiləri:  -ni (-m, -nu, -di, -du, -ti, -tu).
Yerlik hal şəkilçiləri:  -da (-də, -du, -ta, -tə, -tu).
Çıxışlıq hal şəkilçiləri:  -dan (-dən, -dun, -tan, -tən, -tun).
İndiki  zaman  feli  2  şəkildə  hallanır:  “cazam”  (yazıram), 
“oqup-turam  (oxuyuram)  (gerendiyum  /p/  və  ya  bağlayıcı  fel+  kö­
məkçi  fel:  turmaq).
Qırğız türkcəsinin şimal və cənub olmaq üzrə iki dialekti vardır. 
Şimal şivələrində 8 və cənub şivələrində 9 qısa səsli mövcuddur.
Şimal şivələrində söz əvvəlindəki /b-/ səsi /p-/ ilə əvəzlənməz. 
/1/ səsi qorunmuşdur, /h/ işlənməz və /z/ səsi də /s/ ilə əvəzlənər.
Cənub  şivələrində /p/ çox  işlənir,  ancaq /1/ düşə bilir, /h/ işlə­
nir, /z/ səsi də /s/ ilə əvəzlənməz.
Ədəbiyyat
Qırğız türkcəsi lirik, epik və duyğulu ədəbiyyata malikdir. Aqın- 
lar və  ya  akınlar  (xalq  ozanları)  xalq  arasında,  məclislərdə və  şənlik­
lərdə  dastanlar  oxuyardılar.  Bu  dildə  epik  şeirə  və  nəsrə  “comoq”; 
nəğmələrə  “ır”  və  onları  söyləyənlərə  “comoqçu”,  “ırçı”,  “manasçı” 
və  “akınçı”  deyilir.  Comoqçular,  ümumiyyətlə  qısa  dastan  və  qəhrə­
manlıq  hekayələri  söylərlər.  Manasçılar  qırğızların  ən  məşhur qəhrə­
manlıq  dastanım,  yəni  “Manas”  dastanını  nəql  edərlər.  Irçılar mahnı 
söyləyib,  oxuyarlar.  Qırğız  xalqının  böyük  ədəbiyyatçı  və  şairləri 
“aqınlar”dır. Bu gün yazılı ədəbiyyat şairlərinə də “aqın” deyilir.
Qırğızlara  məxsus  ədəbi  janrlardan  ən  maraqlısı  çoban  qız­
larına  aid  olan  “Bəkbəki”  və  “Saqsaqay”dır.  “Şınldan”  mahnısı  da 
kişi çobanlara məxsusdur.
Qırğızların  xalq  ədəbiyyatı  növləri  arasında  atalar  sözü  və  de­
yimlər  çox  diqqətəlayiqdir.  Qırğız  şairlərinin  də  Azərbaycan  türkcə- 
sindəki  “deyişmə”  kimi  “aytış”  adlı  bir yarışmaları  vardır.  Həyatdan 
olan şikayətlərə “arman”;  dərdi, kədəri və aynlığı bəyan edən şeir nö­
vünə də “qoştuşu” və ya “qoştaşu”;  dəfiı və matəm mərasimində oxu­
nan şeirlərə də “qoşoq” deyilir.  Qoşoqlan toylarda gəlinin ata evindən 
aparıldığı sırada da oxuyarlar. Bu qoşoqlar qırğızlara məxsusdur.
93


Aqınlann  ən  önəmliləri  olaraq  Toqoluq  Muldu,  Əbulqasim 
Cuqati, İshaq Şay Bəg, Toq Toğul Satılğan (1864-1933) adlannı çə­
kə bilərik.
Qırğızların ən önəmli dastanı “Manas”dır və onu söyləyənlərə 
“manasçı”  deyilir.  Manas  türk  tayfalarının  ən  əski  və  ən  böyük 
həcmli  dastanlarından  sayılır.  Müsəlman  türklərlə  müsəlman  olma­
yan türklərin  savaşlarını  bəyan  edir.  Bu  dastan  XI  və  XII  əsrlərdə 
Türkistandakı Yedisunun ətrafında söylənmiş, XIX əsrdə öncə Ç.Və- 
lixanov  tərəfindən  və  sonra  da  Radlov  tərəfindən  yazıya  alınmış  və 
almanca  tərcüməsi  ilə  birlikdə  “Xalq  ədəbiyyatı  nümunələri”  kita­
bının  5-ci  cildində  çap  olunmuşdur.  XIX  əsrdə  ona  milliyyətçilik 
məzmunu daşıyan yeni bölmələr əlavə edilmişdir. Hazırda 200 min­
dən  artıq  beytə  malikdir.  Dastanın  şeirləri  dördlük  şəklində,  heca 
vəznində  (7  hecalı),  yəni  əski türkcə  şeir şəkli  ilə  söylənmişdir.  Bu 
dastanın  qəhrəmanlarının  adı  Manas,  oğlu  Semetey  və  nəvəsi  Set- 
keydir.  Bunlar  qırğız  zadəganlanndandırlar.  Qaraxanın  nəvəsi  və 
Yəqubun  oğlu  Manas  igidlik,  xalqsevərlik,  vətənpərvərlik  və  əda- 
lətxahlıq  simvoludur.  Ona görə  də  xalq  onu  özünə  xan  və  sərkərdə 
seçir və  o,  xalqın  və  vətənin  düşmənləri  olan  qalmuqlar  və  afgan- 
larla müharibə  edərək,  qalmuq xanı  Alukəni  öldürür və  Talası  düş­
mənin əlindən xilas edir. Manasın atı Aqboz da misilsiz bir atdır.
Buxara  xanının  qızı  Kanikey  Manasdan  xoşlanır  və  onunla 
evlənir.  Bu  evlilikdən  Semetey  adlı  bir oğul  dünyaya  gəlir  və  atası 
Manasdan  sonra  xalqı  birliyə  çağırır.  Manasın  ölümündən  sonra 
qırğız  tayfaları  arasında  ixtilaf və  savaş  baş  verir.  Semetey  İlyas 
xanla müharibədə  ölür,  ancaq  oğlu  Setkey  atasının  intiqamını  İlyas 
xandan alır.
Manas dastanında köçəri qırğız xalqının həyatı və  adət-ənənə­
ləri  gözəl  bir  şəkildə  təsvir  edilmişdir.  Ç.Vəlixanova  görə,  Manas 
dastanı  ensiklopedik  bir  məcmuədir  ki,  bütün  qırğız  əfsanə  və  na­
ğıllarını  bir  qəhrəman  ətrafında  toplamış,  xalqın  həyat,  adət-ənənə 
və milli xüsusiyyətlərini, dini inamlarını, digər xalqlarla olan müna­
sibətlərini və hətta coğrafi özəlliklərini əks etdirir.
Manas  dastanı  ilə  digər  türk  xalqlarının  qəhrəmanlıq  dastan­
ları  arasındakı  oxşarlıq  olduqca  çoxdur.  Oğuzların  Dədə  Qorqud
94


dastanı  ilə özbəklərin Alpamış dastanı bir çox nəzərdən Manas das­
tanına  bənzəyir.  Manasın  atası  Yəqubun  da  Dirsə  Xan  (Dədə  Qor­
qudda)  kimi uşağı olmurdu və bir çox dua və nəzirdən sonra Manas 
adlı güclü və qəhrəman bir oğula malik olur.
Manasdakı  Çamba  oyunu  çox  maraqlıdır  və  bir  az  da  Qazan 
xanın  (Dədə  Qorqudda)  evinin  yağmalanmasına  bənzəyir.  Manas 
dastanında “Şahnamə”yə bənzər bəndlər var.  Hətta Şahnamə qəhrə­
manlarının bəzisinin də adı keçir.  Ancaq onların geyimləri  fərqli və 
heyvan  dərisindən  tikilmişdir.  Qəhrəmanların  paltarlarını  arvadları 
tikərdi.  Bu  paltarlar  o  qədər  möhkəm  olmalı  idi  ki,  düşmənlə  mü­
haribə  zamanı  yırtılmasın.  Əgər  bir  qəhrəmanın  şalvarı  müharibə 
meydanında yırtılsa,  avradının  abn  gedər və  onu pis bir vəziyyətdə 
atasının  evinə  göndərərlər.  Manas  dastanında  keçən  adlar  da  Dədə 
Qorqud dastanlanndakı adlara bənzəyir.
Xalq  şairləri  və  ya  qırğız  aqınlanndan  Toqoloq  Moldu  və  ya 
Toqoloq  Molla  və  Toqtoqul  Satılqanı  zikr  edə  bilərik.  Hər  iki  şair 
müasir dövrə aid olub,  Sovet dövründə inqilabı dəstəkləmişlər.
Qırğız yazılı ədəbiyyatı,  Sovet hakimiyyəti dövründə formala­
şıb,  sürətlə inkişaf etdi.  Bu ədəbiyyat hazırda yüksək bir səviyyədə­
dir.  1924-cü  ildə  “Ərkin  To”  (azad  dağlar)  adlı  ilk qəzet nəşr olun­
du.  Bu  qəzetdə  ilk  dəfə  Altı  Tokombayın  şeiri  çap  oldu.  Sonra Mi- 
kay Eləbay,  Moldo  Qazi  Tokobay ədəbiyyat meydanına daxil  oldu­
lar.  Şeirlərin  məzmunu  daha  öncə  əsasən  siyasi  və  propaqanda  ilə 
əlaqədar idi.  Qadınların azadlığını və keçmiş dövrü tənqid edən şeir­
lər  çap  edilirdi.  1930-cu  ildən  sonra  iqtisad,  müasir həyat və  kolxoz 
kimi  mövzular  poemalara  daxil  oldu.  Bədii  nəsr  get-gedə  inkişaf 
etdi.  Yeni  ədəbiyyat  ictimai  realizm  möhtəvası  ilə  inkişaf  etdi. 
Şairlər və yazıçılar əsərlərində ictimai və xəlqi mövzulan işlətdilər.
A.Tokombay  lirik-romantik  nəsrin  təmsilçisi,  Togülbay  Sə- 
diqbay isə realistdir və hər ikisi də şair və roman yazıçısıdır.
Tokombayın  əsərlərindən  “Melodinin  sirri”  və  “Müdrik  ada­
mın  cavabı”nı;  Sədiqbaym  əsərlərindən  də  “Gensu  və  Təmir”  ro­
manlarını saya bilərik55.
55 Prof. Xəlilov Pənah, SSRİ Xalqları Ədəbiyyatı, I cild, Bakı,  1997.
95


Yüklə 38,18 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə