ÀÇЯÐÁÀJ†ÀÍ ÌÈËËÈ ÅËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ FÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ azərbaycan


Çəkmədən çıxır – Təpəgözü gözdən mərhum edir



Yüklə 1,46 Mb.
səhifə12/15
tarix04.11.2017
ölçüsü1,46 Mb.
#8427
1   ...   7   8   9   10   11   12   13   14   15

Çəkmədən çıxır – Təpəgözü gözdən mərhum edir.

Mağaradan sonra Təpəgözü ölümsüzlüyün simvolu olan üzük­dən mərhum edir.

Kümbəzdən xilas olduqdan sonra Təpəgözün başının kəsilməsi sir­rinə nail olur.

Təpəgözün tədrici, ritual mahiyyətli ölümünü prof. K.Abdulla sim­volik planda “Təpəgözün intihar arzusu” başlığı altında təhlil edərək ya­zır: “... Təpəgöz Basata qədər dəfən-dəfən özü-özünü öldürüb” (14, 320). Alimin gəldiyi bu nəticə Təpəgözün ritual mahiyyətli, tədrici ölüm fikrini də təsdiq edir.

Burada maraq doğuran başqa bir cəhət Təpəgözün öz qılıncı ilə öl­dürülməsidir. Bu məqamda qılınc onun “ölümünün açarı”, canının sirri kimi mağarada gizlədilmişdir. Təpəgöz o qılıncın yerini (canının yerini) yalnız özü bilir. Yalnız Basat ritual çevrilmələr vasitəsi ilə “Təpəgöz dün­yası”na qalib gəlir və üç mərhələni keçəndən sonra bu dünyanı tam ram edə bilir. Bu isə sonda Basatın qılıncı (canın açarını) əldə edə bilməsi kimi metaforikləşmişdir.

Daha sonra təsvir olunur ki, “Basat qalqıb yerindən turı gəldi. Buğra kibi Dəpəgözi dizi üzərinə çökürdi. Dəpəgözin kəndü qılıncıilə boynunu urdı. Dəldi yay kirişinə taqdı. Süriyi-süriyi mağara qapısına gəldi. Bunlı qoca ilə Yapuğlı qocayı Oğuza muştçı göndərdi. Ağ boz atları atlar binü­bən yortışdılar. Qalın Oğuz ellərinə xəbər gəldi” (1, 146). Burada başın kəsilməsi təsadüfi deyildir. Baş həyat simvoludur. Məhz bununla əlaqə­dar­dır ki, folklor obrazının ölümü başının kəsilməsi, dirilməsi isə başının bitiş­məsi ilə baş verir. Təpəgözün başı kəsildikdən sonra onun başının ma­ğa­radan çıxarılması isə Basatın xaosa qalib gəlməsini və yenidən do­ğul­masını simvolizə edir. Bunlı və Yapuğlı qocanın Oğuz cəmiyyətinə muş­tuluq­çu gəlməsi isə təsadüfi olmayıb onların əvvəldə bəhs etdiyimiz me­diatorluq funksiyası ilə bağlıdır.

Təpəgözün “dölü” ətrafında ritual keçirərək onu cəmiyyətə qəbul edən Oğuz bəyləri ölümü simvolizə edən kəsilmiş baş ətrafında keçir­dik­ləri ritual vasitəsi ilə Təpəgözü Oğuz cəmiyyətindən kənarlaşdırırlar: “Qa­lın Oğuz bəgləri yetdilər. Sallaxana qayasına gəldülər. Dəpəgözin başını ortaya gətürdilər. Dədə Qorqıd gəlübən şadlıq çaldı. Gazi ərənlər başına nə gəldigin aydı verdi. Həm Basata alqış verdi:

Qara tağa yetdügündə aşıt versün!

Qanlı-qanlı sulardan keçüt versün dedi ” (1, 147).

Bu alqış təsadüfi olmayıb xaosa səfər edən qəhrəmana edilən al­qışdır. Belə ki, mifoloji düşüncədə xaosa gedilən yolda qanlı-qadalı çay­la­rı və dağları keçmək lazımdır. Məhz bu deyimdə Basatın xaosa səfər et­məsinə işarə edilmiş, ona səfər zamanı həmin maneələri daha rahat şəkildə keçməsi arzu olunmuşdur.


İşin elmi nəticəsi. “Basatın Təpəgözi öldürdiyi boy”un simvol di­li­nin oxunuşu vasitəsi ilə boyda iki səviyyədə qarşıdumanın olduğu müəy­yən­ləşdirilmişdir: süjetüstü və süjetaltı. Bundan əlavə boyun ritual sferası da araşdırılmış və müəyyən olunmuşdur ki, bütöv boy vahid ritualın, Tə­pəgözün cəmiyyətə qəbul olunması və qovulması əsasında qurul­muş­dur.

İşin elmi yeniliyi. “Basatın Təpəgözi öldürdiyi boy” psixoanalitik və semiotik metodla araşdırılmışdır. Boyun informasiyadaşıyıcılıq qa­bi­liy­yətinə performans nəzəriyyəsinin müddəalarına əsasən nəzər salınmış, bo­yun alt və üst səviyyəyə aid olan informasiya tipləri müəyyənləş­diril­mişdir.

İşin tətbiqi əhəmiyyəti. Məqalədə gəlinən elmi nəticələr epik mət­nin informasiya səviyyələrinin, simvolikləşmə üsullarının, qarşıdurma formalarının araşdırılması zamanı tətbiq edilə bilər.
ƏDƏBİYYAT

  1. Kitabi -Dədə Qorqud. Bakı: Yeni Nəşrlər Evi, 1999, 704 s.

  2. Rzasoy S. Mifologiya və folklor: Nəzəri-metodoloji kontekst. Bakı: Nurlan, 2008, 188 s.

  3. Rzasoy S. Oğuz mifi və Oğuznamə eposu. Bakı: Nurlan, 2007, 182 s.

  4. Əlimirzəyeva F. “Kitabi-Dədə Qorqud”un nağıl variantı”. Dil və ədəbiyyat jur. 2001. № 3-4 s 113-115

  5. Неклюдов С. Ю. - Образы потустороннего мира в народных верованиях и традиционной словесности. щттп://асакку-демон.народ.ру/неклудов.щтмл

  6. Рифтин В.Л. Худежествинный мир дунганский сказки // Дунганские народные сказки и предания . М, 1972,

  7. Берн Э. Психика в действие. Минск: Попурри, 2007, 432 с.

  8. Семира и Веташ В. Мифологические архетипы зодиака. http://www.astrolingua.spb.ru/MYTH/mif1.htm

  9. Кембел Д. Маски Бога.. Москва: Золотой Век, 1997, 311 с.

  10. Юнг К. Г. Либидо, его метаморфоз и символы. Санкт-Петер­бург: Восточно- Европейский Институт Психоанализа, 415ъ.

  11. Широкова Н.С. Космогонические Мифы http://svr-lit.niv.ru/svr-lit/shirokova-mify-keltskih-narodov/kosmogonicheskie-mify.htm

  12. Эстес К.П. Бегущая с волками женский архетип в мифах и сказаниях. http://psylib.ukrweb.net/books/estes01/index.htm

  13. Kazımoğlu M. Folklorda obrazın ikiləşməsi. Bakı: “Elm”, 2011, 228 s.

  14. Abdulla K. Mifdən Yazıya və yaxud gizli Dədə Qorqud. Bakı: Mütərcim, 376 s.

BASATIN TƏPƏGÖZÜ ÖLDÜRDÜYÜ BOY”UN RİTUAL-MİFOLOJİ SEMANTİKASI



Xülasə

Məqalədə “Kitabi-Dədə Qorqud” dastanının “Basatın Təpəgözü öldürdüyü” boyu ritual-mifoloji aspektdən araşdırılır. Müəyyənləşdirilir ki, boyun süjetinin iki səviyyəsi vardır: estetik planda təsvir olunan üst səviyyə və mifik layı ehtiva edən alt səviyyə. Bu kontekstdə Aruz, Basat və Təpəgöz obrazlarının mifosemantikası araşdırılır.



Açar sözlər: Təpəgöz boyu və ritual, epik mətn və informasiya, epik qarşıdurma, heyvanqılıq, ritual, xaos, kosmos.
Ritual - mythological semantics of the part

How Basat won Tepegyoz”



Summary

In this article ritual and mythological aspects of the part” How Basat won Tepegyoz" from the legend "Kitabi - Dede -Korkud “ is investigated. It becomes clear that this part of the plot has two levels; top level – depicted in the aesthetics plan; lower level – depicted in the mythical meaning. Here Aruz`s, Basat`s and Tapagyoz`s mythosemantical images are studied from this aspect.



Key words: part about Tepegyoz and ritual, aesthetics text and infor­mation, aesthetics opposition, in the animal`s skin, chaos, space.
Ритуально-мифологическая семантика сказания

«О том как Басат победил Тепегёза»

Резюме

В статье в ритуально-мифологическом аспекте исследуется одно из сказаний «Китаби-Деде Коркуда», которое носит название «О том как Басат победил Тепегёза». Здесь выясняется, что у сюжета этого боя есть два уровня: отраженный в эстетическом плане верхний уровень и подразумевающий мифический пласт верхний уровень. Здесь в этом же аспекте изучается мифосемантика образов Аруза, Басата и Тепегёза.



Ключевые слова: бой о Тепегёзе и ритуал, этнический текст и информация, этническое противостояние, в шкуре животного, ритуал, хаос, космос.

Tahir RZAYEV

AMEA Folklor İnstitutunun dissertantı
İSMAYIL ŞIXLI: ŞƏXSİYYƏTİN FOLKLOR TİPOLOGİYASI

(EPOS MƏNTİQİNDƏN “DƏLİ KÜR”Ə APARAN YOLLAR)
Məsələnin qoyuluşu. Hər bir bədii yaradıcılıq arxasında dayanan müəllif subyektinin davamıdır. Ona görə də mətnin yaradıcısı olan sub­yektin şəxsiyyət kimi formalaşmasında əsas rol oynayan ideya-estetik ba­za onun yaradıcılığında da əks olunur. İsmayıl Şıxlı şəxsiyyəti üçün belə bir baza folklordur. Məhz ona görə də onun folklorla əlaqələrinin müxtəlif aspektlərini nəzərdən keçirmək elmi baxımdan əhəmiyyətlidir.

İşin məqsədi. Məqalədə əsas məqsəd İsmayıl Şıxlının həm bədii yaradıcılığında, həm də ictimai fəaliyyətində xalq yaradıcılığının, folk­lorun iştirakının araşdırılmasıdır.
İsmayıl Şıxlı XX əsr Azərbaycan nəsrinin ən görkəmli nümayəndə­lərin­dən, məşhur simalarından biri olmaqla tanınmış ictimai xadim, yorul­maz və müdrik pedaqoq, dünya ədəbiyyatı üzrə nadir mütəxəssis, ədəbiy­yatşünas alim, ən nəhayət vətəndaş-ziyalıdır. Müasir Azərbaycan ədəbiy­yatının elə nümayəndələri var ki, onların yaradıcılıqları ilə şəxsiyyətləri arasındakı əlaqənin tipologiyasını ya ümumiyyətlə müəyyənləşdirməyə çə­tin­lik çəkirsən, ya da belə bir əlaqə absurd xarakter daşıyır. Belə ədib­lə­rimizin əsərləri nə qədər çox təhlil edilir edilsin, mətn heç bir halda şəx­siyyətə gətirib çıxarmır. İsmayıl Şıxlıya münasibətdə isə məsələ tamamilə fərqlidir. Onun zəngin nəsr yaradıcılığı ilə bağlı milli ədəbi-nəzəri fikri­miz­də mövcud olan bütün araşdırmalar yaratdığı zəngin milli obrazlar qale­reyasını, qaldırdığı sosial-ictimai problematikanı, etnik-milli məsə­lə­lə­ri əhatə etməklə yanaşı, sövqi-təbii bir stixiya ilə sözün geniş mənasında İsmayıl Şıxlı şəxsiyyətinə doğru yön alır. Həm də bu cəhət heç bir halda konyukturadan, ədəbi etikadan, nəzakət prinsiplərinin gözlə­nilməsindən irəli gəlmir. Sanki İsmayıl Şıxlı şəxsiyyətinin cazibəsi təbii olaraq araş­dırmaları öz təsir orbitinə çəkir, onları “İsmayı Şıxlı obrazı”nın məntiqi ilə düşünməyə, yaratdıqlarını də bu məntiqlə anlamağa vadar edir. Tədqi­qat­çılardan Nizami Cəfərov bu cəhəti çox dəqiq müşahidə etmişdir: “Azər­bay­can ədəbi-mədəni, ictimai-estetik təfəkküründə İsmayıl Şıxlı obrazı yazıçının yaratdığı obrazlardan, əgər belə demək mümkünsə, daha mü­kəm­məl, daha məşhur, daha bədiidir… O, həyatı, fəaliyyəti, yaradıcılığı ilə təkrarsız bir obraz – İsmayıl Şıxlı obrazını, qeyri-adi bir metafora – İsmayıl Şıxlı metaforası yaratdı” (1, 96).

İsmayıl Şıxlı şəxsiyyətinin cazibəsini müəyyənləşdirən əsas müəy­yən­lik keyfiyyəti, heç şübhəsiz, onun milliliyidir, öz xarakterində, həyata baxı­şında, hadisələrə münasibətində etnik xarakterli milli mənəvi-əxlaqi dəyər­lərə sadiqliyidir. Bu mənada İsmayıl Şıxlı obrazı zamanın ideoloji təzyiq­lərinə sinə gərərək milli xarakterin saflığını qoruyub saxlamış, onu ən dərin etnik qatlardan çəkib gətirmiş ümumiləşmiş Azərbaycan kişisinin mükəmməl obrazıdır. Və bu mənada İsmayıl Şıxlı həm bir yazıçı, həm peda­qoq, həm də bir ictimai xadim olaraq bütün hallarda folklordan, daha dəqiq ifadə etsək, epos təfəkküründən gəlir. “Onun yaradıcılığının şah əs­ri saydığımız “Dəli Kür”ü ədəbiyyatımıza bəxş etməklə İsmayıl Şıxlı xalqın özünü gətirdi nəsrimizə. Çünki o, xalqdan qidalanmışdır, xalqın arasından çıxmışdır” (2).

İsmayal Şıxlı şəxsiyyətinin, onun bədii yaradıcılığının folklorla bağ­lı­­lığı haqqında ədəbi tənqiddə və folklorşünaslığımızda müəyyən mənada bəhs edilmişdir. Lakin bu cəhət heç bir araşdırmada tədqiqatın ağırlıq mər­kəzi sta­tusunda olmamış, əksər hallarda araşdırmanın fonunu təşkil etmişdir. Hal­buki, İsmayıl Şıxlı və folklor əlaqələrinin tipologiyası elə sis­temli xarakter daşıyır ki, bu mövzu ayrıca bir tədqiqatın araşdırma pred­meti olmağa tamamilə layiqdir. Hətta bu aspektdə araşdırma aparılması həm ədəbi tənqid, həm də folklorşünaslığımız üçün (folklor-yazılı ədə­biyyat əlaqələrinin spes­fikasını elmi baxımdan müəyyənləşdirmək baxı­mın­dan) zəruridir.

İlk növbədə belə bir ümumi qənaətimizi bəri başdan qeyd edək ki, şifahi xalq ədəbiyyatının müxtəlif epik, lirik janrları ilə həmin dildə yara­nan yazılı ədəbiyyatın müxtəlif janrları arasına Çin səddi çəkmək doğru de­yildir. Folklor etnik şüur və gerçəklik münasibətlərində etnosun özü­nüifa­də üsuludur. Hər hansı bir xalqın dilində konkret müəllif tərəfindən yaranan ədəbiyyat da həmin dilin uzun əsrlər ərzində qəlibləşmiş ifadə modellərindən istifadə yolu ilə özünü ifadə etməklə yanaşı, dolayısıyla yenə də etnosun özünüifadəsidir.

Ədəbiyyatın dominant əlaməti kimi özünü göstərən yazılılıq onu (ya­zılı ədəbiyyatı) zamanda inkişaf edən etnosla bərabər dinamik inkişafdan məh­rum edir. Obrazlı şəkildə ifadə etsək, yazılı ədəbiyyatın yazılılığı onu “don­durur”, etnik yaddaş məkanında böyümə, dəyişmə, yeni poetik və semantik strukturlaşma imkanlarından məhrum edir. Şifahi ədəbiyyat isə dinamik xalq yaddaşında mövcud olduğu üçün daim yeniləşmək, yeni variant və versiyalar törətmək potensiyasına və imkanına malik olur. Şifa­hi xalq ədəbiyyatı məhz belə bir imkana sahib olduğu üçün həmişə yazılı ədəbiyyat üçün mənbə funksiyasını yerinə yetirir. Əslində, əsl milli xa­rak­terli ədəbiyyat demək olar ki, bütün hallarda folklor potensiyasına min­nətdar olaraq inkişaf edir. Folklor və yazılı ədəbiyyat arasındakı əlaqələrin bu spesfikasına şərti olaraq ədə­biyyatın folklordan üzvlənməsi kimi də baxmaq olar.

Əgər milli ədəbiyyatı yaradan müəllif xalq yaddaşının içindən çıxır­sa, onda onun bədii yaddaşı ümumetnos yaddaşının bir parçası kimi çıxış edir və deməli o, folklor düşüncə modellərini özündə əks etdirir. Bu halda müəllifin (şairin, yazıçının) yaşadığı dövr, dövrün ümumi ictimai-ideoloji axınları, fərdi təhsili, təhsil prosesində əldə etdiyi dünyagörüşü, zövqü, maraqları və s. bu yaddaş üzərində qurulur, ona tabe olur. Ayrı-ay­rı yazıçılar ümumetnos yaddaşına bağlılığının səviyyəsinə görə bir-bi­rin­dən fərqlənirlər. Bədii düşüncəmizin tarixindən məlum olduğu kimi, elə yazıçılar olur ki, onlar öz təfəkkürlərinin tipologiyası etibarilə bilavasitə folklor yaddaşına bağlı olurlar. Elə yazıçılar da var ki, “mədəni qat” xalq yaddaşı ilə onların fərdi yaradıcı dünyagörüşü arasına ciddi bir sədd çəkir və onlar bədii əsərlərində xalq yaddaşının ifadəçisinə çevril­mirlər. İsmayıl Şıxlının həm şəxsiyyətinin, həm də yaradıcılığının sima­sında “mədəni qat” bütün hallarda folklor yaddaşına tabedir. Bu yara­dı­cılıqda hər şey folklor konteksti ilə müəyyənləşir. Əlbəttə, bunun da yazıçının doğulub boya-başa çatdığı regionun etnoqrafik özəllikləri ilə, onun keçdiyi həyat yolu və s. ilə şərtlənən obyektiv səbəbləri vardır.

İsmayıl Şıxlı yaradıcılığı barədə bir neçə məqalə müəllifi olan Niza­mi Cəfərov əbibin şəxsiyyətinin əsasında dayanan folklor təfəkkürünün spesfikasını aşağıdakı kimi xarakterizə edir: “Hər şeydən əvvəl onun (İsmayıl Şıxlı nəzərdə tutulur – T.R.) etnoqrafik zənginliyindən danışmaq lazımdır – İsmayıl Şıxlı elə bir torpaqda dünyaya gəlib ki, orada həm məi­şət­də, həm əxlaqda, həm də ictimai münasibətlərdə qəribə bir epotəbiiliyi, təmizliyi var. Etnoqrafik zənginlik (və müəyyənlik) İsmayıl Şıxlı şəxsiy­yəti üçün elə bir kontekstdir ki, sonradan nə qazanıbsa, nələri mənim­sə­mə­yə “məcbur edilibsə”, hamısı bu kontekstdə meydana çıxıb, onda cilalanıb və onu cilalamışdır” (3, 170).

Bizim məqsədimiz İsmayıl Şıxlının zəngin bioqrafiyasını bütün de­tal­ları ilə təsvir etmək olmadığı üçün bu bioqrafiya və yaradıcılığa folklor təfəkkürü prizmasından yanaşma metodologiyası ilə ümumi bir nəzəri məqbul hesab edirik. İsmayıl Qəhrəman oğlu Şıxlı 1919-cu il (digər bir ehtimala görə 1922-ci ildə) martın 22-də Qazax rayonunun Şıxlı kəndində müəllim ailəsində dünyaya göz açmışdır. İlk təhsilini Kosalar kənd mək­tə­bində almış, sonra Qazax Pedaqoji məktəbini bitirmişdir. Əmək fəaliy­yə­tinə Kosalar kəndində müəllimliklə başlamışdır. İsmayl Şıxlının mənsub oldu­ğu Şıxlılar nəsli xalqımıza Azərbaycanın ictimai-siyasi və mədəni hə­yatında mühüm rol oynamış xeyli sayda şəxsiyyət bəxş etmişdir. Türk kö­kənli bu nəslin öz tarixçəsi bir epik folklor rəvayəti xarakteri daşıyır. “Nü­munəvi bir epik ömür” yaşayan bu nəslin bütün nümayəndələrinin tarixi taleyi bütün hallarda mənsub olduqları xalqın tarixi taleyi ilə bağlı ol­muş­dur. Heç şübhəsiz ki, İsmayıl Şıxlı şəxsiyyətinin epik təfəkkürə da­ya­nan bütövlüyünü təmin edən əsas əlamətlərdən biri və bəlkə də birincisi onun mənsub olduğu nəslin milli və ruhani (şıxlıq – şeyxlik) dəyərlərini daşı­masıdır.

Gənc İsmayılın həm mənsub olduğu nəslin genetik keyfiyyətlərinin davam­çısı olması, həm də doğulub boya-başa çatdığı bölgənin etnoqrafik özəllikləri, folklor yaddaşının bu bölgədə diri olması onun dünyagö­rüşü­nün fundamental əsaslarının folklor potensiyası əsasında formalaşmasına əsaslı təsir göstərmişdir.

Məlum olduğu kimi, Azərbaycanın Qərb bölgəsi, xüsusən Qazax bir folklor mühiti olaraq son dərəcə zəngin bölgədir. Xüsusən aşıq sənəti və onunla bağlı olan epos yaradıcılığı bu bölgədə digər regionlarla müqayisə olunmayacaq dərəcədə zəngindir. Əgər Səməd Vurğunu bu bölgənin folk­lor potensiyasının poetik transformasiyası hesab etmək mümkündürsə, İs­mayıl Şıxlını eyni məntiqlə bölgənin folklor potensiyasının epik trans­for­masiyası hesab etmək mümkündür.

Gənc İsmayıl Kosalar kəndində bir müddət müəllimlik etdikdən son­ra təhsilini artırmaq üçün Bakıya gəlir. Azərbaycan Pedaqoji İnstitutuna da­xil olur. Bədii yaradıcılığa şeirlə başlayan İsmayıl Şıxlı tez bir zamanda nəsrə keçir. İlk qələm təcrübələri “İydə çiçəkləri”, “Bənövşə”, “Qanlı su­lar”, “Səadət nədir?” kimi hekayələri olur. Onun ilk hekayələri bədii nəsr nü­mu­nələri kimi zəif olsa da, bu hekayələrin dil-üslub xüsusiyyətlərində şifahi xalq ədəbiyyatına dərin bir bağlılıq aydın şəkildə hiss olunur.

Onun tələbəlik illəri repressiya illərinə düşür. Bu illər də onun dün­ya­görüşünün formalaşmasına, sovet imperiyasının əsl mahiyyətini başa düş­məsinə kömək etmişdir. Müəllif bu illəri sonralar belə xatırlayır: “Bizə ədəbiyyatımızın və dil tariximizin mahir biliciləri mühazirələr oxu­madılar, onları görmədik. Çünki onların çoxu “xalq düşməni” çıx­mışdır. Bu gün mühazirə oxuyan müəllimin əvəzinə sabah başqası gəlirdi. Hiss edir­dik ki, bir gün əvvəl dərs deyəni gecə aparıblar. Əvəzinə isə ali mək­təbdə dərs deməyə layiq olmayan bir cavanı göndərirdilər. Əli Sultanlı qor­xa-qorxa dərsə gəlirdi. Dəmirçizadə xeyli görünmədi, dedilər müəllimi Çobanzadəyə çörək apardığı üçün tutublar. İdris Həsənovun sifətini bircə dəfə gördük. Qorxurduq ki, o biri müəllimlərimizi də əlimizdən alarlar”.

Müəllifin tələbəlik illəri, o illərin ağrı-acıları barədə yuxarıda nü­mu­nə gətirdiyimiz bu parçada onun epik təhkiyəsində şifahi dil koloritinə, əh­valatın şifahi təhkiyənin məntiqi ilə nəql etməklə bütün dəhşətini çat­dıra bilmək qüdrətinə diqqəti cəlb etmək istərdik. Müəllimlələ bağlı gənc yazıçının o dövr düşüncələri yaşanılan təbiiliyində, adi şifahi təhkiyənin mən­­tiqi ilə əyaniləşdirilir. İlk baxışdan bir-birindən ayrı görünən detallar şifahi təhkiyənin epik məntiqi ilə küll halında effekt verir və dövrün bütün dəhşətlərini gözlərimiz önündə canlandırır. Bu həm də onun göstəricisidir ki, gənc İsmayıl həmin dövrün dəhşətli hadisələrini elə həmin dövrlərdən epos təfəkkürünün məntiqi ilə də müşahidə edirmiş…

İsmayıl Şıxlı 1941-ci ildə ordu sıralarına gedir. O, dörd il müha­ri­bə­də olur. Müharibə ilə bağlı “Cəhbə gündəlikləri” publisistik əsərini, “Kerç suları” sənədli povestlərini yazır. Bundan əlavə, onun müharibədən bəhs edən “Həkimin nağılı”, “Səhəri gözləyirdik”, “Haralısan, ay oğlan?”, “Kon­serv qutuları” hekayələri də maraq doğurur. Bu hekayələrdə müha­ri­bə­nin ayrı-ayrı səhnələri, azərbaycanlıların döyüş qəhrəmanlıqları, döyüş­çülərin psixoloji vəziyyətləri təsvir edilmişdir. İsmayıl Şıxlının müharibə möv­zusunda yazdığı əsərlərin xüsusi qiymətləndirilməli olan cəhət­lə­rin­dən biri də ondan ibarətdir ki, burada döyüşçülər insani tərəfdən təsvir edil­mişdir. Bu insanlar sevən, kədərlənən, sevinən canlı obrazlardır. Sovet ədəbiyya­tının 50-ci illər dövrü üçün bu cəhət yeni bir tendensiya idi. Çün­ki həmin dövr ideoloji məzmun qatılığı insanı ədəbiyyatda “qovub çıxar­mışdır”.

Bu əsərlərdə də dövrün ideoloji axınları ilə bağlı məsələlər qabarıq olsa da, təhkiyədə, dildə, müəllif yanaşmasında müəllifin folklor üslubuna əsaslanan təhkiyəsi, epos potensiyasından istifadə özəllikləri müşahidə olun­maqdadır.

O, müharibədən sonra yarımçıq qalmış təhsilini davam etdirir. As­pi­ran­turaya daxil olur. Namizədlik dissertasiyası yazır. Uzun illər Pedaqoji İns­titutda dərs deyir, kafedra müdiri vəzifəsində çalışır. “Azərbaycan” jur­na­lının baş redaktoru, 1981-ci ildə Azərbaycan Yazıçılar İttifaqının sədri olur.

1954-1955-ci illərdə “Ayrılan yollar” əsərində müharibədən sonrakı il­­lərini təsvir edir. Məmməd Arif “Ayrılan yollar” əsərini yüksək qiymət­ləndirmişdir.

1962-ci ildə yalnız öz yaradıcılığının deyil, bütöv Azərbaycan nəs­ri­nin zirvəsi olan “Dəli Kür” romanını yazır.

İsmayıl Şıxlı 70-80-ci illərdə bir sıra hekayə və povestlər yazır ki, on­ların da əsas motivləri folklordan gəlir. Məsələn, “Qızıl ilan"da motiv bir­başa xalq yaradıcılığından qaynaqlanır.

“Namus qaçağı”nda da elin adət-ənənəsindən söhbət gedir. Toy günü gəlini bəyin əlindən almaq istəyirlər. Qaçaq Süleyman buna görə qaçaq yo­l­daşını qətlə yetirir. Yenə də milli-mənəvi dəyərlər və yenə də bu də­yər­­lərə əsaslanan etnik-milli davranış modelləri… Onun “Qonaq”, “Zər­bə”, “Möhür basdım, get”, “Əmioğlu” və s. hekayələri də müasir prob­lem­­lərdən folklorun, xalq müdrikliyinin məntiqi ilə bəhs edən əsərlərdir.

İsmayıl Şıxlı əsərlərində folklor motivlərinə əsaslanmasının səbəb­lə­ri­ni aşağıdakı kimi izah edir:

“Yazıçının şifahi xalq ədəbiyyatına, xalq müdrikliyinə müraciət et­məsi təsadüfi deyildir. Bu hər şeydən əvvəl müasir düşüncələr və müasir prob­lemlərlə bağlıdır. Yaşadığımız dövrdə adamın qarşısına elə suallar, elə problemlər çıxır ki, mütləq ona öz münasibətini bildirməli olursan. Bax, belə hallarda yazıçı öz fikirlərini ifadə etmək üçün vasitələr axtarır, sö­zünün daha kəsərli, fikrinin daha iti olması üçün, oxucularla daha tez dil tapmaq məqsədilə yeni ədəbi formalara müraciət edir. Mən də bir yazıçı kimi bu yolla getmişəm və görmüşəm ki, uzun əsrlərin sınağından çıxmış müd­rik xalq rəvayətləri və əfsanələri məni düşündürən müasir məsələlərə çox sərrast cavab verir”.

Göründüyü kimi müəllif üçün folklor, xalq müdrikli ötüb keçilmiş, arxaik keçmiş deyil, bu günün dərki üçün ən dəqiq idraki oriyentrlərdir. Müəl­lif sosial həyatın təzahürlərini məhz həmin oriyentrlərə söykənərək dəyərləndirir, yaxşını və pisi bu prizmadan qiymətləndirir.

İsmayıl Şıxlının ictimai fəaliyyətində folklor xüsusi bir mövzudur. Onun yaradıcılığının ayrılmaz tərkib hissəsi olan ədəbi-tənqidi məqalələri, məruzə və çıxışları bunun bariz nümunələridir.

O, Azərbaycan ali sovetinin fəal deputatlarından idi. Ötən əsr 80-ci il­lərin sonlarından xalq hərəkatına qoşulan ədib tez bir zamanda xalqın gur səsinə çevrilir. 20 yanvar hadisələrində rus ordusunun Bakıdan çıxma­sın­da mühüm xidmətləri olur. “Mənsub olduğu xalqın, millətin adət-ənə­nə­lərinə bələd olan, onun dərdinə də, sərinə də şərik çıxan, milli dəyər­ləri­mi­zin qoruyucusua çevrilən və bu yolda yorulmadan, əzmlə mübarizə apa­ran yazıçı-publisist, ilk növbədə isə vətəndaş olmaqla öz həmvətən­lə­ri- ­nin hüquqlarını qoruması, müdafiəsi uğrunda həmişə döyüşlərə atılmışdır İsmayıl Şıxlı” (2).

Xalqımızın tarixi taleyi üçün son dərəcə məsuliyyətli olan o günlərdə yenə də kifayət qədər mürəkkəb, hətta qarışıq ictimai proseslərin milli möv­qedən dəqiq dəyərləndirilməsində əsas oriyentr prinsipi kimi İsmayıl Şıx­lının simasında “epik məntiq”i çıxış edir: “Sapı özümüzdən olan bal­ta­lar”. Xalq epik təfəkküründən götürülmüş bu ifadə həmin dövr üçün rus imperializminin bütün mahiyyətini son dərəcə dəqiq ifadə edən, milli fa­ciə­mizin nüvəsində dayanan mahiyyəti nişan verən bir düstura çevrilir. Hə­min tarixi dövrlərdə İsmayıl Şıxlının timsalında belə bir həqiqət bir daha təsdiqini tapır ki, folklor təfəkkür modelləri heç bir zaman, heç bir kənar müdaxilə nəticəsində məhv olmur. O xalqın yaddaşında daim diridir və xalqın tarixi taleyi üçün məsuliyyətli məqamlarda aktivləşib bütün di­gər məntiqləri özünə tabe etdirir, həmçinin xalqa ən düzgün yolu göstərir. Bir şərtlə ki, o xalqın epik yaddaşı öz yaddaşında diri olaraq yaşadan tarixi şəxsiyyəti olsun…


İşin elmi nəticəsi. Məqalədə belə bir qərara gəlinmişdir ki, İsmayıl Şıxlı fe­no­me­ninin əsasında dayanan, onun böyüklüyünü şərtləndirən ən mühüm amil­lərdən biri, bəlkə də, birincisi onun folklora, xalq müdrik­li­yinə bağ­lılığı olmuşdur. Zəngin folklor potensialı onun həm şəxsiyyətinin, həm də bədii və publisistik yaradıcılığının əsasında dayanır.

İşin elmi yeniliyi. Məqalədə İsmayıl Şıxlının yaradıcılığının ən əsas istiqamətləri, ictimai fəaliyyətinin ən mühüm məqamları, şəxsiyyətinin ən xarakterik cəhətləri üzərində elmi müşahidələr əsasında milli xarakterli şəx­siyyətin və bədii fakturanın formalaşmasında folklorun rolundan və iş­ti­rakından mümkün qədər elmi və sistemli bəhs edilir.

Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə