13
Baybican bəy o sənə verəciyi qızı Beyrəyə verdi. Bu gecə gəlin
gedəcəkdir». (Kitabi-Dədə Qorqud, s. 155). Göründüyü kimi,
bayburdlular türk olsalar da, kafir sayılırdılar. Ona görə ki, başqa
məzhəbdən idilər. Buna baxmayaraq məlumatdan belə çıxır ki,
Baybican bəylə sultan arasında gizlin danışıq aparılmışdır. Dış
oğuzun bəyi hətta öz qızını Bayburd hökmdarına ərə verəcəyini də
dilindən çıxarmışdı. Bəlkə də bu səbəbdən Dəli Qarcar bacısının
öz göbəkkəsmə nişanlısı Beyrəklə - İç oğuz igidi ilə evlənməsinə
qarşı qəribə şərtlər irəli sürmüşdü. Dədə Qorqudun elçi sifəti ilə
işə qarışması Baybicanın sultanla «gizli sazişi»ni pozmuşdur.
Yoxsa cəsus cəsarət edib hökmdarı qızışdıran xəbəri çatdırmazdı.
Beləliklə, İç oğuzla Dış oğuzun müharibəsini təsadüfi say-
maq olmaz. Hər halda eposda son boydakı narazılıqdan daha
kəskin qarşıdurmalara, ziddiyyətlərlə əvvəlki müstəqil süjetlərdə
də rast gəlirik. Dirsə xan Bayandır xan tərəfindən təhqir olun-
duğunu zənn edib (övladsızlığına görə qara otaqda yerləşdirilir)
onun məclisini tərk edir. Boyda rastlaşdığımız Oğuz mifik dünya
modelinin üçqatlı stukturunun üçrəngli çadırlarla (otaqlarla) kod-
laşdırılan variantının əsasında həyat-ölüm, insan və onun dün-
yaya gəlməsi durur. İlk boyun hadisələrini yada salsaq, görərik
ki, türkün ilkin dünyagörüşünə görə, kainatın bütövlüyü üçrəngli
çadırla rəmzləşir: ağ - kişi, qırmızı - qadın və qara – yoxluq anla-
mında başa düşülür. Bu üçlük əzəli dünyaqurmada üç əsas funk-
siyanın daşıyıcısı olur:
yaratmaq, törəmək və aradan qaldırmaq.
Ağ – işıq – od – günəş – kişi – əbədi yaşarlıq -
yuxarı qatın
işarəsidir, müsbətdir və xeyri təmsil edir. Dünyanı formalaşdıran
dörd mühüm elementdən (su, od, torpaq, hava) ikincisidir.
Qırmızı ikili xüsusiyyətə malikdir – torpaq – yer–su –
məkan – yurd – törəyən - qadın və
orta qatdır. Mənfi qütbdür, öz
daxilində daim xeyir şərlə mübarizə aparır. Çox hallarda birinci
ikincini üstələyir.
Folklor, Mifologiya, Etnoqrafiya
14
DƏDƏ QORQUD ARAŞDIRMALARI
İki əks elementin birliyindən (izdivacından) dünyadakı var-
lıqlar doğulur.
Qara – cəhənnəm – zülmət – yoxluq – ölüm – şər və
aşağı
qatdır. Ağla qırmızının əbədi rəqibidir.
Birinci boyun mətn strukturunda dinamiklik və qarşıdurma-
nın əsası mifoloji modelə uyğun olaraq aşağıdakı şəkildə qoyulub
inkişaf etdirilir:
[A☼ + B±] ←V◙
Göründüyü kimi, eposun başlanğıcında təsviri verilən üç
çadır (otaq) təqdim etdiyimiz struktura tam uyğundur: orada da
varlıqları (xüsusilə, canlıları) yaradan qüvvənin bir başında kişi
durur. Bu, mətndə oğulluların ağ otaqda yerləşdirilməsi şəklində
gerçək həyatla uyğunlaşdırılır. Çünki mifoloji strukturda Yuxarı
qatdakı Günəş Atanın, yaxud Göy tanrının simvolu – işıq, aydın-
lıq və ağ rəngdir. Varlıqları (xüsusilə, canlıları) yaradan qüvvənin
əks tərəfi isə qadına məxsusdur və boyda qızı olanların qırmızı
otağa dəvəti kimi reallıq forması alır. Çünki mifoloji strukturda
təbiəti
doğan ana torpaq, Yer üzü – qırmızı rənglə işarələnir.
Bir-birini özünə çəkən iki əks (müsbət-mənfi, kişi-qadın)
qütblər əslində ikili dünyanın (varlıqla-yoxluq, olumla-ölüm,
işıqla-qaranlıq) bir tərəfini – doğumu (törəyişi, meydana gəlməni)
şərtləndirir. Lakin kişi-qadın ikiliyinə tamamilə zidd olan üçüncü
tərəf də mövcuddur. Bu, yoxluq (eposda övladsızlıq), üzüqaralıq
şəklində kodlaşdırılan qara rəngdir. Xalq arasında «boyun yerə
soxulması», «yerə girmək» deyimi ilə nitq faktoruna çevrilib ye-
raltı aləmlə əlaqəni əks etdirir (eposda qara otaq). Əslində Bayan-
dır xanla Dirsə xan qarşıdurması dərin qatlardakı, daha doğrusu,
mətn altındakı Göy tanrı ilə Yerlik xan arasındakı ziddiyyətin
analoqudur. Bu inciklik də müharibə ilə nəticələnə bilərdi. Ancaq
kişinin «başının baxtı»nın, «evinin taxtı»nın – qadının (orta qatın)