D əniz neftqaz yataqlarının tikinti layihəsinin əsas mərhələləri



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə8/23
tarix28.07.2023
ölçüsü1,54 Mb.
#120078
1   ...   4   5   6   7   8   9   10   11   ...   23
Muhazire Sualti

 
Suüstü m
ədənlər 
Kontinental şelfdə yerləşən neft, qaz və qaz-kondensat yataqlarının işlənilməsi və 
istismarı üçün (qazma, hasilat, hazırlanma, saxlanılma, daşınma və s.) estakada, 
estakadayanı meydançalar və platformalardan (stasionar, yarımdalma, SPAR, TLP, BUY 
v
ə s.) ibarət suüstü mədənlər yaradılır. 
a)
 
Estakada v
ə estakadayanı meydançalar 
D
əniz sahilindəki və açıq dənizdə sualtında yerləşən iri (böyük) həcmli neft qaz və 
qaz-
kondensat yataqlarının işlənilməsi və istismarı üçün Azərbaycanlı alimlər tərəfindən 
müxt
əlif konstruksiyalı estakada və onlara bitişik estakadayanı meydançaların tikinti 
layih
əsi hazırlanaraq yerinə yetirilmişdir ki, bunların üzərində eyni zamanda (paralel 
olaraq) h
əm müxtəlif təyinatlı quyuların qazılması üçün qazma işləri həm də istismara 
q
əbul edilən hasilat quyularının istismarı, məhsulun yığılması, nəqli, saxlanılması, 
daşınması və LTS sistemləri (lay təzyiqinin saxlanılması) kompleks halda tikilib istifadəyə 
verilmişdir. 
Bel
ə ki, ilk estakada və estakadayanı meydançaların tikintisi dənizdə yerləşən neft 
yatağının işlənməsi üçün 1947-ci ildə Artyom (indiki Pirallahı) adasında Xəzər dənizində 
h
əyata keçirilmişdir. 
Dünyada ilk d
əfə Xəzər dənizində açıq dəniz şəraitində, keçən əsrin 50-ci illərinin 
əvvəllərində (Dünyada ilk dəfə açıq dənizdə neft quyusunda Neft Daşlarında gündəlik neft 
hasilatı 100 t/g olmaqla 7 noyabr 1949-cu ildə fontan üsulu ilə işə salınmışdır.) estakada 
v
ə estakadayanı meydançalar (hidrotexniki qurğular) tikilərək Neft Daşları və Palçıq 
Pilpil
əsi neft yataqlarının işlənməsinə, istismarına başlanılmışdır. 
Estakada v
ə estakadayanı meydançaların tikintisi ağac, dəmir və dəmir-beton 
m
əmulatları vasitəsilə həyata keçirilə bilər. 
Hal-
hazırda estakadaların və estakadayanı meydançaların tikintisi üçün əsasən dəmir 
v
ə dəmir-beton məmulatlarından istifadə edilir. 
D
əniz neft, qaz və qaz-kondensat yataqlarının estakada üsulu ilə işlənməsinin və 
istismarının aşağıdakı üstünlükləri vardır: 

d
əniz neftqaz yataqlarının işlənilməsinin tam tsiklinin (estakada tikintisi, qazma 
istismar, hasilat, hazırlanma və saxlanma, neftin və qazın nəqli, lay təzyiqinin 
saxlanılması sistemi və s.) operativ təşkilinin və idarə edilməsinin mümkünlüyü

neftqaz yataqlarının işlənilməsinin və kəşfiyyat işlərinin bərabər aparıla 
bilm
əsinin mümkünlüyü; 

sualtı neft və qaz kəmərlərinin çəkilməsinə ehtiyacın olmaması; 

estakadaların tikintisi zamanı hava şəraitindən asılı olan (montaj işlərini görmək 
üçün) xüsusi üz
ən texniki vasitələrə ehtiyacın olmaması; 

hava şəraitindən asılı olmayaraq mədənlərin material və avadanlıqlarla 
t
əchizatının fasiləsiz mümkünlüyü; 

hava şəraitindən asılı olmayaraq tələb olunan material və avadanlıqların texnoloji 
n
əqliyyat (avtomobil) vasitəsilə obyektlər arası daşına bilinməsinin mümkünlüyü; 

hava şəraitindən asılı olmayaraq mərkəzləşdirilmiş qaydada mədənlərin elektrik 
enerjisi telefon rabit
əsi, gil məhlulu texniki və içməli su ilə təmin edilə bilməsinin 
mümkünlüyüdür. 
Bütün bunlarla b
ərabər estakada üsulunun bəzi çatışmazlıqları var və bunlar 
aşağıdakılardır: 



Metalkonstruksiyaların dəniz şəraitində intensiv korroziyaya uğraması nəticəsində 
ömrünün qısalması, buna qarşı tətbiq edilən antikorroziya işlərinin çox baha başa 
g
əlməsi; 

Metal tutumunun çox olması səbəbi ilə texniki-iqtisadi cəhətdən məqsədyönlü 
olmaması; 

Estakadaların və estakadayanı meydançaların metalkonstruksiyalarının ağır dəniz 
şəraitində (güclü küləklər, qasırğalar, dalğalar, buzlar və s.) müqavimətinin zəif 
olmasıdır. 
Şəkil. 
Babka 
tipli Estakada kəsilişlər
a-uzu
nuna; b və c –müvafiq olaraq avtoyolayrıcısı və magistiral; 1-yol hissəsinin 
döşəməsi ; 2- aşırım tikintisi; 3-dirək ; 4-uzununa; 5-

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə