Daha güclü, daha etibarlı bir bp qururuq



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə16/33
tarix07.04.2018
ölçüsü0,93 Mb.
#36497
1   ...   12   13   14   15   16   17   18   19   ...   33

25

Davranış kodeksimiz

Davranış kodeksimiz hamımızın riayət etməli olduğu 

əsas qaydaları təsbit edir və dəyərlərimizin bütün 

qərarlarımızı necə istiqamətləndirməli olduğunu 

izah edir. Bu kodeks bütün uyğun hüquqi tələblərə 

və göstərilən yüksək etik standartlara riayət etmək 

barədə fundamental bir öhdəliyi əks etdirir.  

Təhlükəsiz, məsuliyyətli və etibarlı iş

Gördüyümüz hər bir iş işçi qüvvəmizin və 

ətrafımızdakı icmaların təhlükəsizliyindən asılıdır. Biz 

özümüzün, həmçinin həmkarlarımız və ünsiyyətdə 

olduğumuz hər bir kəsin təhlükəsizliyini qorumağı 

ümdə vəzifələrdən biri kimi qəbul edirik. Bizim, 

həmçinin dünyanın biznes fəaliyyəti göstərdiyimiz hər 

yerində ətraf mühiti qorumaq və icmaların hüquq və 

ləyaqətinə hörmətlə yanaşmaq barədə öhdəliyimiz 

var. Sağlamlıq, əməyin təhlükəsizliyi, təhlükəsizlik və 

ətraf mühit üzrə məqsədimiz qəzalara yol verməmək, 

insanlara ziyan vurmamaq və ətraf mühitə zərər 

yetirməməkdir. 

İşçilərimiz

Biz bir komandayıq. Bir şəxsin gücü nə olursa 

olsun, birlikdə ondan daha çoxuna nail olarıq. Biz 

komandamızı fərdi uğurumuzdan üstün tutur və onun 

potensialını artırmağa can atırıq. Üzərimizə düşən 

öhdəliklərin yerinə yetirilməsində bir-birimizə etibar 

edirik.


Biz səciyyəvi xüsusiyyəti insanların hüquqlarına 

hörmət, məsuliyyət, mükəmməllik və qarşılıqlı etimad 

olan bir iş mühiti yaratmağa can atırıq. İnsanların və 

fikirlərin müxtəlifliyinə dəyər veririk. İnanırıq ki, hər kəs 

bərabər imkana malik olmalıdır.

Cəzalandırılmağa qarşı sıfır dözümlülük 

və sözünü demək mədəniyyəti

Açıq danışmağa görə cəzalandırılmağa qarşı sıfır 

dözümlülük siyasətimiz sözünü açıq deməyin hər 

zaman düzgün iş olmasına inamımızı tamamlayır. BP 

əməkdaşları sözünü demək üçün cəsarətli olmalıdılar. 

Azərbaycanda qeydə alınmış pozuntular 

(davranış kodeksinin fəsli üzrə)

Etibar edilən bir şirkət olmaq üçün dəyişməz yüksək standartlara 

uyğun olaraq işləyirik və gördüyümüz hər bir işdə bu standartlara 

riayət etmək üçün səy göstəririk.

Davranış kodeksi haqqında suallarımız olduqda və 

ya ona riayət olunmadığını hesab etdiyimiz zaman 

yardım üçün müraciət etməliyik. 2012-ci il ərzində 

BP-nin rəhbər işçiləri üçün bir sıra “sözünü de” 

sessiyaları keçirdik ki, onlar da öz növbələrində bunun 

əhəmiyyətini öz qruplarına çatdırsınlar.

Biz potensial pozuntu hallarını və ya qaldırılan sualları 

araşdırmağı, onlara ədalətli və məsuliyyətli şəkildə 

yanaşmağı öhdəmizə götürmüşük. Əməkdaşlarımız 

problemi öz birbaşa rəhbərləri ilə müzakirə etmək 

və ya hüquq, insan resursları, yaxud etik normalar 

və qaydalara uyğunluq şöbəsinin nümayəndələri ilə 

əlaqə saxlamaq seçiminə malikdirlər. Yuxarıda qeyd 

edilmiş şəxslərlə danışmaqdan çəkinirlərsə, onların 

hər zaman “OpenTalk” (açıq söhbət) xidməti ilə 

əlaqə saxlamaq imkanı var. “OpenTalk” məxfi yardım 

xidmətidir. Bu yardım xəttindən 75-dən artıq dildə, 

həftənin bütün günləri – istər gündüz olsun, istərsə də 

gecə istifadə etmək olar.

İşgüzar tərəfdaşlarımız

Hər kəs etimad və səmimi müzakirəyə əsaslanan 

biznes əlaqələrindən faydalanır. Onlar bizim 

müvəffəqiyyətimiz üçün mühüm əhəmiyyət kəsb 

edir. İşgüzar əlaqələrimizin hər kəs üçün faydalı 

olmasını təmin etmək məqsədilə biz maraqlı 

tərəflərin ehtiyaclarını başa düşməli və onlarla düzgün, 

qarşılıqlı hörmətə əsaslanan və məsuliyyətli şəkildə 

əməkdaşlıq etməliyik. Buraya bizim müştərilərimiz, 

təchizatçılarımız, birgə müəssisə tərəfdaşlarımız və 

digər üçüncü tərəflər daxildir.

Birgə işlədiyimiz hökumət orqanları və 

icmalar

Biz fəaliyyət göstərdiyimiz dünyaya hörmətlə 



yanaşırıq. Cəmiyyətdəki rolumuz və biznes 

fəaliyyəti göstərdiyimiz ölkə və icmalar qarşısında 

öhdəliklərimizin yerinə yetirilməsinə sadiqik. Biz malik 

olduğumuz əlaqələrdən asılıyıq, işlədiyimiz ölkələrə 

və icmalara hörmətlə yanaşır və orada olmağımızdan 

onların da faydalanmasını istəyirik. Dəyər yaratmaqla 

və iş yerləri açmaqla, lazımlı səriştələri inkişaf 

etdirməklə vaxtımızı və vəsaitlərimizi insanlara 

sərmayə qoymaqla davamlı inkişafa töhfə verən real 

irəliləyişlərə can atırıq. Biz aldığımız böyük və ya kiçik 

qərarların ətrafımızdakılara təsiri barədə düşünürük. 

İstər özəl, istərsə də dövlət sektorunda hər hansı 

növ rüşvət və ya korrupsiyada iştirak etmirik. BP heç 

bir siyasi fəaliyyətə qoşulmur və siyasi yardımlar 

göstərmir. 

Aktivlərimiz və maliyyə sahəsində 

düzgünlüyümüz

Biz BP-nin əmlakı, əqli mülkiyyəti və maliyyə 

aktivlərini qorumağa görə ortaq bir cavabdehlik və 

hüquqi öhdəlik daşıyırıq. Həmişə öz aktivlərimizin və 

resurslarımızın istifadəsinin qeydinə qalırıq.

Biz məlumatların qeydə alınması, saxlanması 

və çatdırılması üçün bütün uyğun qanun və 

qaydalara əməl edirik. Buraya bizim qrupun maliyyə 

hesabatlarının verilməsi üçün Beynəlxalq Maliyyə 

Hesabatı Standartları və fəaliyyət göstərdiyimiz 

yerlərdə müvafiq Ümumi Qəbul Edilmiş Mühasibatlıq 

Prinsipləri daxildir.

2012-ci ilin göstəriciləri

BP Azərbaycanda 2012-ci ildə etik normalar və 

qaydalara uyğunluq üzrə illik attestasiya prosesini başa 

çatdırdı. Bütün BP əməkdaşlarından davranış kodeksi 

barədə məlumatlı olduqlarını və ona riayət etdiklərini 

təsdiqləmək tələb olundu. Hər hansı yanlış davranış 

halları onlayn formada qeyd edildi. Azərbaycan-

Gürcüstan-Türkiyə regionunda 2011-ci ildə bildirilmiş 

76 pozuntu halı ilə müqayisədə 2012-ci ildə 66 

pozuntu halı qeydə alındı. Bunlar araşdırıldı və müvafiq 

tədbirlər görüldü. Bir neçə podratçı və agentlik işçisi 

uyğun yerli qanun və qaydalara riayət etmədiklərinə 

və ya kodeksin prinsiplərini pozduqlarına görə işdən 

azad edildi. Pozuntulara spirtli içki və ya narkotik 

maddələrdən sui-istifadə, təhlükəsizlik prosedurlarının 

pozulması, qeyri-müvafiq davranış və ya şirkətin 

resurslarından yanlış istifadə halları daxil idi.

BP və agentlik işçilərinə kodeksin rüşvətxorluq 

və korrupsiya əleyhinə mübarizə, çirkli pulların 

yuyulmasına qarşı tədbirlər və maraqların toqquşması 

haqqında elektron təlim modulları təqdim etdik. BP 

əməkdaşları və tərəfdaşları üçün davranış kodeksinə 

dair üz-üzə məlumatlandırıcı məşğələlər, rüşvətxorluq 

və korrupsiyaya qarşı mübarizə haqqında təlimlər 

keçdik.

 

Dəyər və davranışlarımız  



bp.com/ourvalues

Biz necə işləyirik 

BP Azərbaycanda. Davamlı inkişaf haqqında hesabat 2012

T hlük siz, m suliyy tli v etibarlı iş

Aktivl rimiz v maliyy

sah sind düzgünlüyümüz

İşgüzar t r fdaşlarımız

Hökum t v icmalar

İşçil rimiz

33

9

1

1

7

Dəyərlərimiz 2011-ci ildə BP-nin rəhbər heyəti 

tərəfindən təsbit olunub və hal-hazırda qrup 

səviyyəsində bütün sistem və proseslərimizə 

daxil edilir. Bu beş dəyər nəyə inandığımız, 

hansı davranışı hədəf seçdiyimiz və bir təşkilat 

olaraq nəyə can atdığımız haqqında müştərək 

anlayışımızı ifadə edir. Məqsəd BP dəyərlərinin 

gələcək üçün arzularımızı dəstəkləməsini, 

davranış kodeksi ilə tam uyğun olmasını və 

gündəlik işimizdə məsuliyyətli davranışa 

çevrilməsini təmin etmək idi.

Təhlükəsizlik 

Hörmət 


Mükəmməllik

Cəsarət


Bir komanda

Bizim dəyərlərimiz




Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə