Daha güclü, daha etibarlı bir bp qururuq



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə18/33
tarix07.04.2018
ölçüsü0,93 Mb.
#36497
1   ...   14   15   16   17   18   19   20   21   ...   33

27

Əməyin təhlükəsizliyi və sağlamlıq

BP Azərbaycanda. Davamlı inkişaf haqqında hesabat 2012

Bu il əməyin təhlükəsizliyi üzrə məlumatlılığı artırmaq və sağlamlıq məsələləri 

barədə anlayışı yaxşılaşdırmaq üçün bir sıra vacib təşəbbüslər həyata keçirildi.

Əməyin təhlükəsizliyi və sağlamlıq

Hədəflərimiz

Əməyin təhlükəsizliyini daim 

diqqət mərkəzində saxlamaq 

bizim üçün əsas prioritetdir. 

Əməyin təhlükəsizliyi və 

əməliyyat riskləri funksional 

bölümümüz bütün şirkət üzrə 

əməliyyatları təhlükəsiz, etibarlı 

və qaydalara uyğun həyata 

keçirməyə kömək edir. 

Bu bölümdə

3

$

 



milyon 

Azərbaycan, Gürcüstan 

və Türkiyədə SƏTƏM / 

fövqəladə hallara qarşı 

cavab tədbirləri üzrə 

təlimlərə xərclədiyimiz 

məbləğ.

93

%



 

2010-cu ilin dənizdə 

təhlükəsizlik və riskin auditi 

nəticəsində görülməli 

tədbirlərin 2012-ci ilin 

axırına yerinə yetirilmə faizi. 

16 

2012-ci ildə podratçıların 



sağlamlıq, əməyin 

təhlükəsizliyi və ətraf 

mühit (SƏTƏM) üzrə 

auditlərinin sayı.



Şahdəniz platforması

Şahdəniz platformasında əməliyyatların “insan 

amili” baxımından təhlükəsizliyinə baxış keçirdik.



28

Əməyin təhlükəsizliyi və sağlamlıq

BP Azərbaycanda. Davamlı inkişaf haqqında hesabat 2012

28

Əməyin təhlükəsizliyi



2012-ci ildə iş saatlarının ümumi həcminin artması 

şəraitində qeydiyyata alınan xəsarətlərin tezliyi üzrə 

göstəricimizi yaxşılaşdırdıq. 

Biz, həmçinin Səngəçal terminalında və ixrac boru 

kəməri əməliyyatlarımızda fövqəladə hallara qarşı 

cavab tədbirləri sənədlərimizi daha rasional və 

səmərəli etmək üçün nəzərdən keçirdik. Nəticədə, 

sənədlər daha funksional və istifadə üçün asan oldu.

2011-ci ildə dörd yüksək potensiallı hadisə baş verdiyi 

halda 2012-ci ildə belə qeydə alındı. Bunlardan ikisi 

düşən əşyalara, biri cüzi neft sızmasına, dördüncüsü 

isə 2011-12-ci ilin sərt qışı zamanı qeyri-adi soyuq 

temperaturlarla bağlı avadanlığın donmasına 

aiddir. Bütün insidentlər hərtərəfli təhqiq olundu və 

təcrübədən alınmış dərslər barədə hesabat verildi.

Nəqliyyat vasitələrinin təhlükəsiz idarə 

edilməsi

2012-ci ildə nəqliyyat vasitələrinin təhlükəsiz idarə 

edilməsinə son dərəcə sayıqlıq göstərməkdə davam 

etdik. İl ərzində nəqliyyat vasitələrinin təhlükəsiz 

idarə olunmasının təkmilləşdirilməsi planını hazırladıq. 

Bu plan Azərbaycan-Gürcüstan-Türkiyə (AGT) 

regionunda təhlükəsizlik, təlim, qiymətləndirmə

sürücülərinin etik davranışları üzrə aydın tələblər 

müəyyənləşdirir. İl boyu plan tətbiq olundu və 

midstrim sağlamlıq və əməyin təhlükəsizliyi 

qrupunun əməyin təhlükəsizliyi və əməliyyat riskləri 

(ƏTƏR) bölümü tərəfindən monitorinqi aparıldı. 

2012-ci ildə nəqliyyat vasitələrinin idarə olunması ilə 

bağlı ciddi hadisələrin sayı əhəmiyyətli şəkildə azaldı. 

2011-ci ildə üç hadisə baş verdiyi halda, 2012-ci ildə 

yalnız bir hadisə oldu. Nəqliyyat vasitələri ilə bağlı 

2012-ci ildə qeydə alınmış hadisələrin də əksəriyyəti 

aşağı sürət şəraitində baş verdiyindən dəyən zərər 

minimum oldu. 2012-ci ildə nəqliyyat vasitələrinin 

təhlükəsiz idarə olunması üzrə AGT regionunda təlim, 

qiymətləndirmə, sürücülərinin davranışına aydın 

tələblər qoyan təkmilləşdirmə planını hazırlamaqla 

proqramımızı genişləndirməyə davam etdik.

Təhlükəsizlik mədəniyyəti

2012-ci ildə davranışa əsaslanan əməyin təhlükəsizliyi 

proqramının əsas diqqəti texnoloji proseslərin 

təhlükəsizliyinə və fərdi təhlükəsizliyə yönəldi. 2012-

ci ilin iyununda texnoloji proseslərin təhlükəsizliyi üzrə 

müşahidələrin monitorinqinin yaxşılaşdırılması üçün 

proqramda təkmilləşmələr edildi. 

Burada diqqət, həm də fərdlərin öz iş mühitləri 

ilə qarşılıqlı ünsiyyətdə olma üsullarına yönəldildi. 

Məqsədimiz insanların etibarlılığını artırmaq yönündə 

işləməklə əməliyyatlara təsir göstərən xətaların baş 

verməsi potensialını minimuma endirməkdir. 

Yüksək təzyiqli qaz hasil edən Şahdənizdə 

fəaliyyətlərimiz insan müdaxiləsi ilə sıx bağlı 

olduğuna görə il ərzində platformada əməliyyatları 

“insan amili” baxımından xüsusi təftiş etdik. Buraya 

aşağıdakılar daxil idi:

İş yükünün qiymətləndirilməsi. Bu qiymətləndirmə 



hasilat və rəhbərlik komandalarının əməliyyatın cari 

iş rejimi üçün tələb olunan işçi heyətinin optimal 

sayı barədə necə qərar verməsini nəzərdən keçirdi.

Əməliyyat sahəsi prosedurunun (ƏSP) təhlili. ƏSP 



daxilində əsas tapşırıqları əhatə edən əməyin 

təhlükəsizliyi baxımından kritik tapşırıqların təhlili 

aparıldı. Nəticədə, biz ən mühüm tapşırıqlar üçün 

“pilot / ikinci pilot” metodunu qəbul etdik, bu 

metodla bir nəfər tapşırığı yerinə yetirir, digəri isə 

aparılan əməliyyatları təsdiq edir.

Əməyin təhlükəsizliyi və istehsalat mədəniyyəti 



üzrə sorğu. Bu sorğu zamanı əldə olunan 

məlumatlar qarşıdakı iki il ərzində istehsalat 

mədəniyyətini dəyişməkdə kömək etmək üçün 

istifadə olunacaq. “İnsan amili” məsələlərinə daha 

çox diqqət yetiriləcək. 

Azərbaycanda əməyin təhlükəsizliyini həmişə diqqət mərkəzində 

saxlamışıq və bu sahədə göstəricilərimizi daim yaxşılaşdırmaq üçün 

yollar axtarırıq.



Qeydiyyata alınan xəsarətlərin tezliyi  

(işlənmiş hər 200 000 saat üçün)



İş gününün itirilməsi hadisələrinin tezliyi 

(işlənmiş hər 200 000 saat üçün)

c

Bu cədvəl BP əməkdaşları və podratçılar üzrə məlumatları əks etdirir. BP-də xəsarət və xəstəliyə verilmiş təriflər ABŞ Peşə 



Sağlamlığı və Əməyin Təhlükəsizliyi İdarəsi tərəfindən müəyyənləşdirilmiş təriflərdən və bu təriflərin müvafiq şərhlərindən 

götürülüb. Buraya sırf layihələrə dair məlumatlar daxil deyil.

d

Yüksək potensiallı insidentlərin tezliyi hər 200 000 iş saatına düşən yüksək potensiallı insidentlərin sayı ilə ifadə olunur.



e

İş gününün itirilməsi hadisəsi (İGİH) işlə bağlı xəsarət və ya xəstəlik nəticəsində ziyan çəkmiş şəxsin iş qabiliyyətini itirməsinə və 

bu cür hadisənin baş verdiyi gündən sonrakı ən azı bir normal iş növbəsinə çıxa bilməməsinə səbəb olan hadisə deməkdir. İGİH 

tezliyi işlənmiş 200 000 saat ərzində əməkdaş və ya podratçının bir və ya bir neçə gün (növbə) ərzində iş qabiliyyətini itirməsi ilə 

nəticələnən xəsarət və ya xəstəliklərin sayı ilə ifadə olunur.

f

Qeydiyyata alınan xəsarət (QX) ilk tibbi yardımdan əlavə müalicə tələb edən işlə bağlı məruzə edilmiş bütün xəsarət hallarının 



sayıdır. QX tezliyi işlənmiş 200 000 saat ərzində məruzə edilmiş QX-lərin sayı ilə ifadə olunur.

g

Yol-nəqliyyat qəzalarının ümumi səviyyəsi nəqliyyat vasitəsilə qət edilmiş hər milyon kilometr məsafəyə düşən məruzə edilmiş 



yol-nəqliyyat qəzalarının sayıdır.

a

Amerika Neft İnstitutu.



b

Beynəlxalq Neft və Qaz İstehsalçıları Assosiasiyası.



0,00

0,01

0,03

0,03

0,03

0,02


0,04

0,06


0,08

0,10


0,12

0,14


0,16

0,18


2008

2009


2010

2011


2012

0,23

0,17

0,24

0,40

0,21

0,10


0,20

0,30


0,40

0,50


0,60

0,70


0,80

0,90


API

a

OGP



b

2008


2009

2010


2011

2012


BP-nin Azərbaycanda əməyin təhlükəsizliyi üzrə göstəriciləri

c

2011

2012

Ölüm halları

0

0

Yüksək potensiallı insidentlərin tezliyi

d

0,07


0,04

İş gününün itirilməsi hadisələrinin tezliyi

e

0,03


0,03

Qeydiyyata alınan xəsarətlərin tezliyi

f

0,24


0,21

Yol-nəqliyyat qəzalarının ümumi səviyyəsi

g

1,27


1,50

Qət edilmiş kilometrlər (milyon)

14,2

15,96

İşlənilmiş saatlar (milyon)

17,54

19,04



Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə