Daha güclü, daha etibarlı bir bp qururuq



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə20/33
tarix07.04.2018
ölçüsü0,93 Mb.
#36497
1   ...   16   17   18   19   20   21   22   23   ...   33

imkanlarımızı əhəmiyyətli dərəcədə genişləndirdi. 

“İndevə” və “Saporter” Rusiyanın kanal sistemi ilə BP 

üçün Azərbaycana gətirilən ən iri gəmilərdir. 

İşlər artdığına görə əlavə işçi heyətinin yerləşdirilməsi 

üçün bir yük gəmisi müvəqqəti olaraq yaşayış 

gəmisinə çevrildi. Bu gəmi Çıraqda geniş istifadə 

olundu. Biz Qərbi Çıraqda boru çəkilməsi zamanı 

işçi heyətinin daşınması və lövbərsalma gəmiləri ilə 

qlobal layihələr təşkilatını da dəstəklədik.

Fövqəladə hallarda cavab tədbirləri

2011-ci ildə böhran halları və davamlılığın idarə 

olunması, eləcə də BP AGT-də fövqəladə hallara 

cavab tədbirlərimizə baxış keçirdik. Buraya hasilat 

əməliyyatları üçün biznes təsirlərinin təhlili daxil idi. 

Bu baxışdan sonra bərpa üçün vaxt profilini təyin 

etdik, eləcə də əhəmiyyətli kəsintidən sonra hasilatı 

işlək vəziyyətə qaytarmaq üçün bir plan hazırladıq. 

2012-ci ildə bərpa üçün vaxt profilini və hasilat 

əməliyyatları üçün biznesin davamlılığı strategiyasını 

təzələdik, həmçinin sualtı əməliyyatların davamlılığı 

üzrə strateji sənədləri əlavə etdik, biznes təsirlərinin 

təhlili ilə bağlı məlumatları ətraflı şəkildə yoxladıq. 

May ayında Azərbaycanda həm “məsafədən 

işləmək” imkanlarımız, həm də BP qrupunun 

Londondakı baş qərargahı ilə birgə yüksək vəzifəli 

regional rəhbərlik səviyyəsində böhran hallarına 

cavab tədbirləri real vaxt rejimində sınaqdan keçirildi. 

2012-ci ilin dekabrında BP AGT-nin yüksək vəzifəli 

rəhbərliyinə BP qrupunun baş qərargahı ilə birlikdə 

mülki böhran zamanı cavab tədbirlərini təcrübədən 

keçirmək imkanı verildi. 

BP qrup səviyyəsində müəyyənləşdirilmiş iki 

prosedura – böhranın və davamlılığın idarə edilməsi, 

həmçinin neft dağılmalarına hazırlıq və cavab 

tədbirləri üçün qlobal miqyasda yeni standartlar 

təqdim etdi. Yeni tələblər hər hansı fövqəladə hadisə 

baş verdikdə cavab tədbiri görmək bacarığımızı 

davamlı olaraq təkmilləşdirməkdən əlavə, fövqəladə 

hallarda cavab tədbiri görməyə və fövqəladə halların 

idarə olunmasının təşkilinə kömək üçün hazırlanıb. 

Bu tələbləri yerinə yetirməklə böhran və davamlılığın 

idarə edilməsi və planlaşdırılmasının bütün aspektləri 

üçün daha dəqiq və daha ardıcıl cavabdehliklər təyin 

olunacaq və ümid edilir ki, risklər azaldılacaq. 

2012-ci ildə əməliyyatlar və quyular şöbəsi neft 

dağılmalarına qarşı hazırlıq və cavab tədbirləri 

standartı üzrə qiymətləndirmələrini başa 

çatdırdı. Daha sonra çoxfunksiyalı bir komanda 

qiymətləndirməni tamamlamaq üçün ön xətlə birgə 

işlədi. Nəticədə, tələb olunan fəaliyyətlər 2013-cü 

ildə həyata keçiriləcək ki, ilin sonuna qədər uyğunluq 

təmin edilsin. Neft dağılmalarına qarşı hazırlıq və 

cavab tədbirləri standartına tam uyğunluq 2014-cü 

ildə əldə olunacaq. 

Bu işlərlə birlikdə dəniz əməliyyatları və quyular 

üzrə sağlamlıq, əməyin təhlükəsizliyi və fövqəladə 

hallarda cavab tədbiri simulyatoru üzrə mütəxəssis 

31

Fövqəladə hallara hazırlıq 



səviyyəmizi yüksəldirik

2012-ci ilin oktyabrında Azəri platformalarının 

yaxınlığında üçüncü tərəfə aid bir yük gəmisi ilə 

bağlı qəza hadisəsi, heyətin təxliyə olunması və 

neft dağılmasına qarşı tədbirlərin görülməsini 

BP-nin fövqəladə hallarda cavab tədbiri və 

xilasetmə gəmisi cəlb olunmaqla simulyasiya 

edən Xəzər 3 komanda-qərargah təlimini 

keçirdik. Təlimin məqsədi BP-nin müxtəlif 

departamentlərinin güclü stress altında və 

ciddiləşən böhran şəraitində birgə işləmək 

qabiliyyətini sınaqdan keçirmək idi. 

Midstrim sektorunda sağlamlıq və əməyin 

təhlükəsizliyi üzrə direktor Oleq Resçikov 

xüsusi olaraq iki şeyi vurğulayır: “Birincisi, 

Taktiki Əməkdaşlığın İdarə olunması Sisteminə 

(TƏİS) aid proqram təminatı və təchizat uğurla 

sınaqdan keçirildi. TƏİS Ağır Qəzalarla bağlı Risk 

proqramının bir hissəsidir və canlı təsvirləri real 

vaxt formatında dənizdən İnsidentlərin İdarə 

Olunması Mərkəzinə ötürməyə imkan yaradır. 

İkincisi, BP qrupunun Britaniyadakı böhran və 

davamlılığın idarə olunması komandası ilk dəfə 

olaraq BP AGT prezidenti ilə rabitə əlaqəsi 

vasitəsilə təlimdə iştirak edirdi.”

Təlimdə bir sıra dövlət orqanları, o cümlədən 

Fövqəladə Hallar Nazirliyi (FHN), Azərbaycan 

Dövlət Dəniz Administrasiyası (ADDA), Hərbi 

Dəniz Qüvvələri və Sərhəd Qoşunlarını təmsil 

edən hökumət müşahidəçiləri də iştirak 

etdilər. “BP-nin fövqəladə hallara qarşı cavab 

tədbirləri üçün mövcud mexanizmi bizi heyran 

etdi,” ADDA-nın direktor müavini Arif Mazanov 

deyir. “Komandadakı hər kəs nə etdiyini bilir və 

əlaqələndirmə qüsursuzdur.”

FHN-nin İnfrastrukturun inkişafı departamentinin 

baş məsləhətçisi İlqar Həsənovun dediyinə 

görə, təlim BP ilə müxtəlif dövlət qurumları 

arasında birgə fəaliyyətdəki təkmilləşdirilməli 

olan sahələri də göstərdi. “Təlimin ən gözəl 

cəhəti odur ki, o, hamımıza kömək etdi ki, real 

şəraitdə hansı xətaların baş verə biləcəyini və 

gələcəkdə bu cür hallara yol verməmək üçün 

bu gün nə etməli olduğumuzu görək.”

fövqəladə hallarda cavab tədbiri hadisələrinin 

modellərini yaratmaq üçün 2012-ci ildə əməyin 

təhlükəsizliyinə aid kompleks nəzarət sistemindən 

istifadə etdi. Bunlar platforma işçi heyəti tərəfindən 

cavab tədbirləri görmək səriştəsini təkmilləşdirmək 

üçün istifadə oluna bilər. Mərkəzi Azəri, Qərbi 

Azəri, Şərqi Azəri, Dərinsulu Günəşli və Şahdəniz 

platformaları üçün texnoloji proseslərə nəzarət 

və avtomatlaşdırılmış təhlükəsizlik sistemlərini 

əks etdirən proqram modelləri hazırlandı. Bu 

modellər digər sahələrə, o cümlədən obyektlərdə 

insidentlərin idarə olunması komandası üçün 

keçirilən həftəlik dəniz təlimləri, yeni obyektə alışmaq 

üçün texniklərə keçilən təlimlərə tətbiq edilə bilər. 

Bu yolla ixtisaslaşdırılmış mühüm əməliyyatların 

simulyasiyasındakı boşluqlar daha səmərəli şəkildə 

aradan qaldırıla, bilik/təlim sahəsində hər hansı 

uyğunsuzluqları düzəltmək üçün planlar hazırlana 

bilər.

Tərəfdaşlar və podratçılarla işimiz 



Podratçıların idarə edilməsi proqramımız BP-nin 

bütün qrupu əhatə edən əməliyyatların idarə 

edilməsi sistemi ilə sıx bağlıdır. Həm tədarük 

və təchizatın idarə edilməsi, həm də əməyin 

təhlükəsizliyi və əməliyyat riskləri üzrə regional 

funksional bölümlər burada məsuliyyət daşıyır və BP 

qrupunun rəhbərlik komandası tərəfindən dəstəklənir. 

Podratçıların idarə edilməsinin ilk mərhələlərindən 

onun inkişafı davamlı təkmilləşdirməyə xüsusi diqqət 

yetirir. 

İl ərzində podratçıların idarə edilməsi çərçivəsində 

işləyərək boşluqların qiymətləndirilməsi aparıldı. 

Sonra alınmış müfəssəl nəticələr nəzərdən 

keçirilmək üçün təşkilat daxilində regional rəhbərlik 

komandasına çatdırıldı. Nəticələr insanlar, proseslər, 

məmulat və sistemlər üzrə qruplaşdırıldı və 

çatışmazlıqlar ciddilik dərəcəsinə görə sıralandı. İşin 

icrası zamanı insanlar və proseslər üzrə sistem 

və məmulatlar kateqoriyasına nisbətən daha 

ciddi çatışmazlıqların olduğu aşkar edildi. Daha 

az əhəmiyyətli çatışmazlıqlara sağlamlıq, əməyin 

təhlükəsizliyi, təhlükəsizlik və ətraf mühit üzrə formal 

yoxlamalar, əsas sənədlərin mərkəzləşdirilmiş 

saxlanmaması, podratçıların idarə edilməsində 

qəbul olunmuş köməkçi vasitələrin davamlı istifadə 

edilməməsi aid idi. 

İl boyu BP qrupunun “Bir komanda” idarəetmə 

konsepsiyasına uyğun olaraq regional komandalar 

üçün podratçıların idarə edilməsi üzrə təlimlər 

keçirildi. Həmçinin podratçılara aid sağlamlıq, 

əməyin təhlükəsizliyi və ətraf mühitin (SƏTƏM) 

idarə edilməsi sisteminin audit siyahısı hazırlandı və 

tətbiq edildi. Podratçıların 16 SƏTƏM auditi həyata 

keçirildi, podratçılar üçün əməyin təhlükəsizliyinin 

yaxşılaşdırılması planı üzrə təlimat hazırlanaraq 

qüvvəyə mindi.

Əməyin təhlükəsizliyi və sağlamlıq

BP Azərbaycanda. Davamlı inkişaf haqqında hesabat 2012




Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə