Daha güclü, daha etibarlı bir bp qururuq



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə24/33
tarix07.04.2018
ölçüsü0,93 Mb.
#36497
1   ...   20   21   22   23   24   25   26   27   ...   33

37

Qazma şlamları

Su əsaslı qazma şlamları (quyu qazma işləri 

nəticəsində formalaşan dağılmış süxurun və qazma 

məhlullarının qarışığı) toksik olmadığından Xəzər 

dənizinə atılır. Tərkibində sintetik əsaslı qazma 

məhlulu (SiQM) olan potensial toksikliyə malik 

qazma şlamları isə ya dənizdə uyğun geoloji 

formasiyalara vurulur, ya da emal və utilizasiya 

olunmaq üçün sahilə daşınır. Qazma şlamlarının 

dənizdə laya vurulması Azəri və Dərinsulu Günəşli 

platformalarından çıxan qazma şlamlarına 

müntəzəm tətbiq olunur. Çıraq, Şahdəniz və mobil 

dəniz qazma qurğularındakı qazma şlamlarını laya 

vurmaq mümkün olmadığından, onlar 

təmizlənmək, regenerasiya olunmaq (tərkibindəki 

baza yağı regenerasiya edilərək istifadə oluna bilər) 

və ləğv edilmək üçün müntəzəm olaraq sahilə 

daşınır.

a

  



2012-ci ildə Azərbaycanda BP tərəfindən 32 920 

ton qazma şlamı və onunla əlaqədar mayelər 

(SuQM, yəni su əsaslı qazma məhlulu) Xəzər 

dənizinə atılıb. Bu atılmalar Azəri-Çıraq-Dərinsulu 

Günəşli üzrə hasilatın pay bölgüsü haqqında sazişə 

uyğun olub. 2011-ci ilə nisbətən atılmalarda qeydə 

alınan ikiqat artım əsasən İstiqlal qazma qurğusu 

tərəfindən Şahdəniz Mərhələ 2 üzrə aparılan 

qazma işləri ilə bağlı olub. 

2012-ci ildə Azəri və Dərinsulu Günəşli 

platformalarından ümumilikdə 68 254 ton tullantı 

laya vuruldu ki, bu da 2011-ci ilə nisbətən 6% 

azalmadır.

Tullantıların idarə edilməsi

2012-ci ildə Azərbaycandakı əməliyyatlarımız 

zamanı cəmi 138 367 ton bərk və maye tullantı 

formalaşıb ki, bunun 118 435 tonu təhlükəli 

tullantılar (o cümlədən çirkab sular) və 19 932 tonu 

təhlükəsiz tullantılar olub. Bu, 2011-ci ilə nisbətən 

təhlükəli tullantıların həcmində 28% artım təşkil 

edir və əsasən artmış qazma işləri ilə bağlıdır. 

2011-ci ilə nisbətən təhlükəsiz tullantıların həcmində 

isə 89% artım olub və bu, əsasən yeni layihələrin 

(məsələn, Şahdəniz Mərhələ 2 və s.) başlanması 

ilə bağlıdır.

Təhlükəsiz tullantıların müəyyən hissəsi (5 793 ton 

– 29%) və bəzi təhlükəli tullantılar (3 923 ton – 

3,3%) yerli şirkətlər tərəfindən təkrar emal edilib və 

ya yenidən istifadə olunub. Tullantıların qalan hissəsi 

tullantıların utilizasiyası üzrə BP-nin təsdiq etdiyi 

podratçılar tərəfindən müvafiq təsdiq edilmiş 

metodlar və marşrutlardan istifadə etməklə 

təmizlənib və ya utilizə edilib, tənzimləyici orqan 

tərəfindən təsdiqlənmiş Sumqayıtdakı təhlükəsiz 

tullantılar poliqonuna və ya hazırda yeri razılaşdırılan 

müvafiq təhlükəli tullantı poliqonuna daşınmasına 

Çırağın qazma şlamlarını (tərkibində sintetik əsaslı qazma məhlulları olan) Xəzər dənizinə atmaq üçün qanuni icazəsi var, lakin bu 



platforma 2012-ci ildə qazma işləri aparmayıb.

Qazma şlamları və lay sularının filtrasiyasından yaranan tullantılar daxildir. 



Şirkət xaricində utilizasiya edilən təmizlənməmiş çirkab suları daxil deyil. 

Bu, ərazisində çirkab sularının emalı qurğusu (ÇSEQ) olmayan və ya çirkab suları təmizləmək üçün kifayət qədər həcmə malik 



olmayan qurğulardan gətirilən bütün çirkab sularını əks etdirir – buna görə də çirkab suları şəhər ÇSEQ-inə göndərilir.

2011-ci ilin davamlı inkişaf haqqında hesabatında qeyd edilmiş 260 667 tonun əvəzinə. Bu rəqəmə yalnız təmizlənmək məqsədilə 



şəhər ÇSEQ-lərinə daşınan çirkab suları daxildir.

Tullantıların idarə olunması



BP tərəfindən Azərbaycanda suya atılmış qazma şlamları 

(ton)


Yataq / qurğu

SuQM-li qazma 

şlamları

SiQM-li qazma 

şlamları

Qazma şlamlarının 

cəmi

Mərkəzi Azəri

10 452

0

10 452



Qərbi Azəri

1 078


0

1 078


Şərqi Azəri

74

0



74

Çıraq, Dərinsulu Günəşli və Şahdəniz 

0

0

0



Dədə Qorqud qazma qurğusu

3 756


0

3 756


İstiqlal qazma qurğusu

17 560


0

17 560


Cəmi

32 920

0

32 920

BP-nin Azərbaycanda tullantı həcmləri  

(ton)


2011

2012

Təhlükəli tullantılar (çirkab suları istisna olmaqla)

b

40 672


73 001

c

Təhlükəsiz tullantılar

10 533

19 932

Lay suyu


1 632 353

2 617 897

Təmizlənməmiş çirkab suları

d

51 762


e

45 434

Əməliyyatlarımızda tullantıların meydana gəlməsini aradan 

qaldırmağa, onları azaltmağa və təkrar istifadə etməyə, 

tullantıların idarə edilməsində bütün layihə dövrünü əhatə edən 

yanaşmanı tətbiq etməyə çalışırıq.

Qaradağ rayonunda sənaye tullantılarının

utilizasiyası sahəsi. 

Ətraf mühit

BP Azərbaycanda. Davamlı inkişaf haqqında hesabat 2012



38

qədər Sərəncədəki təhlükəli tullantıların idarə 

edilməsi obyektinə (TTİEO) göndərilib. 2012-ci ildə 

təhlükəsiz tullantılardan əlavə 4 080 ton qazma 

şlamı təhlükəsiz tullantılar poliqonunda basdırılıb. 

Dənizdən gələn təxminən 35 611 ton qazma şlamı 

Sərəncə TTİEO-da dolayı termal desorbsiya 

prosesindən istifadə etməklə emal olundu və 

proses nəticəsində təkrar istifadəyə yararlı 3 751 

ton regenerasiya olunmuş baza yağı və sonradan 

yuxarıda qeyd edildiyi kimi, Sərəncə TTİEO-ya 

göndərilmiş əsasən təhlükəli bərk tullantılar əldə 

olundu.

Çirkab suları



Biz suyu texnoloji proseslərimizdə necə 

istifadə etdiyimizə və çirkab sularını necə emal 

etdiyimizə təsir göstərəcək yeni texnologiyalara 

mümkün gələcək investisiyaları qiymətləndiririk. 

2012-ci ildə biz qurudakı çirkab sularının emalı 

qurğularımıza təkmilləşdirmələr etməyə davam 

etdik, o cümlədən Səngəçal terminalında daha 

bir (yeddinci) bioreaktoru istismara verdik. 2012-ci 

ilin avqust ayında Səngəçal terminalında insan 

sağlamlığına fəsadların olmamasını təmin etmək 

üçün tələb olunan ehtiyat tədbirləri həyata 

keçirilərək, uyğun təmizlik standartlarına cavab 

verməsi yoxlandıqdan sonra təmizlənmiş çirkab 

suları terminal ərazisi ətrafında dekorativ bitkilərin 

suvarılmasında təkrar istifadə olunmağa başlandı.  

İxrac boru kəmərlərində sahədəki ÇSEQ-lərin 

əksəriyyəti il ərzində səmərəli və etibarlı şəkildə 

fəaliyyət göstərdi – ilk yağıntıdan dərhal sonra 

yekun biotəmizləmə nohurlarından götürülən 

nümunələrdə aşkar edilmiş bağırsaq çöpü 

bakteriyalarının yüksək səviyyələri (müvafiq 

standartlardan yüksək) ilə bağlı araşdırma davam 

edir. ÇSEQ-dən biotəmizləmə nohurlarına 

daxil olan suyun nümunələrində bağırsaq çöpü 

bakteriyalarının səviyyəsi yüksək olmadığına görə, 

emal qurğusunun layihəyə uyğun işlədiyi hesab 

olunur.

Təchizat gəmiləri və dəniz qurğularından çirkab 



sularının vakuum nasoslu avtosisternlərlə 

toplanması və Hövsan şəhər ÇSEQ-də utilizasiya 

edilmək üçün sahədən kənara daşınması davam 

etdirilib. 

2012-ci ildə bütün obyektlərdən şəhər ÇSEQ-ə 

emal edilmək üçün göndərilən təmizlənməmiş 

çirkab suları 12% azalıb. Bunun əsas səbəbi 

Səngəçaldakı qurğuların təkmilləşdirilməsi olub.

Dənizdə göstəricilər, məsələn, Çıraq 

platformasında asılı bərk hissəciklərin ümumi 

miqdarı (ABHÜM) və oksigenə bioloji tələbat 

(OBT5), habelə Şahdəniz platformasında ABHÜM, 

bağırsaq çöpü bakteriyaları və OBT5 səviyyələri 

bəzi hallarda təmizlənməmiş çirkab sularının 

atılması standartlarından artıq olub.

2011-ci ildə dənizdə qeydə alınmış 17 ÇSEQ 

dayanması ilə müqayisədə 2012-ci ildə 44 belə 

hal qeydə alınıb. Nəticədə, Xəzər dənizinə 386 

430 litr təmizlənməmiş məişət-təsərrüfat çirkab 

suları axıdılıb. Bu artımı aradan qaldırmaq üçün 

BP Azərbaycanda mövcud ÇSEQ qurğularının 

membran bioreaktorlu texnologiya ilə işləyən yeni 

ÇSEQ qurğuları ilə əvəz olunması proqramına 

başladı. Bu yeni qurğular aşağı duzluluq 

səviyyəsinə malik Xəzər dənizi mühitinə daha 

uyğundur, daha az texniki xidmət tələb edir və 

nasazlığa daha az meyillidir. Belə yeni qurğunun 

2013-cü ilin sonuna/2014-cü ilin əvvəlinə qədər 

Dərinsulu Günəşlidə istismara veriləcəyi, Azəri 

platformalarındakı ÇSEQ-lərin isə 2014-cü ildə 

dəyişdiriləcəyi nəzərdə tutulur. Bu tədbirlər 

nəticəsində gözlənir ki, ÇSEQ dayanmaları daha 

az baş verəcək və atılmaya dair texniki şərtlər üzrə 

istismar göstəriciləri yaxşılaşacaq.

Hasil edilmiş lay suyu

2012-ci ildə Səngəçal terminalında neft və qaz 

axınlarından ümumilikdə 2 617 897 ton lay suyu 

separasiya edildi – 2 594 467 tonu Azəri-Çıraq-

Dərinsulu Günəşli (AÇG) və 23 430 tonu Şahdəniz 

dəniz sahələrindən. Bu, 2011-ci ildə hasil olunmuş 

lay sularından 60% çoxdur, proqnozlaşdırılmış lay 

suyu səviyyəsinə uyğundur və terminala gələn lay 

suyunda AÇG payının artması ilə əlaqədardır. 

AÇG-yə aid lay suyu terminalın lay sularının emalı 

qurğusunda təmizlənərək Azəri platformalarında 

yenidən laya vurulmaq üçün dənizə qaytarıldı. 

2012-ci ildə biz AÇG lay sularının laya geri vurulması 

həcmini 95,5%-ə (2 476 721 ton) çatdırdıq. 117 746 

ton lay suyu Xəzər dənizinə axıdıldı. Lay sularının 

əksər hissəsi Şərqi Azəri platformasında 

istiqamətləndirici klapandakı sızmalara görə atılıb. 

Xəzər dənizinin suyu ilə qarışmış bütün lay suyu 

atılmaları 40 metrdən çox dərinlikdə sualtı 

kessonlar vasitəsilə həyata keçirilib. 

Şahdənizdən gələn lay suyu Səngəçal 

terminalındakı saxlama hovuzlarında yığılır.

Dənizdə ətraf mühit tədqiqatı zamanı nümunələrin 

toplanması. 

Ətraf mühit

BP Azərbaycanda. Davamlı inkişaf haqqında hesabat 2012




Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə