DəDƏ qorqud a r a ş d ı r m a L a r ı



Yüklə 1,74 Mb.
səhifə39/77
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51680
1   ...   35   36   37   38   39   40   41   42   ...   77

121 

 

İral(maq) feli və iraq zərfi ir(mək) felinə -al və -aq şəkilçilərinin 



artırılması ilə ona əks mənalı sözlər kimi  yaranmışdır. Müqayisə 

edək:  İr  (çat,  qovuş)  +  al  (şəkilçi)  =  iral  (ayrıl),  yaxud  ir  (çat, 

qovuş) + aq (şəkilçi) = iraq (uzaq). 

İr  kökü  ilə  eyni  mənşədən  olan  irmaq//ırmaq  sözünü  isə  eti-

moloji baxımdan bu cür izah edə bilərik: Yuxarıda qeyd etdiyimiz 

kimi ir sinkretik söz kökü olaraq tarixən “çatmaq”, “qovuşmaq”, 

“ayrılmaq”  mənalarını  öz  semantik  tutumunda  ehtiva  etmişdir. 

İrmaq//ırmaq sözündə ir sinkretik söz kökünün məhz birinci əsas 

mənası - “çatmaq”, “qovuşmaq” mənası öz izlərini qoruyub saxla-

mışdır.  Müqayisə  edək:  İrmaq//ırmaq  –  çatan,  qovuşan,  axan, 

dənizə tökülən su, çay. Məlumdur ki, axmaq, tökülmək kimi çat-

maq, qovuşmaq xüsusiyyətləri də suya aiddir. 

Füzuli yaradıcılığında diqqəti cəlb edən leksik vahidlərdən biri 

də  ağlamaq  sözüdür.  Şairin  yaradıcılığında  bu  söz  ağılamaq 

formasında öz ifadəsini tapmışdır. Məsələn: 

Nola ağılarsa Füzuli rövzeyi-kuyin anıb, 

Lacərəm giryan olur qılğac vətən yadın qərib. (16, s. 70) 

Biz belə  hesab edirik  ki,  bu gün də  dilimizin lüğət  tərkibində 

aktiv  işləkliyə  malik  olan  ağlamaq  feli  ağ  sinkretik  kökü  ilə 

bağlıdır. 

Ağ sinkretik kökü tarixən çox müxtəlif mənalar ifadə etmişdir 

(21, s. 154-186; 31, s. 103-106). Bizim araşdırmalarımıza görə bu 

sinkretik kökün tarixən bütövlükdə 25 mənası mövcud olmuşdur. 

Həmin  sinkretik  kökün  ifadə  etdiyi  bu  müxtəlif  mənalar  yeddi 

məna  qrupu  əsasında  əmələ  gəlib  formalaşmışdır.  Həmin  məna 

qrupları əsasən bunlardır:  I. Yüksəklik məna qrupu, II. Topluluq 

məna qrupu, III. Yer məna qrupu, IV. Rəng məna qrupu, V. Çəki 

məna qrupu, VI. Ağrı-acı-qorxu-peşmanlıq məna qrupu, VII. Hə-

rəkət məna qrupu.  

Ağ  sinkretik  kökünün  yüksəklik  məna  qrupuna  daxil  olan 

dördüncü  məna  “düşmək”,  “tökmək”,  “süzmək”,  “yerə  vurul-

maq”, “məğlub  edilmək”, “sarsılmaq”, “ağlamaq” mənasıdır. Ağ 

sinkretik  kökünün  bu  mənası  onun  “çıxmaq”,  “qalxmaq”,  “yük-

səlmək”,  “ucalmaq”,  “aşmaq”,  “yüksəklik”,  “böyük”  mənası  ilə 




122 

 

antonimlik  təşkil  edir.  Başqa  sözlə,  ağ  sinkretik  kökünün  hər  iki 



mənası bir-biri ilə əkslik təşkil edir. Belə ki, ağ sinkretik kökünün 

“çıxmaq”,  “qalxmaq”,  “yüksəlmək”,  “ucalmaq”,  “aşmaq”,  “yük-

səklik”, “böyük” mənası, ümumilikdə, “yüksəkliyə çıxmaq” anla-

yışını  ifadə  edirsə,  onun  “düşmək”,  “tökmək”,  “süzmək”,  “yerə 

vurulmaq”,  “məğlub  edilmək”,  “sarsılmaq”,  “ağlamaq”  mənası 

bunun əksinə olaraq “yüksəklikdən aşağıya doğru enmək” anlayı-

şını ifadə edir. Bu da ağ sinkretik kökünün antisemiya məsələləri 

ilə əlaqədar olan bir prosesdir. Yəni tarixən ağ sinkretik kökündən 

“yüksəkliyə çıxmaq” anlayışını ifadə edən sözlər yarandığı kimi, 

“yüksəklikdən aşağıya doğru enmək” anlayışını ifadə edən sözlər 

də yaranmış və təşəkkül tapmışdır. 

Fikrimizi  əsaslandırmaq  üçün  ağ  sinkretik  kökünün  Orxon-

Yenisey  abidələrində  özünü  qoruyub  saxlamış  “düşmək”,  “tök-

mək”,  “süzmək”,  “yerə  vurulmaq”,  “məğlub  edilmək”,  “sarsıl-

maq”,  “ağlamaq”  mənasını  aşağıdakı  nümunədə  izləyək:  Ağla  – 

ağlamaq: Oğramış(a) katun(a) ağlayurçı(a) sizə. - Oğramış xatun 

ağlayanları sizə (20, s. 334). 

“Kitabi-Dədə Qorqud” dastanında ağ sinkretik kökünün “düş-

mək”, “tökmək”, “süzmək”, “yerə vurulmaq”, “məğlub edilmək”, 

“sarsılmaq”,  “ağlamaq”  mənasını  özündə  əks  etdirən  bir  sira 

nümunələr vardır. Həmin nümunələri nəzərdən keçirək: Ağlamaq 

– ağlamaq: Oğlan yenə aydır: “Ana, ağlamağıl, mana bu yaradan 

ölüm  yoqdur,  qorxmağıl!”  (13,  s.33);  Çoban  şəhid  olan  qardaş-

ların Haqına qodı, kafirlər leşindən bir böyük dəpə yığdı, çaqmaq 

çaqub od yaqdi; dəxi kəpənəgindən qurumsı edib yarasına basdı, 

yolun  qıyısın  alub  oturdı,  ağladı-sıqladı,  aydır  (13,  s.39);  Qırq 

incə  bellü  qızıyla  halalın,  Boyı  uzun  Burla  xatun  ağlayuban 

şundan  keçdi  (13,  s.42);  Saqın,  qadın  ana!  Мənim  üzərimə 

gəlməyəsin, mənim içün ağlamayasan (13, s. 45). 

Bu  cəhətdən  “Divanü  lüğət-it-türk”  əsərinə  də  nəzər  salmaq 

məqsədəuyğun  olardı.  Bir  neçə  nümunəyə  diqqət  yetirək:  Ağıl-

maq – asılmaq; ağtılmaq – yerə vurulmaq, sarsılmaq: “Ər ağtıldı”. 

-  Adam  yerə  vuruldu,  sarsıldı  (8,  s.  281);  “Katığ  yanı  kura 



123 

 

kördüm,  Kaya  körüp  baku  ağdı”.  -  Sərt  yayımı  tezcə  qurdum, 



Мəni görüb yalı aşdı (10, s. 208). 

Bu nümunələrdə mövcud olan ağılmaq (asılmaq), ağtıldı (уегə 

vuruldu,  sarsıldı),  ağdı  (aşdı  (yalı))  sözləri  ağ  sinkretik  kökünün 

törəmələridir.  Bunu  aşağıdakı  kimi  də  izah  etmək  olar:  Ağ 

(sinkretik kök – düşmək) + ıl = ağıl(maq) (asılmaq), ağ (sinkretik 

kök  –  düşmək)  +  tıl  +  dı  =  ağtıldı  (уегə  vuruldu,  sarsıldı),  ağ 

(sinkretik kök – düşmək) + dı = ağdı (aşdı (yalı)). Bu nümunədə 

ağdı  (aşdı  (yalı))  sözü  öz  semantikasında  iki  prosesi  -  əvvəlcə 

hansısa  bir  yüksəkliyə  çıxmaq  prosesini,  sonra  isə  həmin  yük-

səklikdən  aşağı  düşmək  prosesini  özündə  əks  etdirir.  Burada  ağ 

sinkretik  kökünün  “düşmək”,  “tökmək”,  “süzmək”,  “yerə  vurul-

maq”,  “məğlub  edilmək”,  “sarsılmaq”,  “ağlamaq”  mənasından 

bəhs  etdiyimiz  üçün  bizə  daha  çox  məsələnin  ikinci  tərəfi  – 

yüksəklikdən aşağı düşmək prosesi maraqlıdır. 

“Dastani-Əhməd  Hərami”  poemasında  ağ  sinkretik  kökünün 

“düşmək”, “tökmək”, “süzmək”, “yerə vurulmaq”, “məğlub edil-

mək”, “sarsılmaq”, “ağlamaq” mənasına rast gəlirik. Məsələn: Şü-

kür  qıl  padişaha  ağlamagil  (25,  s.73);  Dökərdi  qanlu  yaşın  ağlar 

idi (25, s. 78); Məsəldir kəndi düşən ağlamaz, der (25, s. 93). 

H.Xoyinin  “Töhfeyi  hüsam”  əsərində  (XIII  əsr)  ağ  sinkretik 

kökünün  “düşmək”,  “tökmək”,  “süzmək”,  “yerə  vurulmaq”, 

“məğlub edilmək”, “sarsılmaq”, “ağlamaq” mənasının izlərini öz 

semantikasmda  qoruyub  saxlayan  ağlamaq  sözü  ümumtürk 

kontekstində  ağula//ıqla//ağla  formalarında  təqdim  edilmişdir. 

Əsərdə bu söz “ağlamaq” mənasını ifadə edir. Nümunəyə diqqət 

yetirək: Duzəx tamu, həmə qamu, muyidən ağlamaq (7, s. 92). 

İ.Nəsiminin  yaradıcılığında  da  ağ  sinkretik  kökünün  “düş-

mək”, “tökmək”, “süzmək”, “yerə vurulmaq”, “məğlub edilmək”, 

“sarsılmaq”,  “ağlamaq”  mənasının  işləndiyini  bir  daha  görürük. 

Məsələn: Gül fəraqından gəl, ey bülbül, səbr qıl, ağlama.; Şövqün 

qışından ağlayıcı göz tökər yaşı (15, s. 44). 

Nişapurlu  F.M.Əttar  tərəfindən  yazılmış  (ХП  əsr),  görkəmli 

Azərbaycan şairi Ə.Təbrizi tərəfindən Azərbaycan dilinə tərcümə 

edilmiş  (XV  əsr)  məhşur  “Əsrarnamə”  əsərində  də  ağ  sinkretik 




Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə