DəDƏ qorqud a r a ş d ı r m a L a r ı



Yüklə 1,74 Mb.
səhifə48/77
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51680
1   ...   44   45   46   47   48   49   50   51   ...   77

149 

 

Leyli-Məcnun əcəmdə çoxdur, 



Ətrakdə ol fəsanə yoxdur!  

“Leyli və Məcnun” poeması ilə M.Füzuli XVI əsr Azərbaycan 

şeirini  yeni  keyfiyyətlərlə  zənginləşdirir.  Ailə  tərbiyəsi,  ata-oğul 

münasibətləri,  ananın  qızına  öyüd-nəsihət  verməsi  zəmanənin, 

dövrün  tələbləri  işığında  bədiiləşdirilir.  Poemanın  qəhrəmanları 

olan  Leyli  və  Məcnun  təhsil  aldığı  illərdə  istək  və  arzuları  yaşa-

dığı cəmiyyətin tələbləri ilə bir araya sığmır. Onların hər ikisi feo-

dalizm  cəmiyyətinə  müxalifdir.  Hakim  cəmiyyətin  qayda-qanun-

ları  ilə  razılaşmayan  Leyli  və  Məcnunun  sevgisinə  ailədə  ata-

anaları da mane olur. 

Romantik duyğularla qələmə alınmış poemada şair real həyati 

gerçəkliklərə  söykənir.  Qeysin  dayələr  vasitəsilə  tərbiyə  olunub 

böyüməsi,  məktəbə  getməsi,  Leyli  ilə  tanışlığı,  ilk  sevgi  macə-

raları bədii lövhələrlə əks olunur: 



Məktəbdə onunla oldu həmdəm

Bir neçə mələkmisal qız həm. 

Bir saf qız oturdu, bir saf oğlan

Cəm oldu behiştə hürü qılman. 

Oğlanlara qızlar olsalar yar

Eşqə bulunur rəvənci-bazar. 

Qız nərgisi-məst edib füsunsaz

Oğlana çatanda işvəvü naz. 

Oğlan necə səbr pişə qılsın, 

Var səbri həm olsa nişə qılsın?  

Ailə, əxlaq və mənəvi tərbiyənin bütün məqamlarını əks etdi-

rən bu şeirin hər bir misrası canlı bir rəsm əsəridir. Burada mək-

təbdə  başlanmış,  saf  hisslər  üzərində  qurulmuş  sevgi  həyatının 

ayrı-ayrı  lövhələri,  gənclərin  füsunkar  təbiət  qoynunda  baxışları, 

ürək  çırpıntıları,  ulu  tanrıdan  imdad,  kömək  gözləyən  insanların 

parlaq simaları əks olunmuşdur. 

Şairin təsvir etdiyi bu qəhrəmanlar yüksək əxlaqi keyfiyyətlə-

rə - ailə tərbiyəsinə, mənəvi zənginliyə, mehriban, saf hisslərə, sə-

daqət və səmimiyyətə,etibarlı dostluğa, pak məhəbbətə malik olan 

insanlardır.  Bu  insanlar  zəmanənin  sərt  qayda-qanunlarını  qəbul 



150 

 

etmir, həyata açıq gözlə baxır, qadına ailəyə yeni baxışla yanaşır, 



qadının əsarət və kölə vəziyyətində yaşamasına etiraz edirlər. 

Türk  xalqlarının  adət-ənənəsinə  xas  olan  bəzi  məqamlara  da 

poemada  haqlı  yer  verən  şair  Leyli  və  Məcnunun  bir-birini  sev-

məsi,  aşiq  olması  xəbərinin  Leylinin  anasına  çatdırılmasını  çox 

təbii,  psixoloji,  ailə  tərbiyəsinin  tərkib  hissəsi  kimi  qələmə  verir. 

Ana  eşidəndə  ki,  Leyli  məktəbdə  Qeys  adlı  birisi  ilə  sevişir,  tez 

təşvişə  düşür,  bu xəbəri  qızının  ismətini,  namusunu,  ailəsinin  isə 

şərəf və ləyaqətini ləkələyən bir hal kimi qiymətləndirir. Ananın 

narahatlığında bütün  cəmiyyətin həyəcanı,  təşvişi  duyulur. Sanki 

dünya alt – üst olmuş, ən müqəddəs qanunlar tapdanmışdır. Sanki 

onları amansız rüsvayçılıq gözləyir: 

Tədrici-məbadi ilə nigah 

Leylinin anası oldu agah. 

Odlara tutuşdu, yasa batdı, 

Ol qönçədəhanə dil uzatdı. 

Yanar od olub çəkib zəbanə

Ol gülrüxə dedi yanə-yanə: 

- Key şux nədir, bu kəftkulər? 

Qılmaq sənə tənə eyləsinlər? 

Neyçün özünə ziyan edirsən? 

Yaxşı adını yaman edirsən?  

Canlı  xalq  dilinin  ifadə  gözəlliyindən  istifadə  edən  M.Füzuli 

zəngin ifadə vasitələri ilə Leyli və anasının görüşünü çox sadə bir 

dillə  verir.  Akademik  Həmid  Araslı  doğru  olaraq  qeyd  edir  ki, 

“Məcnun yüksək əxlaqi-mənəvi keyfiyyətlərə malik, zəkalı, elmli, 

insanpərvər bir gəncdir. Məcnun surəti ideya-bədii məzmunu eti-

barilə  şairin  poeziyasında,  qəzəllərində  və  rübailərində  gördüyü-

müz qəhrəmanlara çox oxşayır”. Bu məsələyə pedaqoji mövqedən 

yanaşan  pedaqoji  elmlər  doktoru,  professor  B.Əhmədov  göstərir 

ki, əxlaqi və mənəvi tərbiyə ailədən başlanır və onun kökündə ailə 

tərbiyəsi  dayanır. Poemada şair ata-ana ilə  oğul  arasında maraqlı 

bir fikir mübadiləsi verir. Burada atanın da, ananın da, oğulun da 

daxili və mənəvi aləmi açılır. 



151 

 

Ata-ana onları tərk edib dağlara qaçan, təbiətin qoynunda vəh-



şi heyvanlarla  yaşayan Qeysin halına acıyır, onu bu yoldan dön-

dərmək istəyir. Hətta ata Məcnunu aldadaraq “Leyli bizdə qonaq-

dır, səni çağırır” deyib onu evə gətirir. Ana da oğluna öyüd-nəsi-

hət  versə  də,  nəticəsi  olmur.  Şair  ananın  dili  ilə  yaşadığı  cəmiy-

yətdə hakim olan dini-feodal əxlaqi cəhətləri ifşa edir. Köhnə nəs-

lə  məxsus  düşüncələrin  hökm  sürdüyünü  şair  “Rindü  Zahid”də 

Zahidin  oğluna  verdiyi  nəsihətlərdə  də  üst-üstə  düşən  məqamlar 

vardır. 


Burada  da  görürük  ki,  ata-ana  oğluna  cəmiyyətdə  qədimdən 

qəbul edilmiş həyat yolu ilə getməyi məsləhət bilir və deyirlər: 



Şənində rəyasəti ərəb var, 

Mirasi-şücaətü ədəb var, 

Ətvari-müluki tut həmişə

Ayini-şücaət eylə pişə.   

Sən sərvsən, olmagil giranbar, 

Azad ol gör, nə kim giriftar.  

Ey baği – ümidsiz nihalı, 

Qılma bizi nəng payimalı

Burada ata-ana oğlunu həyatda şücaət və qəhrəmanlıq qayda-

larını  öyrənməyə,  feodal  cəmiyyətinə  xas  olan  həyat  tərzini  seç-

məyə,  mülk-mal,  mənsəb  ilə  xoşbəxt  olmağa  çağırırlar.  Lakin 

Məcnun üçün ürəyin istək və arzusu, azad məhəbbət hər cür mən-

səb  və  şöhrətdən,  eşqsiz  qurulan  rifah  və  səadətdən  yüksəkdir. 

Məcnun başqasını qəbul etmir, çünki ona ilk məhəbbəti daha xoş-

dur. Onun dərdinə ancaq Leyli çarə edə bilər. Məcnun ilk məhəb-

bətini üstün tutur və o, səadətini  yalnız Leyli ilə birləşməkdə gö-

rür. Lakin Məcnun nadan və ədəbsiz deyildir. Ata- anasının təşvi-

şini, narahatçılığını başa düşür. Lakin özü ilə bacarmadığını, ixti-

yarsız olduğunu söyləyir, qərarının səbəbi ancaq odur deyə qətiy-

yətlə bildirir. Məcnunun məhəbbətinin dərin insani məzmunu, ge-

nişliyi,  qeyri-adi  gözəlliyi  meydana  çıxır.  Məcnunun  xarakterin-

dəki  bütövlük,  sabitlik,  ardıcıllıq  Leyliyə  olan  sevgisində  nəzərə 

çarpır.  Ata  –  anası  ona  başqa  sənəm  təklif  edir.  Orta  əsrlərin  bu 




Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə