DəDƏ qorqud a r a ş d ı r m a L a r ı



Yüklə 1,74 Mb.
səhifə50/77
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51680
1   ...   46   47   48   49   50   51   52   53   ...   77

155 

 

də,  o,  ilk  məhəbbətinə  sadiq  qalır.  Konkret  desək,  ata-anasının, 



cəmiyyətin sərt tələblərini yerinə yetirmir. Deməli, Leyli və Məc-

nuna  azad  sevgi  yolu  ilə  birləşib  ailə  həyatı  qurmağa  mane 

olurlar. 

Çox dərin ictimai köklərə bağlı olan “Leyli və Məcnun” poe-

masında şair hər iki qəhrəmanın daxili və mənəvi aləmini ustalıq-

la  açır.  Səhralarda,  vəhşi  heyvanlar  arasında  yaşayan  Məcnunu 

qoca atası ailəyə, həyata qaytarmaq üçün onun yanına gəlir. Məc-

nun  isə  bildirir  ki,  Leyli  ilə  ailə  qurmağa  mane  olan  düşmənləri 

sevinməsinlər. Biz artıq öz istəyimizə nail olmuşuq. 

Beləliklə, Məcnun Leyli ilə birləşmək ümidini itirdikdən sonra 

təsəlli  və  mənəvi  təskinlik  üçün  öz  sevgisi  ilə  ruhən  birləşmək 

ideyasına  sığınır.  Romantik  hisslərlə  yaşayan  Məcnun  sevgisin-

dən  ayrılmaq  istəmir,  yenə  gələcəyə,  Leyli  ilə  birləşib  xoşbəxt 

olmağa ümid bəsləyir. 

Bu  hökm  qəhrəmanların  həyatla  vidalaşarkən  son  anlarında 

belə  özünü aydın  göstərir, onların  qanına, sümüyünə işləmiş  mə-

həbbətin güclü və əzəmətli olmasından xəbər verir. Leyli öz həyat 

faciəsinin  yaralarını  açıb  anasına  göstərirsə,  Məcnun  Leylinin 

qəbri  üstünə  gedib,  ruhunu  vəfalı  sevgisinin  eşqinə  təslim  edir. 

Fikrimizcə,  poemada  ucadan  səslənən  ailə  tərbiyəsi  və  mənəvi 

tərbiyə də budur ki, o, yeni baxışla, yeni təfəkkürlə şərh olunur. 

Nəticədə onu da qeyd edək ki,Füzuli anadilli ədəbiyyatımızda 

orta əsirlərin, daha doğrusu,  İntibah dövrünün  yetişdirdiyi  ən bö-

yük sənətkarlardandır. Füzulidən bəhs edərkən əksər tədqiqatçılar, 

tarixçi  və  təzkirəçilər  onu  bütün  türkdilli  ədəbiyyatın  ən  böyük 

nümayəndəsi  kimi  tanımış  və  təqdim  etmişlər.  Böyük  şairin  öl-

məz  irsinə  S.Ə.Şirvani,  F.Köçərlidən  başlamış  A.Sur,  H.Araslı, 

M.Cəlal,  M.Quluzadə,  R.Azadə,  M.Cəfər,  xalq  şairləri  R.Rza, 

S.Rüstəm, B.Vahabzadə, N.Xəzri, S.Əliyev, Q.Paşayev, A.Vəfalı 

və  b.  hətta  böyük  ədəbiyyatşünas  H.Araslının  oğlu,  Yaxın  Şərq 

ölkələrində 50 ilə yaxın fövqəladə və səlahiyyətli səfir olmuş El-

man  Araslının  qələmə  aldıqları  kitab,  monoqrafiya,  dərslik,  dərs 

vəsaitlərində münasibət  bildirilmişdir. Bura İran, Türkiyə və türk 

xalqlarının  ədəbi-nəzəri,  pedaqoji  görüşlərini  də  daxil  etsək,  bö-




156 

 

yük füzulişünaslıq haqqında bir mənəviyyat körpüsü yaratmış ola-



rıq. 

 

                           



Ədəbiyyat 

 

1.  Füzuli M. Seçilmiş əsərləri. IV cilddə. Bakı, 1958. 



2.  Azərbaycan ədəbiyyatı tarixi. III cilddə. Bakı, 1960. 

3.  H.Araslı. Füzuli. Bakı, 1958. 

4.  S.Əliyev. Füzulinin poetikası. Bakı, 1984. 

5.  Füzulinin seçilmiş əsərləri. Bakı, 1984. 

6.  Ə.Səfərli,  X.Yusifli.  Qədimvə  orta  əsrlər  Azərbaycan 

ədəbiyyatı. Bakı, 1988 



 

Xülasə 

Məqalədə  M.  Füzulinin  Azərbaycan  poeziyasını  yeni 

keyfiyyətlərlə zənginləşdirən “ Leyli və Məcnun” poemasında ailə 

münasibətləri pedaqoji aspektdən tədqiq edilir. 

                                         

Резюме 

В  данной  статье  исследуется  произведение  «Лейли  и 

Меджун»  М.  Фузули  с  точки  зрения  педагогических  наук, 

показываются 

специфические 

морально-дидактические 

особенности этой поемы в Азербайджанской литературы.    

                                         



Summary 

The  article  deals  with  the  family  relationships  in  “  Leili  and 

Majnun”,  the  novel  enriching  Azerbaijani  poetry  with  new 

features from the pedagogical viewpoint. 

 

 

 

 

 

 



157 

 

Məmmədova Səlimə 



elmi işçi 

 

MƏHƏMMƏD FÜZULİNİN ƏSƏRLƏRİNDƏ 



DAVRANIŞ TƏRBİYƏSİ  

 

 Bəzən alicənab, tanınmış, cəmiyyətdə rəğbət qazanmış bir in-



san haqqında xoş sözlər deyiləndə ən yaxşı fikirlərin içində «mə-

dəni insandır» ifadəsinə  də rast  gəlinir. Əslində bu nə deməkdir? 

İnsan elə mədəni olmalıdır. Amma həyat göstərir ki, həmişə belə 

olmur.  Bəs  kimə  mədəni  insan  deyilir?  Mədəni  olmağın  şərtləri 

çoxdur. Bu, elə bir mənəvi məziyyətdir ki, onu libas kimi geyinib-

soyunmaq mümkün deyil. O insanın içində, varlığında olmalıdır. 

Böyüdüyün  mühit,  aldığın  tərbiyə,  bilik,  öz  qabiliyyətin,  gendən 

gəlmə  xüsusiyyətlər,  dərin  müşahidə,  mütaliə  və  nəhayət,  özünü 

cəmiyyətdə həqiqətən səliqəli apara bilmək səriştəsi... Bütün bun-

lar da insanın hərəkətində, danışığında, ətrafdakılara münasibətdə 

özünü  mütləq  göstərir.  XX  əsrin  böyük  kulturoloqu  Əhməd  bəy 

Ağaoğlunun  yazdığı  “Üç  mədəniyyət“  əsərində  o,  “kültür”  və 

”mədəniyyət“  anlayışlarını  fərqləndirərək  onları  daha  geniş  və 

müqayisəli  mənaları  özündə  əks  etdirən  real  ”həyat  tərzi”  kimi 

təqdim edir. O yazır: “Mədəniyyət demək - həyat tərzi deməkdir. 

Bir şərtlə ki, burada həyat qavramının özü də ən geniş və əhatəli 

bir məna daşımalı, həyatın bütün sahə və tərəflərini, maddi və mə-

nəvi olaylarını özündə ehtiva etməlidir. Belə olan halda mədəniy-

yət  düşüncə  və  maraq  tərzindən  başlayaraq  geyim  tərzinə  qədər 

olan həyatın bütün təzahürlərini və hadisələrini əhatə etmiş olur”. 

Tarixən  bütün  uğurların,  qabiliyyətin  başında  mədəniyyət  da-

yanıb. Hətta ən qızğın döyüşlərdə də mədəniyyət gözlənilməlidir. 

Tarixən  igidlərimiz  öz  düşmənlərinə  arxadan  zərbə  vurmayıblar. 

Mədəniyyət  ən  iti  qılıncdan  da  kəsərli  silahdır.  Hər  bir  cəmiy-

yətdə tərbiyə həmin cəmiyyətin başlıca vəzifələrindən birini təşkil 

edir.  İnsan  amilinin  əsas  yer  tutduğu  hazırki  dövrdə  gənc  nəslin 

elmi  dünyagörüşünə,  yüksək  əxlaqi  keyfiyyətlərə  malik  olan, 

ahəngdar  inkişaf  etmiş,  ictimai  cəhətdən  fəal  olan,  mənəvi  zən-

ginliyi, əxlaqi saflığı və fiziki kamilliyi özündə birləşdirən şəxsiy-



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə