DəDƏ qorqud a r a ş d ı r m a L a r ı



Yüklə 1,74 Mb.
səhifə72/77
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51680
1   ...   69   70   71   72   73   74   75   76   77

225 

 

5. Ə.Fərəcov. Dilçilik terminləri lüğəti, Bakı, 1967. 



6.  Xudiyev  N.M.  Tərcümə  və  terminoloji  leksika.  Nitq 

mədəniyyəti məsələləri, Bakı 1992. 

                                                                                          

                                                                                               



Ширинова  Гюлнар 

Резюме 

Необходимость обьединения и проблемы 

создании единой терминов 

 

В статье идет речь о важном значение создании общей 



терминологии  для  единства  общих  терминологий  между 

тюркоязычными народами огузской группы. 

Рассказывается  о  единстве  языковых  и  сближении 

терминов,  тюркских  народов  связанный  с  требованием 

времени и выражают свою отношение к этому. 

Ключевые  слова:  обеьдинение,  нормативный,  дублет, 

синонимы, интенсивный   



 

 

Shirinova Gulnar 

Summary 

   


 

 

 



 

The neccesity of creation of comman termines 

their problems unification items 

 

The article is provided to include the neccesity of creation, 

unification  of  comman  terminology  in  Oghuz  Turkic  language 

groups. 


The association betweon terminus  and languages of Turkic 

spearing people coming out of the requirements of that period of 

time, age is widely discussed in the article.   

Key  words:  unification,  normative,  dublet,  synonyms, 

intensive. 




226 

 

 Məmmədova Aytən  



magistr 

 

Ə.DƏMİRÇİZADƏ YARADICILIĞINDA BƏDİİ DİL  



MƏSƏLƏLƏRİ 

 

Bədii  dil  məsələləri  Azərbaycan  dilçiliyində  geniş  tədqiq 

olunmuş  sahələrdən  biridir.  Azərbaycan  dilçiliyi  tarixində  bədii 

dil məsələlərinin tədqiqində Ə.Dəmirçizadənin xüsusi yeri olmuş-

dur. O, demək olar ki, dilimizin hər bir sahəsinə aid mühüm işlər 

görmüşdür.  Belə  dəyərli  işlərdən  biri  də,  əlbəttə  ki,  onun  bədii 

əsərlərin dilinə aid olan məqalə və kitablarıdır.  

 Ə.Dəmirçizadə  mətbuatda  “Zakirin  dili”,  “C.Cabbarlının 

dramaturgiya dili”, “Sabirin satira texnikası”, “M. F. Axundovun 

Azərbaycan  ədəbi  dilinin  inkişafında  rolu”,  “M.  F.  Axundovun 

dramaturgiya  dili”,  “M.  F.  Axundovun  pyeslərindəki  komizm”, 

“Şairin satira dili haqında”, “Azərbaycan ədəbi dilinin inkişafında 

Füzulinin  yeri”,  “Azərbaycan  ədəbi  dil  tarixində  Nəsiminin 

mövqeyi”  kimi  məqalələrlə  çıxış  etmişdir.  Bundan  başqa  Ə. 

Dəmirçizadənin bədii dilə aid “M. F. Axundov dil haqqında və M. 

F. Axundovun dili” (1941) və “Kitabi- Dədə Qorqud dastanlarının 

dili” (1959) kitabları nəşr olunmuşdur.  

Ə.Dəmirçizadə “Zakirin dili” adlı məqaləsində Zakirin bütün 

dil  xüsusiyyətlərini  bir  məqalədə  əhatə  etməyin  mümkün 

olmadığını  bilirsə  də,  bir  çox  məsələləri,  Zakirin  bədii  dildəki 

əsas cəhətlərini göstərməyə çalışmışdır.  

Ə.Dəmirçizadə  Zakirin  əsərlərinə  təkcə  Vaqifin  deyil,  eləcə 

də  Vaqifdən  əvvəlki  əsrlərin  görkəmli  sənətkarları  olan  Füzuli, 

Xətai  və  hətta  Nəvainin  də  böyük  təsirini  misallarla  izah  edir. 

Bununla  da  ədəbi  dilimizin  ümumxalq  dili  əsasında  formalaşma 

dövründəki vəziyyəti, həmin dövrün ədəbi-bədii dil xüsusiyyətləri 

haqqında  məlumat  verən  Ə.  Dəmirçizadə,  həm  də  özündən  əv-

vəlki ədəbi irsin izlərini Zakir yaradıcılığında “əski ədəbi-bədii dil 

qalıqları”  adlandırmaqla  leksikon  (lüğət),  sintaksis,  stil  (forma) 

kimi qruplaşdırır.  




227 

 

“Zakir  dilinin  tədqiqata  çəkilməsi  ilə  milli  ədəbi  dilimizin 



müəyyən mərhələsinin dil xüsusiyyətləri haqqında xeyli məlumat 

verən Ə. Dəmirçizadə, həm də Zakirin bu dövr Azərbaycan ədəbi 

dilinin inkişafındakı xidmətini, bu xidmətin əhəmiyyətini konkret 

faktlarla izah edir” [4. səh. 80].  

“C.Cabbarlının  dramaturgiya  dili”  məqaləsində  Ə.  Dəmir-

çizadə Cəfərin özünəməxsus ictimai ifadə, dil və danışıq sistemilə 

yalnız  qəhrəman  və  ya  baş  obrazları  deyil,  eyni  zamanda  ikinci, 

üçüncü dərəcəli personajları da təchiz və təmin etdiyini bildirmiş-

dir.  C.Cabbarlının  pyeslərindəki  baş  qəhrəmanları  digər  tiplər 

başqa  cəhətlərlə  tamamladığı  kimi,  dil,  ifadə  forması  ilə  də  ta-

mamlayırlar.  Onun  hər  tipi,  hər  bir  yardımçı  personajı  özünə-

məxsus  spesifik  ifadəyə  malik  olmaqla  bərabər,  mənsub  olduğu 

ictimai qrupun da xüsusi ifadəsini əhatə etmişdir.       

Ə.Dəmirçizadə M. Ə. Sabir haqqında yazılan  “Sabirin satira 

texnikası”  və  “Şairin  satira  dili  haqqında”  məqalələrini  komizm 

vasitə  və  üsullarının  tədqiqinə  həsr  etmişdir.  “Satira  texnikası” 

dedikdə  müəllif  necə  və  hansı  üsullarla  gülmək  kimi  mühüm 

məsələləri  nəzərdə  tutur  və  yazır:  Sabirin  satira  texnikası  –  Sa-

birin tənqidi gülüş tərzi və gülüş üsulu deməkdir. Məqalədə şairin 

kinayə  yaratma  üsullarına  daha  geniş  yer  verilmişdir:  Satiranın 

əsas tərzlərindən biri budur ki, burada müsbət hər şey mənfi kimi, 

düz, doğru hal əyri kimi göstərilir.  

Ə.  Dəmirçizadə  M.  F.  Axundovun  dili  haqqında  da  bir  sıra 

məqalələrlə  çıxış  etmişdir.  Həmin  məqalədən  birində  Ə. 

Dəmirçizadə qeyd edir: “M. F. Axundov qadın tiplərini daha real, 

dürüst bir surətdə xarakterizə etmək üçün, qadınların dilində spe-

sifik  xarakter  daşıyan  ən  xırda,  lakin  çox  mühüm  nöqtələrə  da 

diqqət yetirmişdir. M. F. Axundov əsərlərində qadınları bam-baş-

qa bir dildə danışdırmış, kişilərdən fərqli olaraq onların danışığını 

daha çox canlı danışığa məxsus olan ifadələrlə zənginləşdirmiş və 

həqiqətə uyğun olsun deyə folklor xəzinəsi olan qadınların dialoq-

larını idiomlar, atalar sözü və məsəllər ilə dolğunlaşdırmışdır” [2. 

səh. 125]. 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə