Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 65 saylı 23. 01. 2001-ci IL tarixli əmri ilə


 Boyuk coqrafi kəşflər dovru (XV-XVII əsrlər)



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə13/65
tarix24.12.2017
ölçüsü1,29 Mb.
#18028
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   65

3.1 Boyuk coqrafi kəşflər dovru (XV-XVII əsrlər)  

Yeni dovrun ilk əsrləri (XV-XVI əsrlər) Avropa sənayesinin və ticarətin inkişafı, elmin və mədəniyyətin surətli yuksəlişi ilə 

xarakterizə  olunurdu.  İlk  manufaktura  muəssisələri  yaranır  və  əmtəə  istehsalı  genişlənirdi,  istehsal  edilmiş  məhsulları  satmaq 

ucun daxili bazarlar artıq azlıq edirdi, yeni bazarlara ehtiyac duyulurdu. Qiymətli metallar – qızıl və gumuş catışmırdı, bu da mal 

dovriyyəsini  cətinləşdirirdi.  Avropaya  qızıl,  gumuş,  ipək,  qiymətli  xəz  dərilər  gətirilməsi  tələb  olunurdu.  Bundan  başqa,  Şərq 

olkələrinin  tukənməz  var  dovləti  haqqında  tacir  və  səyyahların  sohbətləri  də  avropalıların  təsəvvurlərini  coşdururdu.  Yuxarıda 

gostərilən  malları  və  Şərqin  var-dovlətini  əldə  etmək  umidi  ilə  yeni  torpaqların  axtarılıb  tapılmasına  can  atılırdı.  Bu  məqsədlə 

Avropanın  bir  sıra  olkələrindən  (İtaliya,  Portuqaliya,  Fransa,  Hollandiya  və  s.)  şərqə,  Rusiyaya,  Afrikaya  yeni  coğrafi 

ekspedisiyalar  gondərilməyə  başlandı.  Bu  ekspedisiyaların  gondərilməsi  ilə  Qərbi  Avropa  tacirləri  Avropadan  Hindistana  və 

Şərqi Asiyaya gedən yeni ticarət yolları axtarıb tapmağa, Asiya olkələri ilə birbaşa əlaqə yaratmağa səy gostərirdilər. Beləliklə, 

yuxarıda  gostərilən  amillərin  təsiri  altında  Boyuk  Coğrafi  kəşflər  dovru  başlanır.  Bu  dovr  XV  əsrin  ortalarından  XVI  əsrin 

ortalarına qədər olan tarixi dovru əhatə edir.  

Boyuk  Coğrafi  kəşflərin  tarixinə  əsaslı  diqqət  yetirilməsi  onunla  bağlıdır  ki,  birincisi,  bu  kəşflər  coğrafi 

ideyaların irəliyə doğru inkişafı nəticəsində mumkun olmuşdur, ikincisi, coğrafi kəşflər oz novbəsində yeni coğrafi 

ideyaların  inkişafına  guclu  təsir  gostərmişdir.  Məhz  bu  dialektik  əlaqə  baxımından  Boyuk  coğrafi  kəşflərin  əsas 

məqamlarının tarixinə daha geniş yer verilmişdir.  

Boyuk coğrafi kəşflər həm bəşəriyyətin və həm də coğrafiyanın tarixində onəmli rol oynamışdır. Həqiqətən də 

"Boyuk" adına layiq gorulən bu kəşflər planetimizdə bəşəriyyətin butun inkişaf tarixi boyu baş vermişdir. Hec bir 

dovrun coğrafi kəşfləri bu dərəcədə zəngin olmamışdır və dunyanın muqəddəratında belə fovqəladə əhəmiyyət kəsb 

etməmişdir.  Bir  necə  dənizci  və  səyyahlar  nəslinin  ciddi  cəhdlərilə  oykumenin  (məlum  olan  torpaqlar)  sərhədləri 

genişləndirildi: dunya ozunun yeni rənglərlə bərq vuran butun muxtəlifliyi ilə goz onundə canlandı (şəkil 8).  

Boyuk coğrafi kəşflərə qədər avropalıların təsəvvurlərində dunya Avropa, Şimali Afrika və Asiyanın bir hissəsi 

ilə  məhdudlaşırdı  ki,  bu  da  butun  qurunun  cəmi  1/4  hissəsini  əhatə  edirdi.  Bu  dovrdə  insanlar  yaşayan  butun 

materiklərin konturları muəyyənləşdirilir (Amerikanın şimali və şimali-qərb sahilləri və Avstraliyanın şərq sahilləri 

istisna  edilməklə),  dəniz  səthinin  geniş  sahələri  tədqiq  edilir:  hərcənd  ki,  Amerika,  Afrika,  Asiya  və  xususilə 

Avstraliyanın  daxili  rayonları  hələlik  oyrənilməmiş  qalırdı.  Məhz  Boyuk  coğrafi  kəşflər  sayəsində  Avropaya  indi 

hər bir avropalının adət etdiyi kartof, pomidor, qarğıdalı və tutun gətirilmişdir.  

Avropada  gedən  sosial  proseslərə  də  bu  kəşflərin  təsiri  xeyli  guclu  olmuşdur.  Ticarət  yolları  təcili  surətdə 

Aralıq  dənizindən  Atlantik  okeanına  doğru  yerini  dəyişirdi.  Nəticədə  bir  olkə  sonurdu,  digərləri  isə  tarixin  on 

sahəsinə  cıxırdı.  Kəşflər  həmcinin  vahid  dunya  bazarının  yaradılmasına  koməklik  gostərdi.  Mustəmləkələrin 

amansız  istismarı  gələcəkdə  bir  sıra  ən  yuksək  inkişaf  etmiş  olkələrin  iqtisadiyyatının  daha  surətlə  yuksəlməsinə 

şərait yaratdı. Boyuk coğrafi kəşflərin həyata kecirilməsi elm və texnikanın inkişafı sayəsində mumkun oldu. Belə 

ki,  okeanda  uzmək  ucun  kifayət  qədər  mohkəm  olan  yelkənli  karavellər  yaradıldı,  kompas  və  dəniz  xəritələri 

təkmilləşdirildi. Yerin kurə formasında olması ideyasının get-gedə daha cox quvvəyə minməsi Boyuk coğrafi kəşflər 

ucun elmi nəzəri baza oldu. Atlantik okeanından kecərək Hindistana gedən qərb istiqamətli dəniz yollarının movcud 

olması  haqqındakı  duşuncələr  həmin  ideya  ilə  bağlı  idi.  Boyuk  kəşflər  ucun  Şərq  xalqlarının  coğrafi  biliklər  və 

dənizciliyin inkişafı sahəsindəki nailiyyətlərinin muhum əhəmiyyəti olmuşdur.  

Coğrafi  kəşflər  sayəsində  toplanan  zəngin  materiallar  coğrafiya  elmində  uzun  muddət  davam  edən durğunluğa  son 

qoydu,  aydın  olmayan  və  səhv  anlayışların  duzgun  başa  duşulməsinə  səbəb  oldu.  XV  əsrin  axırında  və  XVI  əsrin 

əvvəlində Vasko da Qamanın, X.Kolumbun ekspedisiyaları, F.Magellanın Yer  ətrafında ilk dəniz səyahəti Yer haqqında 

umumcoğrafi  təsəvvurlərin  yaradılmasında  əsaslı  bir  pillə  oldu.  Coğrafi  xəritələrdə  Amerika  və  Sakit  okean  oz  əksini 

tapdı,  Hindistana  gedən  dəniz  yolu,  Yer  kurəsinin  əksər  hissəsi  kəşf  edildi.  Bir  sozlə,  coğrafiya  elminin  inkişafı  ucun 

munbit  şərait  yarandı.  Boyuk  coğrafi  kəşflər  elmin  bir  cox  digər  sahələri  (botanika,  zoologiya,  etnoqrafiya  və  s.)  ucun 

zəngin material verdi.  

Coğrafiya  tarixində  XV  əsrə  (daha  dəqiq  desək  1415-1420-ci  illərdən  başlayaraq  1492-ci  ilədək  olan  dovr) 

erkən orta əsrdən Boyuk coğrafi kəşflərə hazırlıq dovru kimi baxılır. Məhz bu dovrdə Amerika və Hindistana dəniz 

yollarının acılması ucun tələb olunan sosial-iqtisadi şərait yaranmışdır və bu kəşflərə təkan verən coğrafi konsepsiya 

inkişaf tapmışdır: nəhayət, uzaq okean səfərlərinə cıxmaq təcrubəsi toplanırdı.  



3.2 Boyuk coğrafi kəşflərə hazırlıq dovru (XV əsr)  

Boyuk  coğrafi  kəşflərin  ilkin  mərhələsində  bir  sıra  səbəblər  uzundən  İspaniya  və  Portuqaliya  digər  olkələrlə 

muqayisədə qarşıda duran murəkkəb vəzifələrin yerinə yetirilməsinə daha cox hazır idilər. Məhz bu iki Pireney olkəsinin 

səyyahları  bir  necə  onilliklərdə  Afrikanın  ətrafını  dolanmaqla Şərq  olkələrinə  və  Amerikaya  gedən  yolları  kəşf  etmişlər, 

Şərq yolunun axtarışı ilə onlar Hindistanı və Qərb yolunun axtarışı ilə isə iki boyuk materiki - Şimali və Cənubi Amerikanı 

kəşf etdilər və oyrəndilər.  

Lakin  XVI  əsrin  ortalarından  başlayaraq  Pireney  olkələri  zəbt  etdikləri  sərvətlər  ilə  məhdudlaşaraq,  yeni 

torpaqlar axtarışından imtina etdilər və əsas diqqəti tutuqları yerləri əldə saxlamağa yonəltdilər. Gostərilən vaxtdan 

sonra onların yerinə daha guclu olan İngiltərə və Hollandiya gəldi.  

Deməli, Boyuk Coğrafi kəşfləri ilkin hazırlayan və həyata kecirən iki Pireney dovləti- İspaniya və Portuqaliya 

olmuşdur.  Boyuk  coğrafi  kəşflər  dovru  X.Kolumb  və  F.Magellanın  adları  ilə  bağlı  olsa  da,  bu  bir  həqiqətdir  ki, 

həmin  dovrdə  uzaq  dəniz  səyahətlərinin  elmi  və  texniki  bazasını  boyuk  təkid  və  həvəslə  hazırlayan  Portuqaliya 

şahzadəsi Henrix Dənizci (1395-1460) olmuşdur. Dənizci ləqəbi Henrixə XIX əsrdə verilmişdir. Bu adı almasına 

baxmayaraq, coxlu ekspedisiyalar təşkil etsə də, onun ozu hec bir dəniz səyahətinə cıxmamışdır.  

O, hələ gənc ikən 1415-ci ildə Şimali Afrika limanı olan Suyetanın Portuqaliya tərəfindən alınmasında iştirak 

etmişdir.  Hələ  orada  olarkən  oyrənir  ki,  bu  şəhərdən  cənuba  -  Boyuk  səhranı  kəsib  kecən  və  qızılla  zəngin  olan 




Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə