Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 65 saylı 23. 01. 2001-ci IL tarixli əmri ilə



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə16/65
tarix24.12.2017
ölçüsü1,29 Mb.
#18028
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   65

Məcidi ozlərinə bələdci gotururlər. Vasko da Qama onun koməyi və musson-səmt (may ayı) kuləklərindən istifadə 

edərək  1498-ci  ildə  Hindistan  sahillərinə  gəlib  catır.  O,  yerli  tacirlərlə  alver  edərək,  ədviyyat,  qızıl  və  bahalı  daş-

qaşla oz gəmilərini yukləyir və yenə də musson kuləklərindən istifadə edərək geriyə – Afrika sahillərinə və oradan 

isə 1499-cu ildə Portuqaliyaya qayıdır. Beləliklə, Vasko da Qama Afrika ətrafına cənubdan dolanaraq dəniz yolu ilə 

Hindistana gəlmiş ilk avropalı hesab olunur. Bu təkcə Portuqaliya tarixində deyil, dunya ticarəti tarixində də onəmli 

bir  hadisə  idi.  Həmin  vaxtdan  başlayaraq  Suveyş  kanalı  (1869)  acılanadək,  Avropa  ilə  Hindistan  və  Cin  arasında 

ticarət  əvvəlki  kimi  Aralıq  dənizi  ilə  yox,  Atlantik  okeanı  –  Umid  Burnu  yanından  kecən  dəniz  yolu  ilə  aparıldı. 

Yeni  acılan  bu  dəniz  yolu  tarixi  İpək  yolunun  da  tənəzzulunə  səbəb  oldu.  Sosial-siyasi  baxımdan  isə  Hindistanın 

talan və işğalının başlanğıcını qoydu.  

Vasko  da  Qama  1502-ci  ildə  top-tufənglə  yenidən  Hindistana  gəlir.  Kəlkədə  şəhərini  dağıdır  və  boyuk  var-

dovlətlə  vətənə  qayıdır.  Bu  ekspedisiya  təkcə  Hindistanın  yox,  həm  də  Hind-Cin  və  İndoneziyanın  zəbt  və  talan 

olunması ilə nəticələnir. Portuqaliyalılar sonralar Pekinə  və Yaponiyanın Kyusuyu adasına qədər gedib cıxırlar və 

bu olkələrlə ticarət əlaqələrinin əsasını qoyurlar.  

Belə  bir  vəziyyətdə  Amerikanı  kəşf  etdikdən  sonra  orada  acı  bibərdən  başqa  hec  nə  tapa  bilməyən  ispanlar 

durub  gozləyə  bilməzdilər  ki,  Hindistan  ədviyyatının  ticarəti  təkcə  portuqaliyalıların  əlində  olsun.  Bu  da  oz 

novbəsində İspaniyanın hakim dairələrini ədviyyat olkələrinə (Moluk adaları) qərb dəniz yolunun inadla axtarışına 

vadar edir.  

Fernan  Magellan  (1480-1521)  1519-cu  ilin  20  sentyabrında  beş  gəmi  ilə  İspaniyadan  ilk  dunya  səyahətinə 

yola duşur. Atlantik okeanını kecdikdən sonra Magellan Cənubi Amerika sahilləri boyu uzərək qərbə gedən boğazı 

axtarır və nəhayət 520 c.e. indi onun adını daşıyan Magellan boğazını boyuk cətinliklə kecərək okean ənginliklərinə 

cıxır. Dar, qaranlıq boğaz dongələrindən sakit bir okeana cıxan ekspedisiya iştirakcılarında xoş təəssurat yaranır və 

bu  okeanı  Sakit  okean  adlandırırlar.  Dunyada  ilk  dəfə  Sakit  okeanın  ən  enli  yerindən  uzub  kecən  Magellanın 

gəmiləri xoş və acı gunləri yaşamaqla dord aydan sora gəlib indiki Filippin adalarına cıxırlar. Burada Magellan yerli 

tayfalar arasında gedən vuruşmaya qoşulur və 27 aprel 1521-ci ildə oldurulur.  

Qalan  gəmilərdən  birisi  Xuan  Sebastyan  Elkanonun  başcılığı  ilə  butun  yol  boyu  portuqaliyalılardan  gizli 

əvvəlcə  Moluk  adalarına  gəlir,  orada  xeyli  ədviyyat  yukləyir,  Timor  adasından  kecib  boyuk  cətinliklərlə  Hind 

okeanının cənub enliklərilə uzərək, Umid burnundan kecib 1522-ci ilin 8 sentyabrında salamat qalmış cəmi 18 nəfər 

dənizci ilə (yola cıxan 265 nəfərdən) gəlib İspaniyaya catır.  

Magellanın başcılığı altında həyata kecirilən Birinci Dunya səyahətinin muəyyən iqtisadi səmərəsi olmasa da, 

tarixdə  boyuk  coğrafi  nəticələr  qazanmışdır.  .Yeni  iqtisadi  baxımdan  əsas  ədviyyat  verən  olkələr  –  Hindistan  və 

digərləri yenə də Portuqaliyanın əlində qalırdı. Coğrafi baxımdan: Yerin kurə şəklində olması qəti subuta yetirildi; 

Vahid Dunya okeanının movcudluğu muəyyənləşdirildi və vaxtilə Ptolemeyin də mudafiə etdiyi «kontinental», yəni 

qurunun daha geniş sahə tutması baxışları ozunu doğrultmadı. Həm də gec də olsa bəşəriyyət bildi ki, Yer kurəsini 

şərqdən  qərbə  dolanarkən  bir  gun  qazanırsan.  Belə  ki,  səyahətcilər  İspaniyaya  8  sentyabr,  bazar  gunu  gəlib 

cıxmışdılar,  gəminin  gundəliyində  isə  şənbə  idi.  Qısa  dovrdə  –  cəmi  yarım  əsrdə  bizim  planetimizin  avropalılara 

məlum olan sərhədlərinin gorunməmiş dərəcədə genişlənməsi baş verdi. Lakin kohnə dunyanın və yeni kəşf olunan 

materiklərin daxili hissələri hələ də oyrənilməmiş qalırdı. Avstraliya, Antarktida, Asiya və Şimali Amerikanın şimal 

sahilləri hələ kəşf olunmamışdır.  

Boyuk Kəşflər dovru coğrafi  təsəvvurlərin inkişafı oz  əksini parlaq şəkildə dovrun  xəritələrində tapırdı. Daha 

duzgun proyeksiyalı və dərəcə toru ilə duzəldilmiş xəritələr (məsələn, Herard Merkatorun xəritəsi) meydana gəldi. 

Ərazi kəşfləri dunyanın coğrafi xəritəsində oz əksini tapdı. Ekspedisiyaların kəşf etdiyi obyektlərin coğrafi movqeyi 

dəqiq muəyyən edildi.  

3.4 Boyuk coğrafi kəşflərin ikinci dovru (1550-1650-ci illər)  

Boyuk  coğrafi  kəşflərin  muhum  iqtisadi  və  siyasi  nəticələri  də  olmuşdur.  Avropada  yayılan  yeni  burjuaziya 

ucun  həm  var-dovlət  və  həm  də  geniş  bazar  tələb  olunurdu.  Bununla  bağlı  olaraq  Boyuk  coğrafi  kəşflər 

mustəmləkəciliyin,  okean  arxasına  əhali  kocurulməsinin  və  beynəlxalq  əlaqələrin  butun  dunyaya  yayılmasının 

əsasını qoydu.  

Coğrafi kəşflər nəticəsində ticarət yolları Aralıq dənizindən Atlantik okeanına doğru yerini dəyişir və bu yollar 

uzərindəki hokmranlıq İspaniya və Portuqaliyanın əlində cəmlənir. Lakin daha cox sənaye məhsulları istehsalını və 

satışını  oz  əllərində  toplayan  İngiltərə,  Fransa  və  Hollandiya  surətlə  varlanırdılar.  Onlar  getdikcə  İspaniya  və 

Portuqaliyanı  bazarlardan,  dəniz  yollarından  və  okean  arxasındakı  torpaqlardan  sıxışdırmağa  başladılar.  Butun 

sonrakı  əsərlərdə  məhz  İngiltərə,  Hollandiya  və  sonralar  onlara  qoşulan  Fransa  yeni  torpaqların  kəşfində,  onların 

oyrənilməsində və oz mustəmləkələrinə cevirmələrində fəal rol oynamağa başlayıblar.  

Magellanın Sakit okeandan kecdiyi yol tədricən intensiv gediş-gəliş yoluna cevrilir. Bu yol boyu Yeni Qvineya, 

Karolina,  Marşal,  Solomon,  Markiz  və  b.  adalar  kəşf  olunur  və  həm  də  məlum  olur  ki,  bu  adaların  əksəriyyəti 

avropalılara qədər yerli xalqlarla məskunlaşıbdır. Ozu də avropalıların qorxa-qorxa uzdukləri okean sularında yerli 

dənizcilərin gəmiləri sərbəst surətdə şutuyurdulər.  

XVI  əsrdəki  Avropa  xəritələrində  «Naməlum  Cənub  Torpağı»  (Terra  Australis  İnkoqnita  –  latın.)  yenidən 

gundəmə  gətirilir.  Bu  torpağın  movcudluğu  haqqında  fərziyyələr  hələ  lap  qədimdən  movcud  idi.  Belə  ideya  irəli 

surulmuşdur  ki,  Şimal  yarımkurəsinin  geniş  quru  sahəsini  muvazinətdə  saxlayan  cənub  torpaqları  da  movcud 

olmalıdır.  



Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə