Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 65 saylı 23. 01. 2001-ci IL tarixli əmri ilə



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə17/65
tarix24.12.2017
ölçüsü1,29 Mb.
#18028
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   65

Ptolemeyə gorə bu torpaqlar cənubdan Hind okeanı ilə əhatələnir və Afrikanın davamıdır. Flamand kartoqrafı 

Abraham Ortelinin duzəltdiyi xəritədə (1570-ci il) «Naməlum Cənub Torpaqı» butun Yer kurəsini əhatə etməklə, 

aşağı enliklərə doğru cəkilir.  

Butun omrunu cənub torpağının axtarışına həsr etmiş Pedro de Kiros Avstraliyanın Kolumbu adlandırılsa da, 

bu torpağı tapa  bilməmişdir. Lakin qəribə  təsaduf  nəticəsində  onun  yol  yoldaşı  Luis de  Torres Avstraliyaya  xeyli 

yaxınlaşmış, indi onun adını daşıyan Torres boğazını kecmiş və subut etmişdir ki, Yeni Qvineya materikin cıxıntısı 

olmayıb,  mustəqil  adadır.  Kiros  və  Torresin  səyahətlərinin  boyuk  əhəmiyyəti  var  idi.  Belə  ki,  bir  tərəfdən  cənub 

torpağının axtarışı daimi diqqət mərkəzində saxlanılırdı və digər tərəfdən isə yeni-yeni əhəmiyyətli kəşflər edilirdi: 

Qrenlandiyadan  sonra  dunyanın  ikinci  boyuk  adası  olan  Yeni  Qvineya  avropalılara  məlum  olur.  Daha  sonra  isə 

axtarılan Cənub materikinin sərhədlərinin cənuba doğru uzanması aşkar olunur. Lakin bu kəşflərin coxu o zamanlar 

gizli saxlanıldığına gorə sonralar həmin yerlərin təkrar kəşfləri baş vermişdir. Kiros və Torresin kəşfləri İspaniyanın 

Boyuk coğrafi kəşflər erasında sonuncu akkordu oldu. Bundan sonra Pireney olkələri oz quvvələrini tamamilə əldə 

elədikləri torpaqların qorunmasına yonəltdilər.  

Hollandiya boyuk cəsarətlə Yeni kəşflər təşəbbusunu oz əlinə kecirdi. 1602-ci ildə təşkil olunmuş «Ost-İndiya 

Hollandiya şirkəti» bir necə ildən sonra Zond adalarındakı ən muhum əraziləri portuqaliyalıların əlindən aldı. Yeni 

sərvət  mənbələrinin  axtarışı  onları  tezliklə  Avstraliya  sahillərinə  gətirib  cıxartdı.  Hollandiya  dənizcisi  Villem 

Yanszon  Torresdən  bir  necə  ay  əvvəl  Avstraliya  sahillərində  olmuş  ilk  avropalı  hesab  olunur.  O,  1606-cı  ildə 

Keyp-York  yarımadasının  qərb  sahillərini  oz  xəritəsinə  kocurmuşdur.  Artıq  XVII  əsrin  ilk  illərində  hollandiyalı 

dənizcilər Avstraliyanın  «Yeni Hollandiya»  sahillərini  gorurdulər, 1615-ci ildən sonra onun qərb, qismən şimal və 

cənub  sahillərinin  xəttləri  muəyyənləşdirilmişdir.  Hollandiyalı  Abel  Tasman  1642-1643-cu  illərdə  Avstraliyanı 

cənubdan  kecərək  Tasmaniya  və  Yeni  Zelandiya  adalarını  kəşf  etdi.  Lakin  Tasmanın  uğursuzluğu  onda  İndiki  o, 

kəşf  etdiyi  bu  adaların  lap  yaxınlığında  yerləşən  Avstraliya  kimi  boyuk  bir  materiki  gorə  bilməmişdir.  Materikin 

kəşfi sonrakı əsrlərə qalmışdır.  

XVI  əsrin  ikinci  yarısında  qızıl  və  ədviyyatla  dolu  portuqal  və  ispan  gəmilərini  qarət  etmək  ucun  ingilis, 

holland və fransız dəniz quldarlarının fəaliyyəti guclənir, bir cox hallarda buna dovlətlərin ozləri də rəvac verirdilər.  

Boyuk dəniz qulduru hesab olunan ingilis Frensis Dreyk 1577-1580-ci illərdə Magellandan sonra ikinci dunya 

səyahətini həyata kecirir. Bu səyahəti zamanı o cənubi Amerikanı Antarktidadan ayıran ən enli Dreyk boğazını kəşf 

edir,  ispanların  gozləmədikləri  yollarla  Cənubi  Amerikanın  Sakit  okean  sahillərilə  uzərək  onların  coxlu  qızıl  və 

başqa  sərvətlər  yuklənmiş  gəmilərini  qarət  edir  və  ələ  kecməsin  deyə  ozunun  surətli  gəmisi  ilə  dunyanı  bir  daha 

dolanır.  İngiltərəyə  qayıdan  Dreyk  dovlət  xəzinəsinə  bu  olkənin  illik  gəlirindən  iki  dəfə  cox  dəyərində  olan  qızıl 

verir, ozunə və adamlarına da pay goturur.  

Bizim  oyrəndiyimiz  dovrun  muhum  bir  mərhələsini  də  Asiya  və  Şimali  Amerikanı  şimaldan  dolanmaqla 

Hindistana və Cinə yolların axtarışı təşkil edirdi. Dunyanın əsas dəniz yollarında İspaniya və Portuqaliya dovlətləri 

hokmranlıq  etdiklərinə  gorə  yeni  Şimal  yolunun  axtarışının  təşəbbuskarları  hollandlar  və  ingilislər  olmuşlar.  İlk 

ingilis  (1553-cu  il)  və  holland  (1557-ci  il)  ticarət  gəmiləri  Şimali  Dvinanın  ağzında  gorunurlər.  Ən  muhum  elmi 

əhəmiyyət  daşıyan  ekspedisiya  Villem  Barensin  (1596-1597-ci  illər)  başcılığı  ilə  hollandların  təşkil  etdikləri 

ekspedisiya olmuşdur. Bu ekspedisiya Yeni Torpaq adasını şimaldan kecərək Buzlu adlanan limanda qışlamışdır.  

Xarici  olkələrin  belə  cəhətlərini  gorən  rus  pomorları  Asiya  materikinin  şimalında  yeni  kəşflər  aparmağa 

girişirlər. Əlbəttə, belə işlərlə onlar hələ lap əvvəllər də məşğul olurdular.  

Qərbi  Avropa  ilə  ticarətin  genişləndirilməsi  coxlu  xəz-dəri  tələb  edirdi.  Kazan  xanlığının  suqutu  (1552-ci  il) 

xəz-dəri  ilə  zəngin  olan  Sibirə  qısa  və  rahat  yolların  acılmasına  səbəb  oldu.  Yermak  tərəfindən  Kucum  xanlığının 

məğlub  edilməsi  (1581-ci  il)  kazakların  və  onların  arxasınca  xəz-dəri  tədarukculərinin  Sibirə  axınını  xeyli 

surətləndirdi.  Yeni  torpaqlara  doğru  hərəkət  həm  cay  yolları  və  həm  də  şimal  dənizlərinin  sahilləri  boyu  həyata 

kecirilirdi. Cəmi əlli ildən sonra rus səyyahları Cukotkaya  və Kamcatkaya gedib cıxdılar. Xəritələrdən gorunur ki, 

onlar enlik uzrə 1200 – Yerin cevrəsinin 1/3 bərabər olan məsafə kecmişlər. Bu səyyahlar Yenisey, Xatanqa, Lena, 

Kolıma, İndiqirka, Yana, Anadır və b. cayların ağızlarını kəşf etmişlər. Pomorların qayıqları və buzlu suya davamlı 

olan  gəmiləri  (kocları)  cəsarətlə  Şimal  Buzlu  okeanına  cıxmışdır.  1639-cu  ildə  İvan  Moskvitin  Aldan  cayının  su 

ayrıcısını aşaraq Oxot dənizinə tokulən caylarla Sakit okeana gəlib cıxır.  

1643-1646-cı illərdə Vasiliy  Poyarkovun  dəstəsi  Lenadan  Amura  kecir  və Oxot dənizində uzur. 1648-ci ildə 

Semyon Dejnyov Kolıma cayından Cukot dənizinə cıxır və onu boyuk cətinliklə uzub kecərək Asiya ilə Amerikanı 

ayıran Berinq boğazına daxil olur, Asiyanın şimal-şərq ucqarının təsvirini verir və sonralar həmin burun Dejnyov 

burnu adlandırırlar.  

Boyuk coğrafi  kəşflərin ikinci  mərhələsində  coğrafiyaya  aid yazılan  ədəbiyyatların sayı  coxalır, elmi  əsasları 

dərinləşdirilir.  

Nikolay Kopernik (1473-1543-cu illər) Heliosentrik nəzəriyyəni yaratdı. Jan Bodenin (1530-1595) «Coğrafi 

muhitin  insan  cəmiyyətinə  təsiri»  kitabı  nəşr  (1566)  edildi  ki,  bu  da  coğrafiyanın  nəzəri  cəhətdən  dircəlməsində 

xususi  rol  oynadı.  Bu  əsərdə  muəllif  antik  və  ərəb  alimlərinin  muhit  haqqındakı  mulahizələrinə  əsaslanan  yeni 

fikirlər  irəli  sururdu.  Jan  Boden  antik  coğrafi  materializm  inkişaf  etdirməklə,  insanı  təbiətdən  ayrı  goturən  və  o 

zaman hakim olan xristian dininin doqmatizminə kəskin zərbə endirdi.  

Bu dovrdə bir sıra alimlər tarixi coğrafiya ilə məşğul olurdular. Hollandiya alimi Avraam Orteli (1524-1598) 

coğrafiyanı  tarixin  gozu  adlandırmışdır.  O,  qədimdə  xalqların  məskunlaşmasından,  o  dovrdəki  dovlətlərin 

sərhədlərindən danışan elmə tarixi coğrafiya deyirdi və onu tarix elminin yardımcı fənni hesab edirdi. Orteli 1570-ci 




Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə