Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 65 saylı 23. 01. 2001-ci IL tarixli əmri ilə



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə25/65
tarix24.12.2017
ölçüsü1,29 Mb.
#18028
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   65

həmin muddəalar indi də oz əhəmiyyətini itirməmişdir. Alimin fikrincə, yerli faunanın tərkibi oz-ozunə yaranmayıb, 

olkənin  fiziki  şəraiti  ilə  bağlıdır.  Beləliklə,  Severtsov  hələ  o  zaman  biosenoz  haqqında  muasir  ideyalara  yaxın 

fikirlər soyləyirdi. O, təbii aləmin butovluyu və ondakı elementlərin bir-birilə əlaqəsini də gorurdu. N.A.Severtsov 

1857-ci ildə Orta Asiya, Pamir, Tyan-Şan, Sır-Dərya və Aral golunə ekspedisiyaya getmiş, şəraitin xususiyyətlərini 

və  heyvanlar  aləmi  ilə  əlaqələrini  oyrənmiş,  təbii  qurşaqları  muəyyənləşdirmiş  və  bu  qurşaqlarda  ətraf  muhitin 

heyvanat  aləminə  təsirini  gostərmişdir.  1873-cu  ildə  o,  «Turkustan  heyvanlarının  şaquli  və  ufuqi  yayılması» 

haqqında kitab yazmışdır.  

Təkamul nəzəriyyəsini dərindən oyrənən alim Darvinin suni və təbii secmə nəzəriyyəsini qəbul edirsə də, onun 

xarici  muhitin  təkamulə  təsiri  nəzəriyyəsi  ilə  razılaşmır.  O  gostərirdi  ki,  dağ  otlaqları,  dağ  havası  iqlimin  sərt 

dəyişmələri və başqa şərait də təbii secmə kimi novlərin əmələ gəlməsinə komək edir.  

Severtsov  Orta  Asiya  dağlarında  şaquli  təbii  qurşaqları  muəyyənləşdirmiş  və  bu  qurşaqlar  uzrə  ətraf  muhitin 

heyvanların həyat tərzinə təsirini muşahidə etmişdir. Avropa Rusiyasında o, beş zona (tundra, tayqa, kecid zonası – 

qarışıq  meşələr  və  meşə-col  zonası,  collər  və  səhralar)  ayırmış  və  onların  hər  birinin  heyvanat  aləmini 

səciyyələndirmişdir.  

Təkamul  nəzəriyyəsinin  banisi,  məşhur  ingilis  bioloqu  Carlz  Darvin  (1809-1882)  elmi  fəaliyyətə  «Biql» 

gəmisində beş il (1831-1836) davam edən səyahətlə başlamışdır. Ozunun qeyd etdiyi kimi, bu səyahət ona qiymətli 

muşahidələr  aparmağa  və  dərin  bilik  toplamağa  imkan  vermişdir.  Buna  gorə  də  Darvin  bu  coğrafi  səyahəti  oz 

həyatının ən qiymətli anı hesab etmişdir.  «Biql»  gəmisində dunya  ətrafında naturalistin  səyahəti» adlı kitabında o, 

səyahətin  ona  verdiyi  geniş  dunyagoruşundən,  apardığı  muşahidələrdən,  ayrı-ayrı  olkələrin  fauna  və  florasının 

əsrarəngizliyindən danışır.  

Darvin  təkcə  bioloq,  naturalist  kimi  yox,  həm  də  geoloq,  coğrafiyacı,  zooloq,  okeanoloq  kimi  muşahidələr 

aparmış və amillərin bir-biri ilə əlaqəsindən yaranmış təbiətin vahidliyini gormuşdu. Onun 20 illik elmi fəaliyyəti 

novlərin  mənşəyinə  həsr  edilmişdir.  1859-cu  ildə  Darvinin  «Novlərin  mənşəyi»  əsəri  nəşr  olunmuşdur.  Bu  əsərdə 

gostərilmişdir ki, bitki və heyvan novləri sabit deyil, dəyişkəndir. İndiki novlər təbii secmə yolu ilə əvvəllər movcud 

olan  novlərdən  torəmişdir.  Canlı  təbiətdə  muşahidə  edilən  məqsədəuyğunluq  orqanizm  ucun  faydalı  olan 

istiqamətləndirilməmiş dəyişmələrin təbii secilməsi yolu ilə yaranmış və yaranır.  

O,  dəyişikliyin  iki  tipini  əsas  goturmuşdu:  aşkar  dəyişkənlik  (orqanizmlərin  xarici  muhit  amillərinin  təsirinə 

qarşı  uyğunlaşma  reaksiyası)  və  qeyri-aşkar  dəyişkənlik  (xarici  muhit  amillərinin  təsiri  altında  əmələ  gələn,  lakin 

uyğunlaşma xarakteri daşımayan dəyişkənlik). Aşkar dəyişmələr ona səbəb olan amilin yoxa cıxması ilə bir qayda 

olaraq,  artıq  novbəti  nəsildə  itib  gedirlər.  Qeyri-aşkar  dəyişmələr  isə  əksinə,  muhitdən,  şəraitdən  asılı  olmayaraq 

nəsildən nəsilə kecir. Buna gorə də məhz qeyri-aşkar dəyişkənlik təkamul ucun əsas material verir.  

Darvin təbii secməni təkamulun əsas amili hesab etsə də, novlərin əmələ gəlməsində coğrafi muhitin və onun 

unsurlərinin (iqlimin) rolunu inkar etmirdi. Omrunun axırına yaxın o, belə bir fikri etiraf etməli olmuşdur ki, ətraf 

muhitin, yəni qidanın, iqlimin və s. bilavasitə təsirinə olduqca az əhəmiyyət verilməsi onun ən boyuk səhvidir. Məhz 

bu  etirafın  gələcək  coğrafi  və  ekoloji  tədqiqatlar  ucun  muhum  əhəmiyyəti  olmuşdu.  Uzvu  aləmin  inkişaf 

qanunlarının kəşf edilməsi coğrafiyanın bir sıra cətin anlaşılan və mubahisəli məsələlərinin həll edilməsinə yaxından 

komək etmişdi.  

Kapitalizmin  surətli  inkişafı  geniş  ərazilərin  və  təbii  ehtiyatların  istehsala  cəlb  edilməsinə,  boyuk  torpaq 

sahələrinin  mənimsənilməsinə,  nəhəng  meşə  sahələrinin  qırılmasına  və  s.  səbəb  olurdu.  Bu  da  oz  novbəsində,  yer 

səthinin dəyişilməsinə gətirib cıxarırdı. Ona gorə də dunya coğrafiyası qarşısına yeni problemlər – insan ilə təbiətin 

munasibəti,  təbiətin  qorunması,  korlanmış  təbiətin  yenidən  bərpa  edilməsi  məsələləri  kimi  praktiki  əhəmiyyətli 

problemlər  cıxırdı.  XIX  əsrin  ikinci  yarısında  Avropa  və  Amerikada  həmin  problemlərin  həlli  ucun  yollar  axtaran 

bir sıra mutərəqqi coğrafiyacı elm xadimləri meydana gəldi.  

Alman botaniki və aqronomu Karl Fraas (1810-1875) «Zaman ərzindəki iqlim, bitki aləmi, onların tarixi» adlı 

əsərində  isbat  etməyə  calışmışdır  ki,  tarixi  dovrlərdə  iqlim  və  bitki  aləmi  dəyişir.  O,  gostərmişdir  ki,  mədəni 

bitkilərin  yayılması  ilə  torpağın  rutubəti  itir,  getdikcə  bitkilər  cənubdan  şimala  doğru  irəliləyir,  uzun  muddət  əkin 

ucun  istifadə  edilən  torpaqlar  artıq  sıradan  cıxır,  əvvəllər  əkincilik  ucun  əhəmiyyətli  torpaqlar  cox  istifadə 

olunduğundan məhsuldarlığı aşağı duşur, nəticədə onlar collərə və hətta səhraya cevrilir.  

Rus  inqilabcı  demokratı  D.İ.Pisarevin  (1840-1862)  «Əməyin  tarixindən  ocerklər»  əsəri  coğrafi  cəhətdən 

maraqlıdır. Muəllif təbiətdə movcud olan maddələr dovranı haqqında yazır və bu dovrana insan fəaliyyətini də daxil 

edir.  İnsan  şuurlu  surətdə  maddələr  mubadiləsinə  qarışır,  həmin  maddələrin  bəzi  xırda  axınlarını  surətləndirir  və 

istiqamətləndirir.  İnsan  materiyanın  movcud  olduğu  formaların  və  təbiətin  sadə  elementlərinin  daxil  olduğu 

kombinasiyaları yaradır və ya dağıdır, bununla da təbiətdə baş verən boyuk dovranda iştirak edir.  

Pisarev  təbiətə  «nəhəng  bir  kapital»  kimi  baxır;  bu  «kapital»a  əmək  sərf  edilsə,  ondan  yarım  qəpik  də  itməz. 

Təbiətə sərf edilən əməyə insanın təbiət ilə mubarizəsi kimi baxmaq lazımdır. İnsan əməyinin təbiətə tətbiqi əmanət 

kassasına boyuk məbləğdə pul yığmaq kimi bir şeydir.  

Muəllif  belə  bir  fikir  irəli  surur:  indi  ki,  təbiət  bizdən  əvvəl  yaşamış  nəsillərin  zəhməti  ilə  bizim  ucun 

hazırlanmışdır, biz də boyuk əmək sərf etməklə təbiəti gələcək nəsillər ucun hazırlamalıyıq. İnsanlar oz əməlləri ilə 

Yer uzunu qabaqcadan yaşayış və istehsal fəaliyyəti ucun hazırlamasaydılar, bu qədər əhali sıxlığı olmazdı. Pisarev 

qeyd edirdi ki, bir cox hallarda insan ilə təbiət arasında uyğunsuzluqlar da əmələ gəlir ki, bu da təbiət qanunlarının 

və  onun  imkanlarının  insanlar  tərəfindən  yaxşı  oyrənilməsi  uzundən  baş  verir.  Təbiət  haqqındakı  biliklər  boyuk 

quvvədir, onu əldə etmək lazımdır.  




Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə