Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 24. 07. 2014-cü il tarixli, 842 №-li əmri ilə



Yüklə 3,74 Kb.
Pdf görüntüsü
səhifə28/49
tarix23.10.2017
ölçüsü3,74 Kb.
#6411
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   49

97
KKAMİLLİYƏ DOĞRU
Azərbaycan kitabçılıq tarixində də perqament xüsusi yer tutur. Hazırda
Azərbaycan Milli Elmlər Akademiyasının  Əlyazmalar  İnstitutunda VIII
əsrdə kufi xətti ilə dəri üzərində yazılmış “Quran” surəsi müһafizə edilir.
Təbriz kitabxanasında saxlanılan perqament kitablardan biri gözəl xətlə
xanı balığı dərisində yazılmış “Quran” nüsxə sidir.
Məlum olduğu kimi, Çindən Avropaya gedən
İpək yolu Azərbaycandan keçirdi. M.ö. II əsrdən
başlayaraq Çindən gələn karvanlar hər il Azər ­
bay   cana minlərlə ton ipək parça gətirirdi.
Azərbaycan xəttatlarının ən çox istifadə etdikləri
yazı mate 
rial larından biri də ipək parça idi.
Müəlliflər və xəttatlar onların üstünü yazandan
sonra ipək səhifələri üst­üstə  yığıb cildçiyə
verərdilər. Nizami Gəncə vi nin əsərlərində oxu ­
duğumuz bir çox misralar hə min dövrdə ipək
parça üzərində  tuşla yazının ge niş yayıldığını
göstərir: 
“...Yazırdı ipəyə qara müşk ilə”;
“...Müşk ilə süslәnmiş ipək məktubu üç yerin ­
dən öpüb açdı”;
“...İpək üzərində yazmaqdan katiblər yorğun düşdülər”;
“...Gözəl bir ipəyə bürünüb əsər”...
Bu sözlər isə M.F.Axundovun “Kəmalüddövlə məktubları”ndandır: “Xət ­
tatlar ağ ipək üzərində yazmağı daһa çox xoşlayırdılar”.
Tarixi mənbələrdə deyildiyinə görə, Zülfüqar Şirvaninin (1190­1245) bir
şeirin dən təsirlənmiş Şirvanşah hökmdarının vəziri ona üç ton yarım ipək
bağışlamışdı ki, bundan şairin əsərlərini kitab halına salmaq üçün istifadə
olunmuşdu.
“Azәrbaycanda nәşriyyat işi” kitabından
Düşün v  cavab ver
4. M tnin yarımbaşlıqlarını m zmun ardıcıllığına gör  sı ra la yın.
A) perqament      B) gil v  daş      C) ip k      D) papirus
Söz ehtiyatı
5. “Tuş”, “müşk”, “süsl nm k” sözl rini kontekst  gör  izah edin.
3. Müasir dövrd  “perqament” sözü başqa hansı m na k sb edir?
Çap üçün deyil


D
Dil qaydaları
6. M tnd  göy r ngl  verilmiş cüml l rd  bağlayıcıları göst rin. N
üçün bir neç  sözd n ibar t olduğunu  saslandırmağa çalışın. 
7. Nöqt l rin yerin  müvafiq bağlayıcılar işl tm kl  cüml l ri ta -
mam layın.
1. Fikrimizi zorla başqalarına q bul etdirm k ... faydasız, ...
arzuolunmaz işdir.
2. X st likd n sonra o ... fiziki durumunu b rpa etdi, ... intensiv
m şql r hesabına yarışın qalibi oldu.
3. Atam ... televizora baxır, ... kompüterd  n  is  yazır, ... ayağa
qalxaraq otaqda var-g l edirdi.
4. Rejim  düş  bilm diyind n o ... d rsl rini yaxşı oxuyur, ...
dostları il  ist diyi kimi  yl n  bilirdi.
5. Biz s ninl  ... ümumi bir razılığa g l c yik, ... yollarımız 
ayrılacaq.
8. Mür kk b bağlayıcıların yazılışında yol verilmiş  s hvl ri düz ldib
yazın.
1. İşl ri çatdırmırdıq, ona gör d  narahat idik.
2. Halbu ki S nub r bu yerl r  b l d idi.
3. 
H r gah özü d  bu yolu bel  gets , hara çıxacağını bilmirdi.
4. H m yağış yağır, h md  arabir qar d n l ri düşürdü.
5. Gecdir, s h ri gözl m , ona gör ki dan yeri sökül r-sökülm z
atlılar k ndd  olacaqlar.
6. H rç ndki iç ri ön t r fd n d  yol var idi, m n arxa t r fd n
keçdim.
Mür kk b bağlayıcılar iki cür yazılır:
• bitişik: h rgah, halbuki, habel , n inki
• ayrı:  ya da, gah da, gah da ki, bel  ki, ona gör  ki, buna gör
d  v  s.
N , n  d   inkarlıq bağlayıcısı işl n n cüml l rin x b ri h miş
t sdiqd  olur; m s l n:
N kül k, n d çovğun onun qarşısını ala bildi.
Yadda saxla!       
MÜR KK B BAĞLAYICILAR
98
IV 
BÖLMƏ
Çap üçün deyil


EEYNŞTEYN
DƏRSLƏRİNDƏN 
«2» ALIRDI?
Deyirlər, Albert Eynşteynin iştirak etdiyi
məclislərdən birində bir nəfər ona yanaşaraq
yaxından tanış olmaq is tə diyini bildirir. Bu
məqsədlə həmin adam dünya şöhrətli alimə
öz telefon nöm rəsini deyir:
– 36361144. Yaddaqalan nömrədir, elə
deyilmi? İki dənə 36, iki dənə 1, iki də nə 4.
– Bəli, yaddaqalandır.
– Xahiş edirəm, təkrar edin.
– 6­nın kvadratı, 19­un kvadratı, 12­nin kvadratı.
Gülməli olsa da, bu lətifə böyük alimin intellektual özünəməxsus lu ­
ğundan, orijinal təfəkkür tərzindən xəbər verir.
***
XX əsrin ən böyük alimlərindən sayılan Albert Eynşteyn 1879­cu ildə
Almaniyanın Ulm şəhərində  yəhudi ailəsində anadan olmuşdur.  İlkin
təhsilini yerli katolik məktəbində alan Albert altı yaşından skripkada çalır,
təbiət elmləri ilə maraqlanırdı.
Belə bir geniş yayılmış fikir var ki, Eynşteyn orta məktəbdə pis oxuyur ­
muş. Doğrudanmı, dahi fizik, Nobel mükafatı laureatı Albert Eynşteyn
uşaqlıqda orta məktəb proqramını da mənimsəyə bilmirmiş?
Eynşteynin 1896­cı ildə aldığı orta məktəb
attes  ta tından görünür ki, 17 yaşlı Albertin cəbr,
həndəsə, fi zi ka, tarix fənləri üzrə bilikləri altıballıq
sistemlə ən yük sək qiymətə layiq görülüb. Gələ ­
cək dahinin cəmi bir “3”ü olub: fransız dilindən.
Bununla belə, Eyn şteyn 20 il sonra dünyanın
məşhur universi 
tetlərində müxtəlif dillərdə, o
cümlədən fransız dilində müha zi rələr oxuyurdu.
Bəs elə isə Eynşteynin zəif  şagird olması
haqqında əfsanə necə yaranıb?
Gənc Albert gimnaziyada təhsil alarkən müəl ­
lim lər lə münasibətləri həmişə gərgin olub. Azad
dü şün cə li şagirdin avtoritar müəllimlərdən, hərbi
qaydaları xatırladan davranış normalarından heç
99
KAMİLLİYƏ DOĞRU
Çap üçün deyil


vaxt xoşu gəlməyib. Müəllimləri də Albertə eyni “məhəbbətlə” yanaşıblar.
Bir dəfə hətta müəllimlərindən biri Eynşteynin üzünə demişdi ki, “sənin
burda olmağın bütün məktəbin nüfuzuna xələl gətirir”. 
Eynşteyn gimnaziyadakı  əzbərçilik sisteminə qarşı  çıxırdı: “Ən ağır
cəzaya da dözməyə hazıram, təki məni bu cəfəngiyatı əzbərləməyə məc ­
bur etməsinlər”. Amma o, sərbəst şəkildə öz üzərində çalışır, çox mütaliə
edir, uşaqlıqdan böyük alim və filosofların əsərlərini oxuyurdu. 
Beləliklə, Eynşteyn pis oxuyan yox, mühafizәkar müəllimlərinin nəzə ­
rində “pis”, daim itaətsizlik göstərən şagird olub. Onun attestatında bəzi
fən lər üzrə qiymətlərin aşağı olması da, çox güman ki, bəzi müəllimlərin
ona şəxsi münasibəti ilə bağlı olub. Belə nəticə çıxarmaq olar ki, Albertin
biliyini yoxlayan bəzi müəllimlər gələcək dahinin məntiqi təfəkkürünün
dərinliyini və orijinallığını duya bilməmişlər. 
***
Eynşteyni yaxından tanıyan müasirləri onun çox xeyirxah, istiqanlı adam
olduğunu yazırdılar. Bu dahi haqqında lətifələrin çox olması, bəlkə də,
onun özünün dərin yumor hissinə malik olmasından irəli gəlirdi. 
O yalnız elmə qapılıb bütün gününü yazı masası arxasında keçirən
alimlərdən deyildi. Eynşteyn musiqini, ədəbiyyatı, bədii filmləri çox sevir,
skripkada gözəl çalır, bağçılıq, filateliya ilə məşğul olurdu.
Elmi dairələrdə böyük nüfuza malik olmasına baxmayaraq, Eynşteyn
təkəbbürdən uzaq adam idi. Həmişə deyirdi ki, o da səhv edə bilər və əgər,
doğrudan da, səhv edirdisə, bunu hamının qarşısında etiraf edirdi. 
Ədalətsizlik həmişə Eynşteyndə hiddət doğururdu. Təbiəti etibarilə hu­
manist, pasifist olan Eynşteynin ən çox nifrət etdiyi söz “zorakılıq” idi. 
Ona
görə də
Almaniyada faşist partiyası hakimiyyətə gələndə böyük alim doğ ­
ma ölkəsini tərk etməli oldu.  
Eynşteyn həm də çox xeyirxah insan olmuşdur. Onun şəxsi həkimi ya ­
zırdı 
ki
alim rəssamlara şəklini çəkməyə razılıq vermirdi, 
çünki
onların qar ­
şısında saatlarla oturmağa vaxt sərf etmək istəmirdi. Lakin bir dəfə gənc
bir rəssam ona bu haqda müraciət edib utana­utana demişdi:
– Mənim maddi sıxıntılarım var. Sizin portretiniz hesabına ehtiyacdan
qurtara, maddi vəziyyətimi düzəldə bilərəm.
Onda Eynşteyn heç kimin tanımadığı bu rəssamı kabinetinə  dəvət
etmiş 

ona bir neçə saat vaxt ayırmışdı.
Ömrünün sonuna yaxın Eynşteyn öz dəyərlər sistemini belə ifadə
etmişdi: “Mənim yolumu işıqlandıran, mənə cəsarət və iradə verən ideallar
xeyirxahlıq, gözəllik və həqiqət olmuşdur”.
Rafiq Әlәkbәroğlu
100
IIV 
BÖLMƏ
Çap üçün deyil


Yüklə 3,74 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə