Dərslik Azərbaycan Respublikası Təhsil



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə30/94
tarix14.09.2018
ölçüsü3,12 Mb.
#68173
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   94

 
 
115 
 
rü  əmtəə  məhsulunun  plan  qiymətləri  ilə  faktiki  həcmini 
istehsal maya dəyərinin qəti çıxdaş qisminə vurmaq lazımdır. 
İstehsalatda aşkara çıxarılan çıxdaşın təhlilini və rek-
lamasiyaların  təhlilini  onların  əmələ  gəlmə  səbəblərinin 
öyrənilməsindən  başlamaq  lazımdır.  Bu,  məsrəf  edilmiş 
vəsaitlərin  ölçüsünü  və  məhsulun  keyfiyyətinin  təmin 
olunmasına  sərf  edilən  xərclərin  aşağı  salınması  yollarını 
daha dəqiq surətdə müəyyənləşdirməyə imkan verər. 
Lakin çıxdaşın meydana çıxması, qarşısının alınması 
üzrə problemlərin həlli ilə bağlı xərclər, çıxdaş aradan qal-
dırılmamışdırsa, bəzən müəssisənin çəkdiyi xərclərdən da-
ha çox ola bilər. Bundan ötəri müxtəlif qüsurların qarşısı-
nın alınmasına və onların aradan qaldırılmasına sərf edilən 
xərclər  diqqətlə  təhlil  olunmalıdır.  Buna  qüsurlarla  bağlı 
xərcləri,  problemlərin  həlli  ilə  əlaqədar  xərclərin  qiymət-
ləndirilməsini  və  problemlərin  həlli  üçün  tələb  olunan 
vaxtın qiymətləndirilməsini əks etdirən Pareto əyrisinin və 
əlavə cədvəllərin qrafıklərin) köməyi ilə nail olmaq olar. 
 
5.5. Yeni məhsulun iqtisadi səmərəliyi və rəqabət 
qabiliyyətliyi 
 
Əmtəənin  səmərəliyinin  və  rəqabət  qabiliyyətliyinin 
qiymətləndirilməsi aşağıdakıları tələb edir: 
-
 
hər şeydən əvvəl bazarda satılan məmulatların key-
fiyyət  dinamikasının  təhlili  əsasında  bazarın  tələblərinin 
kompleks öyrənilməsini
-
 
bazarın  tələbatını  qazanmış  məhsulun  yaradılması 
və buraxılmasının əsas istiqamətərinin işlənib hazırlanma-
sını; 


 
 
116 
 
-
 
konkret  məmulatların  satış  perspektivlərinin  və  ix-
racın  strukturunun  formalaşdırılmasının  qiymətləndiril-
məsini; 
-
 
satış  üçün  nəzərdə  tutulan  məhsulun  qiymətlərinin 
müəyyən olunmasını; 
-
 
istehlakçıya  təqdim  edilən  məhsulun  reklamının 
hazırlanmasını. 
İqtisadi  səmərəliyin  hesablanması  metodlarını  dörd 
əsas istiqamət üzrə təsnif etmək olar. 
Birinci  istiqamətə  eyni  məhsulun  buraxılışı  zamanı 
istehsal  ehtiyatlarının  qənaəti  ilə  birlikdə  məhsulun  key-
fiyyətinin  yüksəldilməsini  təmin  edən  yeni  texnoloji  pro-
seslərin,  istehsalın  mexanikləşdirilməsi  və  avtomat-laşdı-
rılmasının,  istehsalın  və  əməyin  təşkilinin  yeni  üsul-ları-
nın, təkmilləşdirilmiş texnologiyanın tətbiqi daxildir. 
Bu  halda  illik  iqtisadi  səmərə  aşağıdakı  düstur  üzrə 
hesablanır: 
   ( 
 
   
 
)    
 
                                         
(5.2) 
burada 
  -illik  iqtisadi  səmərədir,  pul  vahidləri  ilə; 
 
 
 və 
 
 
 baza (1) və yeni (2) texnika vasitəsilə yerinə yeti-
rilən məhsul (iş) vahidinə  sərf edilən xərclər, pul vahidləri 
ilə; 
 
 
 - hesabat ilində  yeni texnikanın  köməyi ilə  məhsul 
(iş) istehsalının illik həcmi, natural vahidlərlə. 
Məhsulun maya dəyərinin aşağı salınmasının hesab-
lamaları  yalnız  yeni  texnikanın  istehsalı  və  istifadə  olun-
ması ilə əlaqədar dəyişilən xərcləri nəzərə almalıdır. 
Əgər  yeni texnika üstəlik (sex və ümumzavod xərc-
lərini) xərcləri aşağı salmaqla birlikdə məhsuldarlığı yük-
səldirsə,  onların  qənaəti  dəyişilən  məsrəf  maddələri  üzrə 
birbaşa hesabdadır. 
Yeni texnologiya baza texnologiyasından  yalnız bir, 
yaxud bir neçə əməliyyatın dəyişilməsi ilə fərqlənərsə, il-


 
 
117 
 
lik  iqtisadi  səmərə  həmin  əməliyyatlarda  dəyişilən  xərc 
elementlərinin müqayisəsi yolu ilə hesablanır. 
Həyata keçirilən təşkilat-texniki tədbirlərin ikinci is-
tiqamətinə  keyfiyyət  (məhsuldarlıq,  uzunömürlülük,  istis-
mar  məsrəfləri  və  i.a.)  xarakteristikaları  yaxşılaş-dırılmış 
əməyin yeni uzunmüddətli tətbiq vasitələrinin istehsalı və 
onlardan istifadə olunması daxildir. 
Üçüncü istiqamətə materiallar, xammal, yanacaq, ha-
belə ən çoxu bir illik xidmət müddəti olan əmək vasitələri 
kimi material ehtiyatlarına aid olan yeni, yaxud təkmilləş-
dirilmiş əmək predmetlərinin istehsalı, yaxud da onlardan 
istifadə olunması daxildir. 
Həyata keçirilən təşkilati-texniki  tədbirlərin  dördün-
cü  istiqamətinə  bənzəri  olmayan  yeni  texnikanın,  habelə 
əhalinin  ehtiyaclarının  ödənilməsindən  ötəri  yeni  məh-
sulun və  yüksək keyfiyyətli (daha  yüksək  qiymətli)  məh-
sulun, yaxud ETİ və TKİ əsasında işlənib hazırlanmış belə 
məhsulun  istehsalı,  yaxud  onlardan  istifadə  olunması  da-
xildir. 
İqtisadi  hesablamalar  təcrübəsində  illik  iqtisadi  sə-
mərənin  hesablamaları  geniş  tətbiq  olunur.  Onun  həcmi 
müqayisə edilən  məsrəflər  üzrə  illik xərclərin ümumi qə-
naətini  göstərir.  İllik  iqtisadi  səmərənin  həcminin  hesab-
lanması metodları istehsal sahəsində olduğu kimi, istifadə 
sahəsində də yeni texnika obyektini xarakterizə edən gös-
təricilərdən asılı olaraq fərqlənirlər. 
Digər göstəricilərlə birlikdə illik iqtisadi səmərə ka-
pital qoyuluşlarının və yeni texnikanın iqtisadi səmərə-lili-
yinin hesablanmasının əsas elementlərindən biridir. 
Səmərəlilik  göstəriciləri  kimi  rentabellik  göstəri-
ciləri sistemi daha geniş tətbiq olunur ki, bu da ümumi-lik-
də mənfəətin xərclərə nisbəti kimi hesablanır. Özü də təd-


 
 
118 
 
qiqatın məqsədlərindən asılı olaraq, həmin kəsrin məxrəci 
və surəti detallaşdırıla bilər ki, bu da öz növbəsində detal-
laşdırılmanın aparıldığı rentabellik göstəricisinin amil təh-
lilini yerinə yetirməyə imkan verir. 
Əmtəənin rəqabət qabiliyyətliyi qiymətləndirilər-kən 
müqayisədən ötrü baza kimi qəbul olunan əmtəə ilə müqa-
yisə üzrə onun keyfiyyət səviyyəsi müəyyən olunur. İsteh-
lakçının  xərclər  səviyyəsi  əmtəənin  rəqabət  qabiliyyətlili-
yini  müəyyənləşdirən  daha  vacib  amilə  çevri-lir.  Əmtəə-
nin  rəqabət  qabiliyyətliyinin  iqtisadi  göstərici-lərinin  he-
sablanmasının əsasına  birdəfəlik və istismar (cari) xərclə-
rindən  ibarət  olan  tam  istehlakçı  xərclərinin  müqayisəsi 
aid edilə bilər. Birdəfəlik məsrəflərə məhsulun alınmasına 
edilən  xərclər  (qiymət),  gömrük  rüsumları  və  sair  yığım-
lar, habelə əgər qiymətə daxıl edilməyibsə, daşınmaya, qu-
raşdırma və sazlanmaya edilən xərclər daxil olunur. İstis-
mar (cari) xərclərini sadalayaq: məhsula xid-mət göstərən 
heyətin  əmək  haqqı;  yanacaq  və  enerji  xər-cləri;  təmirə 
(orta  və  əsaslı)  və  elementlərə  ayrılmamış  digər  məsrəf 
maddələrinə edilən xərclər; məmulatın düz-gün istismarın-
dan  və  heyətin  təlimindən  (təhsilindən)  ötəri  lazım  olan 
əlavə  texniki  və  istismar  informasiyasının  alınması  xərc-
ləri. 
Əmtəənin  rəqabət  qabiliyyətliyinin  iqtisadi  göstəri-
cilərinin  hesablanması  zamanı  lazımi  informasiyanı  əldə 
etmək çox çətindir. Belə ki, məhsula xidmət göstərən işçi 
heyətin əmək haqqının ödənilməsinə edilən xərcləri müəy-
yənləşdirərkən, həmin ölkənin norma və tarif dərəcələrini 
bilmək  lazımdır.  Yanacağa,  materiallara  və  enerjiyə  sərf 
edilən məsrəflər müxtəlif ölkələrdə müxtəlif olan qiymət-
lərlə,  onların  daşınma,  yükləmə  və  boşaldılma  və  s.  qiy-
mətləri  ilə  müəyyənləşdirilir.  Təmirə  edilən  xərclər  mə-


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə