Dərslik Azərbaycan Respublikası Təhsil



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə60/94
tarix14.09.2018
ölçüsü3,12 Mb.
#68173
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   ...   94

 
 
237 
 
12)
 
Standartlaşdırma  metodları  və  vasitələri  ilə 
Azərbaycan Respublikasının qanunvericiliyinin gerçəkləş-
məsinə yardım edilməsi. 
Layihələndirmə  (və  ya  planlaşdırma)  mərhələsində 
standartlaşdırmanın  köməyi  ilə  aşağıdakılar  həyata  keçi-
rilir: 

 
verilmiş  məhsulun  keyfiyyət  xüsusiyyətlərinin 
kompleks standartlaşdırılması əsasında, həmçinin istehlak-
çıların və istehsalçıların maraqları nəzərə alınmaqla xam-
malın,  materialların,  yarımfabrikatların  və  dəstləşdirici 
məmulatların, hazır məhsulun keyfiyyətinə tələblər müəy-
yən edilir; 

 
istismar  şəraitində  məmulatların  təyinatından  asılı 
olaraq  məhsulun  keyfiyyət  göstəricilərinin  vahid  sistemi 
müəyyən edilir; 

 
optimal keyfiyyətin təmini və növün, markaların və 
növ-ölçülərin qeyri-səmərəli istisnası üçün məhsulun layi-
hələşdirilməsi normaları, tələbləri və  metodları  müəy-yən 
olunur; 

 
istehsalatın  unifıkasiyasının,  istehsal  proseslərinin 
mexanikləşdirilməsi və avtomatlaşdırılmasının yüksək sə-
viyyəsi təmin edilir. 
İstehsal  mərhələsində  müəssisələrin  standartları  bu-
raxılan  məhsulun  xarakter  və  xüsusiyyətlərini,  müəssisə-
lərin təşkilati-texniki səviyyəsini, icraçıların ixtisasını nə-
zərə alırlar. Onlar məhsulun keyfiyyətinə nəzarət və onun 
qiymətləndirilməsinin  vasitə  və  metodlarına  tələbləri 
müəyyən edir, istehsalatın ritm ahəngdarlığını təmin etmə-
yə, zay məhsul istehsalı nəticəsində yaranan itkiləri azalt-


 
 
238 
 
maya,  icraçıların  əməyinin  keyfiyyətini  yüksəltməyə  im-
kan verir. 
Dövriyyə və satış mərhələsində standartlaşdırma, an-
barlarda, saxlama yerlərində və bazalarda, nəqliyyat müəs-
sisələrində,  tədarük  və  ticarət  təşkilatlarında  məhsulun 
keyfiyyətini  qoruyaraq  məhsulun  qablaş-dırılması,  kon-
servləşdirilməsi,  nəqledilməsi  və  anbarlara  yığılması  za-
manı qayda və şərtlərə olan tələblərin müəyyənləşdirilmə-
sinə yönəlmişdir. 
İstehlak  və  istismar  mərhələsində  standartlaşdırma 
məhsula xidmət göstərilməsinə və onun təmirinə (o cüm-
lədən  zəmanət  xidmətlərinin),  istismar  zamanı  onun  key-
fiyyəti  haqqında  məlumatın  yığılması  və  təhlilinə  onun 
utilləşdirilmə normalarına vahid tələbləri müəyyən edir. 
Standartlar  texniki,  iqtisadi  və  hüquqi  tələbləri  bir-
ləşdirir. Texniki tələblər ondan ibarətdir ki, standartlar is-
tehsalatın  elmi-texniki  hazırlığını,  məmulatların  yaradıl-
ması  və  istismarının  bütün  mərhələlərində  əməyin  texno-
logiyasını, təşkilini və prosesini nizamlayırlar. 
İqtisadi tələblər: 
-
 
standartlar məhsul keyfiyyətinin ölçülmə normativi 
və miqyasıdır; 
-
 
standartlar istehsalatın təşkili və idarə edilməsi va-
sitəsidir; 
-
 
standartlar  iqtisadiyyatın  müxtəlif  həlqələri  arasın-
da qarşılıqlı əlaqəni təmin edir
-
 
standartlar işlərə və məhsullara çəkilən xərcləri mi-
nimallaşdırır,  belə  ki,  eyni  tipli  işlər  və  məhsullar  həmişə 
ucuz başa gəlir. 


 
 
239 
 
Hüquqi  tələblər  standart  –  normativ  aktdır,  qanunla 
müəyyən olunmuş qaydada dövlət orqanları tərəfindən təs-
diq  olunur,  riayət  edilməsi  məcburi  olan  normaların  şər-
hindən  ibarətdir.  Standartların  pozulmasına  görə  mülki,  
cinayət  və  inzibati  qanunvericilikdə  sanksiyalar  müəyyən 
olunmuşdur. 
Standartlaşdırmanın  fəaliyyət  mexanizmi  dörd  mər-
hələdən ibarətdir: 
-
 
standartlaşdırma  obyektinin  seçilməsi  (sistemlik, 
təkrarlanan obyektlər); 
-
 
standartlaşdırma obyektinin modelləşdirilməsi (ger-
çək obyektin abstrakt modeli); 
-
 
modelin  optimallaşdırılması  (standartlaşdırılan  ob-
yektin optimal modeli); 
-
 
modelin standartlaşdırılması (unifıkasiyalaşmış mo-
delin bazasında normativ sənədin işlənilib hazırlan-ması). 
Dəfələrlə  yenidən  yaradıla  və  (və  ya)  istifadə  oluna 
bilmək  imkanına  malik  olan  məhsullar,  xidmətlər  və  pro-
seslər standartlaşdırma obyekti ola bilər (şəkil 11.1). 
 
 
 
 
 
 
 
 
 
 


 
 
240 
 
 
 
 
 
 
 
 
 


 
 
241 
 
 
  Şəkil 11.1. Standartlaşdırma obyektləri 
 


 
 
242 
 
11.3. Standartların növləri 
 
  Standartlaşdırma  üzrə  normativ  sənədlər  aşağıdakı 
kateqoriyalara bölünürlər: 
1.
 
Beynəlxalq standartlar; 
2.
 
Dövlətlərarası standartlar (ГОСТ); 
3.
 
Azərbaycan  Respublikasının  dövlət  standartları 
(AZS); 
4.
 
Sahə standartları (SSAZ); 
5.
 
Müəssisə standartları (MS); 
6.
 
Elmi-texniki  və  mühəndis  cəmiyyətlərinin  stan-
dartları (ETMCS). 
Beynəlxalq standartlar – dünya dövlətlərinin əksəriy-
yətinin  qəbul  və  istifadə  etdiyi  standartlar,  norma,  qayda 
və  tövsiyələrdir.  Beynəlxalq  standartlaşdırma  –  standart-
laşdırma üzrə təşkilatların və onların fəaliyyətinin məhsu-
ludur, yəni standartlar, tövsiyələr, texniki hesabatlar və di-
gər elmi-texniki məhsullardır. 
Dövlətlərarası  standartlar,  müstəqil  dövlətlər  birliyi-
nə daxil olan, standartlaşdırma, meterologiya və sertifika-
siya üzrə birgə siyasət aparmaq haqqında müqavilə bağla-
mış dövlətlər tərəfindən qəbul edilmiş və onların bilavasi-
tə tətbiq etdikləri standartlardan ibarətdir.  
Azərbaycan Respublikasının dövlət standartları, 
 məcburi və tövsiyə olunan təlbləri özündə əks etdirir. 
 Məcburi tələblərə aşağıdakılar aiddir: 
- məhsulların insanın həyatı, sağlamlığı və əmlakının 
təhlüksizliyini,  ətraf  mühitin  qorunmasını  təmin  edən  tə-
ləblər və bu göstəricilərin sınağı üsullarına verilən tələblər; 


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə