Dərslik Azərbaycan Respublikası Təhsil



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə63/94
tarix14.09.2018
ölçüsü3,12 Mb.
#68173
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   ...   94

 
 
251 
 
mulatların bütövlükdə və onların tərkib hissələrinin (kons-
truktiv  elementlərin,  detalların,  qovşaqların,  dəstləşdirici 
məmulatların  və  materialların  və  s.)  unifıkasiyası,  ikinci 
isə normativ-texniki sənədlərin (standartların, texniki şərt-
lərin, təlimatların, metodikaların, rəhbər sənədlərin, kons-
truktor-texnoloji  sənədlərin  və  s.)  unifıkasiyasını  nəzərdə 
tutur. 
Unifıkasiyanın müasir inkişaf prosesi onun tərtibedi-
ci  və  məhdudlaşdırıcı  kimi  əsas  iki  istiqamətini  ayırmağa 
imkan verir. Tərtibedici istiqamət bazarın tədqiqini,  möv-
cud  tələbatların  təhlilini  və  istehlakçılara  lazım  olan  mə-
mulatların nomenklaturunun aşkarlanmasını nəzərdə tutur. 
Məhdudlaşdırıcı  istiqamət  buraxılan  məmulatların 
nomenklaturunun  dərinləşdirilmiş  təhlilini,  sonra  isə  mə-
mulatların  və  onların  tərkib  hissələrinin  növ-ölçülərinin 
zəruri  nomenklaturunun  minimal  məhdudlaşdırılmasını 
nəzərdə tutur. Dünya təcrübəsində unifıkasiyanın məhdud-
laşdırıcı istiqaməti simplifıkasiya adlanır (İSO-nun müəy-
yənləşdirdiyi  kimi).  Simplifıkasiya  –  növlərin  və  ya  mə-
mulatların başqa növlərinin sayının, təlabatların ödənilmə-
si  üçün  texniki  və  iqtisadi  cəhətdən  zəruri  olan  miqdara-
dək sadə azaldılması prosesidir). 
Unifıkasiya  məhsul  keyfiyyətinin  idarəedilməsinin 
müxtəlif  (sahələrarası,  sahə  və  müəssisə)  səviyyələrində 
aparıla bilər. Bu zaman məmulatın unifıkasiya səviyyəsini 
xarakterizə  etmək  üçün  ən  çox,  unifikasiyalaşmış  detalla-
rın  sayı,  çəkisi,  onların  hazırlanmasının  əmək  tutumunun 
cəmi üzrə səviyyəsi, həmçinin şəxsi meyarları birləşdirən 
unifıkasiyanın  kompleks  göstəricisi  kimi  göstəricilər  isti-
fadə olunur. 


 
 
252 
 
Aqreqatlaşdırma  dedikdə,  məmulatların  əsas  qovşaq 
və aqreqatlarının funksional və həndəsi qarşılıqlı əvəzlən-
məsinə əsaslanan,  onların quraşdırılması və  istismarı  me-
todları başa düşülür. 
Aqreqatlaşdırma  əsasında  yaradılmış  məmulatların 
ən  mühüm  üstünlüyü  onların  konstruktiv  dönmə  qabiliy-
yətidir. Aqreqatlaşdırma, məmulatların quruluşu dəyişdiri-
lərkən  onların  yeni  modifıkasiyalarında standart  detalları, 
qovşaqları  və  aqreqatları  dəfələrlə  tətbiq  etməyə  imkan 
verir. 
Müəssisədə  standartlaşdırma  üzrə  işlərin həcmi aşa-
ğıdakılardan asılıdır: 
-
 
istehsalatın  və  kooperasiya  əlaqələrinin  miqyasın-
dan; 
-
 
buraxılan  məhsulun  nomenklaturundan  və  mürək-
kəbliyindən, onun yeniliyinin və dəyişilmə intensivliyinin 
dərəcəsindən; 
-
 
müəssisənin  standartlaşdırma  xidmətinin  statusun-
dan və ona həvalə olunan məsələlərdən. 
Fəaliyyət  göstərən  standartlaşma  sisteminin  əsas 
elementləri və kateqoriyaları şəkil  11.2-də göstərilmişdir. 
Standartdaşdırmanın  orqanları  və  xidmətləri  -  əsas 
fəaliyyətləri  standartlaşdırma  üzrə  işlərin  həyata  keçiril-
məsi və  ya standartlaşdırma  üzrə  müəyyən funksi-yaların 
yerinə  yetirilməsi olan təşkilatlar, birliklər və onların böl-
mələridir. 


 
 
253 
 
 
Şəkil 11.2.Standartlaşma sisteminin elementləri 
və kateqoriyaları 
 
11.5. Azərbaycan Respublikasının  
 standartlaşdırma sistemi 
 
Standartlaşdırma  üzrə  orqanlar  -  əsas  funksiyaları 
standartlaşdırma  üzrə  işlərə  rəhbərlikdən  ibarət  olan, 
müəyyən rəsmi səviyyədə tanınmış orqanlardır. 
Azərbaycan Respublikasında meterologiya, standart-
laşdırma və sertifikasiya işlərinə, 2001-ci ilin axırına kimi, 
Azərbaycan  Respublikasının  Dövlət  Standartlaşdırma  və 
Meterologiya Mərkəzi (Azərdövlətstandart) rəhbərlik edir-


 
 
254 
 
di.  2002-ci  ildən  həmin  təşkilat,  Azərbaycan  Respublika-
sının Standartlaşdırma, Meterologiya və Patent üzrə Döv-
lət Agentliyi adlanmağa başladı. Hal-hazırda Azərbaycan-
da  standatlaşdırma  üzrə  fəaliyyətin  dövlət  idarəçiliyini 
Azərbaycan  Respublikasının  Standartlaşdırma,  Meterolo-
giya vəPatent üzrə Dövlət Komitəsi həyata keçirir (bundan 
sonra  –  Komitəsi).  Komitə  Azərbaycan  Respublikası  Pre-
zidentinin 2008-ci il 19 noyabr tarixli Sərəncamı ilə yara-
dılmışdır.  
Komitənin funksiyalarına aiddir: 
-
 
dövlət  standartlarının  işlənib  hazırlanması,  qəbul 
edilməsi, qeydiyyatı, texniki-iqtisadi və sosial informasiya 
təsnifatlarının tərtib edilməsi və aparılması; 
-
 
məhsulların dövlət standartlarına uyğunluğunun tə-
min edilməsi, nişanlama qaydaları, öz məhsullarını nişan-
lamaq üçün təsərrüfat subyektlərinə icazə verilməsinin qa-
nunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyatı; 
-
 
beynəlxalq (regional) standartların, qaydaların, nor-
maların  və  tövsiyələrin  tətbiqi  qaydalarını  müəyyənləş-
dirmək,  standartlaşdırma  üzrə  beynəlxalq  təşkilatlarda 
Azərbaycan  Respublikasının  qanunvericiliklə  müəyyən 
edilmiş qaydada təmsil etmək
-
 
dövlət  standartlarının,  texniki-iqtisadi  və  sosial  in-
formasiya təsnifatları; 
-
 
ümumsənaye  norma  və  konstruksiyalarının  stan-
dartlaşdırılması  əsasında  məhsulun  sahələrarası  eyniləşdi-
rilməsi işlərinin aparılmasının təmin edilməsi
-
 
müqayisəli yoxlama işlərinin yerinə yetirilməsi üz-
rə  səlahiyyətlərin  rəsmi  tanınması  üçün  tədbirlərin  görül-
məsi; 
-
 
qanunvericiliyə uyğun olaraq hüquqi və fiziki şəxs-
lərlə  bağlanmış  müqavilələrə  əsasən  metroloji  işlər  gör-
mək, xidmətlər göstərmək


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə