Dərslik Azərbaycan Respublikası Təhsil



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə66/94
tarix14.09.2018
ölçüsü3,12 Mb.
#68173
növüDərs
1   ...   62   63   64   65   66   67   68   69   ...   94

 
 
263 
 
rübi-konstruktor  işlərinin  aparılması  zəruridir.  Bu  prinsip 
bütün növ standartlara aiddir. 
Dinamiklik  prinsipi.  İqtisadiyyatın  səmərəliliyini 
yüksəltmək  üçün  standartlaşdırma  obyektlərinə  qoyulan 
tələblər dövri olaraq yenidən baxılmalıdır. Bu, o məqsədlə 
edilir ki, standartlaşdırma obyekti texniki tərəqqinin tələb-
lərinə uyğunlaşdırılsın. 
Materialların  minimal  xüsusi  sərfi  prinsipi.  Ma-
şınqayırmada  materialların  və  yarımfabrikatların  qiyməti 
buraxılan məmulatın ümumi maya dəyərinin 40-80 faizini 
təşkil  edir.  Odur  ki,  hər  bir  məmulata  material  sərfi  iq-
tisadiyyat üçün böyük əhəmiyyətə malikdir. Məmulatların 
standartlaşdırılması  zamanı  metala  qənaət  aşağıdakı  yol-
larla ola bilər: 

 
maşınların layihələndirilməsi zamanı rasional kons-
truktiv  sxemlərdən  istifadə  olunması,  hissələrin  və  qov-
şaqların maşının üzərində səmərəli yerləşdirilməsi; 

 
detalların  möhkəmliyə  hesablanma  metodlarının 
təkmilləşdirilməsi və möhkəmlik ehtiyatının buraxıla bilən 
dərəcədə aşağı salınması; 

 
iqtisadi  cəhətdən  sərfəli  profillərin,  prokatların, 
qaynaq  konstruksiyaların,  plastik  kütlələrin  və  s.  tətbiq 
olunması. 
Materialın  qənaət  olunmasında  ən  böyük  ehtiyatlar-
dan biri maşın və onun hissələrinin iş ömrünün uzadılma-
sıdır, o cümlədən onların korroziyadan qorunmasıdır. 
Hissələrin  hazırlanması  zamanı  mütərəqqi  texnolo-
giyanın tətbiqi də metalın qənaət olunmasına gətirib çıxa-
rır.  Belə  ki,  detalların  mexaniki  emalını  ştamplama  ilə 
əvəz  etdikdə  hər  milyon  ton  prokatın  emalı  zamanı  250 


 
 
264 
 
min tona qədər metala qənaət edilir, 15 minə qədər dəzgah 
və 30 minə qədər fəhlə bu işdən azad olunur. 
Üstüntutulma  prinsipi.  Sənayenin  bir  çox  sahələ-
rində detalların və tipli birləşmələrin tip ölçülərini,  müşa-
hidələrin,  oturtmaların  sıralarını  və  digər  parametrləri 
standartlaşdırırlar.  Odur  ki,  bu  standartlar  parametrlərin 
qiymətlərinin  böyük  diapazonunu  əhatə  edir.  Məmulatla-
rın nomenklaturasını, tərtibatların, alətlərin, kalibrlərin və 
s. tip ölçülərini azaltmaq və onların qarşılıqlı əvəzolunma 
səviyyəsini  yüksəltmək  məqsədi  ilə  üstüntutulma  prinsi-
pindən geniş istifadə edirlər. 
 
12.2. Standartlaşdırma və unifikasiya səviyyəsinin 
əsas göstəriciləri 
 
Məmulatın standartlaşdırma və unifıkasiya səviyyəsi 
o  məmulatda  standart  və  unifikasiya  olunmuş  hissələrin 
istifadəsi ilə xarakterizə olunur. 
Standartlaşdırma və unifikasiya səviyyəsi RS-50-33-
80  metodikasına  uyğun olaraq  aşağıdakı göstəricilərlə  tə-
yin olunur: tətbiqolunma əmsalı, təkrarlanma əmsalı, qar-
şılıqlı  unifikasiya  əmsalı,  qrup  məmulatların  unifikasiya 
əmsalı.  Bu  göstəricilər  içərisində  ən  əsası  tətbiqolunma 
əmsalıdır.  O,  sahələrdə  və  ya  texnikanın  müxtəlif  istiqa-
mətləri  üzrə  unifikasiya  və  standartlaşdırma  səviyyələrini 
müqayisə etmək üçün istifadə olunur. 
Tətbiqolunma əmsalı aşağıdakı düsturlarla təyin edilir: 

 
tip ölçülərinin sayına görə 
 
  
 
 
   
 
 
           (12.1) 


 
 
265 
 
burada n - məmulatda detalların tip ölçülərinin ümu-
mi sayı; 
n
0
  -  məmulatda  istifadə  olunan  orijinal  detalların  tip 
ölçülərinin sayı (bu, məmulat üçün ilk dəfə yaradılmış de-
tallardır); 

 
tərkib hissələrinin sayına görə 
 
  
 
 
   
 
 
            (12.2) 
burada N - məmulatın tərkib hissələrinin ümumi sayı; 
N
0
- orijinal tərkib hissələrinin sayı; 

 
tərkib hissələrinin ümumi qiymətinə görə 
 
  
  
 
   
 
 
             (12.3) 
burada  c  -  məmulatın  tərkib  hissələrinin  ümumi 
qiyməti; c
0
 - orijinal tərkib hissələrinin qiymətidir. 
Qarşılıqlı unifikasiya əmsalı aşağıdakı düsturla təyin 
edilir: 
 
   
 

 
 
 
   
  

 
 
 
   
  
   
         (12.4) 
burada  H  -  baxılmaq  üçün  götürülmüş  məmulatların 
sayı (layihələrin sayı); 
n
i
  -  i  məmulatında  olan  tərkib  hissələrinin  tip  öl-
çülərinin sayı; 
Q - H ədəd, məmulat qrupunda olan tərkib hissələrin 
eyni adlı tip ölçülərinin sayı, 
                               ∑
 
 
 
   
(12.5) 
burada  q
i
  -  j  tərkib  hissəsində  olan  eyni  adlı  tip 
ölçülərininsayı; 
m  -  baxılmaq  üçün  götürülmüş  məmulatların  (layi-
hələrin) tərkib hissələrinin adlarının ümumi sayı; 


 
 
266 
 
n
max
 - bu qrupdan olan hər hansı bir məmulatın tərkib 
hissələrinin tip ölçülərinin maksimum sayıdır. 
Tərkib  hissələrinin  təkrarlanma  əmsalı  məmulatın 
tərkib  hissələrinin  (elementlərinin)  ümumi  sayına  həmin 
məmulatın tərkib hissələrinin tip ölçülərinin ümumi sayma 
olan nisbəti kimi təyin edilir: 
 
 
 
 
      
(12.6) 
burada N- məmulatın tərkib hissələrinin ümumi sayı; 
n - tərkib hissələrinin tip ölçülərinin ümumi sayıdır. 
Bu əmsal faiz vasitəsilə ifadə olunursa, o, aşağıdakı 
düsturla təyin edilir: 
Qrup  məmulatların  unifikasiya  əmsalı  aşağıdakı 
düsturla təyin edilir: 
 
 
 
 
   
 
      
(12.7) 
burada m - qrupda olan məmulatların sayı; 
i - məmulatın qrupda sıra nömrəsi; 
K
pri
 - i məmulatın tətbiqolunma əmsalı; 
İ
i
 - i məmulatın illik buraxılış proqramı; 
Q
i
 - i məmulatın qiymətidir. 
Unifikasiya  səviyyəsinin  göstəricilərini  hesablamaq 
üçün  bir və  ya bir neçə  hesabat səviyyəsi seçirlər  (məsə-
lən, detallara, yığım vahidlərinə, qovşaqlara və aqreqatlara 
görə). 
Tətbiqolunma  əmsalının  (əsas  göstərici)  hesablan-
ması detalların tip ölçüləri səviyyəsində aparılır. 
Hesabat zamanı ümumi maşınqayırmada istifadə olu-
nan  aşağıdakı  detallar  hesaba  alınmır:  vintlər,  qaykalar, 
şplintlər, tara və qablama detalları, çertyojsuz hazırlanmış 
detallar, çilingər-yığma alətləri və s. Bu detallar üçün uni-


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə