Dərslik Azərbaycan Respublikası Təhsil



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə62/94
tarix14.09.2018
ölçüsü3,12 Mb.
#68173
növüDərs
1   ...   58   59   60   61   62   63   64   65   ...   94

 
 
247 
 
larına, rejimlərə, normalara), həmçinin proseslərin öz təyi-
natına uyğunluğunu təmin edən əsas tələbləri təyin edir. 
Proseslər  (işlər)  üçün  standartlar  məhsulun  ömür 
tsiklinin müxtəlif mərhələlərində,  yəni onun işlənib hazır-
lanması, istehsalı, istismarı (istehlakı), saxlanması, nəqlet-
dirilməsi,  təmiri  və  utilləşdirilməsi  mərhələlərində  həyata 
keçirilən konkret iş növlərinə tələblər qoyur. Bu standart-
larda  məmulatın  avtomatlaşdırılmış  layihələn-dirmə  me-
todlarına,  modul  konstruksiyalaşdırılmasına,  məhsulun 
istehsalının  texnoloji  proseslərinin  prinsipial  sxemlərinə, 
texnoloji  rejimlərə  və  normalara  tələblər  verilə  bilər.  Bu-
rada  texnoloji  prosesləri  yerinə  yetirən  zaman  insanların 
həyatı və sağlamlığı üçün təhlükəsizlik tələbləri xüsusi yer 
tutur.  Bu  tələblər  müəyyən  avadanlıqların,  alətlərin,  tərti-
batların və köməkçi materialların istifadə edilməsi zərurə-
tindən irəli gəlir. 
Texnoloji əməliyyatların aparılması zamanı texnolo-
giyanın  ətraf  mühitə  müxtəlif  təsirlərinin  buraxıla  bilən 
normaları  standartlaşdırılır.  Bu  təsirlər  ekoloji  cəhətdən 
təhlükəli olan kimyəvi (zərərli kimyəvi maddələrin tullan-
tıları),  fiziki  (radiasiya  şüalanması),  bioloji  (mikroorqan-
izmlərlə yoluxma) və mexaniki (arxitektur tikililərin dağıl-
ması)  xarakter  daşıya  bilər.  Ekoloji  tələblər  ətraf  mühit 
üçün  potensial  zərərli  materialların  və  xammalın  tətbiq 
olunma şəraitinə, təmizləyici qurğuların effektiv işinin pa-
rametrlərinə, qəza tullantıları və onların nəticələrinin ləğv 
edilməsi qaydalarına, axar sularla çirkləndirici tullantıların 
buraxıla bilən yığılma normalarına toxuna bilər. 
Nəzarət metodları (sınaq, ölçmə, analiz) standartları 
işlərin  (əməliyyatların)  ardıcıllığını,  üsullarını  (qaydaları, 


 
 
248 
 
rejimləri, normaları), onların yerinə yetirilməsi üçün lazım 
olan texniki vasitələri təyin edir. Bu standartlar məhsulun 
keyfiyyətinə qoyulan  məcburi tələblərin obyektiv qiymət-
ləndirilməsini  yüksək  dərəcədə  təmin  edən  nəzarət 
metodlarının  tətbiqini  tövsiyə  edir.  Nəzarətin,  sınaqların, 
ölçmələrin  və  analizin  ancaq  standartlaşdırılmış  metodla-
rından istifadə etmək lazımdır, çünki bu metodlar beynəl-
xalq təcrübəyə və qabaqcıl nailiyyətlərə əsaslanır. Bu me-
todlardan  hər  birinin  özünəməxsus  xüsusiyyəti  vardır,  la-
kin  standartlaşdırılmalı  bir  neçə  ümumi,  müddəaları  da 
qeyd etmək lazımdır. Onlar aşağıdakılardır: nəzarət vasitə-
ləri və köməkçi qurğular; nəzarətin hazırlanması və aparıl-
ması qaydası; nəticələrin işlənməsi və tərtib edilməsi qay-
daları; metodun buraxıla bilən xətası. 
 
 
11.4. Standartlaşdırma metodları 
 
Standartlaşdırma  metodları  –  bu  üsul  və  ya  üsullar 
məcmusudur,  hansıların  ki,  köməyi  ilə  standartlaşdırma 
məqsədlərinə nail olunur. Standartlaşdırma ümumi elmi və 
spesifik  metodlara  əsaslanır.  Ümumi  elmi  üsullara  stan-
dartlaşdırma  obyektlərinin  qaydaya  salınmasını  və  para-
metrik standartlaşdırmanı aid edirlər. Standartlaşdırma ob-
yektlərinin  qaydaya  salınması  –  məhsulun,  proseslərin  və 
xidmətlərin  standartlaşdırılması  sahəsində  universal  me-
toddur.  Qaydaya  salınma,  müxtəlifliyin  idarə  olunması 
kimi, hər şeydən əvvəl müxtəlifliyin azaldılması ilə əlaqə-
dardır. Qaydaya salınma üzrə işlərin nəticəsi, məsələn, son 
hazır  məhsul  üçün  dəstləşdirici  məmulatların  məhdudlaş-
dırma  siyahısıdır;  məmulatların  növ  quruluşlarının  albo-


 
 
249 
 
mudur; texniki, idarəedici və başqa sənədlərin növ forma-
larıdır.  Qaydaya  salınma  universal  metod  kimi  ayrı-ayrı 
komponentlərdən ibarətdir: 
a)
 
standartlaşdırma  obyektlərinin  sistemləşdirilməsi 
konkret standartlaşdırma obyektlərinin cəminin elmi əsas-
landırılmış  ardıcıl  təsnifatından  və  sıralanmasından  iba-
rətdir; 
b)
 
standartlaşdırma  obyektlərinin  seleksiyası  –  icti-
mai istehsalda sonrakı istehsal və tətbiq üçün məqsədəuy-
ğun  sayılan  konkret  obyektlərin  seçməsindən  ibarət  olan 
fəaliyyətdir; 
c)
 
 simplifikasiya - ictimai istehsalda sonrakı istehsal 
və tətbiq üçün məqsədəuyğun sayılmayan konkret obyekt-
lərin müəyyən edilməsindən ibarət olan fəaliyyətdir
d)
 
standartlaşdırma  obyektlərinin  növləşdirilməsi 
növ (nümunəvi) obyektlərin - konstruksiyaların, texnoloji 
qaydaların, sənəd formalarının yaradılması üzrə fəaliyyəti-
dir; 
e)
 
standartlaşdırma obyektlərinin optimallaşdırılması 
optimal əsas parametrlərin (təyinat paramet-rlərinin), həm-
çinin  keyfiyyət  və  qənaətin  başqa  göstəricilərinin  qiymə-
tinin tapılmasından ibarətdir. 
Parametrik  standartlaşdırma  məhsulların,  proses-lə-
rin, təsnifatların və s. xarakteristikalarının parametrik sıra-
larının tərtib edilməsi vasitəsi ilə standartlaşdırma obyekt-
lərinin qaydaya salınmasına əsaslanır. 
Standartlaşmanın  əsas  spesifik  metodları  sırasına 
unifıkasiya, aqreqatlaşdırma, kompleksli və  önləyici stan-
dartlaşdırma aiddir. 


 
 
250 
 
Eyni funksional təyinatlı detal, aqreqat növlərinin sa-
yının  səmərəli  azaldılması  üzrə  fəaliyyət  məhsulun  unifi-
kasiyası  adlanır.  O,  hazır  məhsul  elementlərinin  təsnifat-
landırılmasına və sıralanmasına, seleksiyasına və simplifi-
kasiyasına,  növləşdirilməsinə  və  optimallaşdırıl-masına 
əsaslanır. Həyata keçirilmə sahəsindən asılı olaraq məmu-
latların unifıkasiyasının aşağıdakı növləri var: 

 
sahələrarası (iki və daha çox sənaye sahələri tərə-
findən  hazırlanan eyni  və  ya  yaxın  təyinatlı  məmulatların 
və onların elementlərinin unifikasiyası); 

 
sahə və zavod (bir sənaye sahəsi və  ya bir  müəs-
sisə tərəfindən hazırlanan məmulatların unifikasiyası). 
Həyata  keçirilməsinin  metodik  prinsiplərindən  asılı 
olaraq  unifıkasiya növdaxili (eyni tipli  məmulatlar ailəsi) 
və növlərarası və layihələrarası (müxtəlif tipli məmulatla-
rın qovşaqları, aqreqatları, detalları) ola bilər. 
Unifıkasiya dedikdə, müxtəlif məmulatların, detalla-
rın, qovşaqların, texnoloji proseslərin və sənədlərin əsassız 
müxtəlifliyinin texniki və iqtisadi cəhətdən əsaslandırılmış 
səmərəli minimuma endirilməsinə yönəlmiş fəaliyyət başa 
düşülür.  Unifıkasiyanı  keyfiyyət  parametrlərinin  optimal-
laşdırılması, buraxılan məmulatların və onların tərkib his-
sələrinin  növ-ölçülərinin  sayının  məhdudlaşdırılması  va-
sitəsi kimi nəzərdən keçirmək olar. Bu zaman unifıkasiya 
məhsulun həyat silsiləsinin bütün mərhələlərinə təsir edir, 
məmulatların,  qovşaqların  və  aqreqatların  qarşılıqlı  əvəz-
ləməsini təmin edir ki, bu da öz növbəsində müəssisələrə 
bir-biri ilə kooperasiya əlaqəsi yaratmağa imkan verir. 
Unifıkasiyanın  əsas  növlərinə  adətən konstruktor və 
texnoloji  unifıkasiyanı  aid  edirlər.  Bu  zaman  birinci  mə-


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə