Dərslik Azərbaycan Respublikası Təhsil



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə65/94
tarix14.09.2018
ölçüsü3,12 Mb.
#68173
növüDərs
1   ...   61   62   63   64   65   66   67   68   ...   94

 
 
259 
 
tələblərin  razılaşdırılması  vasitəsilə,  kompleks  halında 
olması təmin edilməlidir
-  standartlara  daxil  edilən  müasir  nailiyyətlərə  uy-
ğunluğunu təmin etmək üçün,  standartların köhnəlmiş tə-
ləbləri vaxtında dəyişdirilməsi və standartlar vaxtaşırı ola-
raq yeniləşdirilməlidirlər; 
  - standartlar, standartlaşdırılacaq obyektin əsas xas-
sələrinə, obyektiv yoxlana bilən tələblər müəyyən etməlidir; 
 - məhsul və xidmət standartları, onların sertifikasiya 
məqsədləri üçün tətbiq edilməsinə yararlı olmalıdır; 
 - standartların tələblərinin bir mənalı başa düşülməsi 
üçün, standartlar dəqiq və aydın şərh olunmalıdırlar. 
Beləliklə  də,  standartlaşdırmanın  əsas  prinsipləri 
aşağdakılardır: 
 - standartların mütləq gözlənilməsi; 
 - standartlaşdırmanın perspektiv olması; 
  - standartlaşdırmanın dinamiki olması; 
  - standartlaşdırmanın effektiv olması; 
  - standartlaşdırmanın kompleksli olması. 
Standartların  mütləq  gözlənilməsi,  Dövlət  qərarı  ilə 
nəzərdə  tutulub.  Belə  ki,  standartlara  əməl  etməmək  qa-
nunla cəzalandırılır. Standart və texniki şərtlərin tələbləri-
nə  əməl  etməmək  üstündə  günahkarlar  inzibati,  maddi  və 
digər cəzalar ilə cəzalandırıla bilərlər. 
Standartlaşdırmanın  perspektiv  olması,  qabaqlayıcı 
standartların  buraxılması  ilə  yerinə  yetirilir.  Qabaqlayıcı 
standartlar,  standartlaşdırma  obyektlərinə  indiki  səviy-yə-
dən daha  yüksək tələblər müəyyən etməklə  yerinə  yeti-ri-
lir. Qabaqlayıcı standartların əsasını elmi-texniki proqnoz-
lar təşkil edir. 


 
 
260 
 
Beləliklə, standartlara yüksək qiymətli parametrlərin 
daxil  edilməsi,  həmin  sahənin  inkişaf  istiqamətini    təyin 
edir,  yəni  standartlaşdırma,  elmi-texniki  tərəqqidə  istiqa-
mətləndirici, təşkil edici sahə rolunu oynayır. 
Standartlaşdırmanın  dinamiki  olması,  onların  vaxta-
şırı  yoxlanılması,  onlara  dəyişikliklər  edilməsi,  yenidən 
baxılması və lazım gəldikdə ləğv edilməsi ilə yerinə yetiri-
lir. 
Standartlaşdırmanın  kompleksli  olması,  standartlaş-
dırmanın nəinki hazır məhsulu, hətta xammalı, komplekt-
ləşdirici hissələri, ölçü vasitələrini və s. əhatə etməklə  tə-
min edilir. 
Kompleks standartlaşdırmanın inkişafı dövlətlərarası 
standartların  yaranmasına  səbəb  olub.  Bu  standartlar,  sə-
naye sahələrinin idarə olunmasında əsas problemlərin həl-
linə yönəlib. 
Standartların keyfiyyəti həmin standartlar üzrə isteh-
sal olunmuş məhsulun keyfiyyətinə birbaşa təsir edir, yəni 
məhsulun keyfiyyəti xeyli dərəcədə standartlardan asılıdır. 
Standartlaşdırma üzrə bizim ölkədə və həmçinin xarici öl-
kələrdə  aparılmış  işlər  göstərir  ki,  standartların  yüksək 
keyfiyyətini və səmərəliliyini təmin etmək üçün onların iş-
lənib hazırlanması zamanı hökmən aşağıdakı əsas prinsip-
lər həyata keçirilməlidir.. 
Sistemlilik  prinsipi.  Texniki  tərəqqi  və  məhsulun 
keyfiyyətinin daim  yüksəldilməsi ictimai istehsalat prose-
sinə  sistemli  şəkildə  yanaşmağın  zəruriliyini  tələb  edir, 
belə ki, ictimai istehsal prosesi bu prosesi təmin edən in-
san əməyini, əmək vasitələrini (istifadə olunan avadanlıq-
lar, alətlər, nəzarət vasitələri və s.) və əmək, predmetlərini 


 
 
261 
 
(buraxılan  məhsul)  özündə  cəmləşdirir.  Burada  sistem 
dedikdə  qarşıya  qoyulmuş  məsələni  ən  böyük  səmərə  ilə 
və ən kiçik əmək tutumu ilə yerinə yetirmək üçün qarşılıq-
lı əlaqədə olan elementlərin məcmusu başa düşülür. Siste-
min  elementləri  arasındakı  əlaqələr  daimi  və  təsadüfi  ola 
bilər.  Sistemə  daxil  olan  qarşılıqlı  əlaqəli  elementlərin 
məcmusu  onların  müxtəlif  səviyyələrdə  ierarxiya  asılılıq-
larını qurmağa imkan verən strukturunu əmələ gətirir. 
Komplekslilik  prinsipi.  Standartların  işlənib  hazır-
lanması zamanı standartlaşdırma obyektinə təsir edən əsas 
elementlər  nəzərə  alınmalıdır.  Standartlaşdırma  üzrə  iş-
lərin əmək tutumunu azaltmaq üçün əsas obyektə az təsir 
edən  elementlər  nəzərə  alınmır.  Standartlaşdırma  zamanı 
qarşılıqlı əlaqədə olan maddi və qeyri-maddi elementlərin 
kompleksinə  qoyulan  tələblər  və  xarakteristikalar  baxılır 
və nəzərə almır. 
Yüksək keyfiyyətli məhsul istehsal etmək və istehsa-
latın  səmərəliliyini  yüksəltmək  üçün  rasional  standartlar 
sistemi lazımdır. Bu sistem məhsulun bütün mərhələlərini, 
yəni layihələndirilməsi, seriyalı istehsalı və hazır məmula-
tın  istismarı  mərhələlərini  əhatə  etməlidir.  Məmulatların 
keyfiyyəti,  etibarlılığı  və  uzunömürlülüyü  onları  təşkil 
edən elementlərin keyfiyyətinin funksiyasıdır. Odur ki, an-
caq hazır məhsula normativ tələblər qoymaq kifayət deyil-
dir.  Standartlaşdırmanın  kompleksliliyi  həyata  keçirildik-
də  xammalın,  materialların,  yarımfabrikatların,  hissələrin 
və qovşaqların, komplektləşdirici məmulatların standartla-
rının lazımi keyfiyyətdə işlənib hazırlanmasına xüsusi diq-
qət yetirilməlidir. 


 
 
262 
 
Standartların mütərəqqiiyi və optimallaşdırıl-ma-
sı  prinsipi.  Standartlarla  müəyyən  olunmuş  göstərici-lər, 
normalar, xarakteristikalar və tələblər elmin, texnikanın və 
istehsalatın dünya səviyyəsinə uyğun olmalıdır. Bu göstə-
ricilər  və  xarakteristikalar  standartlaşdırılan  obyektlərin 
inkişaf  tendensiyasını  nəzərə  almalıdırlar.  Hər  bir  stan-
dartlaşdırma  obyekti  üçün  iqtisadi  optimal  keyfiyyət  gös-
təriciləri təyin olunmalıdır. Burada məmulatın hazırlanma-
sına və istismarına çəkilən xərclər nəzərə alınmalıdır. Elə 
etmək  lazımdır  ki,  ən  kiçik  xərclərlə  ən  böyük  səmərə 
alınsın. Bu məqsədə nail olmağa qabaqlayan və kompleks 
standartlaşdırma kömək edir. 
Standartlaşdırılan  məmulatların  funksional  qar-
şılıqlı  əvəzolunmasını  təmin  etmə  prinsipi.  Bu  prinsip 
məmulatların  istismar  göstəricilərinə  görə  qarşılıqlı  əvəz 
olunmasını təmin etməyə imkan verir. Bu isə kompleks və 
qabaqlayan standartlaşdırmada əsasdır. 
Standartların qarşılıqlı uzlaşma prinsipi.  
Ümumtexniki  və  sahələrarası  standartların  həddin-
dən çox olması ilə əlaqədar onların qarşılıqlı uzlaşması va-
cibdir.  Kompleks  standartlaşdırma  metodu  bu  prinsipin 
vacibliyinə və səmərəliliyinə inandırıcı misaldır. Qarşılıqlı 
uzlaşma  prinsipi  bütün  standartlara  aiddir.  Standartlaşdır-
ma sahəsində terminlərin qarşılıqlı uzlaşması da vacib mə-
sələdir. 
Standartların  işlənib  hazırlanmasının  elmi-tədqi-
qat  prinsipi.  Standartların  layihələrinin  hazırlanması  və 
onların  müvəffəqiyyətlə  tətbiqi  üçün  praktik  təcrübənin 
geniş öyrənilməsi ilə yanaşı, nəzəri, eksperimental və təc-


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə