Dərslik Azərbaycan Respublikası Təhsil



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə71/94
tarix14.09.2018
ölçüsü3,12 Mb.
#68173
növüDərs
1   ...   67   68   69   70   71   72   73   74   ...   94

 
 
283 
 
sənədlərin  tələblərinə  cavab  verir  ki,  bu  da  onun  keyfiy-
yətli  olmasına  zəmanət  ola  bilər.  Belə  fəaliyyət  hazırda 
sertifikatlaşdırma adlanır. 
Sertifikatlaşdırma fəailiyyət növü olaraq, üçüncü tə-
rəfin  yazılı  surətdə  məhsulun,  prosesin  və  ya  xidmətlərin 
verilmiş tələblərə uyğun olması üzrə zəmanət vermə vasi-
təsidir.  Sertifikatlaşdırma  fəaliyyəti  nəticəsində  verilən 
sertifikat  (sertifikat  –  ingilis  və  ya  fransız  dilindən  tərcü-
mədə  ―şəhadtnamə‖  deməkdir)  məhsulun  keyfiyyə-tini 
təsdiq edən sənəddir.  
Sertifikatlaşdırma  prosesinin  tərkib  hissəsi    olan  
əməliyyatlar,  qaydalar,  sınaqlar  və  digər  fəaliyyətlər  bir 
sıra  amillərdən  asılı olaraq  fərqlənirlər. Bu amillərə  stan-
dartlaşdırmaya,  keyfiyyətə  və  bilavasitə  sertifikatlaş-dır-
maya  aid  olan  qanunvericilik,  sertifikatlaş-dırma  obyekt-
lərinin  xüsusiyyətləri,  sınağın  aparılması  üsulunun  seçil-
məsi və s. aiddir. 
Sertifikatlaşdırma qarşılıqlı məhsul tədarükü zamanı 
inamın  təmin  edilməsinin,  həmçinin,  istehlak  edilən  (isti-
fadə  olunan)  məhsulun  təhlükəsizliyinin,  vətəndaşların  
sağlamlığının  və  əmlakının  mühafizəsinin,  ətraf  mühitin 
qorunmasının zəmanəti kimi iri sosial məsələlərin həllinin 
vacib  amilidir.  Müxtəlif  dövlətlərin  ümumi  iqtisadi  ərazi-
sində  sertifikatlaşdırmanın  inkişafı  qanunvericilik  bazası-
nın  mükəmməlləşdirilməsinə,  vahid  standartların  istifadə 
edilməsinə və uyğunluğun müəyyən edilməsinin qarşılıqlı 
tanınmış  mexanizmlərinə  əsaslanan  məhsulun  sertifikat-
laşdırılmasının nəticələrinin qarşılıqlı tanınmasını nəzərdə 
tutur. 


 
 
284 
 
Sertifikatlaşdırmanın  keyfiyyət  göstəriciləri  onun 
doğruluğundan (səhihliyindən) və qərəzsizliyindən ibarət-
dir.  Sertifikatlaşdırma  obyektlərinin  normativ  sənəd-lərin 
tələblərinə  uyğunluğunun  qiymətləndirilməsinin  doğrulu-
ğu sertifikatlaşdırma üzrə orqanların və sınaq laboratoriya-
larının  texniki  səriştəliyindən  asılıdır.  Sertifikatlaşdırma-
nın  nəticələrinin  alınmasında  qərəzsizlik  maraqlı  tərəflə-
rin-istehsalçıdan və istehlakçıdan müstəqil olma, yəni asılı 
olmama dərəcəsindən asılıdır.  
Sertifikatlaşdırma  üzrə  işlərin  təşkili  və  aparılma 
qaydası  sertifikatlaşdırmanın  kifayət  qədər  obyektivliyini, 
sertifikatlaşdırma  üzrə  məlumatların  etibarlılığını,  doğru-
luğunu  (səhihliyini)  və  təkrarlanmasını  təmin  etməli,  iqti-
sadi  cəhətdən  həm  istehsalçıya,  həm  də  isteklakçıya  kifa-
yət qədər əlverişli olmalıdır. 
        Sertifikatlaşdırma  üzrə  işlər  sertifikatlaşdırma  
obyektini,  sənədlərin  kateqoriyalarını  və  növünü,  sertifi-
katlaşdırmanın  qaydalarını  və  əməliyyatlarını  müəyyən 
edən  oxşar  məhsulun  sertifikatlaşdırılması  sisteminin  ya-
radılması yolu ilə təşkil edilir. Bu sistemin sənədləri milli 
sertifikatlaşdırma  orqanının,  oxşar  məhsulun  sertifikatlaş-
dırma  orqanlarının  və  sınaq  laboratoriyalarının  məqsədi, 
hüquq  və  vəzifələrini,  həmçinin,  akkreditasiya  zamanı 
onlara qoyulan tələbləri müəyyən edir. 
Sertifikatlaşdırma  anlayışı  altında  ölkədə  buraxılan 
məhsulun  beynəlxalq,  milli  standartlara,  istehsalçı  ilə 
istehlakçı  arasında  qarşılıqlı  surətdə  razılaşdırılmış  digər 
sənədlərə müvafiqliyi anlaşılır. Tələblərə uyğunluq  xüsusi 
sənədin (sertifikatın), yaxud uyğunluq nişanının verilməsi 


 
 
285 
 
ilə təsdiqlənir. İstehlakçıdan ötrü sertifikat keyfiyyət təmi-
natı, istehsalçıdan ötəri isə müvəffəqiyyətin təminatıdır. 
Məhsulun  dövlət  sertifikatlaşdırılması  sisteminin 
məqsədi – öz tələbatından ötəri istehlakçı tərəfindən məh-
sulun alınması və istifadə olunması ilə bağlı zəmanətlərin 
təmin  edilməsi  üçün  lazımi  təşkilati,  texniki  və  iqtisadi 
tədbirlərin  tətbiqindən  ibarətdir.  Sertifikatlaş-dırma  siste-
minin qurulmasının əsas prinsipləri aşağıdakı-lardır: 
-
 
sertifikatlaşdırmanın  beynəlxalq  normaları  və  qay-
daları əsasında milli normativ - metodiki bazanın yaradıl-
ması; 
-
 
mövcud dövlət standartlarından və konkret məhsul 
növlərinin  qəbul  olunmuş  sertifikatlaşdırma  sistemlərinin 
digər normativ - texniki sənədlərindən istifadə olunması; 
-
 
istehsalçı və istehlakçının təşkilat strukturuna daxil 
olmayan üçüncü tərəf vasitəsilə məhsulun (işlərin, xidmət-
lərin) və keyfiyyət sisteminin xarakteristika və xüsusiyyət-
lərinin müstəqil qiymətləndirilməsinin həyata keçirilməsi
-
 
xarakteristikaları,  istehsalın  və  tədarükün  xüsusiy-
yətləri sertifikatlaşdırma üzrə beynəlxalq sistem və saziş-
lərin tələbləri nəzərə alınmaqla, konkret məhsul növlərinin 
sertifikatlaşdırılması qaydalarının müəyyən olunması; 
-
 
Standartlaşdırma  üzrə  Beynəlxalq  Təşkilatın  Şura-
sının Komitəsi (ISO) tərəfindən müəyyən olunmuş sertifi-
katlaşdırma sistemilərinin tətbiqi; 
-
 
digər dövlətlərin sertifikatlaşdırma sistemlərinin və 
məhsulun  beynəlxalq  sertifikatlaşdırma  sistemlərinin  bir-
ləşdirilməsindən  ötəri  məhsulun  dövlət  sertifikatlaşdırma 
sisteminin açıqlığı. 


 
 
286 
 
―Sertifikatlaşdırma‖  anlayışı  ilk  dəfə  standartlaşdır-
ma  üzrə  Beynəlxalq  Təşkilatın  (İSO)  sertifikatlaşdırma 
məsələləri  üzrə  xüsusi  Komitəsi  SERTİKO  (hal-hazırda 
KASKO)  tərəfindən  tərtib  və  təyin  edilərək  1982-ci  ildə 
İSO/İEC 2 Rəhbəredici sənəd daxil edilmişdir. Bu sənədə 
uyğun  olaraq  ―uyğunluq  sertifikatlaşdırması,  uyğunluq 
sertifikatı  və  ya  uyğunluq  nişanı  vasitəsilə    məmulatın  və 
ya xidmətin müəyyən standarta  və  ya  digər normativ  sə-
nədə  uyğunluğunu  təsdiq  edən  fəaliyyətdir‖. 
 Sertifikatlaşdırma  sahəsində  əsasən  aşağıdakı  əsas 
anlayışlar istifadə edilir: 
1.
 
  Uyğunluq sertifikatlaşdırması; 
2.
 
Məcburi sertifikatlaşdırma; 
3.
 
Könüllü sertifikatlaşdırma; 
4.
 
Uyğunluq nişanı; 
5.
 
Uyğunluq sertifikatı; 
6.
 
Uyğunluq haqqında bəyanat; 
7.
 
Sertifikatlaşdırma üzrə orqan
8.
 
Sertifikatlaşdırma sistemi; 
9.
 
Akkreditasiya; 
10.
 
Akkreditasiya olunmuş sınaq laboratoriyası; 
11.
 
Ekspert auditor; 
12.
 
Təftiş nəzarəti və s. 
Uyğunluq sertifikatlaşdırılması – məhsulun, prosesin 
və  ya  xidmətin  konkret  standartın  və  ya  digər  normativ 
sənədin  tələblərinə  uyğun  olmasının  təsdiq  edilməsinə 
yönəlmiş üçüncü tərəfin fəaliyyət növüdür. 
Məcburi  sertifikatlaşdırma  –  məhsulun,  prosesin  və 
ya xidmətin konkret standartın və ya digər sənədin məcbu-


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə