Dərslik Azərbaycan Respublikası Təhsil



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə57/94
tarix14.09.2018
ölçüsü3,12 Mb.
#68173
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   94

 
 
226 
 
hər  bir  mərhələsinin  inteqrasiya  və  avtomatlaşdırılmasına 
yönəlmişdir. Bu tendensiyanın xarakterik cizgiləri istehsal 
imkanlarının hesaba alınması ilə layihələndirmə, avtomat-
laşdırılmış  istehsal  və  EHM-in  köməyi  ilə  keyfiyyətə  nə-
zarətdir. Faktiki olaraq CİT üzrə mütəxəssislər hətta yuxa-
rıda sadalanan tələblər tam  yerinə  yetirilməyənədək onun 
tətbiqinin  əleyhinə  çıxırdılar.Anbar  ehtiyatlarına  nəzarət 
CİT sistemində əsas yer tutmur. İri seriyalı istehsalın kiçik 
seriyalı  istehsalla  dəyişilməsi  yolu  və  işi  ləngidən  səbəb-
lərin aradan qaldırılması bu sistemin tətbiqinin ilk addımı-
dır.  Növbəti  mühüm  addım  anbarda  saxlanılan  detalların 
miqdarının tədricən azalması, gizli problemlərin aşkarlan-
ması və istehsalın minimal anbar ehtiyatı ilə aparılmasıdır. 
Bu  zaman  atılan  addım  sizin  qərarlarınızdan  asılıdır  -  ya 
sazlanmaya  sərf  olunan  vaxt  azalmalı,  ya  dəzgahın  sürəti 
artırılmalı, ya da avadanlıq dəyişilməlidir. 
CİT sorğuya uyğun olaraq məhsul çeşidinin gündəlik 
dəyişilməsi  sayəsində  kiçik  seriyalı  istehsala  şərait  yara-
dır.  Çevik  istehsal  sistemləri  (ÇİS)  tətbiqi  olunana  qədər 
müvafiq avtomatik avadanlığın qısa iş rejiminə keçirilməsi 
çox  baha  başa  gəldiyindən  kiçik  seriyalı  istehsal  ziyanlı 
sayılırdı. Lakin, bu gün ÇİS-lər əmin edirlər ki, kiçik seri-
yalı  istehsal  məmulatın  vahid  nüsxədə  hazırlanmasınadək 
iqtisadi  cəhətdən  özünü  doğrultmuş  və  texniki  cəhətdən 
mümkündür.  CİT  sistem  müxtəlif  detalların  hazırlanması 
üçün avadanlığın yenidən sazlanmasını həm dəyər, həm də 
vaxt  nöqteyi-nəzərindən  qənaətli  edir.  Bundan  başqa  bir 
növ detalın istehsalından başqasına keçərkən xərclər ava-
danlıq qovşaqlarının dəyişdirilməsi, yəni istehsalın dayan-
dırılması hesabına deyil, yalnız hazırlama (yığılma) proq-


 
 
227 
 
ramının  dəyişdirilməsi  hesabına  əhəmiyyətli  dərəcədə 
azaldıla bilər. CİT konsepsiyası zamanı dəzgahlar qrupun-
dan istehsal özəklərinə keçid həm də digər istehsalın təşki-
linə - qrup texnologiyasından istifadəyə maksimum imkan 
verir.  Ənənəvi  metodika  üzrə,  məsələn,  inteqral  sxemləri 
istehsal edən şirkət müəssisənin bir hissəsində komponent-
lərini  quraşdırılıması  avadanlığını,  digər  hissəsində  yan-
dırma  sobalarını  yerləşdirə  bilər  və  s.  İstehsalın  seksiyalı 
qurulması, avadanlığın qrup şəklində düzülüşündən imtina 
etməyə və texnoloji prosesə uyğun ardıcıllıqla yerləşdiril-
miş hər birində bir dəzgahdan ibarət bir neçə özəyin yara-
dılmasına gətirib çıxarır. 
Seksiyalı  texnologiya  operatora  bütün  mərhələlərdə 
istehsal  prosesi  üzərində  daha  tam  nəzarəti  həyata  keçir-
məyə imkan verir. CİT sistemdə detal toplayıcılarda yatıb 
qalmayaraq  hər  zaman  istehsal  prosesində  olur.  Əgər  iş 
yeri  düzxətli  deyil,  U  hərfi  şəklində  təşkil  edildikdə  sek-
siyalı  istehsal  daha  səmərəli  olur.  İş  yerinin  belə  təşkili 
sahəyə  qənaət  edir və  operatora  dəzgahdan  dəzgaha  daha 
sürətlə hərəkət etməyə imkan verir. Özəkdəki iş yerlərinin 
yenidən  təşkil  edilməsi  həm  də  yenidən  sazlanmaya  sərf 
edilən vaxta qənaət edir. Fəaliyyətləri qoyulmuş tələblərə 
uyğun gəlməyən  təchizatçıların işə cəlb edilməsi CİT sis-
teminin  istehsala  tətbiqində  çətinliklər  yaradırdı.  Keyfiy-
yətin  giriş  nəzarəti  olmadığından  vasitəçilər  qüsursuz 
məhsulu təmin etməli idi. Lakin bu problemlər vasitəçilər-
lə  daimi  əlaqə  və  qarşılıqlı  anlaşmanın  möhkəmlənməsi 
sayəsində  aradan  qalxmışdır.  Hesab  olunur  ki,  CİT  rəqa-
bətin xarakteri dəyişdirəcəkdir: güman ki, qiymət uğrunda 


 
 
228 
 
mübarizə  aparan  vasitəçi  deyil,  keyfiyyətli  mal  tədarük 
edən vasitəçi yaşayacaqdır. 
Məhsulun  keyfiyyətinin  idarə  edilməsinin  komp-
leks  sistemi  (MKİKS).Bu  sistem  XX  əsrin  70-ci  illərin 
SSRİ-də  aparıcı  müəssisələrin  və  sahələrin  keyfiyyətin 
idarə edilməsi sahəsindəki qabaqcıl təcrübənin ümumiləş-
dirilməsi  əsasında  işlənilib  hazırlanmışdır  və  dövlət  stan-
dartları sistemi sahəsində sənədləşdirilmişdir.  
ГОСТ  15467-79-a  müvafiq  olaraq,  MKİKS  keyfiy-
yətə sistemli nəzarətin və məhsulun keyfiyyətinə təsir gös-
tərən şərtlərə və amillərə məqsədyönlü təsirin həyata keçi-
rilməsi  istehsalı  və  istismarı  zamanı  onun  keyfiyyətinin 
zəruri səviyyəsini müəyyənləşdirir, təmin edir, saxlayır. O, 
istehsalat birliyinin və sənaye müəssisəsinin idarə edilməsi 
ilə münasibətdə altsistemdir (ГОСТ 24525, 2-80). 
Məhsulun  keyfiyyətinin  idarə  olunması,  məmulatla-
rın  işlənilməsi,  istehsalı,  istismarı  və  istifadəsi  zamanı 
keyfiyyətə təsir göstərən və onun planlaşdırılmış səviyyə-
sini  təmin  edən  şərtlər,  proseslər  və  amillər  sistemi  kimi 
nəzərdən keçirmək lazımdır. Elmi-texniki, təşkilati, iqtisa-
di və sosial problemlərin çoxcəhətliliyi, onların arasındakı 
əlaqələrin  mürəkkəb  xarakteri  və  müvafiq olaraq,  keyfiy-
yətin idarə edilməsinin mürəkkəb sistemi aşağıda göstəri-
lən  məsələlərin  gündəlik  həllini  tələb  edir:  istehsalatın 
konstruktor  və  texnoloji  hazırlığı,  texnoloji  proseslərin, 
texniki-iqtisadi  və  operativ-istehsalın  planlaşdırılmasının, 
maddi-texniki təminatının, təmir, energetik, nəqliyyat xid-
mətinin,  kadrların,  maya  dəyərinin  və  məhsul  satışının, 
maliyyə - mühasibat fəaliyyətinin, istehsalın təşkilinin tək-
milləşdirilməsinin, nəzarət, meteroloji təminat, mənəvi və 


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə