Dərslik Azərbaycan Respublikası Təhsil



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə54/94
tarix14.09.2018
ölçüsü3,12 Mb.
#68173
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   94

 
 
212 
 
Keyfiyyət ilgəyini təşkil edən bütün elementlər məh-
sulun keyfiyyətinin idarə edilməsi obyektləridir. 
 
10.2. Keyfiyyətin ilgəyi. Deminq silsiləsi 
 
Keyfiyyət ilgəyi dedikdə, ISO beynəlxalq standartla-
rın uyğun olaraq, məhsulun dairə şəkilli qapalı həyat silsi-
ləsi başa düşülür (şəkil  10.2). 
 
 
Şəkil  10.2. Məhsulun dairə şəkilli qapalı həyat 
silsiləsi 
Bu silsiləyə aşağıdakı əsas mərhələlər daxildir: mar-
ketinq; məhsul hazırlanmasının texniki tələblərinin layihə-
ləndirilməsi  və  işlənilməsi;  maddi-texniki  təchizat;  isteh-
salatın  hazırlanmasına  texnologiya  və  istehsal  proseslə-
rinin yaradılması; istehsalat; nəzarət; sınaq və müayinələr; 
qablaşdırma və saxlama; məhsulun realizə və paylanması; 
montaj;  istismar;  texniki  yardım  və  xidmət;  utiləşdirmə. 
Nəzərə  almaq  lazımdır  ki,  praktiki  fəaliyyətdə  planlaşd-


 
 
213 
 
ırma, nəzarət, təhlil və s. məqsədləri ilə bu mərhələlər tər-
kib hissələrinə bölünə bilər. Burada ən vacib məhsulun hə-
yat silsiləsinin bütün mərhələlərində keyfiyyətin idarəedil-
mə proseslərinin tamlığının təmin edilməsidir. 
Keyfiyyət ilgəyi köməyi ilə məhsulu hazırlayan-ların 
istehlakçı  və  məhsulun  keyfiyyətinin  idarəedilməsi  məsə-
lələrinin  həllini  təmin  edən  bütün  obyektlərlə  qarşılıqlı 
əlaqədə həyata keçirilir. 
Məhsulun keyfiyyətinin idarə edilməsi Deminq silsi-
ləsi  adlanan  silsilə  şəklində  həyata  keçir.  Belə  silsilənin 
reallaşdırılması Deminq silsiləsinin dövriyyəsi adlanır. 
Şəkil  10.3-də  Deminq  silsiləsi  ardıcıllığı  göstərilib: 
planlaşdırma  (PLAN),  həyata  keçirmə  (DO),  nəzarət 
(CHECK), təsirlə idarə edilmə (ACTİON). 
 
Şəkil 10.3. Deminq silsiləsi ardıcıllığı 
 
Gündəlik həyatda bizim qapalı silsilədə bəlkə satışın 
realizənin mənası vəzifəsi nəzərdən keçirilmiş, idarəetmə-
nin ümumi funksiyalarında ifadə olunur. Nəzərə almalıyıq 
ki,  bu  funksiyalar  keyfiyyətli  məhsulun  yaradılmasını  və 
onun  keyfiyyətlə  istifadəsinin  bütün  şərtlərinin  təmin 
olunmasına yönəldilmişdir. 


 
 
214 
 
Beləliklə,  keyfiyyəti  idarə  edərkən  bu  prosesin  sis-
temliyini təmin etmək üçün məhsulun həyat silsiləsi müd-
dətində fəaliyyətlərin əsas növlərini xarakterizə edən key-
fiyyət həlqəsini Deminq silsiləsi (çevrəsi) (cədvəl 10.1) ilə 
birləşdirmək  zəruridir.  Onda  əldə  edilmiş  matrisin  bütün 
sahəsində  fəaliyyətin  əsas  növlərinin  dolğunluğu  məhsu-
lun ayrı-ayrı növləri üzrə keyfiyyətin idarə edilməsi prose-
sinin komplektləşdirmə dərəcəsini xarakterizə edəcəkdir. 
                                                                                                      
Cədvəl 10.1 
Keyfiyyət həlqəsinin Deminq silsiləsi ilə 
birləşdirilməsi 
 
Planlaşdırma 
Həyata 
keçirmə 
Nəzarət 
Təsirlə 
idarəetmə 
Marketinq 
 
 
 
 
Layihələndirmə və 
yaradılma 
 
 
 
 
MTS 
 
 
 
 
Texnologiyanın 
yaradılması 
 
 
 
 
İstehsal 
 
 
 
 
Nəzarət və sınaq 
 
 
 
 
Qablaşdırma və sax-
lama 
 
 
 
 
Paylanma və satış 
 
 
 
 
Montaj 
 
 
 
 
İstismar 
 
 
 
 
Texniki yardım və 
xidmət 
 
 
 
 
Utilləşdirmə 
 
 
 
 


 
 
215 
 
 
Keyfiyyətin  idarə  edilməsi  yaxşı  məmulatların  pis-
dən ayrılması nəzarətindən fərqlənir. Məhsulun keyfiyyəti 
nəzarət  nəticəsində  istehsal  prosesi  başa  çatdıqdan  sonra 
dəyişdirilə bilməz. 
Keyfiyyətin  idarə  edilməsi  məhsulun  yaranması,  is-
tehsalı, istismarı (istehlakı) və utilləşdirməsinin bütün sis-
temi ilə əlaqədardır. Keyfiyyətin idarə edilməsinin vəzifə-
si zay məhsulun harada yaranmasından asılı olmayaraq sə-
bəblərinin müəyyənləşdirilməsi, sonra aradan qaldırılması, 
daha keyfiyyətli məhsul istehsalının təmin edilməsidir. 
 
10.3. Məhsulun keyfiyyətinin idarə edilməsi 
mexanizmi 
 
Keyfiyyətin idarə edilməsi dövlət, regional və  müx-
təlif sahə səviyyələrində, həmçinin də şirkət (müəssisə) sə-
viyyəsində baş verir. 
Məhsulun  idarə  edilməsi dedikdə,  məhsulun  keyfiy-
yətinin  lazımi  səviyyəsinin  müəyyənləşdirilməsi,  təmini 
saxlanma müddəti, istismarı və s. başa düşülür. 
Bu  halda  idarəetmənin  bilavasitə  obyektləri  məhsu-
lun istehlak xüsusiyyətləri, onların səviyyələrinə təsir gös-
tərən amil və şərtlər, həmçinin, məhsulun həyat silsiləsinin 
müxtəlif  mərhələsində  onun  keyfiyyətinin  formalaşdırıl-
ması  prosesləridir.  İdarəetmənin  subyektləri  müxtəlif  ie-
rarxik  səviyyələrdə  fəaliyyət  göstərən  və  idarəetmənin 
ümumən qəbul olunmuş prinsip və metodları uyğun olaraq 
idarəetmə  funksiyalarını  reallaşdıran  müxtəlif  idarəetmə 
orqanları və ayrı-ayrı şəxslərdir. 


 
 
216 
 
Məhsulun keyfiyyətinin idarə edilməsi mexanizmi 
məhsulun həyat dövrünün və keyfiyyətin idarə edilməsinin 
müxtəlif mərhələsində istifadə olunan obyekt və subyekt-
lərin idarə edilməsinin qarşılıqlı əlaqəsidir. O, keyfiyyətin 
idarə edilməsinin  aşağıdakı əsas funksiyalarının  səmərəli 
reallaşmasını təmin etməlidir: 
-
 
bazar  tələblərinin  proqnozlaşdırılması,  texniki  sə-
viyyə və məhsulun keyfiyyəti; 
-
 
məhsulun keyfiyyətinin  yüksəldilməsinin planlaşd-
ırılması; 
-
 
məhsulun keyfiyyətinə olan tələblərin normallaşdır-
ılması və standartlaşdırılması; 
-
 
məhsulun təhlili və istehsala qoyulması; 
-
 
istehsalın texnoloji hazırlığı; 
-
 
məhsulun keyfiyyəti üzrə istehsalçı müəssisələr ilə 
xammal, material,  yarımfabrikat və komplektləşdirici mə-
mulatların  təchizatçıları  və  məhsul  istehlakçıları  arasında 
qarşılıqlı əlaqənin təşkili
-
 
məhsulun  planlaşdırılmış  keyfiyyət  səviyyəsinin 
məhsulun  bütün  uzunömürlülüyünün,  sabitliyinin  təmin 
olunması; 
-
 
məhsulun keyfiyyətinə nəzarət və sınaqdan keçiril-
məsi; 
-
 
istehsalatda zay məhsulun (çıxdaş) profilaktikası; 
-
 
istehsal daxilində məhsulun texnoloji proseslərinin, 
iş yerlərinin, icraçıların və b. attestasiya olunması; 
-
 
məhsulun,  görülən  işin,  xidmətin,  keyfiyyət 
sisteminin və istehsalın sertifikatlaşdırılması; 
-
 
nail olunmuş keyfiyyət səviyyəsinə görə  həvəslən-
dirmə və məsuliyyət


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə