Dərslik Azərbaycan Respublikası Təhsil



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə55/94
tarix14.09.2018
ölçüsü3,12 Mb.
#68173
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   94

 
 
217 
 
-
 
məhsulun  keyfiyyəti  üzrə  istehsaldaxili  qeydiyyat 
və hesabat; 
-
 
məhsulun keyfiyyətinin dəyişilməsinin texniki-iqti-
sadi təhlili; 
-
 
məhsul  keyfiyyətinin  idarə  edilməsinin  hüquqi  tə-
mini; 
-
 
məhsul keyfiyyətinin idarə edilməsinin informasiya 
təmini; 
-
 
məhsulun keyfiyyətinin maddi-texniki təminatı; 
-
 
məhsulun keyfiyyətinin meteroloji təmini; 
-
 
kadrların  xüsusi  hazırlığı  və  peşəkarlıqlarının  artı-
rılması; 
-
 
məhsulun  keyfiyyətinin  idarə  edilməsinin  təşkilati 
təmini; 
-
 
məhsulun keyfiyyətinin idarə edilməsinin texnoloji 
təmini; 
-
 
məhsulun  keyfiyyətinin  idarə  edilməsinin  maliyyə 
təmini. 
Məhsulun  keyfiyyətinin  idarə  edilməsi  mexanizmi-
nin xarakteristikası üçün bu mexanizmin tərkibinə bir sıra 
ümumi,  xüsusi  və  təminedici  altsistemləri  ayırmağı  ehti-
mal  edən  mürəkkəb  təsərrüfat  sistemlərinin  quruluşuna 
olan yayılmış metodoloji yanaşmadan istifadə etmək məq-
sədyönlüdür  (şəkil  10.4).  Məhsulun  keyfiyyətinin  idarə 
edilməsinin  ümumi  altsistem  mexanizminin  sıralarına 
məhsulun keyfiyyətinin və texniki səviyyənin proqnozlaş-
dırılması və planlaşdırılması, məhsul keyfiyyətinin bilava-
sitə  istehsalda  tənzimlənməsi  və  nəzarəti,  keyfiyyət  sə-
viyyəsi dəyişikliyinin qeydiyyatı və təhlili, keyfiyyətə gö-


 
 
218 
 
rə həvəsləndirmələrin və keyfiyyətə məsuliyyəti aid etmək 
vacibdir. 
 
Şəkil  10.4. Keyfiyyətin idarə edilmə 
mexanizminin  tərkibi 
 


 
 
219 
 
Xüsusi  altsistemləri  mexanizminin  tərkibinə  məhsu-
lun  standartlaşdırması,  sınaqdan  keçirilməsi,  istehsalda 
zay  məhsulun  profilaktikası,  attestasiya  və  sertifıkasiya 
olunma altsistemləri daxildir. 
Keyfiyyətin  idarə  edilməsinin  təminedici  altsistem-
ləri mexanizmi hüquqi, informasiya, maddi-texniki, mete-
roloji, kadr, təşkilati, texnoloji və  maliyyə təminatı altsis-
temlərini daxil edir. 
Hər  bir  idarəetmənin  mahiyyəti  idarəçilik  qərarla-
rının  işlənilməsindən  və  onların  müəyyən  idarəetmə  ob-
yektində sonrakı reallaşmasından ibarətdir. Məhsulun key-
fiyyətinin  idarə  edilməsi    bilavasitə  obyektlərdə  yaranan 
proseslərdən  asılıdır.  Onlar  məhsulun  istehsal  dövrünün 
həm istehsaldan əvvəl, hal-hazırkı və sonrakı mərhələsini 
əhatə edir. 
İdarəedici  qərarlar,  idarə  edilmə  prosesi,  onun  idarə 
edilmə proqramı (proqnozu, planı) tərəfindən verilmiş xü-
susiyyətləri,  faktiki  vəziyyəti  ilə  informasiyanın  tutuşdu-
rulması əsasında işlənilir. 
Məhsulun keyfiyyət parametrlərinin və  ya göstərici-
lərinin  əhəmiyyətini  nizama  salan  normativ  sənədləri 
(məhsulun işlənilməsinə verilmiş texniki tapşırıqlar, stan-
dartlar,  texniki  şərtlər,  təchizat  şərtləri)  məhsulun  keyfiy-
yətinin idarə olunması proqramının mühüm bir hissəsi ki-
mi nəzərdən keçirmək lazımdır. 
Hər bir müəssisənin (təşkilatın) əsas vəzifəsi istehsal 
olunan  məhsulun  və  təqdim  edilən  xidmətlərin  keyfiyyə-
tinin  artırılmasıdır.  Müəssisənin  uğurlu  fəaliyyəti  gəlirin 
əldə  olunmasına  yönələn  məhsul  və  onlara  tətbiq  olunan 
xidmətlərlə (dəqiq müəyyənləşdirilmiş tətbiq və ya təyinat 


 
 
220 
 
sahəsinə  aid  tələbatlara  cavab  verən;  istehlakçıların  tələ-
batlarını  təmin  edən;  tətbiq  edilən  standartlara  və  texniki 
şərtlərə uyğun gələn; fəaliyyət göstərən qanunvericiliyə və 
cəmiyyətin başqa tələblərinə cavab verən; istehlakçıya rə-
qabətə davamlı) təmin edilməlidir. 
 
10.4. Keyfiyyətin idarə edilməsinin mövcud 
sistemləri 
 
Müəyyən edilmiş tədbirlər dairəsində təyin olunmuş 
keyfiyyət konsepsiyaları ilə yanaşı, istehlakçıların tələblə-
rinə  mərhələlərlə  müəssisənin  maraqları  üzrə  investorlar, 
əməkdaşlar,  təchizatçılar,  ictimai  birliklər  və  bütövlükdə 
cəmiyyət kimi qrupların tələbləri daxil edilmişdir. Paralel 
olaraq,  birləşmiş  menecmentin  ümumi  konsepsiyasına 
ayrı-ayrı  menecment  yanaşmalarının  və  metodlarının  bir-
ləşməsi  üzrə  ciddi  cəhdlər  edilmişdir.  Bununla  əlaqədar 
olaraq,  müəssisə  rəhbərliyi  prosesin  istiqamətlənməsinə 
əhəmiyyət verir. "Keyfiyyətin ümumi menecmenti" (TQM) 
və  "Keyfiyyətin  ümumi  menecment  sistemi"  (Total  Qua-
lity  Management  Systems  (TQMS))  anlayışları  keyfiyyə-
tin idarə edilməsinin inkişafının bu fazasını özündə əks et-
dirir.  İlk  öncə  TQM  ABŞ-ın  Müdafiə  Nazirliyində  tətbiq 
olunmuşdur. Termin "Total Quality Leadeship" termininin 
dəyişilməsi  nəticəsində  meydana  çıxmışdır.  Bu  onunla 
əlaqədar idi ki, "Leaders-hip" (rəhbərlik) sözü bu terminin 
onlar tərəfindən şərhinə tam sxemdə uyğun gəlmirdi, yəni 
TQM  "Total  Quality"-nin  (total  keyfiyyətin)  tətbiqi  kimi 
başa  düşülürdü.  "Total  Quality"  termininin  dəqiq  müəy-
yənləşdirilməsinin  təşəbbüsü  ABŞ-ın  doqquz  aparıcı  sə-
naye  korporasiyasının  rəhbərliyi tərəfindən irəli sürülmüş 


 
 
221 
 
və 1992-ci ildə keyfiyyət problemləri ilə məşğul olan apa-
rıcı  alimlərin  və  məsləhətçilərin  birgə  səyləri  ilə  dəqiq 
təyinatı verilmişdir. 
Total  keyfiyyətin  ("Total  Quality"  (TQ))  məqsədi 
məhsulun və ya xidmətlərin real dəyərinin daimi azalması 
zamanı istehlakçıların razı qalmalarını təmin edən insanla-
ra yönəlmiş menecment sistemidir. TQ ümumi (total) sis-
temli  yanaşmanın  (ayrı  sahə  və  proqramlar  olmayan)  və 
yuxarı  səviyyənin  strategiyasının  ayrılmaz  hissəsidir.  TQ 
hər hansı bir bölmənin bütün funksiyalarında, təchizatçılar 
və istehlakçılar zəncirində rəhbərlikdən sıravi işçiyə qədər 
bütün əməkdaşları əhatə edir. TQ təşkilatın uğurunu təhsil 
və  yeniliklər  inkişafında  görür.  Total  keyfiyyətin  fəlsəfi 
əsası elmi metodlara istinad edir. TQ sistemləri, metodları 
və vəsaitləri özündə cəmləşdirir. Sistemlər dəyişir, fəlsəfi 
anlayışlar isə dəyişməz qalır. TQ fərdi fəaliyyətin əhəmiy-
yətini və eyni zamanda kollektivin gücünü qeyd edən də-
yərlərə əsaslanır. 
Beləliklə,  TQM  həm  inzibatçılığın  hər  şeyi  əhatə 
edən fəlsəfəsi, həm də onun tətbiqi üçün vəsaitlər və me-
todlar  toplusudur.  Keyfiyyət  ideyalarının  tarixi  inkişafı 
müəssisələrin  və  təşkilatların  mövcud  olan  keyfiyyət  sis-
temlərinin  ümumi  TQM  prinsiplərinə  uyğunluğunun  kə-
miyyət  qiymətləndirmələrinin  zəruriliyinə  gətirib  çıxar-
mışdır. Avropada bu keyfiyyət menecmenti Avropa fondu 
tərəfindən (European Foundation for Quality Management 
(EFQM)) müəssisədə TQM prinsiplərinin və metodlarının 
tətbiqi üzrə naliyyətlərin qiymətləndirilməsi modelləri içə-
risində ən tanınmış  modellərdən olan "Business Exsellen-


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə