Dərslik Azərbaycan Respublikası Təhsil



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə77/94
tarix14.09.2018
ölçüsü3,12 Mb.
#68173
növüDərs
1   ...   73   74   75   76   77   78   79   80   ...   94

 
 
307 
 
Qanunvericilikdə  nəzərdə  tutulan  hallarda  bu  işləri 
başqa orqanlar da yerinə yetirə bilər. Sertifikatlaşdırmanın 
bu növü məhsulun təhlükəsizliyinə dövlət nəzarəti vasitə-
sidir.  
Könüllü sertifikatlaşdırma, hüquqi və fiziki şəxslərin 
təşəbbüsü ilə ərizəçi və sertifikatlaşdırma üzrə orqan ara-
sında bağlanmış müqavilə əsasında keçirilir. 
Könüllü sertifıkatlaşdırmanı, üzərinə könüllü sertifi-
katlaşdırma  üzrə  funksiyalar  götürmüş  və  sertifikatlaşdır-
ma sistemlərini və uyğunluq nişanlarını Komitədə qeydiy-
yatdan  keçirmiş  orqanlar,  həmçinin  akkreditasiya  sahəsi 
çərçivəsində  məcburi  sertifikatlaşdırma  üzrə  orqanlar  ke-
çirə bilər. 
Bunlarla  yanaşı,  özü  tərəfindən  və  3-cü  tərəfin  də 
sertifikatlaşdırması mövcuddur. Özü sertifikatlaşdırma bü-
tün zəruri fəaliyyəti yerinə yetirir və bu barədə, xüsusi sə-
nədə və ya məhsula, ya da müşaiyət sənədinə sertifikatlaş-
dırma  nişanı  qoymaqla  bildirir.  3-cü  tərəfin  sertifikatlaş-
dırması  formal  olaraq  nə  istehsalçıya,  nə  də  istehlakçıya 
aidiyyəti olmayan orqanlar sistemi tərəfindən həyata keçi-
rilir. 
Sertifikatlaşdırma  zamanı  istehsalçıların,  istehlakçı-
ların, ictimai təşkilatların, sertifikatlaşdırma  üzrə orqanla-
rın,  sınaq  laboratoriyalarının,  həmçinin  müəssisə,  təşkilat 
və  ayrı-ayrı  şəxslərin  akkreditə  və  sertifikatlaşdırmanın 
qaydaları  və  nəticələri,  sertifikatlaşdırmanın  iştirakçıları 
barədə məlumatlandırılması həyata keçirilməlidir. 
Sertifikatlaşdırma  zamanı  kommersiya  sirri  təşkil 
edən məlumatın məxfiliyi gözlənilməlidir. 


 
 
308 
 
Zəruri  səlahiyyətə,  sertifıkatlaşdırmanın  və  sınaqla-
rın  nəticələrinə  istehsalçı  və  ya  istehlakçı  tərəfindən  heç 
bir  təsir  göstərilə  bilməyəcəyi  qədər  müstəqilliyə  malik 
olan şəxs, dövlət, bələdiyyə və s. nəzarət edə bilər. İstəni-
lən  mülkiyyət  formalı  qeydiyyata  alınmış  qeyri-kommer-
siya (gəlirsiz) birlikləri (ittifaqları) və təşkilatları məcburi 
sertifikatlaşdırma  üzrə  orqanlar  və  sınaq  laboratoriyaları 
qismində akkreditə oluna bilər. 
  Əgər  akkreditasiya  sistemində  eyni  bir  məhsulun 
sertifıkatlaşdırması üzrə bir neçə orqan varsa, onda sifariş-
çinin onların hər hansı birində sertifıkatlaşdırma aparmağa 
ixtiyarı vardır. Sertifıkatlaşdırma yekcins məhsulun sertifi-
katlaşdırma  sistemləri  tərəfindən  müəyyən  edilmiş  sxem-
lər üzrə aparılır. 
Yerli və xarici məhsulun sertifıkatlaşdırması eyni bir 
qayda üzrə aparılır. 
Sertifıkatklaşdırmanın  nəticələri  üzrə  normativ  sə-
nədlərin  tələblərinə  uyğunluğu  təsdiq  olunmuş  məhsula 
uyğunluq sertifikatı verilir.  
 Məhsulun  sertifikatlaşdırılmasının  aparılma  ardıcıl-
lığının ümumiləşdirilmiş sxemi Şəkil 13.3-də verilib. 
  Sertifikatlaşdırma  sisteminin  mərkəzi  orqanlarının, 
sertifikatlaşdırma üzrə akkreditə olunmuş orqanların və sı-
naq  laboratoriyalarının  fəaliyyətinə  müfəttiş  nəzarətini 
SMPDK  və  başqa  dövlət  idarəetmə  orqanları  öz  səlahiy-
yətləri hüdudlarında təşkil edir. Sertifıkatlaş-dırılmış məh-
sul  üzərində  müfəttiş  nəzarətini  (əgər,  sertifi-katlaşdırma 
sxemində  nəzərdə  tutulubsa)  bu  məhsulun  sertifikatlaşdı-
rılmasını aparan orqanlar həyata keçirir. 


 
 
309 
 
 
Sertifikatlaşdırmaya sifariş 
Sertifikatlaşdırma  üzrə  orqanın  seçilməsi.  Sifarişin  verilməsi. 
Sifarişin müzakirəsi.Sifarişi üzrə qərar. 
 
Məhsulun uyğunluğunun qiymətləndirilməsi 
Nümunələrin seçilməsi və identifikasiyası. Nümunələrin sınağı. 
Sınaq protokolunun tərtib edilməsi. 
 
İstehsalatın qiymətləndirilməsi 
Seçilmiş  sertifikatlaşdırma  sxemindən  asılı  olaraq  istehsalatın 
vəziyyətinin təhlili, istehsalatın və ya keyfiyyətin idarə sistemi-
nin sertifikatlaşdırılması. Qiymətləndirmə üsulunun sertifikatda 
göstərilməsi. 
 
Sertifikatlaşdırma üzrə orqan 
Protokolda  əks  olunan  sınaq  sınaq  nəticələrinin  sertifikatlaş-
dırma  üzrə  orqanda  təhlili.  Uyğunluq  sertifikatının  tərtib  edil-
məsi  və  uyğunluq  nişanının  tətbiq  edilməsinə  lisenziyanın  ve-
rilməsi və ya rədd cavabının verilməsi.   
 
Sertifikatlaşdırılan məhsula təftiş nəzarəti 
Sertifikatın və uyğunluq nişanının düzgün istifadə edilməsinin 
və məhsulun tələblərə uyğunluğunun dövrü yoxlanması.  
Korreksiya edici tədbirlər 
Məhsulun qoyulan tələblərə uyğunluğu pozulan hallarda sertifi-
katlaşdırma  üzrə  orqan  tərəfindən  təyin  edilir  və  səmərəli 
olmadığı halda sertifikat ləğv edilir. 
 
Şəkil 13.3. Sertifikatlaşdırmanın aparılma sxemi 


 
 
310 
 
  Sertifikatlaşdırılmış konkret  məhsulun növləri üzə-
rində  müfəttiş  nəzarətinin  ümumi  qaydaları,  sertifikatlaş-
dırma üzrə orqanların və sınaq laboratoriyalarının akkredi-
tasiyası  üzrə  qaydaları  və  yekcins  məhsulun  sertifıkatlaş-
dırması qaydalarını müəyyən edən sənədlərdə təyin edilir. 
Məcburi  sertifikatlaşdırma  sistemlərinin  sertifi-kat-
ları  və  attestatları  dövlət  reyestrində  qeydə  alındığı  tarix-
dən qüvvəyə minir. Dövlət reyestri, sertifikatlaşdırma sis-
temlərinin mərkəzi orqanları haqqında, akkreditə olunmuş 
sertifikatlaşdırma  üzrə  orqanlar  və  sınaq  laboratoriyaları, 
bircins  məhsulun  sertifikatlaşdırma  sis-temləri  və  uyğun-
luq  nişanları  ilə  təsdiq  edilmiş  sertifi-katlaşdırılmış  məh-
sul, attestasiya olunmuş ekspertləri, sertifikatlaşdırma üzrə 
qayda  və  tövsiyyələrdən  ibarət  sənədlər  barədə  məlumat-
lardan ibarətdir. 
Sertifikatlaşdırma iştirakçılarınının fəaliyyətində mü-
bahisəli  məsələlər  yarandığı  zaman  maraqlı  tərəf  sertifi-
katlaşdırma  üzrə  orqana,  sertifikatlaşdırma  siste-minin 
mərkəzi  orqanına,  SMPDK-ya  və  sertifikatlaşdırma  üzrə 
işləri yerinə yetirən digər dövlət idarəetmə orqanlarına şi-
kayət  verə  bilər.  Göstərilən  orqanlar,  sertifikatlaşdırma, 
akkreditə,  uyğunluq  nişanının  tətbiqi,  akkreditə  sertifikat-
larının  və  attestatlarının  verilməsi  və  ləğv  edilməsi  məsə-
lələri üzrə sertifikatlaşdırma üzrə orqanların, sınaq labora-
toriyalarının, ekspertlərin və ərizəçilərin fəaliyyəti ilə əla-
qədar məsələlərə baxır. 
Məhsulun sertifıkatlaşdırmasına aşağıdakılar daxildir: 
1.
 
sertifikatlaşdırma üçün ərizə verilməsi
2.
 
ərizə üzrə qərar qəbul edilməsi, o cümlədən serti-
fikatlaşdırma sxeminin seçilməsi


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə