DöVLƏt büDCƏSİ



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə5/67
tarix19.10.2018
ölçüsü1,52 Mb.
#74588
1   2   3   4   5   6   7   8   9   ...   67

_______Milli Kitabxana_______ 
 
16 
Nazirliyinin təlimat məktubuna uyğun olaraq təqdim olunan 
məlumatlarda öz əksini tapmalı olan informasiya qeyd olunur; 
d)
 
Vergilər Nazirliyi və onun müvafiq orqanları  tərəfindən 
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin təlimat 
məktubuna uyğun olaraq təqdim olunan büdcə layihəsində hansı 
məlumatlar öz əksini tapır və s. 
Bununla yanaşı, dövlət büdcəsi layihəsinin tərtibi, Azərbaycan 
Respublikasının Prezidentinə  və Azərbaycan Respublikasının 
Nazirlər Kabinetinə təqdim edildiyi dövr ərzində hazırlanmış büdcə 
zərfində öz əksini tapan sənədlərin siyahısı  təqdim edilirdi. 
Həmçinin, dövlət büdcəsinin icrası  və icrasına cari nəzarət kifayət 
qədər təfsilatı ilə verilir.  
Yeni qaydalarda dövlət borcu və ona xidmət göstərilməsi 
bölməsində “Büdcə sistemi haqqında” qanunda göstərilən müddəalar 
bir qədər açıqlanmışdır. 

 
Azərbaycan Respublikası Hökumətinin xarici hüquqi və 
fiziki  şəxslərlə (qeyri-rezidentlərlə), digər ölkələrlə  və 
beynəlxalq maliyyə-kredit təşkilatları ilə imzaladığı 
müqavilələr  əsasında yaranmış xarici dövlət borcunun və 
ölkə daxilində dövlət zəmanəti ilə alınan kreditlər, hökumət 
adından buraxılan qiymətli kağızlar  şəkilində dövlət 
istiqrazları, hökumətin təminat verdiyi digər borc öhdəlikləri 
üzrə yaranmış daxili dövlət borcunun qeydiyyatı üçün xarici 
və daxili borc bölmələrindən ibarət iki ədəd baş kitab – 
xarici dövlət borcunun registri və daxili dövlət borcunun 
registri tərtib edilir; 

 
Dövlət borcunun qeydiyyatı  və uçotu Azərbaycan 
Respublikasının Maliyyə Nazirliyi tərəfindən həyata 
keçirildiyi üçün imzalanmış müqavilələrdə Hökumətin 
adından “Borcalan” və “Zəmanətçi” funksiyalarının icraçısı 
kimi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi çıxış 
etdiyi üçün, müvafiq olaraq xarici dövlət borcunun registri 
və daxili dövlət borcunun registri Azərbaycan 
Respublikasının Maliyyə Nazirliyi tərəfindən aparılır; 


_______Milli Kitabxana_______ 
 
17 

 
Dövlət borcu yaradan müqavilələr müvafiq qaydada 
paraqraflandırıldıqdan sonra dövlət borcunun müvafiq 
registrlərinə daxil edilir; 

 
Dövlət borcu yaradan kreditlərə  zəmanətlərin verilməsi 
qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 
müvafiq qərarı ilə tənzimlənir; 

 
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət 
borcunun qeydiyyatını, uçotunu, onun vəziyyətinə  və 
kreditlərin vaxtında qaytarılmasına cari nəzarəti, xarici 
dövlət borcunun və daxili dövlət borcunun registrlərində 
qeydlərin düzgün aparılmasını  və dövlət registrinin baş 
kitablarının saxlanılmasını təmin edir; 

 
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi xarici dövlət 
borcunun uçotunun qurulması  və aparılması  məqsədi ilə 
dövlət zəmanəti ilə kredit alan borclu təşkilatlardan aylıq və 
rüblük hesabatlar alır. Hesabatda əks etdirilən məlumatların 
dürüstlüyünə görə hesabatı  təqdim edən təşkilatın rəhbəri 
şəxsən məsuliyyət daşıyır. Hesabat məlumatları hesabat 
ayından sonrakı ayın 15-dən gec olmayaraq Maliyyə 
Nazirliyinə  təqdim edilməlidir. Alınmış  məlumatlar artan 
yekunla ümumiləşdirilir və xarici dövlət borcunun ölkə üzrə 
ümumi məbləği müəyyən olunaraq uçotu aparılır; 

 
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət 
borcunun mövcud vəziyyəti barədə  məlumatları  hər rüb 
mətbuatda dərc etdirir. Bu məlumat kitabında bir sıra 
göstəricilər öz əksini tapır. 
“Büdcə sistemi haqqında” qanunun qəbul edilməsindən sonra bu 
qanundan və qanunun tətbiq edilməsi haqqında fərmandan irəli gələn 
məsələlərin həll edilməsi məqsədilə bir sıra hüquqi-normativ aktlar 
da qəbul edildi.  
Bu sənədlərin sırasında Azərbaycan Respublikası Nazirlər 
Kabinetinin 2004-cü il 24 may tarixli qərarı ilə  təsdiq edilmiş 
“Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları” ilə yanaşı 2 iyun 
2003-cü il qərarı ilə  təsdiq edilmiş “Dövlət büdcəsinin Ehtiyat 
Fondunun vəsaitindən istifadə qaydaları”, 12 iyul 2004-cü il tarixli 
qərarı ilə  təsdiq edilmiş “Dövlət büdcəsinin, büdcədəkənar dövlət 


_______Milli Kitabxana_______ 
 
18 
fondları büdcələrinin tərtibi və icrasına nəzarət üzrə  əməliyyatların 
əlaqələndirilməsinə dair Tədbirlər planı”, Nazirlər Kabinetinin 6 
oktyabr 2004-cü il tarixli qərarı ilə  təsdiq edilmiş “Vahid büdcə 
təsnifatı” aid edilə bilər. Bu isə ümumən ölkədə büdcə 
qanunvericiliyinin təkmilləşdirilməsinə xidmət edən tədbirlər kimi 
qəbul edilir. 
Qeyd.  “Büdcə sistemi haqqında” qanuna əlavə  və 
dəyişikliklərin edilməsi, həmçinin qanundan irəli gələn məsələlərlə 
bağlı Nazirlər Kabineti tərəfindən bir neçə mühüm sənədlərin 
hazırlanması 2003-cü ildə  qəbul edilmiş 2003-2005-ci illər üzrə 
Yoxsulluğun Azaldılması  və  İqtisadi  İnkişaf üzrə Dövlət 
Proqramında (YAİİDP) qoyulan hədəflərin icra edilməsi məqsədilə 
həyata keçirilən tədbirlərin tərkib hissəsidir ki, bu halda büdcə 
prosesinin təkmilləşdirilməsi vasitəsilə büdcə 
proqnozlaşdırılmasının və büdcə  xərclərinin səmərəliliyinin 
artırılması nəzərdə tutulurdu. 
 
 
1.2. Azərbaycan Respublikasının büdcə prosesləri 
 
İlk növbədə büdcə prosesləri ilə büdcə ili anlayışlarına bir 
qədər aydınlıq gətirmək lazımdır. Çünki bu terminlər çox tez-tez 
eyni bir mənaya malik müddəalar kimi qəbul edilir. Azərbaycan 
Respublikasının “Büdcə sistemi haqqında” qanunun 1.1.3 maddəsinə 
görə büdcə ili yanvar ayının 1-dən dekabr ayının 31-dək olan bir 
illik dövrdür.  
Lakin, büdcə prosesləri növbəti il üzrə büdcə layihəsinin 
hazırlanmasından başlanmış  həmin büdcə layihəsinin təsdiqi, icrası 
və icrası ilə bağlı hesabatın hazırlanması və dövlət başçısı tərəfindən 
büdcənin icrası haqqında qanunun imzalanmasına qədər olan dövrü 
əhatə edir. “Büdcə ili” büdcə proseslərinin yalnız bir həlqəsidir və 
bu həlqə büdcənin icrası adlanır. İndi büdcənin bütün mərhələlərini 
ayrı-ayrılıqda nəzərdən keçirək.  
Qeyd.  Büdcə ili Avstriya, Argentina, Belçika, Bolqarıstan, 
Braziliya, Macarıstan, Vyetnam, Zair, Zambiya, İordaniya, 
İrlandiya,  İtaliya, Çin, Kosta-Rika, Malayziya, Polşa, Rumıniya, 
Suriya, Tunis, Şri-Lanka, İsveçrə, Fransa, AFR, İtaliya, Niderlandda 


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə