38
müəyyən edir. Hüququn məkan xarakteri məkanda olan
resurslardan meydana gəlir. Məkanda olan istehsal xarakteri,
təsir obyektlərinin və vasitələrinin vəziyyəti məhz hüququn
sahələr üzrə xarakterini formalaşdırır. Hər bir sahədə hüququn
tərkib elementləri öz mahiyyətini saxlayır.
Aktivlik (fəalllıq) bir vəziyyətdir, görünüşdür. Aktivlik
müəyyən məkanı, müstəvini əhatə edən sistemin daxilində olan
elementlərin əvvəlki passiv vəziyyətlərindən sürətli vəziyyətə
keçidi xarakterizə edən bir haldır. Aktivlik sayəsində sistemin
daxili passiv enerjisi artır, bu anda tutum böyüyə bilir. Aktivlik
sayəsində elementlər öz əvvəlki məkanlarını dəyişə, yeni
məkanlara keçə bilirlər. Bu anda sistem öz müstəvisindən kənara
çıxır, ölçülərini dəyişdirir. Aktivlik sayəsində sistem dağıla bilir,
elementləri digər sistemlərə keçirə bilir, eləcə də kənar
sistemlərlə əlaqələri formalaşdıra bilir. Bu baxımdan da
sistemlər açıq-aktiv və qapalı-aktiv xassələrə bölünür. Aktivlik
sayəsində sistemin elementləri birləşə və ya da kiçik tərkib
hissələrə ayrıla bilir. Aktivlik parçalanma və sintez prosesləri ilə
xassələnən bir vəziyyətdir.
Passivlik isə təbii ki, aktivliyin əksi olan bir vəziyyətdir.
Passivlik sayəsində məkanın forması kiçilə bilir. Lakin qapalı
sistem daxilində həcm, kütlə, çəki öz kəmiyyətini saxlaya bilir.
Açıq sisttemdə isə qonşu sistemdəki elementlər hesabına öz
tərkibini artıra bilər. Passivliyin məkanı böyüyəndə tərkibi artır.
Kütlə və çəki artır. Deməli, passivlik daha çox mərkəzə yönəlik,
elementləri dartıdıcı bir prosesdir. Aktivlik daha çox açılma
(dağıdıc), passivliki isə yığılma prosesidir. Passivlikdə zəif sürət,
zəif yerdəyişmə sakit vəziyyətlərin də yaranmasını özündə əks
etdirir. Passivlik sanki “sovurma” prosesidir.
Qeyd olunduğu kimi, insan hüquqlarının tərkibi mövcuddur.
Bu tərkib insanın mənəvi aləmini formalaşdıran elementlərdən
ibarətdir. Bu elementlər maddi aləm üzərində də qərarlaşır.
İnsanın mənəvi aləminin tərkibini ifadə edən bütün elementlər
hüquq və əxlaqın əsasını təşkil edir. Mənəvi münasibətlərin və
39
maddi əlaqələrin əsaslarını müəyyən edən kriteriyalar hüquqda
cəmləşir. Bu tərkib müəyyən şəraitdə və məkanda tamdır.
Hüquqlar normalarla ifadə olunur.
İnsan hüquqlarının tərkib elementləri insan fəaliyyətinin
aktivləşməsi və passivləşməsi ilə özünün aktiv və passiv
məzmununu üzərə çıxarır. Lakin bu kimi kriteriyalar insanın
aktiv və passiv vəziyyətindən asılı olmayaraq daima onlarla olur.
İnsan öz daxilinə immanentdir. İnsan fəaliyyəti onun
hüquqlarının məkanlardan-məkanlara keçməsini təmin edir.
İnsan bütün məkanlarda özünün baza hüquqlarını saxlayır.
Əlavə hüquqlar isə resurslara müvafiq olaraq qazanılır.
İnsan hüquqları normalarda əksini tapır. Bu normaları dövlət
müəyyən edir. İnsan maraqlarının cəmiyyətdə çoxtərkibli və
çoxsahəli olması hüquq təminatı ilə yanaşı, onun pozuntusunu
da meydana gətirir. Belə bir fəlsəfi ümumiləşdirilmiş
prinsiplərdən çıxış edərək, hesab etmək olar ki, insan öz
hüququnu normalara salır və özü də pozur. İnsan hüquqları
sistemlə formalaşır, müəyyən olunur, eləcə də sistemlə və fərdi
olaraq pozulur.
İnsan hüquqlarının sahələrdə aktiv təminatı ilə yanaşı, aktiv
pozulması da mövcuddur. Sürətlə formalaşan hüquq normalar
sisteminin özündə elə proseslər və yenilənmələr zamanı
hüquqlar aktiv və passiv şəkildə pozulur.
Aktiv pozulma nədir:
-aktiv pozulma əvvəlcə mövcud olmuş normaların və
təminatın sürətlə ləğv olunmasıdır;
-aktiv pozulma resurs çatışmazlığında meydana gələn aktiv
vəziyyətdir;
-aktiv pozulma hər hansısa bir dövlət müəssissələri
tərəfindən hüquqların öz zamanında təmin edilməməsidir;
-aktiv pozulma bir fərdin digər fərdin hüquqlarına olan
qəsdidir;
-aktiv pozulma imkan olan məkanda lazımi hüquqların
təmin edilməsindən açıq imtina hallarıdır;
40
-aktiv pozulma subyekt tərəfindən obyektə tətbiq olunan
birbaşa qadağalardır, hüquqların məhdudlaşdırılmasıdır;
-aktiv pozulma münaqişələrdə, müharibələrdə, digər
gərginlik vəziyyətlərində məkanlarda yaranan birbaşa xaos
vəziyyətləridir;
-aktiv pozulma məzmunca tərkibin itirilməsidir, hüquqların
tərkibini təşkil edən elementlərin azalmasıdır;
-aktiv pozulma birbaşa pozulmadır və məkanda açıq
obrazlanmadır; əksolunmadır və s.
Aktiv pozulma resursların təbii çatışmazlığından
meydana gələ bilər. Eləcə də bilərəkdən hüquq təminedici
tərəfin hərəkətsizliyindən ortaya çıxa bilər.
Passiv pozulma nədir:
-passiv pozulma daha çox məhdudlaşmadır, hüquq
tərkibinin yığılması, sanki donmasıdır;
-passiv pozulma məzmunca “məsafəli pozulmadır”.
Məsələn, bir qrup şəxs üzərində bir nəfərin rəhbərlik etdiyi
halda, daha çox adamın bir məkanda rəhbərlik etməsi hüquqları
passiv də poza bilir. Hüququn tərkibini təşkil edən ləyaqət, şərəf
və digər mənəvi-əxlaqi keyfiyyətlər pozulur;
-passiv pozulma sükut pozulmasıdır;
-passiv pozulma dolayı (vasitəli) pozulmadır;
-passiv pozulma uzun zamanlı proseslərlə xarakterizə
olunan pozulmadır;
-passiv pozulma həm də “yarımçıq pozulma” kimi də
xarakterizə oluna bilir və s.
Beynəlxalq hüquqla və milli hüquqla tənzimlənən
obyektlərin fərqliliyi
Hər bir obyekt tənzimlənmə proseslərinin tərkibini təşkil
edir. Tənzimləmə özü elə təfəkkürü formalaşdırır. Tənzimləmə
istiqaməti ilə fərqli obyektlər meydana gəlir. Fərqli obyektlərdən
də fərqli predmetlər formalaşır. Dövlətlərin həm daxili
Dostları ilə paylaş: |