Dövlətin intuitiv təfəkkürlə idarə olunması



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/54
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#460
1   ...   11   12   13   14   15   16   17   18   ...   54

44 
 
beynəlxalq  hüquq  mahiyyətcə  eyni  amallara  xidmət  edir.  Bu 
baxımdan  da  kəskin  fərqləri  axtarmaq  düzgün  deyil  və  fərqlər 
daha  çox  ümumdünya  sisteminin  tərkibini  təşkil  etməkdən 
ibarətdir. Beynəlxalq hüquqla milli hüquq əslində bütövləşdirici 
və  tamamlayıcı  mahiyyətdədir.  Lakin  dünya  hüquq  sisteminin 
tərkibi  olduqlarından  müəyyən  fərqlər  də  var.  Sistemin 
tərkibində  olan  fərqi  səlahiyyətlər  (subyektlərin  səlahiyyətləri) 
amili yaradır. Dövlətlər beynəlxalq sənədlər yaradırlar, mövcud 
beynəlxalq 
sənədlərə 
(konvensiyalara, 
digər 
beynəlxalq 
sənədlərə)  qoşulurlar.  Bununla  da  öz  daxili  səlahiyyətlərini  bir 
tərəfdən  böyüdürlər,  digər  tərəfdən  isə  məhdudlaşdırırlar. 
Müstəvi  böyüdükcə  səlahiyyət  də  artır  və  digər  aspektdə 
məhdudlaşma əmələ gəlir.  
Dünya  proseslərinin  (iqtisadi,  siyasi,  mədəni,  humanitar  və 
s.)  çoxmüxtəlifliyi  hüquq  normalarının  fərqliliyini  yaradır. 
Dünya  siyasətində  və  beynəlxalq  hüquqda  universal  və  fərqli 
tənzimləmə  obyektləri  mövcud  olur.  Bu  tənzimləmə  başlıca 
olaraq dövlətlərin suveren hüquqları və mövcudluqları ilə əlaqəli 
olur.  Məsələn,  dövlət  öz  xalqına  münasibətdə  bütün  daxili 
hüquqları (beynəlxalq hüquqdan istifadə etməklə) özü müəyyən 
edir. Bu, həm də milli konstitusiyadan irəli gəlir. Dövlət öz milli 
konstitusiyasına  əsasən,  beynəlxalq  hüquq  müstəvisinə  qoşulur 
və  beynəlxalq  səlahiyyət  əldə  etmiş  olur,  eləcə  də  beynəlxalq 
hüquq yaradıcısı kimi çıxış edir. Hər bir dövlət özünün siyasi və 
hüquqi quruluşunu konstitusiyada əks etdirir. Konstitusiyadan da 
milli  hüquqlar  formalaşır.  Dövlətlər  beynəlxalq  əlaqələrdə 
iştirak  etdiklərindən  onların  yaratdıqları  beynəlxalq  hüquq 
normaları  həm  də  daxillərinə  şamil  olunur.  Bu  aspketdə  həm 
beynəlxalq  hüququn,  həm  də  milli  hüququn  bir  o  qədər  fərqi 
olmur.  Çünki  hər  ikisinin  obyektində  insan  dayanır.  Dövlət  öz 
milli  qanunvericiliyini  beynəlxalq  normalardan  və  dünya 
təcrübəsindən  çıxış  edərək  yarada  bilir.  Beynəlxalq  hüquq 
dövlətə, dövlət də beynəlxalq hüquqa yönəlir, söykənir. Buradan 
da genişlənən vəhdət meydana gəlir.  


45 
 
Dövlətlər  beynəlxalq  hüquq  normalarını  həm  özləri 
aralarında olan əlaqələri yaratmaq, həm də özləri üzərində, bir-
biriləri üzərində nəzarəti həyata keçirmək üçün yaradırlar. 
Dövlətin  milli  hüquq  sisteminin  xarakterik  xüsusiyyətləri 
ondan  ibarət  olur  ki,  burada  hüquq  normalarının  icrası  üçün 
səlahiyyətli  və  qəti  qərarrlı,  imperativ  səlahiyyətli  güc  aparatı 
mövcud  olur.  Məcburi  icra  məsələsi  ortaya  çıxır.  Düzdür, 
beynəlxalq hüquqda da bu kimi aparatlar var (BMT strukturları) 
və icra üzərində müşahidə və nəzarət mexanizmisi mövcud olur. 
Lakin  fərq  də  ondan  ibarətdir  ki,  dövlətlər  (xüsusilə  böyük 
dövlətlər) bir növ öz yaratdıqları hüquq normalarına əməl etmək 
istəmirlər və yaxud da digər tərəfə təzyiq etmək siyasətindən hər 
zaman  yararlanmırlar.  Əksər  hallarda  dövlətlərin  (işğalçı, 
qəsbkar,  beynəlxalq  hüquq  normalarını  kobudcasına  pozan) 
cəzalandırılması  olmur.  Lakin  daxili  hüquqda  bu  kimi  hallar 
mövcud  deyildir.  Dövlət  hüquq  pozuntusu  zamanı  cəzaverici 
(intizam, inzibati və cinayət məsuliyyəti müəyyən edən və təyin 
edən  tərəf  kimi)  subyekt  rolunda  çıxış  edir.  Pozuntu  hallarında 
dövlət 
qanuna 
əməl  etməyən  tərəfi  zərərsizləşdirmək 
məcburiyyətində qalır. 
 
Fərqli tənzimləmə obyektləri 
 
Milli hüquqda (suverenlikdən irəli gələrək) 
 
-vətəndaşlığın  verilməsi  (bir  dövlət  başqa  bir  dövlətə 
əcnəbilər  üçün  vətəndaşlıq  verilməsinə  görə  məcbur  edə 
bilməz); 
-miqrasiya  məsələləri-heç  bir  dövlət  miqrant  qəbul  etmək 
üçün başqa dövlət tərəfindən məcbur edilə bilməz
-seçki hüquqlarına dair məsələlər (beynəlxalq hüquq heç bir 
dövlət qarşısında məsuliyyət və öhdəlik müəyyən edə bilməz ki, 
dövlət xarici vətəndaşa və vətəndaşlığı olmayan şəxslərə mütləq 
seçki hüquq (aktiv və passiv seçki hüququ) versin);  


46 
 
-dövlət  və  hökumət  rəhbərlərinə  aid  olan  milli  tələblər-
rəhbərlərin milli vətəndaş olmaq tələbləri; 
-dövlət atributlarının tənzimlənməsi; 
-hakimiyyətin  formalaşdırılması  məsələsi-burada  hər  bir 
xalq  suverendir,  öz  müqəddaratını  özü  müəyyən  edir. 
Beynəlxalq  hüquq  da  bu  tələb  və  prinsiplərdən  çıxış  edir,  yəni 
dövlətlərin milli suverenliyini qəbul edir; 
-hərbi  məsələlər-hərbiyə  çağırış  məsələləri  (vətəndaşlar  və 
qeyri-vətəndaşları dövlət özü müəyyən edir); 
-milli  sistemin  (hüquq  və  siyasət)  formalaşdırılması-
məsələn,  dövlətin  siyasi  quruluşu  hər  bir  dövlətin  suveren 
hüququna aiddir. Formanı xalq özü müəyyən edir; 
-milli  hüquqda  qanun,  beynəlxalq  hüquqda  isə  hüquq 
norması əsas götürülür; düzdür, hüquq normaları da beynəlxalq 
hüquq sənədlərinin əsaslarını təşkil edir; 
-təhsil (pulsuz təhsil) və səhiyyə (pulsuz səhiyyə) sahəsində 
olan məsələlər. Bir dövlət başqa bir dövləti məcbur edə bilməz; 
-milli valyuta ilə olan məsələlər və s. 
 
Beynəlxalq hüquqda dövlətlərin əsas öhdəlikləri beynəlxalq 
hüququn on mühüm prinsipi ilə müəyyən olunur. Bu prinsiplərlə 
beynəlxalq  hüquq  normaları  sistemi  genişləndirilir.  Bu 
öhdəliklər  əsasən  daxili  hüquqa  yox,  daha  çox  dövlətlərarası 
hüquqa  şamil  olunur.  Çünki  subyek  rolunu  dövlət  oynayır. 
Dövlətlər  özləri  suverendirlər,  o  zamana  qədər  ki  başqa 
dövlətlərin  hüquqları  pozulmur.  Dövlətlərin  suverenliyindən 
yaranan  bir  fərq  də  ondan  ibarətdir  ki,  milli  hüquqda 
məcburiyyət 
var  (hüquq  normalarının  məcburi  yerinə 
yetirilməsi),  beynəlxalq  hüquqda  isə  daha  çox  əməl  və  hörmət 
var.  Lakin bu o demək deyil ki, dövlətin daxili hüququna onun 
vətəndaşı  və  qeyri-vətəndaş,  eləcə  də  başqa  dövlətlər  hörmət 
etməsin.  Bir  fərq  də  ondan  ibarətdir  ki,  beynəlxalq  hüququn 
mahiyyətində yumşaqlıq, liberallıq mövcuddur  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə