«Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında»



Yüklə 3,25 Mb.
Pdf görüntüsü
səhifə12/212
tarix29.07.2018
ölçüsü3,25 Mb.
#59510
1   ...   8   9   10   11   12   13   14   15   ...   212

BOYUNDURUQ

39

da nışırdı ki, Ksavye baş dan-başa müxtəlif məziyyətlərlə 



do lu biridir; bir də  sərsəm ideyalarla; uzun, nəhəng, in-

cə sifət ciz gi lə rinə baxıb ona otuz yaş da vermək olardı, 

əl li yaş da, o isə bunu deyənlərə yalnız «bəli-bəli» deyə 

ca vab verirdi; indi isə  qəzetlərin yazdığından aydın olur-

du ki, bizim bu məşhurun qırx yaşı tamam ol 

muş du. 


P. C. S-nin  də  qırx yaşı vardı, amma sifət ciz gi lə ri nə, bə-

dən quruluşuna, xarakteri və  ağlına görə xü 

su si ola 

raq 


fərq lən mirdi. Təəccübümə  rəğmən  P. C. S.  məni tə bəs-

süm lə qarşıladı.

Həqiqətən də, onlar məni maraqlandırmışdılar. Hə-

lə liseydə oxuduğu illərdən başlayaraq  P. C. S.  Bon-

nun güclü təsiri altına düşmüşdü; sonralar onun bütün 

filmlərini maliyyələşdirdi, halbuki uğur suz luq ları ona baha 

ba şa gəlirdi. O, son fil mi heç ba şa da çat dıra bilmədi və 

ya rı yol da onu mü 

qa vi lə ni dörd 

dəüçə alan professional 

pro dü serlər əvəz et di lər. Elə onlar da Bonndan tələb et di-

lər ki, di gər dü zə liş lərlə bərabər Alban Berqin

1

 an la şıl maz 



təsir ba 

ğışlayan mu 

si qi si  əsasında qurulmuş fo 

no qram 


ide ya sından im 

ti na etsin. O zaman Ksavye şi ka yət lən-

mək üçün Lo ran sın yanına gəlmişdi; Lorans isə ona mə-

nim adı mı söyləmişdi. O da bütün suda batanlar ki 

mi 

qar şı sı na çıxan ilk saman çöpündən yapışmışdı  və gö rü-



nür, dü şünmüşdü ki, yalnız konservatoriya dip lo mu olan 

bir adam bu cür musiqi bəstələyə bi lər (mə nim mu si qi li 

açarda yazılmış partituramın ilk no tun dan ca o, nü ma yiş ka-

ra nə  şəkildə montaj ota ğın dan çıxıb getdi). Bu əhvalatın 

da vamı belə bi 

zim ba 


rış mağımıza kömək etmədi: film 

uğur qa zan dı, öz ət ra fı na bir yığın tərif deyən tənqidçilər 

top la dı; am 

ma başqa düşüncələrlə dolu resenziyalar da 

pey da ol 

du; xüsusilə  də «Observater», «Kaye dyü Si 

ne-

ma» kimi nüfuzlu nəşrlərdə. Mən Baltik də ni zin dən ge 



ri 

qa yı dan da Bonnun kinosundakı  uğur suz lu ğun dan «qa 

yı-

dan» Koriolan mənə bu iki qeydi göstərdi. Bi rin ci mə qa lə-



də deyilirdi ki, Ksavye Bonnun iddialı ta ma şa çı kütləsi iki 

ca van aktyora və xüsusilə  də mu si qiyə gö rə davam gə-

ti rir.  İkinci müəllif isə belə bir sual ve rir di ki, nə üçün bu 

cür gözəl musiqi be lə an la şıl maz səh nələrlə şəkilləndirilib. 

1

  Alban Berq (1885–1935) – Avstriya bəstəkarı, Şenberqin tə lə bəsi.




FRANSUAZA SAQAN

40

Am ma de yə sən, bü tün bun lar Bonnu bir o qədər də qı cıq-



lan dır ma mış, onu mə nə qarşı qaldırmamışdı.

– Hə, sən bu uğur haqqında nə fikirləşirsən? – o so-

ruş du. Səsi yorğun və həqarətlə dolu idi.

– Sən ki bilirsən, – mən  şən görkəm alaraq sö 

zü 

havada tutdum, – Lorans Baltikaya getmək is



 

tə miş di; biz 

uğurumuzun  ən qızğın vaxtında getdik, hər  şey sa 

kit lə-


şən dən sonra da qayıtdıq. Nəhayət ki, sə nin fil min geniş 

ek ran lar da verilir, – və P. C. S.-yə mü ra ciət edərək  əlavə 

et dim, – sizin üçün bu çox əla dır.

– Əgər filmin gəlirinin dörddəüçünü do 

lan dı rı cı la ra 

verməsəydi, P. C. S., əlbəttə, razı qala bilərdi, – Ksav ye 

dedi, – bundan başqa, verdikləri göstərişlərlə on lar, az qa-

la, filmi büsbütün batıracaqdılar.

Mənim musiqim də bu göstərişlərin bir hissəsi ol du-

ğun dan küt-küt ona baxdım, sonra yenidən  P. C. S.-yə 

yal taqlanmağa başladım:

– Hər halda, tənqid Ksavyeni çox gözəl, çox əla qə bul 

et di!

– Yox bir, – Bonn yenə də istehza ilə ağzımdan vur du, 



– bu qələmdanlar mənim filmimə baxanda, heç olmasa, 

bir cə  dəfə yuxudan ayılsalar, hesab et ki, son dərəcədə 

əla işləyiblər. Ümumiyyətlə, bu lap ina nıl mazdır. Bax göz-

lə! İndi yadına salaram… Qulaq as… Heç olmasa, bax buna… 

«Lyubiçlə  Şternberq ara 

sın da»


1

, «nəhayət ki, dərinlik və 

zə rif liyin qarışığı», ya da … «belə bir sadə süjet əsasında 

da hi bir film çəkməyi yalnız görkəmli rejissor edə bilərdi»… 

Və bu, hələ hamısı deyil… yox, yox, qulaq as… «Bonn çox 

bö yük risk etmişdi, amma çox böyük uğur qazana bil di»… 

Hə lə bu da hamısı deyil!

– Dayan! Dayan! – P. C. S. özünü ortaya atdı, – ora da 

həm karımın bir çox valehedici fikirləri var… ül güc və bu-

lud lara aid nə idisə…

– Aləmi bir-birinə qarışdırma! – Ksavye kəskin  şə kil-

də onun sözünü kəsdi, – «Bonn öz ardınca zi 

bil liyə sü-

rük lə yən, ya da buludların üzərinə qaldıran həm kar la rı nın 

qoy du ğu iz lər lə getmir, o, sanki, ülgüc üzərində  hə rə kət 

edir».


1

 Lyubiç və  Şternberq – 1930-cu illərdə  sənətdəki yenilikləri ilə 

şöhrət qazanan Hollivud rejissorları. Ernst Lyubiç film-ope 

ret ta lar la 

tanınırdı. Cozef fon Şternberq isə Marlen Ditrixi kəşf et mişdir.



BOYUNDURUQ

41

– Bax, bax, ülgüc üzərində… – Məncə, çox gö zəl dir. 



Bun dan başqa, həm də  həqiqətdir…  İnanılmazdır, amma 

hə qiqətdir…

– Təsəvvür edə bilirsən? – Bonn sakitləşə bil 

mir di. – 

Mən hələ yazılanların hamısından sitat gə tir mi rəm.

Bu, onun rişxənd forması idi; bununla belə, göz lə rin-

də də, səsində də gülməli deyil, daha çox xoş bəxt qı ğıl-

cım lar görünürdü; təsəvvür edə bil 

mir dim ki, insan özü 

haq qın da bu qədər yazını yalnız ikrah his si üzündən necə 

yad da saxlaya bilər?!

– Nəzərə alın ki, – P. C. S. dedi, – musiqi filmin uğur lu 

alın masında əhəmiyyətli rol oynayıb, bu, şüb hə siz dir!

– Demək istəyirsən ki, bu məsələ heç müzakirə  də 

olu na bilməz?! – Ksavye xüsusi vurğuladı.

– Gəl məsələni şişirtməyək, – dedim, – musiqi… əl bət-

tə ki… amma bununla belə…

Bədbəxtlikdən, heç bir resenziyadan sitat gətirə bil mə-

dim. Təvazökar adam rolunu oynamalı oldum; hər hal da, 

bu vəziyyətdə, oynadığım rol hər şeydan da ha yaxşı idi.

– Çox  şadam ki, hər  şey məhz belə alındı,  –  P. C. S. 

söylədi.


– Mən də, – Ksavye elə bir tonla dedi ki, cüm 

lə nin 


axırını  xəyalən mən tamamlamalı oldum: «Kimin ağ lı na 

gə lə bilərdi?» Amma məqsədimə çatmadım, – yeri gəl-

miş kən, hələ dünən Loransla bu barədə da nı şırdım.

– Sən dünən Loransla görüşmüsən?

– Birlikdə  qəhvə içdik. Dedi ki, sən öz naşirinlə heç 

cür yola gedə bilmirsən, o gicbəsərlə, adı nə idi?.. Qəpik-

qu ruş suz… Bir az əlləşmək lazım gə lə cək, qoçaq…

– İki milyonu belə asanlıqla kontora bağışlamırlar! – 

P. C. S. izahat verdi.

– İki milyon, – mən onun üzünə baxdım, – mənə iki 

mil yon düşürdü? … Təzə pulla?

– Hə, iki milyon dollar. Mən pulu ancaq dollarla he-

sab layıram, – P. C. S. öz yeni jiletini dartışdıraraq, lovğa-

lov ğa fikrini dəqiqləşdirdi.

– Demək istəyirsiniz ki… Mənim hesablamalarıma gö-

rə, Qəpik-quruşsuz mənə, təxminən, altı yüz borc lu dur… 

hə, altı yüz milyon köhnə frankla… başa düş dü yüm qə-

dərində…



Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə